Microsoft Word gelecek dunya duzeni I kitab doc


ə saslanan,  idealist  və  realist  baxışları  özündə  əks  etdirən



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə59/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   55   56   57   58   59   60   61   62   ...   189

 

169


ə

saslanan,  idealist  və  realist  baxışları  özündə  əks  etdirən 

idarəetmədir  və  daxilən  də  idarəolunan  bir  anlayışıdr. 

Demokratiyanı strukturlar və qaydalar yaratmaqla, qaydalara 

ə

məl  etməklə  formalaşdırmaq  olar.  Demokratiya  kənardan 

idarə  olunmur.  Demokratiya  özü  tənzimedən  və  daxilən 

tənzimlənən  anlayış  deməkdir.  İdarəetməni  demokratiyanın 

özündə, daxilində, tərkibində axtarmaq lazımdır).  

Qarşılıqlı  asılılıq  da  qlobal  və  regional  səviyyədə  sülhün 

bərqarər olmasına və qorunub saxlanılmasına kömək edir. Sülh 

sisteminin  təşkil  edilməsi  və  qorunması  qarşılıqlı  şəkildə 

maraqların 

təmin 


edilməsindən 

formalaşır. 

Beynəlxalq 

münasibətlər,  eləcə  də  geosiyasət  və  dünya  düzəni  dünyada 

qlobal sülhün qorunmasını şərtləndirir və sülh mexanizmlərini, 

qaydaları  və  sistemləri  formalaşdırır.  Beynəlxalq  münasibətlər 

bütövlükdə  tənzimlənən  bir  vahidə  çevrilir.  Beynəlxalq 

münasibətlərdə  iştirak  təbii  şəkildə  dövlətlərin  bir-birilərinin 

daxili  və  xarici  siyasətlərinə  yumşaq  və  ya  qeyri-yumşaq 

formada  müdaxiləsinə  səbəb  olur.  Çünki  münasibətlər  zamanı 

siyasət  fəaliyyətləri  arasında  bir-birilə  uzlaşma  və  qarışma 

formalaşır.  Kəskin  müdaxilələrə,  bu  baxımdan  müdaxilə 

nəticələri olaraq iqtisadi və siyasi böhranlara, münaqişələrə və 

silahlı  qarşıdurmalara  yol  verməmək  üçün  dövlətlər  şəraitə 

müvafiq  olaraq,  ortaya  çıxan  tələbləri  yerinə  yetirmək 

məqsədilə ədaləti özündə əks etdirən normalar qəbul edirlər və 

normalara  əməl  edirlər.  Əks  təqdirdə,  dövlət  marağının 

sonsuzluğu  onun  hərəkət  fəaliyyətinin  məkanlar üzrə nisbi 

sonsuzluğuna  gətirib  çıxara bilər  ki,  bu da nəticədə kəskin 

toqquşmalara  səbəb  ola  bilər.  Beynəlxalq  münasibətlərin 

tənzimlənməsi 

məhdudlaşdırıcılıq 

baxımından, 

sərhədlər 

yaratmaq baxımından əhəmiyyət kəsb edir.  

Beynəlxalq  münasibətlərdə  iştirak  zamanı  xüsusilə  böyük 

dövlətlər  çalışırlar  ki,  kiçik  dövlətlərin  xarici  siyasət 

fəaliyyətlərində və daxili həyatlarında iştirak etsinlər. Məsələn, 

dövlətlər transmilli korporasiyalarının iştirakları ilə iqtisadiyyat 




 

170


sahələrində,  bundan  da  irəli  gələrək  cəmiyyətlərində  təsir 

imkanları  əldə  etməyə  can  atırlar.  Digər  bir  üsul  da  hərbi 

bazaların  yerləşdirilməsindən  ibarətdir.  Başqa  bir  üsul  da 

maliyyə  yardımları  göstərmək  və  öz  ölkələrini  ətraf  ölkələrin 

məhsulları  üçün  bazara  çevirməkdən  ibarətdir.  Bu  formalı 

iştirak  dövlətin,  xüsusilə  güclü  dövlətin  daha  da  böyümək  və 

ərazilər üzrə maraqlarını genişləndirmək niyyətindən irəli gəlir. 

Bu  istək  və  fəaliyyət  öz  növbəsində  geosiyasi  maraqları 

formalaşdırır.  Geosiyasi  maraqların  zəncirvariliyi  və  geniş 

şəbəkəliliyi,  eyni  zamanda  daxili  strukturu  (forması)  və 

mahiyyəti  (mexanizmisinin  məzmunu)  dünya  düzənini 

meydana gətirir. Bu baxımdan geosiyasət və dünya düzəni bir-

birilə  əlaqəli  şəkildə  beynəlxalq  münasibətlərdən  formalaşan 

anlayışlardır.  Bu  anlayışları,  predmetləri  öyrənən  ümumi  elm 

sahəsi  isə  politologiya  adlanır.  Politologiyaya  ümumi  elm 

sahəsi  kimi  baxmaq  olar  və  onun  tərkibində  isə  ayrı-ayrı 

sahələri  öyrənən  elm  istiqamətlərini  də  qeyd  etmək  olar. 

Beynəlxalq münasibətlərə dair siyasi nəzəriyyələri öyrənən elm 

sahəsini  də  politologiya  adlandırmaq  olar.  (Qeyd:  beynəlxalq 

münasibətlər  nəzəriyyələri  bunlardır:  idealizm-liberalizm; 

neoliberalizm;  liberal  dünya  nəzəriyyəsi;  sosioloji  liberalizm; 

institusional  liberalizm;  respublika  liberalizmi.  Realizm-

klassik  realizm;  struktur  realizm;  hücum  realizmi;  müdafiə 

realizmi;  neoklassik  realizm;  liberal  realizm.  Marksizm. 

Funksionalizm-neofunksionalizm 

Tənqidi  nəzəriyyələr-konstruktivizm,  feminizm,  dünya 

sistem nəzəriyyəsi; 

Bundan  əlavə  bu  kimi  nəzəriyyələr  də  vardır:  beynəlxalq 

etikalar;  postkolonializm;  postmodernizm;  tarixi  sosiologiya; 

rejim nəzəriyyəsi; geosiyasət; rasionlaizm və s.)  

Dövlət  adlanan  siyasi  təsisat,  idarəçilik  və  siyasi  quruluş 

forması,  müəyyən  məkan  üzərində  siyasət  həyata  keçirən  və 

münasibətləri tənzimləyən quruluş xalqların, xalqlar birliyinin, 

ümumilikdə  müəyyən  sərhədlər  çərçivəsində  insanların 




 

171


maraqlarının  ödənilməsi  üçün  tarixin  müəyyən  dövrlərində 

insanlar  tərəfindən  yaranıb.  Dövlətin  formalaşması  zamanı 

güclü  tərəfin  ortaya  çıxması  güclülərin  zəiflər  üzərində 

hakimiyyətinin  yaranmasını  şərtləndirib.  Dövlət  məfhumuna 

bir  siyasi-təşkilati  forma  olaraq  daha  çox  məkan  və  onun 

üzərində  həyata  keçən  fəaliyyət  kompleksliliyi  nöqteyi-

nəzərdən  yanaşmaq  lazımdır.  Burada  məkan  və  hərəkət 

uyğunluğu  və  vəhdəti  mövcuddur.  Dövlətin  həyata  keçirdiyi 

fəaliyyət,  bu  baxımdan  tənzimləmə,  onun  tərkibinə  aid  olan 

idarəetmə (idarəetməyə, müəyyənetmə, araşdırma, aşkarlama, 

icraetmə,  təşkiletmə,  istiqamətvermə,  koordinasiyaetmə  və 

ümumilikdə münasibətlərin tənzimlənməsinin bütün əsasları, 

struktur  istiqamətləri  aid  edilməlidir)  fəaliyyətini  siyasət 

adlandırmaq  lazımdır.  Dövlətin  siyasəti  bir  tərəfdən  müəyyən 

sərhədləri  daxilində  mövcud  olan  obyektlər  üzrə  subyektlərin, 

yəni iştirakçı  tərəflərin  (xalqının,  vətəndaşının, içərisində  olan 



əcnəbi vətəndaşların, xarici ölkə nümayəndəliklərinin, fiziki və 

hüquqi  şəxslərin  və  s.)  münasibətlərini  müəyyən  etməkdən, 

ümumilikdə  tənzimləməkdən  ibarətdirsə,  digər  tərəfdən  də 

dünya  siyasət  səhnəsində  yer  alan  digər  dövlətlərlə 

münasibətlərini  və  əlaqələrini  tənzimləməkdən  ibarətdir.  Bu 

baxımdan  da  dövlətin  siyasi  fəaliyyəti  iki  istiqamətə  ayrılır: 

daxili  siyasət  istiqaməti,  xarici  siyasət  istiqaməti.  Hər  iki 

istiqamət subyektlərin maraqlarının təmin edilməsinə əsaslanır. 

Bu  iki  istiqamət  müdafiə  (mövcudluğun  müdafiəsi)  və  inkişaf 

strategiyalarını  təmin  edir.  Hər  iki  istiqamətin  vəhdətindən, 

fəaliyyət  strukturlarının  birləşmələrindən  də  sosial-rifah  təmin 

edilir.  Hər  iki  istiqamətdə  iştirak  edən  tərəflər  aralarında 

münasibətlər  müvafiq  normalarla  tənzimlənir  ki,  bu  normalar 

da dövlət siyasətinin başlıca alətlərinə və vasitələrinə çevrilir. 

Beynəlxalq 

münasibətlər 

dövlətin 

siyasətinin 

strateji 

əhəmiyyətli  regionlar  üzrə  (burada  əsasən  su  və  quru  sahələri 

üzrə, eləcə də hava məkanı üzrə) yayılmasını təmin edir ki, bu 

da  coğrafi  məkan  üzərində  həyata  keçən  siyasət,  yəni 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə