Microsoft Word gelecek dunya duzeni I kitab doc


məsələlərdə  birbaşa  və  dolayyı  məzmun  etibarilə  gizli  olur



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə57/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   53   54   55   56   57   58   59   60   ...   189

 

163


məsələlərdə  birbaşa  və  dolayyı  məzmun  etibarilə  gizli  olur. 

Münasibət  dövlətin  xarici  siyasət  fəaliyyətinin istiqamətlərini 

və  sahələrini,  eləcə  də  idarəçilik  baxımından  iyerarxik 

prinsiplərini  müəyyən  edir).  Beynəlxalq  münasibət  dedikdə, 

həm  regional,  həm  də  qlobal  miqyasda  iki  və  ya  çoxlu  sayda 

dövlət arasında yaradılan ikitərəfli və çoxtərəfli münasibət başa 

düşülür.  Münasibətlər  həm  əlaqələr  üzərində  qurulur 

(əlaqələrin  obyekti  və  predmeti həm  də  münasibətlərin obyekt 

və  predmeti  olur.  Əlaqələr  münasibətlərlə  qurulur),  həm  də 

əlaqələrin 

meydana 


gəlməsini 

şərtləndirir. 

Beynəlxalq 

münasibətlər dövlətin xarici siyasətinin istiqamətlərinə də təsir 

göstərir.  Belə  ki,  dövlət  beynəlxalq  münasibətlərə  qoşularkən, 

onun  dünya  üzrə  (burada  coğrafi  məkan  və  məkanda  təcəsüm 



olunan  maddi  və  material  resurslar  üzərində)  maraqları 

meydana  gəlir  ki,  bu  maraqlar  da  xarici  fəaliyyətin 

istiqamətləndirilməsinə  öz  müsbət  təsirlərini  göstərir.  Təsirlər 

mənfi  də  ola  bilər.  Belə  ki,  dövlət  beynəlxalq  münasibətlərə 

qoşulanda  öz  fəaliyyətini  çərçivələrə  salmış  və  müəyyən 

qaydalara  tabe  etdirilmiş  formada  həyata  keçirir  ki,  bu  da 

dövlətin  hərəkətlərini  məhdudlaşdırır.  Bunu  da  tam  mənfi  hal 

kimi  qəbul  etmək  olmaz.  Belə  ki,  beynəlxalq  münasibətlər  bir 

arena və mühit səhnəsi baxımından normalarla tənzimləndikdə, 

təkmil  və  faydalı  olur.  Beynəlxalq  münasibətlər  nizama  tabe 

olduqda onun iştirakçısı olan dövlət özünü məhdudlaşdıra bilir 

və  hərəkətlərinə  fikir  verir  və  məhəl  qoyur.  Bu  baxımdan  da 

beynəlxalq  münasibətlər  dövlətlərin  hərəkətlərinin  hüdudunu 

müəyyən  edən  və  normalarla  tənzimlənən  vahid  bir  kompleks 

arenasıdır.  Mövcud  beynəlxalq  münasibətlərdə  əksər  dövlətlər 

bir-birilərinə  qarşı  münasibətlərdə  özlərini  idealizmə  müvafiq 

olaraq  ədalətli  göstərirlər  və  etikalı  şəkildə  davranış  nümayiş 

etdirirlər,-həm  də  ona  görə  ki,  özündən  də  ehtiyat  edirlər  və 

digər  subyektləri  özünə  qarşı  qaldırmaq  istəmirlər.  Dövlətlər 

həm  qlobal  miqyasda,  həm  də  fərdi  –lokal-regional  miqyasda 

qarşıdurmalardan  çəkinirlər.  Güclü  silahların  olması  və  geniş 



 

164


yayılması  da  onlara  bu  addımı  atmağa  vadar  edir.  Dövlətlər 

eyni zamanda müharibələrdən çəkinirlər və öz mövcudluqlarını 

itirməkdən  ehtiyatlanırlar.  Daxili  sabitsizliyin  yaranmasından 

da  ehtiyat  edirlər.  (Dövlətin  etik  davranış  nümayiş  etdirməsi 



ilə  bağlı  onu  da  əlavə  etmək  olar  ki,  bu  məsələdə  dövlət  bir 

növ  özünü  tərbiyəli,  əxlaqlı  aparır.  Dövlətin  tərbiyəsi  ədaləti 

özündə əks etdirən normalara yüksək səviyyədə əməl etməklə 

müəyyən  edilə  bilər.  Burada  yüksək  səviyyə  dedikdə,  bir 

dövlətin  başqalarına  nisbətən  idealizm  əsaslı  normalara  əməl 

etməsi halı qəbul edilməlidir. Əməl nisbidir və ümumiyyətlə isə 

yaxşı əməlin lap son həddi yoxdur. Dövlətin xarici siyasətinin 

ə

dalətli  məzmunu  onu  beynəlxalq  münasibətlərin  ədalətli 

davranan  üzvünə  çevirir.  Ədalətli  davranma  müsbət  hal 

olaraq,  öz  növbəsində  dövlətin  digər  dövlətdə  maraqlarını 

təmin  edən  əsasa  çevrilə  bilir.  Dövlət  yaxşı  yollarla,-müsbət 

kriteriyalarla,  prinsiplərlə,  metodlarla,-  başqa  dövlətlə 

yaxınlıq edir və özünü müdafiə edə bilir, inkişafa məruz qalır. 

Dövlətin  geosiyasi  gücü  həm  əlində  olan  vasitələrdən  asılı 

olur,  həm  də  həmin  vasitələrin  düzgün  və  yumşaq  formada 

istifadəsindən  meydana  gəlir.  Məsələn,  ABŞ  maliyyə 

resurslarından  və  humanitar  vasitələrdən  istifadə  edərək 

özünün  dünya  üzrə  hakimiyyətini-dünya  idarəetməsini 

(mondializmini)  formalaşdıra  bilir).  Məsələn,  dövlətlər  BMT 

Nizamnaməsinə müvafiq olaraq ikitərəfli və çoxtərəfli əsaslarla 

əlaqələr 

qururlar, 

münasibətlər 

yaradırlar. 

Beynəlxalq 

konvensiyalar,  sazişlər  qəbul  edirlər  və  açıq  (hər  bir  dövlətin 

qoşulduğu  sənəd)  və  qapalı  (məhdud  sayda  dövlətlərin 

qoşulduğu 

sənədlər) 

sənədlərə 

qoşulurlar. 

Vyana 


konvensiyasına  uyğun  olaraq  diplomatik  əlaqələr  qururlar. 

Beynəlxalq dəniz hüququ; beynəlxalq hava hüququ; beynəlxalq 

kosmos  hüququ  və  s.  kimi  ümumi  maraqların  əks  olunduğu 

hüquqi  tənzimləmə  sahələri  yaradırlar  və  kofranslar  təşkil 

edirlər,  konvensiyalar  tərtib  edirlər  və  müvafiq  sənədlərə 

qoşulurlar. Beynəlxalq sənədləri öz daxili qanunvericiliklərində 




 

165


tətbiq 

edirlər. 

Bu 

hərəkətlər 



dövlətin 

beynəlxalq 

münasibətlərini  yaradan  xarici  siyasətini  nizamlamağa  məcbur 

edir, vadar edir, bir növ dövlət öz hərəkətlərini riyazi ölçmələrə 

tabe  edir.  Dövlətlərin  beynəlxalq  münasibətlərə  qoşulmaları 

onların  xarici  siyasət  aktlarında  ölçmələri,  bu  baxımdan  da 

normativləri  şərtləndirir.  Beynəlxalq  siyasət  beynəlxalq 

təşkilatlar  vasitəsilə,  eləcə  də  dövlətlər  arasında  ikitərəfli  və 

çoxtərəfli  formatda  həyata  keçirilir.  Başqa  sözlə,  münasibəti 

yaradan  xarici  siyasət  fəaliyyəti,  o  cümlədən  xarici  siyasətə 

təkan  verən  münasibətlər  yaratmaq  zərurəti  dövlətləri 

normalara  tabe  olmağa  vadar  edir.  Beynəlxalq  siyasət  hüquq 



qaydalarını  və  institutları  ixtisarlaşdıra  (məhdudlaşdıra) 

bilməz.  Beynəlxalq  siyasət  əsasən,  belə  qaydalar  çərçivəsində 

və  bu  cürə  institutların  istrumentariləri  vastəsilə  həyata 

keçirilir.

1

 

Dövlətlər, xüsusilə böyük dövlətlər, müəyyən anlarda 

öz  maraqlarından  iərli  gələrək,  həm  daxili  siyasətdə,  həm  də 

beynəlxalq münasibətlərdə hüquq qaydalarından da kənara çıxa 

bilirlər.

 

Hans  Morqentau  yazır:  “lakin  heç  də  uyğun  deyil  ki, 



Amerika  siyasəti  dövlət  səviyyəsində  Amerika  konstitusiyası, 

federal  qanunlar  və  federal  hökumətin  agentlikləri  ilə  eyniliyi 

təşkil edir”.

2

 

 

Təbii ki, dövlət marağı öz coğrafi məkanında sonsuzdur və 

daxilən  genişlənməyə  məruz  qalır.  Bu  baxımdan  da  marağın 

məkanlar  üzrə  təmin  edilməsinin  uzun  trayektoriyası  dövlətin 

gücündən  asılıdır.  Dövlətin  gücünü  şərtləndirən  elementlərin 

düzgün  və  səmərəli  istiqamətlər  üzrə  hərəkətə  gətirilməsi  də 

məhz dövlətin geosiyasi gücünü müəyyən edir və xassələndirir. 

Bu baxımdan, burada əsas məsələ həm də ondan ibarət olur ki, 

dövlət öz geosiyasi gücünü artırmaq üçün əlindəki vasitələrdən 

                                                 

1

 Hans J. Morgenthau, Kenneth W. Thompson. Politics among nations: the 



struggle for power and peace. Brief Edition. 1993.R.R. Donneley&Sons 

Company. ISBN 0-07-043306-2, səh. 18.  

2

 Yenə orada, səh. 18. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə