Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə71/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   67   68   69   70   71   72   73   74   ...   189

 

205


ediblər.  Güc  özü  ilə  mükəmməl  hərəkət  trayektoriyasını 

yaradıb.  Qaydalar  və  istiqamətlər  isə  digər  dövlətlər  üçün  bir 

qayda  olaraq  müəyyən  edilibdir.  Tarixin  sonrakı  gedişatında 

BMT-nin 


yaranması 

prosesləri 

buna 

sübutdur. 



BMT 

Nizamnaməsi  digər  qəbul  edilmiş  sənədlər üçün  bir başlanğıc, 

ümumi  qaydaların  əks  olunduğu  vahid  strateji  sənəd  rolunu 

oynayıb.  Bu,  həm  mənbə,  həm  də  vasitə  kimi  əhəmiyyət  kəsb 

edib,  eyni  zamanda  istinad  edilə  bilən  nümunə-  model  rolunu 

oynayıb.  Nizamnamə  digər  beynəlxalq  hüquqi  sənədlər  üçün 

formulalar kimi əhəmiyyət kəsb edib.  

Beynəlxalq  hüquq  və  hamının  mənafeyini,  eləcə  də  xüsusi 

hallarda fərdi olaraq maraqlı tərəfləri müdafiə edən beynəlxalq 

sənədlər  başlıca  olaraq  nəzəri  baxımdan  idealizmi  əks  ertdirir 

və 

ədalətli 



yolları 

göstərir 

və 

ədalətli 



hərəkətlərin 

formalaşmasını  zəruri  edir.  (Qeyd:  onu  nəzərə  almaq  lazımdır 



ki,  dövlətlər  arasında  münasibətlərin  formalaşması  fəlsəfi-

sosial və ictimai-siyasi baxışlarda əsasən idealizmi və realizmi 

formalaşdırıb.  İdeal  mövqelər  daima  ədalətli  şəkildə  mövcud 

olanı  qəbul  edib  və  mövcud  olanın  (iştirak  edən  tərəfin, 

subyektin)  təbii  hüquqlarının  mövcudluğu  konsepsiyasını  irəli 

sürüb.  Varlıq  varsa  (dövlətlərdən,  xalqlardan,  insanlardan 

söhbət  gedir),  maraq  nümayiş  etdirirsə  və  ya  da  ona  obyekt 

kimi yanaşılırsa, deməli, həmin mövcudluğun hüquqları vardır. 

Həmin  varlıqların  baza  hüquqları  toxunulmaz  olaraq 

qalmalıdır  və  qorunmalıdır.  Bu  baxımdan  insanın  təbii 

hüquqları,  o  cümlədən  söz  və  azadlıqları,  mövcud  olmaq, 

yaşamaq  və  fəaliyyət  göstərmək  kimi  təbii  fəaliyyətlərini  əks 

etdirən  hüquqları  və  bundan  irəli  gələn  öhdəliklərinin  və 

səlahiyyətlərinin, vəzifələrinin mövcudluğu ideal baxışlarda öz 

əksini  tapırdı.  İdeal  baxışlar  humanizmə,  bəşəri  sülhə  və 

inteqrativ  birliyə  əsaslanırdı.  Tərəflər  arasında  (fərqi  yoxdur: 

güclü,  ya  da  gücsüz  olsun)  münasibətlərdə  yumşaqlıq, 

liberallıq,  bu  baxımdan  azadlıq,  sərbəstlik  əsas  götürülür. 

Demokratiyanın prinsipləri də məhz idealizmin məhsulu hesab 


 

206


edilməlidir.  Mövcud  beynəlxalq  hüququn  baza  prinsipəri  də 

idealizmə  əsaslanır  və  dövlətlərin  geosiyasət  maraqlarını 

(realizmi)  bir  qədər  ikinci  planda  saxlayır.  Əslində,  dövlət 

siyasətində,  xüsusilə  güclülərin  siyasətində,  hərəkətlərində 

daha  çox  realizm  mövqeyi  öz  əksini  tapır.  Onu  qeyd  etmək 

lazımdır  ki,  idealizm  və  realizmin  vəhdətindən  beynəlxalq 

münasibətlər  müstəvisi  həm  rəngarəngliyi  özündə  əks  etdirir, 

həm  də  daxilən  öz-özünə  tənzimlənir.  Hərəkət  və  onun 

sərhədlərinin  hədləri  prinsipi  ortaya  çıxır.  İdealizm  baxışları 

bir  növ  dövlətlərin  hərəkətlərinə  fikir  vermələri  məsələsini 

qabardır  ki,  bu  yanaşmalar  da  dövləti  öz  marağı  uğrunda 

hərəkət  zamanı  qarşıdakına  hörmət  etməsi  prinisipinə  fikir 

verməsinə vadar edir. İdealizm başlıca olaraq humanist nəzəri 

fikirləri irəli sürür, realizm isə strategiyanı və müxtəlif zaman 

və 

məkanlarda 

konkret 

şə

raitlərdə 

zəruri 

olan 

hərəkətləri(taktikanı)  müəyyən  edir.  Əgər  idealizmdə  açıq  və 

ədalətli  davranış  prinsipi  mövcud  olursa,  realizmdə  ola  bilər 

ki, açıq üsullarla yanaşı, gizli fəaliyyətdən, siyasi fəndlərdən də 

söhbət  getsin.  Realizm  və  real  siyasət  artıq  geosiyasəti  və 

dünya  düzənini  yaradır  və  real  münasibətləri  əks  etdirir. 

Beynəlxalq  münasibətlərdə  “güclüyəmsə,  deməli,  mənimlə 

hesablaşılmalıdır”,  “güclü  tərəf  haqlı  olur”,  “güclü  tərəf  zəif 

tərəf üzərində  nüfuza  malikdir”,  “güclüyəmsə, sərhədlərimdən 

kənarda  da  mənin  varlığım  mütləqdir”,  “güclü tərəf  qərarları 

qəbul  etməkdə,  qərara  gəlməkdə  haqlıdır”,  “güclü  tərəf 

istiqamətləri  müəyyən  edir”  və  s.  bu  kimi  geosiyasəti 

şərtləndirən  prinsiplər  ortaya  çıxır.  Güc  mərkəzinin  böyük 

məkanlarda  iştirakının  və  təsir  imkanlarının  mövcudluğu 

mütləq prinsipə çevrilməklə yanaşı, həm də digər tərəflər üçün 

də  çox  hallarda  faydalı  ola  bilir.  Məsələn,  böyük  dövlətin 

regionlarda  iştirakı  həmin  regionun  inkişafı  üçün  şərait 

yaradır,  böyük  dövlətlərin  iqtisadi  elementlərinin  həmin 

məkanlara transferi həmin regionun inkişafını meydana gətirir. 

Digər  tərəfdən  də  regionun  müdafiəsini  formalaşdırır.  Mənfi 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə