Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə56/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   52   53   54   55   56   57   58   59   ...   189

 

161


“geosiyasət”  anlayışı  yalnız  son  əsrlərdə  siyasətdən  doğan 

bir  anlayışdır  ki,  bu  da  dövlətə  canlı  bir  orqanizm  kimi 

ə

həmiyyət  verir  və  dövləti  onun  bütün  elementləri  ilə 

birlikdə  canlı  bir  orqanizm  kimi  öyrənir.  Geosiyasət 

anlayışı həm də ona görə əhəmiyyət kəsb edir ki, müasir və 

mövcud  qlobal  inkişafa  uyğun  olaraq  artan  vasitələr 

üzərində  ayrı-ayrı  regionlarda  siyasətin  həyata  keçirilməsi 

çox vacib amilə və istiqamətə çevrilib. Regionlar öz coğrafi- 

siyasi  strukturları  baxımından  və  sərvətlərinə  görə, 

həmçinin  vəziyyətlərinə  görə,  dərəcələnmələr  etibarilə  bir-

birindən  fərqlənirlər.  Bir  də  bütün  regionlar  eyni  siyasi 

çəkiyə  malik  deyil  və  ümumdünya  siyasət  sistemində 

bərabər  təsirlər  göstərə  bilmirlər.  Bu  baxımdan  da 

siyasətin qloballaşmasının özü və region fərqləri geosiyasət 

anlayışınn  qabardılmasını  önə  çəkir.  Siyasi  proseslərə 

coğrafi  regionlar  rakursundan  baxılır).  Geosiyasət  məhz 

həmin vasitələr üzərində təsir edilməklə formalaşır və şəbəkəli 

xüsusiyyətlərə  və  formaya  malik  olur.  Coğrafi  siyasətin 

şəbəkələrinə,  qollarına  ayrı-ayrı  forma  və  məzmunlu  sahələr 

(elementlər, 

elementlər 

birləşmələri) 

aid 


edilməlidir. 

Geosiyasətin  obyekti  dövlət  (ölkə)  və  dövlət  (ölkə)  daxilində 

mövcud  olan  və  ölkəni  formalaşdıran  bütün  elementlər  hesab 

edilməlidir. Bu elementlər də öz gücünə və əhəmiyyətinə görə 

təsnif oluna bilər. Geosiyasət dövlətin gücünü də formalaşdırır 

və  dövlətin  məkanlar  üzrə  böyüməsini  təmin  edir.  Almaniyalı 

Hans Morqentau (Hans J. Morgentau-1904-1980) və Amerikalı 

Kennes Tomson  (Kenneth W. Thompson- 1921-ci ildə anadan 

olub)  özlərinin  “Politics  Among  Nations.  The  Struggle  for 

Power  and  Peace”  adlanan  əsərlərində  dövlət  gücünün 

elementlərinə aid edirlər- coğrafiyanı (coğrafi ərazini -ən əsas 

sabitlik  amili  kimi),  təbii  ehtiyatları  (ərzaq  və  xammal 

materilallarını,  neft  gücünü);  sənaye  gücünü  (sənaye 

potensialını);  hərbi  hazırlığı  (  texnologiyanı,  liderliyi  –

rəhbərliyi,  silahlı  qüvvələrin  say  və  keyfiyyətini),  əhalini 



 

162


(bölgünü, 

tendensiyanı)

milli 

xüsusiyyətləri 

(onun 

mövcudluğunu,  milli  xarakter  və  milli  dövləti);  milli 

özünüdərki  (onun  qeyri-daimiliyini,  cəmiyyətin  və  hökumətin 

qərarverici 

amillər 

kimi 

keyfiyyətini)

diplomatiyanın 

keyfiyyətini;  hakimiyyətin  keyfiyyətini  (həyata  keçirilən 

siyasətlə  resurslar  arasındakı  tarazlıq  problemini;  resurslar 

arasında  tarazlıq  problemini,  əhalinin  müdafiəsi  problemini, 

daxili hakimiyyəti və xarici siyasəti).

1

 



 

Hər  bir  dövlətin  digər  dövlətlə  regionda  və  regiondan 

kənarda,  eləcə  də  qlobal  miqyasda  xarici  siyasət  ilə  yaradılan 

münasibəti  onun  beynəlxalq  münasibəti  adlanır.  (Münasibətə 



həmçinin  dövlətin  mövqeyi  də  aid  edilməlidir.  Dövlət  öz 

mövqeyini  müxtəlif  vasitələrlə,  məsələn,  konfranslarda, 

sammitlərdə,  brifinqlərdə,  forumlarda  və  digər  iclaslarda, 

yığıncaqlarda  səlahiyyətli  şəxslərin  çıxışları  ilə,  həmçinin 

aparılan  danışıqlarla,  eləcə  də  qəbul  edilən  sənədlərlə, 

qoşulduğu rəsmi sənədlərlə bildirə bilər. Dövlətin beynəlxalq 

münasibətlərin  tərkibi  və  əsas  məzmunu  olan  mövqeyi  həm 

birbaşa,  həm  də  dolayı  yollarla  bildirilə  bilir.  Həmçinin 

mövqe açıq və gizli ola bilir. Bu baxımdan da burada dövlətin 

xarici  siyasətində  ikili  vəziyyət  ortaya  çıxır:  bir  tərəfdən 

ə

dalət, digər tərəfdən də milli eqoizmdən və real maraqlardan 

irəli  gələrək,  idealizmə  və  liberalizmə  zidd  olan  ədalətsizlik 

Dövlətin  açıq  münasibəti  onun  açıq  siyasətindən  irəli  gəlir, 

gizli  mövqeyi  isə  açıq  münasibətləri  kölgədə  qoyur  və  gizli 

niyyətlərdən  formalaşır.  Dövlət  digər  dövlətə  və  xalqa  qarşı 

terrora,  müharibələrə  əl  atırsa,  elmi  və  digər  potensial 

vasitələrinə  qarşı  sui-qəsdlər  törədirsə  və  bunu  gizli  şəkildə 

həyata  keçirirsə  və  etdikləri  mənfur  hərəkətləri  öz  üzərinə 

götürmürsə,  deməli,  onun  mövqeyi  bu  və  ya  da  digər 

                                                 

1

 Hans J. Morgenthau, Kenneth W. Thompson. Politics among nations: the 



struggle for power and peace. Brief Edition. 1993.R.R. Donneley&Sons 

Company. ISBN 0-07-043306-2, səh. 124-165.   




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə