Microsoft Word gelecek dunya duzeni I kitab doc


rəqabət,  bir  güc  mərkəzinin  digərinin  uyğunlaşdırma



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə63/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   59   60   61   62   63   64   65   66   ...   189

 

181


rəqabət,  bir  güc  mərkəzinin  digərinin  uyğunlaşdırma 

məkanlarına  müdaxiləsi  həmin  güc  mərkəzləri  arasında 

gərgin  münasibətləri,  gərgin  vəziyyətləri,  o  cümlədən 

böhranı, 

münaqişəni, 

kəskin 

hallarda 

isə 

silahlı 

qarşıdurmaları  və  müharibəni  meydana  gətirir.  Məsələn, 

Karib  böhranı,-burada  SSRİ  ABŞ-ın  sərhəd  təhlükəsizliyi 

zonasına  daxil  olmuşdu,  və  2008-ci  ilin  avqust  ayında  baş 

verən Rusiya-Gürcüstan müharibəsi,-Gürcüstan Rusiyanın 

sərhəd 

təhlükəsizliyi 

zonasında 

Qərbin 

dəstəyi 

ilə 

Rusiyanın əleyhinə çıxş edirdi, -buna sübutdur.  

Qeyd  edildiyi  kimi,  beynəlxalq  münasibətlər,  beynəlxalq 

əlaqələr və bundan formalaşan geosiyasət başlıca olaraq dünya 

düzənini formalaşdırır. Dünya düzəni dövlətlər arasında elə bir 

forma və məzmundur ki, burada dövlətlər öz güclərinə görə yer 

alırlar  və  iştirak  edirlər.  Dünya  düzənində,  subyektlər 

arasındakı  əlaqələrdə, harmoniklikdə analoqluquyğunluq  da 

əsas götürülür. Analoqluq və uyğunluq həm sahələrin özlərində 

baş  verir,  həm  də  sahələr  arasında  bu  prinsip  tətbiq  edilir. 

Dövlətlər  arasında  iştirak  nisbi  bərabərliklə  müəyyən  edilir  və 

ümumi  və  konkret  məsələləri  tənzim  edən  rəsmi  sənədlərdə 

tərəflərin bərabərliyi məsələsi əsas götürülür. Bir dövlətin digər 

dövlət  üzərində  gücü  və  nəzarəti  məhz  həmin  dövlətin 

geosiyasi  gücünə  bağlı  olur.  Dövlət  öz  sərhədlərindən 

maraqlarını kənara çəkirsə, qırağa çıxarırsa, məkanı böyüdürsə, 

deməli,  digər  dövlət  üzərində  təsir  imkanları  əldə  edir.  Bu, 

həm  dünya  düzənidir,  həm  də  geosiyasətdir.  Dünya  düzəni 

dövlətlərin  münasibətlər  tərzini  əks  etdirir.  Geosiyasət  də  elə 

məhz  münasibətlər  tərzi  ilə  əlaqəlidir.  Eyni  zamanda,  əvvələr 

qeyd  olunduğu  kimi,  bir  formadır.  Geosiyasət  coğrafiya  üzrə 

(məkanlar  üzrə)  siyasət  cərəyanlarının  mövcudluğudursa, 

dünya  düzəni  iyerarxik  quruluşa  əsasən  münasibətlərin 



tənzimlənməsidir.  Bu  da  özlüyündə  dövlətin  məkanlar  üzrə 

xarici gücünə bağlıdır. Güclü dövlət zəif dövlət üzərində təsirə 

malik  olur.  Bu,  dünya  düzəninin  əsaslarına  aiddir.  Geosiyasət 



 

182


regionlar  arasında  əlaqəlilik  sistemini  yaradır  və  siyasi  təsir 

məkanlarını  böyüdür.  Dünya  düzənində  də  həmin  məzmunlu 

proseslər meydana gəlir və idarəetmə zamanı iyerarxik pillə və 

struktur  genişlənir.  Bu  proses  həm  elementlərin  hesabına 

böyüyür,  həm  də  məkanın  genişlənməsindən  baş  verir.  Böyük 

dövlət  kiçik  dövlətin  yerləşdiyi  regionda  (məsələn,  ABŞ-ın 

Cənubi  Qafqazdakı  siyasəti)  maraq  nümayiş  etdirir,  siyasət 

həyata  keçirir.  Bu  da  geosiyasətdir  və  münasibətlərin  tərzi 

baxımından  dünya  düzənidir.  (Qeyd:  dünya  düzəni  üst  anlayış 

olduğundan, daha çox beynəlxalq münasibətlər düzəni kimi də 

dərk edilməlidir. Dünya anlayışında məhz dövlətlər cəmi qəbul 

edilir.  Beynəlxalq  münasibətlər  düzəni  dövlətlərin  daxili 

siyasətlərindən  irəli  gələrək  və  xarici  siyasətləri  ilə  vəhdət 

təşkil edərək üst düzən olur. Beynəlxalq düzən daxili düzənlə də 

sıx  bağlı  və  əlaqəli  olur.  Bu  baxımdan  da  dünya  düzəni 

beynəlxalq  düzənlə  əlaqəli  əsasları  özündə  cəmləşdirir. 

Beynəlxalq  münasibətlər  düzəni  beynəlxalq  normalarla 

dövlətlərin  xarici  siyasətlərinin  idarəolunması  qaydalarıdır. 

Eləcə  də  gücə  əsaslanan  və  maraqların  güc  əsasında 

təminatına  söykənən  bir  hərəkətdir.  Bu  da  qlobal  mənada 

dünya  düzənidir).  Dövlətin  gücü  (dövlət  və  onun  gücü  siyasi 

struktur  üçün  nüvə  funksiyasını  yerinə  yetirir)  onun 

geosiyasətini 

(periferiya 

siyasəti) 

gücləndirir. 

(Qeyd: 

beynəlxalq  münasibətlərdə  və  daxili  siyasətdə  güc  mərkəzi  elə 

dövlətin  özüdür.  Dövlətin  gücünü  şərtləndirən  kriteriyalar 

kompleksinin  vahidliyidir).  Dövlət  böyük  ərazilər  üzrə  təsir 

imkanlarına  malik  olur.  Dövlətin  gücü  geosiyasi  məsələlərdə 

onu  digər,  zəif  dövlət  üzərində  güclü  edir,  çünki  zəif  dövlətin 

strateji  əhəmiyyətli  obyektləri  üzərində  nüfuz  əldə  edir  ki, 

bununla  da  həmin  dövlətin  daxili  və  xarici  siyasətinə  təsir 

imkanları  qazanır.  Məsələn,  neft,  qaz  və  digər  faydalı 



qazıntılara malik olan, lakin həmin faydalı qazıntıları əsaslı 

qaydada  və  səmərəverici  əsaslarla  istismar  texnologiyasına 

malik  olmayan  dövlətlərdə  bu  texnoloji  vasitələrə  malik 


 

183


olan  dövlətlər  təsir  imkanları  (“neft  diplomatiyası”)  əldə 

edirlər.  Neft-qaz  sərvətlərinə  malik  olan  Fars  körfəzi 

regionu  və  Xəzər  regionu  dövlətlərini  belə  dövlətlər  hesab 

etmək  olar.  Bu  ölkələr  öz  neft  ehtiyatlarını  texnoloji 

baxımdan  təkmil  dövlətlərin  şirkətlərinin  istismarına 

vermək  məcburiyyətində  qalırlar.  Təbii  ki,  buradan 

sərmayə  qoyuluşu  üçün  əlverişli  mühitin  yaradılması 

prinsipləri  ortaya  çıxır.  Beynəlxalq  iqtisadi  əlaqələrdə 

texnoloji  vasitələrin  xammal  üzərində  geniş  və  yayılan 

prinsipləri  beynəlxalq  iqtisadi  münasibətlər  sferasının 

formalaşması  üçün  mühüm  şərt  kimi  əhəmiyyət  kəsb  edir. 

Sərvətlər  və  texnoloji  vasitələrin,  istismar  vasitələrinin, 

ə

mək  qüvvələrinin  ölkələr  üzrə  qeyri-bərabər  paylanması, 

eləcə  də  sərvətlərdən  tarazlı  qaydada  istifadə  olunması 

prinsipləri  beynəlxalq  iqtisadi  münasibətlər  üçün  mühüm 

şə

rtləri  və  zərurəti  ortaya  çıxarır.  Dövlətlərin  beynəlxalq 

iqtisadi  əlaqələrindən  və  resursları  cəmləşdirmək  və 

onlardan  birgə  istifadə  etmək  prinsiplərindən  irəli  gələrək 

bir  dövlət  digər  dövlət  üzərində  təsir  imkanları  əldə  edir

Bu  baxımdan  da  beynəlxalq  münasibətlərdən,  beynəlxalq 

əlaqələrdən  həm  dünya  düzəni,  həm  də  oxşar  məzmun  kəsb 

edən  geosiyasət  formalaşır.  Nəzərə  almaq  lazımdır  ki, 

yaşadığımz  dünyada  nəzarətdən  kənarda  olan  məkan  (istər 

dövlətlərin  birbaşa  özlərinə  məxsus  olan  ərazilər  və  sular, 

hava  məkanı,  istərsə  də  beynəlxalq  neytral  sular  olsun) 

mövcud  deyildir.  Dövlət  gücləndikcə,  regionlar  üzrə  maraq 

nümayiş  etdirdikcə  digər  dövlətin  ərazisinə,  məsələn,  quru  və 

su ərazisinə, daxil olur. Məsələn, böyük dövlətlərə məxsus olan 

gəmilərin  ticarət  və  hərbi  gəmilərin,  elmi-tədqiqat  gəmilərinin 

kiçik  dövlətlərin  ərazi  sularına,  daxili  sularına  daxil  olması 

buna  sübutdur.  Belə  hallarda  beynəlxalq  hüquq  normaları 

vəziyyəti  tənzimləmə  vasitəsinə  çevrilə  bilir.  Daxil  olma 

zamanı  (həm  də  hərbi  bazaların  yerləşdirılməsi  zamanı)  “alt” 

və  “üst  qatlar”  məsələsi  ortaya  çıxır.  Bu  zaman  həm  dünya 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə