Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə68/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   64   65   66   67   68   69   70   71   ...   189

 

196


Yuxarı pillələrdə, “lojalar”da adətən böyük dövlətlər yer alırlar 

və  aşağı  ətrafları  özlərinə  tərəf  çəkirlər.  Piramidal  struktur 

vahid və bölünməz olmur və struktur tərkibində parçalanmalar, 

məkan bölünmələri meydana gəlir ki, bu da dünyanın ayrı-ayrı 

regionlar  üzrə  maraq  dairələrinə  bölünmələrini  şərtləndirir. 

Onu  da  nəzərə  almaq  lazımdır  ki,  maraq  və  gücə  əsaslanan 

siyasət olan  yerdə  mütləq şəkildə  piramida sistemi də mövcud 

olmalıdır.  

Dünya  düzəninin  fundamental  qaydada  formalaşması 

tarixini  böyük  dövlətlərin  (imperiyaların)  yaranması  ilə 

eyniləşdirmək  olar.  Tarixdən  məlumdur  ki,  tayfa  birləşmələri 

müəyyən  coğrafi  məkanlarda  xalqları  meydana  gətirib, 

xalqların  idarəolunması  üçün  dövlətlər  yaranıb.  Dövlətlərin 

böyümələri  və  parçalanmaları,  eləcə  də  bir  çoxlarının  yer 

üzərindən  silinmələri  prosesləri  yaşanıb.  İmperiyalar  dövlətlər 

yaradıblar  və  dövlətləri  siyasi  səhnədən  siliblər.  Məsələn, 

Roma  imperiyası  Avropanı  bir  tərəfdən  işğal  edib,  digər 

tərəfdən  də  Britaniyada  dövlət  yaradıb  (Britaniyada  Romanın 

“dəmir  əli”  mövcud  olub),  Hun  imperiyası  Romada  quldarlığı 

məhv  edib,  həm  Roma,  həm  də  Bizans  imperiyaları  ilə 

müharibələr  törədib.  Qərbi  və  Şərqi  Hun  imperiyalarına 

parçalanıb. Ərəb istilaları Qərbdə Avropaya qədər gedib çıxıb, 

Şərqdə  Mərkəzi  Asiya,  Cənubi  Qafqaz,  İranı  və  s.-ni  əhatə 

edib.  Osmanlı  imperiyası  ərəb  dövlətlərini  və  Şərqi  Avropa 

dövlətlərini  işğalda  saxlayıb,  XVI-XVII  əsrlərdə  (Səfəvilərlə 

aparılan  müharibələrin  nəticələri  olaraq)  Cənubi  Qafqazda,  o 

cümlədən Azərbaycan üzərində hakimiyyətə malik olub. XVI –

XVIII  əsrlərdə  Cənubi  Amerikada  İspan  işğallları  həyata 

keçirilib.  Bu  dövrdə  Cənubi  Amerikada  İspaniya  və 

Portuqaliyanın müstəmləkə sistemi formalaşıb.  



Qeyd:  1535-ci  ildə  Şimali  və  Mərkəzi  Amerikada  İspaniya 

müstəmləkələrindən paytaxtı Mexiko şəhəri olan Yeni İspaniya 

Vitse 

krallığı 

yaradılmışdı. 

Eyni 

zamanda, 

İspaniya 

müstəmləkələrindən  və  Mərkəzi  Amerikanın  (Venesueladan 


 

197


başqa)  cənub-şərq  hissəsindən  ibarət  olan  Peru  vitse-krallığı 

yaradılmışdı.  1776-cı  ildə  Rio  de  la  Plata  (Argentina, 

Paraqvay, Yuxarı Peru (Boliviyanı əhatə edən) və Uruqvaydan 

ibarət) vitse-krallığı yaradıldı. İspaniya və Portuqaliya Cənubi 

Amerikanı  idarə  etmək  üçün  vitse-krallıqlar,  general-

kapitanlıqlar  (məsələn,  Yeni  Qranada,  Qvatamela  və  s.) 

yaradırdılar.  Məhkəmə  işlərini  audensiyalar  həyata  keçirirdi. 

İspaniyanın  Cənubi  Amerikadakı  müstəmləkələrində  ali 

hakimiyyət  vitse-krala  və  ya  general-kapitana  məxsus  idi, 

vilayət  qubernatorları  isə  onlara  tabe  idilər.  Şəhərləri  idarə 

edən  korrexidor,  kənd  dairələrini  idarə  edən  alkalda,  hindu 

kəndlərini  idarə  edən  kasik  (iri  ağsaqqal)  adlanırdı.  XVIII 

əsrin  80-ci  illərində  İspaniya  Amerikası  inzibati  cəhətdən 

dairələrdən 

ibarət 

intendantlıqlara 

bölündü. 

Latın 

Amerikasının  iqtisadi  inkişafı  tamamilə  metropoliyanın 

mənafeyinə  xidmət  edirdi.

1

 1898-ci  il  İspan-Amerikan 

müharibəsi  ABŞ-ın  kontinentin  hüdudlarından  kənarda  həyata 

keçirdiyi  ilk  işğalçı  müharibə  idi.  Bu  müharibə  ilə  ABŞ 

hakimiyyəti  uzaqlara-  Sakit  okean  regionuna  yayıldı,  Havay 

adalarını  və  Filippini  əhatə  etdi.

2

 XIX  əsrin  sonunda  Kuba 



iqtisadiyyatının  əsasını  şəkər  isethsalı  təşkil  edirdi.  Kubada 

iqtisadi həyatın bütün sahələrinə, o cümlədən şəkər sənayesinə 

ABŞ  şirkətləri  nəzarət  edirdilər.  1895-ci  ildə  Kubada 

başlanmış  üsyana  münasibətdə  ABŞ  bitərəf  olduğunu  bəyan 

etmiş  və  üsyançıları  döyüşən  tərəf  kimi  tanımamışdı.  Eyni 

zamanda  ABŞ  mətbuatında  və  Konqresdə  İspaniya  əleyhinə 

geniş  təbliğat  aparılırdı,  Kubadan  olan  inqilabçılar  ABŞ 

ərazisində  sərbəst  fəaliyyət  göstərirdilər.  ABŞ-ın  məqsədi 

Kubadakı  əmlakının  toxunulmazlığını  təmin  etmək,  Kuba 

                                                 

1

 Baxışov M.Ə. Latın Amerikası ölkələrinin yeni tarixi. Dərs vəsaiti. Bakı, 



2010, 117 səh., s. 3-6.  

2

 Бжезинский З. Б 58 Великая шахматная доска. Господство Америки и 



его геостратегические императивы.- М.: Междунар. Отношения, 2002.-

256 с., səh. 13. 




 

198


əhalisinin  rəğbətini  qazanmaq  və  orada  İspaniya  əsarətinin 

zəifləməsinə nail olmaq idi.  

ABŞ 

Kuba 

hadisələrinə 

silahlı 

müdaxilə 

etməyə 

hazırlaşırdı. İspaniya ABŞ-la diplomatik münasibətləri kəsdi və 

1898-ci ilin aprel ayının 23-də ona müharibə elan etdi. Aprelin 

25-də  ABŞ  Konqresi  İspaniyaya  müharibə  elan  etmişdi.  Kuba 

əhalisinin  əksəriyyəti  ABŞ-ı  öz  ölkəsinə  dost  və  müttəfiq 

sayırdı.  1898-ci  ilin  aprelin  24-də  Kubanın  hökuməti  ABŞ-ı 

müttəfiq  kimi  tanımışdı.  1898-ci  ilin  mayın  1-də  ABŞ-ın  Sakit 

okean  eskadrası  Manila  buxtasında  İspaniyanın  orada 

mühafizəsiz  dayanmış  köhnə  hərbi  gəmilərini  batırdı.  1898-ci 

ilin  iyul  ayının  3-də  ABŞ  donanması  Santyaqo  de  Kuba 

yaxınlığında  İspaniya  donanmasını  məğlub  etdi.  ABŞ  hərbi 

gəmilərindən  bir  sıra  Kuba  şəhərlərinə  desant  çıxarıldı. 

İspaniya  ABŞ  qoşunlarına  qarşı  fəal  quru  əməliyyatlarına 

başlamağa  cəsarət  etmədi  və  iyuun  22-də  hərbi  əməliyyatlar 

dayandırıldı.  

1898-ci ilin dekabr ayının 10-da ABŞ-la İspaniya arasında 

Paris  sülh  müqaviləsi  imzalandı.  Müqaviləyə  görə  İspaniya 

Kubadan imtina etdi. Quam və Puerto-Riko və Filippin adaları 

ABŞ-a verildi.

 

1



 

Onu  da  nəzərə  almaq  lazımdır  ki,  Fernando  Magellan 

1520-ci  illərdə  dünya  səyahəti  edən  zaman  Atlantik 

okeanından-  Cənubi  Amerika  materikinin  cənubundakı 

Magellan  boğazını,  keçərək,  Sakit  okeanda  Filippin  adalarına 

gəlib çıxmışdır. 

Geosiyasət nəzəriyyəçilərindən biri hesab olunan və ABŞ-ı 

dəniz  qüdrətinə  malik  olan  dövlət  -“Sea  Power”  adlandıran 

amerikalı hərbçi Alfred Mehenə (1840-1914) istinadən Rusiyalı 



tədqiqatçı Aleksandr Duqin ABŞ-ın dünya nəhəngi kimi birinci 

dəfə  formalaşmasını  meridianal  ekspansiya  adlandıır  və 

“Monro  doktrinası”nın reallaşmasını  bu mərhələ ilə bağlayır. 

                                                 

1

 Baxışov M.Ə. Latın Amerikası ölkələrinin yeni tarixi. Dərs vəsaiti. Bakı, 



2010, 117 səh., s. 77-78. 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə