Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə72/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   68   69   70   71   72   73   74   75   ...   189

 

207


cəhəti  isə  ondan  ibarətdir  ki,  istər  regionda  yerləşən  xalqlar 

tərəfindən bir çox hallarda qəbul edilməyə bilir. Eyni zamanda 

regionda  maraqları  olan  digər  böyük  dövlətin  maraqları  ilə 

çarpazlaşma  yaranır  ki,  bu  da  geosiyasi  mənzərəni  risqli  və 

təhlükəli  edir.  Təbii  ki,  həm  realizm  tərkibində  idealizm,  həm 

də  idealizm  tərkibində  realizm  mövcuddur.  Ona  görə  də  bu 

baxışları  konkret  olaraq  və  kəskin  formada  bir-birindən 

ayırmaq  olmaz.  Hətta  son  zamanlar,  xüsusilə  postmodernizm 

və insanların ayıq olduqları bir dövrdə real maraqların həm də 

ideal yollarla təmin edilməsi prinsipi əsas götürülür və bundan 

da  qarşılıqlı  faydalanma  məsələsi  ortaya  çıxır.  İdealizm  və 

realizm  qarşılıqlı,  birgə  maraqlar  ideyasını  ortaya  çıxarmış 

olur.  Təbii  ki,  idealizm  prinsipi  daxilində  realizm  cərəyanları 

meydana  gəlir.  Dövlətin  real  maraqları  ortaya  çıxır  və  dövlət 

inkişaf  üçün  hərəkət  etmək  məcburiyyətində  qalır.  Dövlət 

daima  öz  marağının  arxasınca  düşür.  Burada  hətta  “sürünə” 

də  bilir.  İşğal  (hərbi  yollarla)  isə  bir  üsul  kimi  istisnalar 

şəkilində 

tətbiq 

edilir. 

İdealizm 

hərəkətlərdə 

ədaləti, 

humanizmi,  rəngarəngliyi  nəzərə  almağı  və  hərəkətləri  ölçüb-

biçməyi tələb edir, realizm isə başlıca olaraq maraqların təmin 

edilməsi  üçün  bütün  mümkün  vasitələrdən  (burada  vasitələr 

ədalətsiz  də  ola  bilər)  istifadə  etməni  tələb  edir.  Məsələn, 

müharibələrdə  insanların  qırılması  anti-humanizmdir.  Lakin 

dövlət  özünü  hərbi  təcavüzdən  müdafiə  etmək  üçün  istifadəsi 

baxımından  hərbi  vasitələrdən  kənarda  qala  bilmir.  Burada 

real şərait humanizm prinsiplərini-idealizmi kölgədə qoyur. Bu 

baxımdan  da  hesab  etmək  olar  ki,  idealizm  realizm  üzərində 

yalnız  səthi  “  pərdələri”  çəkmək  üçün  bir  örtük  vasitəsidir. 

Reallıq  hər  zaman  şəraitə  uyğun  olaraq  bu  pərdəni  “cıra” 

bilir).  BMT  bütün  dövlətlər  üçün  vahid  münasibətlər 

qaydalarının  əsas  istiqamətlərini  müəyyən  edibdir.  BMT  bir 

tərəfdən öz ixtisaslaşdırılmış qurumları ilə universal və xüsusi-

fərdi  qaydada  münasibətləri  tənzimləmək  funksiyasını  yerinə 

yetirir,  digər  tərəfdən  də  humanitar  siyasət  həyata  keçirir, 



 

208


böhranların,  münaqişələrin,  müharibələrin  qarşısını  almaq 

məqsədilə  siyasət  (preventiv  siyasət  həyata  keçirir  və  baş 



vermiş  münaqişələrin,  böhranların  sülh  yolu  ilə  aradan 

qaldırılmasına  çalışır)  reallaşdırır.  Başqa  tərəfdən  də  inkişaf 

konsepsiyalarını  müəyyən  etməklə  dünyanın  ümumi  şəkildə 

inkişafına  çalışır  ki,  dövlətlər,  xalqlar  və  cəmiyyətlər  arasında 

şərti  olsa  da  uyğunluq-nisbi  və  şərti  bərabərlik  yaradılsın  və 

təqribi  tarazlı  münasibətlərdən  sabitlik  yaransın  və  mövcud 

sabitlik qaydaları qorunsun.  

Dövlətlərin daxili gücləri onların xarici gücləri ilə birləşib, 

hər  iki  istiqamət  bir-biri  üçün  enerji  veribdir.  Lakin  əsas  nüvə 

mərkəzi isə daxili güc hesab edilibdir ki, xarici güc də bu və ya 

digər səviyyədə daxili gücə xidmət göstəribdir. Dövlət özünün 

daxili  gücünü  artırmaq  üçün  xaricdən  resursları  cəlb  edibdir. 

Məsələn, 

ABŞ 

dünya 


üzrə 

iqtisadi 

siyasətinin 

şəbəkləşməsindən dünyanın ən nəhəng güc tərəfinə, mərkəzinə 

çevrilibdir.  

XX 


əsrin  ikinci 

yarısında 

regional 

müharibələrin 

idarəedilməsi  bir  növ  böyük  dövlətlərin  əllərinə  keçibdir. 

Müharibələrə,  münaqişə  və  böhranlara,  eləcə  də  sülhə  və 

sabitlik  sistemlərinə  nəzarət  böyük  dövlətlərdə  olub.  Lazım 

olan anda onlar tərəfindən “müharibə alovlarının” yandırılması 

prosesləri  həyata  keçirilib.  Regionlarda  müharibələr  bir 

tərəfdən regionun özünün dövlətləri tərəfindən müəyyən edilən 

maraqlarla  əlaqəli  olubsa,  digər  tərəfdən  də  regiondakı 

ölkələrdə  maraqları  olan  kənar  dövlətlərin  maraqlarının 

toqquşmasından  meydana  gəlib.  Eyni  zamanda  böyük  dövlət 

kiçik  dövlət  daxilində  öz  maraqlarını  formalaşdırmaq  naminə 

mane  olan  elementləri  aradan  qaldırmaq  üçün  də  müharibə 

variantına  əl  atıbdır.  Müharibələr  həm  məkanda  maraqları 

formalaşdırmaq, həm də  məkanı əldən buraxmaq ehtiyatından, 

həmçinin  digər  imkanların  tükənməsi  zamanı  da  baş  veribdir. 

Müharibələr  aclıq,  yoxsulluq  ucbatından  yeni  sərvətlərin 

axtarılması  istiqamətində  də  reallaşdırılıbdır.  Müharibələrə 




 

209


dəstək  başlıca  olaraq  dünyanın  bölüşdürülməsi  siyasətinin 

tərkibi  olub  və  dövlətlər  öz  maraqlarını  digər  dövlətlərdə 

müharibələr  vasitəsilə  də  formalaşdırıblar.  Müharibələrdən, 

yəni  zərbələrdən  siyasət  istiqamətləri  və  cərəyanları  özlərinə 

yer  tapıbdır.  Müharibələr  həm  də  regional  siyasi  sistemin 

istiqamətlərini və axarını dəyişməyə qadir olubdur və nəticədə 

mənzərə  dəyişibdir,  əvvəlki  görünüşünü  itiribdir.  XX  əsrdə 

Almaniya  və  Yaponiyanı,  II  Dünya  müharibəsindən  sonra 

müttəfiqlər  (SSRİ,  ABŞ  və  Böyük  Britaniya)  arasında 

Avropanın  bölünməsini,  Koreya  müharibəsini  (SSRİ-ABŞ 



qarşıdurmasını özündə əks etdirən), Vyetnam və Kambocadakı 

hərbi  əməliyyatları  (Çin,  SSRİ,  ABŞ  qarşıdurmalarını  özündə 



əks etdirən), Yaxın Şərqdə baş verən müharibələri, Fars körfəzi 

ətrafında  yerləşən  dövlətlərdə  baş  verən  müharibələri  (1980-

1988-ci  illərda  baş  vermiş  İran-İraq  müharibəsini,  1990-1991-

ci  illərdə  baş  vermiş  İraq-Küveyt  və  İraq-ABŞ  müharibəsini), 

1947-ci  ildə  Hindistanın  müstəqillik  qazanması  və  Pakistanın 

ondan  ayrılması  ilə  həyata  keçən  müharibələri,  1971-ci  ildə 

Banqladeşin  Pakistandan  ayrılması  ilə  baş  verən  hərbi 

əməliyyatları  və  qırğınları,  1979-1989-cu  illərdə  Əfqanıstanda 

SSRİ-ABŞ  qarşıdurmasını  və  digər  qarşıdurmaları,  hərbi 

çevrilişləri  (Afrika,  Asiya,  Latın  Amerikası  və  s.  ölkələrdə), 

vətəndaş müharibələrini və s. buna misal çəkmək olar. “Soyuq 

müharibə”  dövrünün  müharibələri  başlıca  olaraq  ideoloji 

amillər  üzərində  həyata  keçirilib  və  digər  amillər  də  köməkçi 

amillər  hesab  olunub.  Kommunizmi  dəstəkləyən  qüvvələrə 

SSRİ, anti-kommunistlərə isə ABŞ hərbi və maliyyə yardımları 

göstəribdir.  Müharibələr  böyük  dövlətlərin  maraqlarının 

regional  məkanlar  üzrə  böyüməsində  ən  mühüm  vasitələrdən 

hesab edilib.  Kiçik  dövlətlərin  də  öznümüdafiə  vasitəsi rolunu 

oynayıb. 

Bununla 


yanaşı, 

humanitar 

diplomatiya 

(böhranların,  hərbi  münaqişələrin  qarşısını  almaq  üçün 

humanitar  müdaxilə  siyasəti)  da  dünyada  böyük  dövlətlərin 

maraqlarının  genişlənməsinə  xidmət  göstərib.  Müharibələr 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə