Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə70/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   66   67   68   69   70   71   72   73   ...   189

 

202


nəzarət  sistemi  zəif  olub.  Bu  dövrə  qədər  vahid  münasibətlər 

sistemi  yalnız  iki  və  ya  bir  neçə  dövlət  arasında  bağlanan 

ittifaqlarla  müəyyən  müddət  üçün  mövcud  olub.  Məsələn,  I 

Dünya müharibəsində mövcud olan “Antanta” ittifaqını və 

“Dördlər  İttifaqı”nı;  II  Dünya  müharibəsində formalaşmış 

Berlin-Roma-Tokio  “üçbucağı”nı,  ABŞ-Böyük  Britaniya 

ittifaqını  və  Avstraliyanın  (məsələn,  Sakit  okeanda 

Yaponiyaya  qarşı)  bu  ittifaqda  iştirakını,  SSRİ-nin 

müttəfiqlərə 

qoşulmasını 

və 

siyasi 

triadanın 

formalaşmasını,  eləcə  də  həmin  triadanın  II  Dünya 

müharibəsindən  sonra  iki  hissəyə:  ABŞ-İngiltərə  və  SSRİ 

tərəflərinə  ayrılması,  parçalanmasını  və  bu  kimi  digər 

faktları  qeyd  etmək  olar.  Bunları  da  daha  çox  müharibələr  və 

geosiyasi  maraqlar  ortaya  çıxarıb.  XX  əsrin  əvvəllərində 

yaranan  Millətlər  Liqası  da  bir  münasibət  sistemi  kimi  zəif 

olub.  Belə  bir  dövrdə  müxtəlif  məkanlarda  söz  sahibləri  olan 

dövlətlər  mövcud  olub.  Məsələn,  ABŞ  Amerika  qitəsində 



böyük  nüfuzlara  sahib  olub.  Vaxtilə  “Panamerikan” 

siyasətini  reallaşdırıb,  Latın  Amerikasına  təsir  göstərib, 

Almaniya  Avropanın  mərkəzi  hesab  edilib,  Rusiya  Avro-

Asiya  imperiyası  olub,  Çin  Uzaq  Şərqdə  və  Cənub-Şərqi 

Asiyada  özünü  təsdiq  etməyə  çalışıb,  Yaponiya  Uzaq  Şərq 

imperiyası  siyasətini  reallaşdırıb  və  s.  Dövlətlər  üçün  isə 

müharibələrə  qoşulmaq  asan  bir  proses  olub.  Ümumnəzarət 

sistemi  və  beynəlxalq  səviyyədə  təkmil  mexanizm  isə 

ümumiyyətlə  olmayıb.  (Qeyd:  ABŞ  və  SSRİ  kimi  dünya 



nəhəngləri  ümumdünya  münasibətlər  sisteminə  mərkəzi 

təsiredici  güclər  kimi  gəlməyincə  vahid  ümumnəzarət 

sistemləri  də  təkmil  formada  fəaliyyət  göstərməyib.  BMT 

və  NATO-nun  fəaliyyətləri  yalnız  birləşdirici  böyük  güc 

mərkəzləri  ətrafında  cəmləşməklə  təmin  edilib).  Digər 

tərəfdən  də  qloballaşma  proseslərinin  (qloballaşma  prosesləri 



özündə  kütləvi  qaydada  yüksək  maariflənməni  əks  etdirən  və 

vahidləşməni yaradan proseslər hesab olunmalıdır) olmaması, 


 

203


kütləvi  şüurun  qeyri-zəkalılığı,  eləcə  də  müharibələrdən 

çəkindirən qorxulu silahların olmaması, elm və fəlsəfənin geniş 

yayılmaması,  humanizm  baxışlarının  qeyri-planetar  səviyyəsi, 

müharibənın  insanlığa,  bəşəriyyətə  qarşı  cinayət  olmasının 

geniş 

təbliğ 


edilməməsi 

keçmiş 


dövrün 

beynəlxalq 

münasibətlərinin  təhlükəsizliyini  təmin  etməyibdir.  Dünya 

müharibələrinin  tüğyan  etməsi  də  buna  əyani  sübutdur.  Lakin 

istər  regional,  istərsə  də  qlobal  məkanlarda  beynəlxalq 

münasibətlər  sisteminin  daima  güclü  elementləri  mövcud  olub 

və  daha  güclü  elementlər  regionda  və  qlobal  miqyasda  məhz 

dünya münasibətlər sisteminin aparıcı qüvvəsinə çevriliblər və 

sistemdə  aparıcı  istiqaməti  müəyyən  ediblər.  Elə  tarixi 

imperiyaların  fəaliyyətlərini  buna  nümunə  göstərmək  olar. 

Sonrakı  inkişaf  prosesləri,  təbii  hüquq  nəzəriyyələrinin 

böyüməsi,  ədalət  və  humanizm,  insanlıq  prinsipləri,  digər 

bəşəri  amillər,  bəşəri  dəyərlər,  dünya  təhlükəsizliyi  kimi 

ideoloji  məsələlər  və  bunların  geniş  təbliği  “müharibələrdən 

çəkinmə  və  çəkindirmə”  doktrinalarının,  konsepsiyalarının 

yaranmasına 

gətirib 

çıxarıb. 

Aparıcı 

elementlərin 

(imperiyaların) formalaşması dünya əlaqələri sisteminin aparıcı 

qüvvələrini və oyunçularını yaradıbdır. Qədim dövrdə, ilkin və 

sonrakı orta əsrlərdə, yeni (intibah dövrü) və ən yeni dövrlərdə 

(müasir  dövr)  imperiyaların,  eləcə  də  böyük  dövlətlərin 

formalaşması  (məsələn,  qədim  Misir  dövləti,  Aralıq  dənizinin 

Şərq  sahillərində  yaranan  dövlətlər,  İkiçayarası  dövlətlər, 

Əhəmənilər  dövləti,  Roma  imperiyası,  Çin  imperiyası,  Ərəb 

xilafəti, Monqolların imperiyası, Osmanlı imperiyası, Avstriya-

Macarıstan imperiyası, Britaniya imperiyası, Fransa Napoleon 

imperiyası,  Fransa  kolonial  imperiyası,  İspaniya  dəniz 

imperiyası  (İspaniyanın  Latın  Amerikasındakı  imperiya 

dayaqları,  metropoliyaya  xidmətə  yönəlmiş  siyasəti),  Rus 

(Avro-Asiya)  imperiyası,  ABŞ  (Amerika  və  Avro-atlantika—

Sakit  okean  imperiyası)  və  s.))  dünya  əlaqələri  sistemində 

sistemin  böyük  bir  məkanında  aparıcı  elementləri  müəyyən 




 

204


etmişdir  və  bu  proseslər  indiki  zamanda  da  əvvəlki  əlaqəli 

məzmunla  da  davam  etməkdədir.  Aparıcı  güc  mərkəzləri  də 

dünya  əlaqələri  sistemində  mühüm  mövqelər  (istinadgah 

elementləri, obyektləri) və təsirlər əldə etmişlər.  

Tarixin  axarında  dövlətlər  öz  aralarında  əlaqələri  başlıca 

olaraq  müvafiq  predmetlər  (obyektlər)  üzrə  yaradıblar. 

Müvafiq  predmetlərə,  obyektlərə  təsirlər  ediblər,  onları 

parçalayıblar  və  ya  da  hissələrdən  tamlar  əmələ  gətiriblər  və 

nəticədə  əlaqələr istiqamətlərini formalaşdırıblar. Universallıq 

və fərdilik  (xüsusilik) əsasən  iki  müxtəlif istiqaməti meydana 

gətirib.  Əlaqələr  zaman-zaman  ardıcıl  şəkildə  yüksələn  xətlə 

qurulub və təkmilləşdirilibdir. Əlaqələr müxtəlif zamanlarda və 

müxtəlif  şəraitlərdə  tələb  olunan  anlarda  obyektlərə,  əşyalara 

təsirlərdən  meydana  gəlib.  Hər  bir  maraqlı  tərəf  öz  hərəkətini 

digər  tərəfin  hərəkətləri  ilə  uyğunlaşdırmaq  məcburiyyətində 

qalıb  və  eyni  zamanda  bunu  istəyib.  Bununla  da  mükəmməl 

mexanizmlər və sistemlər meydana gəlibdir ki, belə sistemlərdə 

də  elementlər  güclərinə  görə  təsnif  edilibdir.  Elementlərin 

(subyektlərin)  gücləri  gizli  və  ya  da  açıq  şəkildə  iyerarxik 

pilləni  yaradıbdır.  Əlaqələrin  qaydaları  həm  dinc  şəraitdə 

yanaşı 

yaşamaqdan, 



həm 

də 


müharibələrdən, 

ərazi 


işğallarından  irəli  gəlib  və  qaydalar  bir  növ  tənzimedici, 

istiqamətverici  funksiya  kəsb  edibdir.  Qaydalar  həm  də 

qarşılıqlı  ölçü  prinsipini  də  müəyyən  edib  və  hərəkətlərin 

istiqamətlərini müəyyənləşdiribdir. Ən  yaxşı halda demək olar 

ki,  ümümdünya  münasibətlər  sisteminin  təkmil  formalarını 

böyük  dövlətlər  yaradıblar  və  istiqamətlərin  konturlarını 

cızıblar.  Böyük  dövlətlər  onların  güclərini  şərtləndirən 

kriteriyalar,  komponentlər  cəmindən  istifadə  edərək  nizam 



qaydalarını  müəyyən  ediblər  və  strategiyalar  və  taktikalar 

formalaşdırıblar.  Bir  növ  ümumdünya  siyasətinin-qlobal 

siyasətin  hazırlanması  və  icrası  mərkəzləri  yaranıb.  Müəyyən 

edilən strategiyalar və taktikalar başlıca olaraq gücləri hərəkətə 

gətiriblər  və  subyektlərin  güclərinin  təsnifatını  müəyyən 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə