Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə66/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   62   63   64   65   66   67   68   69   ...   189

 

190


müqəddaratını  təyinetmə  və  sülh  ideologiyaları  mühüm  yer 

tutur.


1

 

 

Xalqlararası  və  dövlətlərarası  münasibətlər  və  əlaqələr 

ümumdünya münasibətləri və əlaqələri sistemini, mexanizm və 

strukturunu  formalaşdırıb.  Dövlətlər  öz  aralarında  əlaqələr 

qaydalarını  yaratmaqla  ümumdünya  münasibətlər  sisteminin 

əsaslarını  və  istiqamətlərini  formalaşdırıblar.  Razılaşmalar, 

hərəkət  və  davranış  qaydalarını  əks  etdirən  normalar  toplusu 

olan  sənədlər  münasibətlərin  tənzimlənməsi,  əlaqələrin 

yaranması  üçün  vasitələr  (istiqamətləndirici  alətlər)  rolunda 

çıxış  edib.  Dövlətlər  arasında  ikitərəfli  və  çoxtərəfli  əlaqələr, 

eləcə  də  ittifaq  sövdələşmələri,  birgə  müharibələrə  qoşulmaq, 

strategiya 

müəyyən 


etmək, 

taktiki 


addımlar 

atmaq 


ümumdünya siyasətinin mahiyyətini, istiqamətlərini müəyyən 

edib.  


İ

ttifaqlar  daima  mövcud  olub.  İttifaqlar  işğalları 

əsaslandırıb  və  tutulmuş  ərazilərin  hüquqi-siyasi  baxımdan 

mənimsənilməsini  şərtləndirib.  Tarixən  ittifaqlar  yaradılıb. 

Məsələn, 1512-ci ildə İngiltərə kralı VIII Henri Fransaya qarşı 

Habsburqlarla ittifaq yaradıb. 1515 ci ildə isə o, Habsburqlara 

qarşı  Fransa  ilə  ittifaqa  daxil  olub.  1522  və  1555-ci  illərdə 

Fransaya  qarşı  Habsburqlarla  birləşib.  1756-cı  ildə  Böyük 

Britaniya Habsburqlara və Fransaya qarşı Prussiya ilə ittifaqa 

daxil  olub.  1793-cü  ildə  Böyük  Britaniya,  Prussiya  və 

Habsburqlar  Napoleona  qarşı  ittifaq  yaradıblar.  1914-cü  ildə 

Böyük Britaniya Avstriyaya qarşı Fransa və Rusiya ilə ittifaqa 

daxil  olub.  1939-cu  ildə  Böyük  Britaniya  Fransa  və  Polşa  ilə 

Almaniyaya qarşı ittifaqı yaradıbdır.

2

 

 

                                                 

1

 Hans J. Morgenthau, Kenneth W. Thompson. Politics among nations: the 



struggle for power and peace. Brief Edition. 1993.R.R. Donneley&Sons 

Company. ISBN 0-07-043306-2, səh.99-112.  

2

 Yenə orada, səh. 20. 




 

191


Daxili  siyasət  və  beynəlxalq  münasibətlər  sistemi 

ümumdünya  münasibətlər,  ümumdünya  siyasət  sisteminin 

əsaslarını formalaşdırıb.  İlk beynəlxalq münasibətlər dünyanın 

siyasi  “bel  qurşağında”  (“bel  qurşağı”na  Aralıq  dənizi-Fars 



körfəzi-Xəzər 

dənizi 

ətrafı 

dövlətləri-Mərkəzi 

Asiyanı, 

Hindistan  və  Çini  aid  etmək  olar),  yəni  güc  mərkəzində, 

arealında- dövlətlərin bir siyasi qurum olaraq ilk dəfə təşəkkül 

tapdığı xətlərdə  meydana  gəlib. Bu  xətlərdə olan münasibətlər 

sistemi  şəbəkələnib  və  eləcə  də  digər  məkanlar  üçün  həm 

nəzəri  mənbə  (dövlət  quruluşları  formaları  nümunələri)  olub, 

həm də forma və məzmun baxımından prototip (ilkin nümunə) 

rolunu  oynayıb.  Dövlətlər  arasında  həm  müharibələr,  həm  də 

sülh  vəziyyətləri  münasibətlər  sisteminin  formalaşmasını 

müəyyən  edib.  Müharibə  və  sülh  qaydaları  yaranıb  və  hər  iki 

istiqamət  üzrə  münasibətlər  tərzi  meydana  gəlib.  Qədim  Şərq 

(Şimali  Afrikada  Misir,  İkiçayarası  məkan,  Fars  körfəzi 

regionu, Çin və Hindistan), “Köhnə dünya” (Avropa) və “Yeni 

dünya”  da  (Amerika  qitəsində),  Asiyada,  Okeaniyada-ada  və 

arxipelaq dövlətlərində və Avstraliyada (“Yaşıl qitə”də) aparıcı 

subyektlərin 

yaranması 

ilə 

orta 


əsrlərdə 

beynəlxalq 

münasibətlər  sistemi  də  artan  subyektlər hesabına öz  əhatəsini 

və 


məkanını 

genişləndirib. 

XIX-XX 

əsrlər 


nəhəng 

imperiyaların 

parçalanması 

(Osmanlı 

və 

Britaniya 

imperiyalarının ərazilərini itirmələri, onların ərazilərində yeni 

müstəqil 

dövlətlərin 

meydana 

gəlmələri, 

Makedoniyalı 

İsgəndərin  ölümündən  sonra  imperiyasının  parçalanması, 

Roma  imperiyasının  iki  hissəyə  parçalanması  və  s.)  və  yeni 

dövlətlərin meydana gəlməsi ilə də xarakerizə olunub. Bununla 

yanaşı, 

imperiyaların 

yeniləri 

ilə 


əvəzlənmələri  (Rus 

imperiyasının  SSRİ  ilə  əvəz  olunması)  prosesləri  də  yaşanıb. 

Cəmiyyətlər  və  dövlətlər  inkişaf  etdikcə,  yeni  sahələr 

yarandıqca  beynəlxalq  münasibətlər  də  genişlənib  və  demək 

olar  ki,  daxili  iqtisadiyyata  aid  olan  əksər  sahələr  üzrə 

formalaşıb.  Nə  qədər  məhsul  istehsal  olunubsa,  həmin  məhsul 




 

192


bir  o  qədər  də  istehsal  məkanından  çıxaraq  istehlak 

məkanlarına  yayılıb.  XX  əsrin  Elmi  Texniki  İnqilabı  həm 

iqtisadiyyat, həm siyasət, həm mədəniyyət, həm hərbi sahələrə, 

həm  də  bütövlükdə  cəmiyyətlərə  təsir  göstərib  və  bir-birini 

əvəz  edən  yeni  dalğaları  meydana  gətirib.  (Qeyd:  dövlətlər 

arasında-xüsusilə  böyük  güc  mərkəzləri  arasında  baş  verən 

qlobal  qarşıdurmalar  XX  əsrdə  elmi-texniki  nailiyyətlərin 

hərbi-siyasi  vasitələrdə,  təhlükəsizlik  sahələrində  geniş 

tətbiqini  zəruri  etdi.  Dövlətlər  öz  elmi-texniki  nailiyyətlərini 

başlıca 

olaraq 

hərbi 

sahələrə 

yönəltdilər. 

Məsələn, 

kosmonavtika  və  astronavtika  ballistik  raketlərin,  yaxın  və 

orta  mənzilli  raketlərin;  hərbi  sahələrdə  peyklərin  meydana 

gəlməsini  zəruri  etdi.  Eyni  zamanda  zirehli  maşınların 

istehsalı,  böyük  gəmilərin  istehsalı,  sualtı  atom  gəmilərinin 

istehsalı  və  s.  kimi  proseslər  ortaya  çıxdı.  Hərbi  tələbat  elmi 

texnologiyanın  inkişafı  üçün  də  təkan  vermiş  oldu). 

Beynəlxalq  münasibətlərin  sosiologiyasında, eləcə də dünya 

sosiologiyasında  yeni  həyat  tərzi,  yeni  əlaqələr  tərzi  ortaya 

çıxıb. 

Sivilləşmə 



prosesləri 

sürətlə 


yayılıb. 

Proseslər 

qloballaşmağa  doğru  inkişaf  edib.  Qloballaşma  ümumdünya 

siyasəti müstəvisini həm rəngarəng edib, eləcə də kəskinlikləri 

və  ziddiyyətləri  artırıb.  Ziddiyyətlərdən 

də 


yeni-yeni 

yanaşmalar (həm sosial həyata, həm də iqtisadi və elmi-texnki 

sahələrə)  ortaya  çıxıb.  Qloballaşma  mərkəzləri-ABŞ,  Avropa, 

Çin,  Rusiya  və  s.  yaranıbdır.  Qloballaşma  siyasi  strategiyası 

ABŞ-ın xarici siyasətində başlıca yer tutur. Qloballşma bu kimi 

istiqamətləri  əhatə  edir:  iqtisadi  inteqrasiya;  texnoloji 

inteqrasiya;  siyasi,  mədəni  inteqrasiya;  dinamizm;  qlobal 

təhlükəsizliyin yaranması.

1

  

Elmi-fəlsəfi  cərəyanlar  başlıca  olaraq  dünyanın  Qərb 

məkanında  yeni  sivilizasiya  tələblərini  ortaya  qoyub.  Ənənəvi 

Şərq  dünyasından  fərqli  olaraq  islahtçılığa  meyil  edən  Qərb 

                                                 

1

 Abbas Piriyev. Siyasi strategiya və milli təhlükəsizlik problemi. Bakı, 



BDU-2002, 534 səh., səh. 67.  


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə