Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə65/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   61   62   63   64   65   66   67   68   ...   189

 

187


Bununla  yanaşı,  ölkə  daxilində  maarifçilik  siyasətinə  də  neft 

burjuaziyasının  nümayəndələri  (Azərbaycan  filantropları) 

böyük kömək ediblər. 

Dövlətlər  yarandıqları  anlardan  həm  daxili  siyasətləri 

sayəsində,  həm  də  xarici  ticarət  və  işğallarla  müşayiət  edilən 

hərəkətlər  sayəsində  beynəlxalq  münasibətlərə  daxil  olublar. 

İcmalar  və  tayfalararası  əlaqələr  sonradan  etnik  birliyə, 

yaşadığımız  tarixin  son  mərhələlərində  isə  xalqlararası  birliyə 

gətirıb  çıxarıb.  Münasibətlər  və  əlaqələr  dövlətdaxili  və 

dövlətlərarası  sahələrdə  həm  sabit  vəziyyətlərdən,  həm  də 

gərginlikdən, müharibə və münaqişələrdən, toqquşmalardan və 

siyasi 


rəqabətdən-yəni 

ziddiyyətlərdən 

meydana 

gəlib. 


Münasibətlər  və  əlaqələr  kateqoriyalarını  formalaşdıran 

eyniliklər,  oxşarlıqlar  və  ziddiyyətlər  kateqoriyaları  olubdur. 

Vəziyyətlər  münasibətlərin  və  əlaqələrin  tərzinə  təsir  göstərib. 

Münasibətlər  və  əlaqələr  sahələr  və  istiqamətlər  üzrə  mövcud 

olan  obyektlər  üzərində  təsir  göstərməklə  tarixi  formalaşdırıb. 

Tarixin formalaşması elə siyasi, iqtisadi, ictimai, elmi və digər 

sahələrdə  mövcud  olan  zəncirvari  hərəkətlərin,  hadisələrin 

törənmə ardıcıllığının trayektoriyasını yaradıb. Münasibətlər və 

əlaqələr  zaman  ardıcıllığı  ilə  sabit  və  qeyri-sabit  siyasət 

koordinasiyası  üzrə,  koordinasiyalardan,  xətlərdən  ibarət  olan 

şəbəkələr  üzrə  davam  edib.  Ayı-ayrı  məkanlarda  yeni 

dövlətlərin  yaranması  və  imperiya  ərazilərinin  genişlənməsi 

nəticəsində  yeni  yaranan  dövlətlər  hesabına  siyasətdə  iştirak 

edən  subyektlərin,  yəni  dövlətlərin  sayı  artıb.  Dünya 

münasibətləri  və  əlaqələri,  bu  baxımdan  da  dövlətlərin  daxili 

siyasətlərini də əhatə  edən dünya  siyasəti formalaşıb. Zaman-

zaman əsas etibarilə dünya siyasətinin “dalğalanması”, “qalxıb-

enməsi” prosesləri yaşanıb. Siyasət xətlərində qalxıb-enmələrin 

yaranması  aktlarla,  siyasi  hadisələrlə  müşahidə  edilib.  Siyasi 

hadisələr  ardıcıllığında  səbəb  və  nəticə  şəraitləri  və  vasitələri 

şərtləndirici  amillər  olaraq  dalğavarilik  yaradıb  və  dünya 

siyasəti müstəvisində rəngarəngliyi üzə çıxarıb. Sabit və qeyri-




 

188


sabit  proseslər  xətlərdə  olan  hərəkətlərin  gücündən  asılı  olub. 

Siyasətin  gücünü isə meydana  gətirən  amillər mövcud olub və 

bu  amillər  daima  genişlənmə  xüsusiyyətlərinə  malik  olub. 

Münasibətlər  sistemində  müəyyən  gərginlik  nöqtələri  olub  ki, 

bu  gərginlik  nöqtələri  də  ümumi  hərəkət  tempinə  mənfi  təsir 

göstərib  və  hərəkət  trayektoriyasında  müəyyən  problemləri 

meydana  gətirib.  Dünya  və  onun  tərkib  strukturu  olan 

beynəlxalq  münasibətlər  sistemləri  mexanizmlərinin  rəvanlığı 

baxımından  müəyyən  maneçiliklərlə  üzləşib.  Gərginliklər  də 

tərəflər  arasında  maraqlardan  və  hərəkətlərdən  irəli  gələn 

uyğunsuzluqların meydana gəlməsi ilə ortaya çıxıb. Bununla da 

maraq  uğrunda  rəqabət  aparan  tərəflərin  mübarizələrini  əks 

etdirən 

vəziyyətlər 



(sabit 

və 

qeyri-sabit, 

münaqişəli, 

müharibəli, böhranlı vəziyyətlər) formalaşıb.  

Dövlətlər və xalqlar arasında münasibətlər və əlaqələr həm 

də  birgə  şəkildə  yanaşı  və  qonşu  yaşamaqdan  da  formalaşıb. 

Ümumi  sərhədlər  məsələsi  ilk  növbədə  regional  miqyasda 

münasibətlərin 

formalaşmasına 

gətirib 

çıxarıb. 

Maraq 

sahələrinin  və  subyektlərinin  sayı  artdıqca  münasibətlər  və 



əlaqələr  də  genişlənib.  Ticarət  qədim  dövrün  (tunc  dövründən 

başlayaraq  tacirlər  sinfi  meydana  gəlmişdi)  beynəlxalq 

münasibətlərinin  əsaslarını  təşkil  edib  və  ticarət  sonradan 

iqtisadi  münasibətlərin  (dövlətlər  daxilində  və  dövlətlər 

arasında) formalaşmasını zəruri edib. Münasibətlər və əlaqələr 

sahələrində  sistemlər  və  mexanizmlər  meydana  gəlib  və 

əlaqələr  və  münasibətlər  də  mexanizmlərlə  tənzimlənib. 

İqtisadi  münasibətlərin  əvvəlki  təsərrüfat  həyatından  köklü 

fərqi bu münasibətləri tənzimləyən mexanizmin və qaydaların, 

normaların  mövcudluğunda  olub.  Yəni  sistem  xarakterli 

təsərrüfat,  tələbat  və  istehlak,  həmçinin  əmək  münasibətləri, 

pul-bazar  münasibətləri,  vergi  qaydaları  iqtisadi  münasibətləri 

yaradıb.  Münasibətlər  regionların  geosiyasətini  formalaşdırıb, 

eləcə 

də 


regionlararası 

münasibətlər 

qlobal 

sistemin 



yaranmasını  şərtləndirib.  Münasibətlər  sisteminin  bütün 


 

189


məkanlarda baza olaraq yaranmasında, formalaşmasında maddi 

amillər,  iqtisadi  sərvətlər  rol  oynayıb.  Maddı  amillər 

dövlətlərin  məkanlar  üzrə  genişlənməsinə,  böyüməsinə  əsas 

verib.  Müharibələr  də  elə  sərvətlər  və  məkanlara  görə 

(ərazilərin  qazanılması  və  genişlənməsi  məqsədilə)  həyata 

keçirilib. Sülh münasibətləri də müharibələrdən çəkinmək üçün 

meydana  gəlib  və  müharibə  amili  itkilərindən  yayınmaq  və 

gələcəkdə  inkişaf  etmək  vasitəsi  kimi  qəbul  edilib.  Məlumdur 

ki,  tarixin  əvvəlki  dövrlərində  sülhün  möhkəmləndirilməsi 

vasitələri  olaraq  həm  xəraclar,  o  cümlədən  qızıl-zinət,  bər-

bəzək  əşyaları,  həm  də  nikahlar  (ayrı-ayrı  ölkələrin  rəhbərləri 

arasında  qohumluğu  şərtləndirən  vasitələr)  böyük  rol  oynayıb. 



Məsələn,  qədim  dövrdə  finikiyalılar  (indiki  Livan  ərazisində 

mövcud  olmuş  Aralıq  dəniz  dövləti.  Finikyalılar  güclü  dəniz 

tacirləri  idilər.  Böyük  gəmilər  düzəldirdilər.  Şturman  sənətini, 

üzmək  sənətini  yaxşı  bilirdilər.  Əlifba  da  ilk  dəfə  olaraq 

Finikyada  meydana  gəlib.  Yunanlar  Finikiya  əlifbasını 

götürdülər  və  5  hərf  əlavə  etdilər)  assuriyalılara  ildə  xeyli 

miqdarda  qızıl  verirdilər  ki,  Assuriya  çarı  onlara  dəyməsin. 

Assuriya  o  zaman  regionun  ən  böyük  dövləti  idi.  Onun  rəqibi 

isə Misir dövləti hesab olunurdu. Assuriya sonradan Midiyaya 

məğlub  oldu.  Finikiya  limanları  assuriyalılar  tərəfindən  idarə 

olunurdu.  Assuriya  imperiyası  İsrail  dövlətinə  də  hücumlar 

edir  və  əhaliyə  divan  tuturdu.  İsrail  çarlığı  da  Assuriyadan 

müdafiə  olunmaq  üçün Misir  çarlığı ilə  yaxınlıq edirdi və  onu 

qorumaq üçün Misir çarlığına bac-xərac verirdi.  

Beynəlxalq  münasibətlərin  formalaşmasında  ideologiyalar 

da  mühüm  rol  oynayıb.  İdeologiyalar  baza  etibarilə  ayrı-ayrı 

regionlarda geosiyasi nüfuzların formalaşmasına təsir göstərib. 

Xarici siyasətin tipik ideologiyaları içərisində status quo (status 

kvo),  imperializm,  ikili  (qeyri-müəyyən)  ideologiyalar,  öz 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə