Microsoft Word gelecek dunya duzeni I kitab doc


regionlarında  geniş  iştirakları  və  Sakit  okean  regionunda



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə62/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   58   59   60   61   62   63   64   65   ...   189

 

178


regionlarında  geniş  iştirakları  və  Sakit  okean  regionunda 

gücləri  bu  Mərkəzi  okean  hakimiyyətinə  sahib  olmağa  əsas 

verir).  Həm  də  nəzərə  almaq  lazımdır  ki,  geosiyasətin  başlıca 

mahiyyəti  böyük  ərazilərə  (istər  suda,  istər  quruda,  istərsə  də 

havada və kosmik məkanlarda), məkanlara malik olmaqdan və 

məkanlar  üzərində  təsir  elementlərinə,  obyektlərinə  malik 

olmaqdan ibarətdir.  

Qeyd:  XX  əsrin  60-cı  illəri  kosmik  fəzanın  böyük 

diapazonda  tədqiqatına  başlanğıc  verdi.  Kosmonavtika 

astronomiyada  yeni  tədqiqat  mərhələsini  ortaya  çıxartdı. 

Kosmonavtika  eyni  zamanda  Yer  kürəsinin  kosmosdan  daha 

da ətraflı öyrənilməsinə kömək etdi. Bu istiqamətdə kosmosa 

buraxlan  sputniklər  (peykər)  mühüm  rol  oynadılar.  Əvvəlcə 

hərbi  məqsədlər  üçün  istifadə  edilən  peyklərdən  sonradan 

geniş  təyinatla  istifadə  olunmağa  başlandı.  Müxtəlif 

materiklərdən  canlı  efir  yayımları  başlandı.  Eyni  zamanda 

dəqiq və geniş şəkildə meteoroloji məlumatların əldə edilməsi 

və  insanların  təhlükəsizliyinin  təminatı  üçün  (güclü  və 

dağıdıcı  küləklərdən  qorunmaq  məqsədilə)  böyük  hidro-

meteoroloji məlumatlar əldə edildi. Yer kürəsinin kosmosdan 

öyrənilməsi  nəzticəsində  okean  səthləri  haqqında  geniş  foto 

məlumatlar  toplandı.  Eyni  zamanda  sputnik-teleskoplar 

vasitəsilə 

Günəş 

sisteminin 

və 

kainatın 

öyrənilməsi 

təkmilləşdirildi.  Məsələn,  NASA  (ABŞ  Kosmik  Agentliyi) 

tərəfindən  1990-cı  illərdə  kosmosa  buraxılan  və  Habl 

adlanan  peyk  –teleskopu  vasitəsilə  kainatın  sirləri  geniş 

öyrənilməyə başlandı. Kainatın yaradılması tarixi 15 milyard 

il  müəyyən  edildi.  (Hubble  Space  Telescope  HST-Yer  kürəsi 

ətrafında  avtomatik  obseravtoriyadır  (müşahidə  aparatıdır). 

Edvin  Habblın  şərəfinə  adlandırılıb.  “Hubble”  Teleskopu 

NASA  və  Avropa  Kosmik  Agentliyinin  birgə  layihəsidir. 

Teleskopun  kosmosda  yerləşdirilməsi  atmosferdə  mümkün 

olmayan  diapazonda-ilk  növbədə  infraqırmızı  diapazonda  –

elektromaqnit  dalğalarını  qeydə  alma  imkanı  verir.  Atmosfer 



 

179


olmadığına  görə,  Yer  üzərində  yerləşən  analoji  teleskopdan 

fərqli olaraq, bu teleskop 7-10 dəfə çox qabiliyyətə malikdir).

1

 

Yer  kürəsi  ətrafında  hal-hazırda  müxtəlif  ölkələrə  məxsus 

olan  üç  mindən  çox  süni  peyk  mövcuddur  ki,  bu  peyklər  də 

bəlli  trayektoriyalar  üzrə  hərəkət  edirlər.  Böyük  ölkələr  çox 

sürətlə  silahlanırlar  və  belə  hesab  edilir  ki,  yaxın  gələcəkdə 

“Ulduz  müharibələri”  baş  verə  bilər.  Məsələn,  2007-ci  ildə 

Çin  tərəfindən  raket  vasitəsilə  peyk  kosmosda  vurularaq 

zərərsizləşdirilmişdi. Bu gün kosmik fəzanın təhlükəsizliyi və 

dövlətlərin  tarazlı  qaydada  bu  fəzadan  istifadə  imkanlarını 

təmin  etmək  məqsədilə  kosmik  məkanın  tənzimlənməsi 

prioritet  məsələdir.  Kosmik  aparatların  toqquşmasının 

qarşısının  alınması  və  kosmik  zibilləklərin  yaranmasının 

qarşısını  almaq  məqsədilə  də  nizamlama  prosesləri  həyata 

keçirilir. 

 Dövlətin  xarici  siyasəti  gücləndikcə,  məkanlar  üzrə 

genişləndikcə  geosiyasi  çəkisi  də  artır  ki,  bu  da  geosiyasi 

təzyiq  və  təsir  imkanlarını  genişləndirir.  Dövlətin  öz  daxili 

sərhədləri  üzrə  gücü  onun  xarici  fəaliyyət  istiqamətləri  üzrə 

gücü  ilə  uzlaşdıqda-  həmahəng  təşkil  etdikdə  dövlətin 

geosiyasi  çəkisi  artır.  Dövlətin  geosiyasi  çəkisi  onun 

beynəlxalq  aləmdə  müdafiə  qabiliyyətini  gücləndirir  və  dövlət 

immunitetli  və  hazırlıqlı  olur.  Beynəlxalq  aləmdə  fəaliyyət 

zamanı dövlətin daxili enerji hesabına “yüksək qabiliyyəti”, bu 

baxımdan  da  çevikliyi  meydana  gəlir.  Dövlətin  gücü  üçün 

müvafiq resursların mövcudluğu həmin dövləti həm güclü edir, 

həm də onun timsalında güclü nüfuz yaradır. 

Qeyd:  beynəlxalq  münasibətlərdə  güc  mərkəzlərinin 

təsirlərinin  ətraflara  doğru-məkanlar  üzrə  yayılmasında 

uyğunluq prinsipinin  tətbiqi  əsas  məsələyə  çevrilir.  “Siyasi 

heilosentrizm” 

prinsiplərinə 

müvafiq 

olaraq, 

güc 

mərkəzləri və onlar ətrafında təsir zonaları meydana gəlir. 

                                                 

1

 http: www. Streamtop. ru/wallpapers/nature/161-hable.html. 



Космический телескоп «Хаббл».  


 

180


Hər  bir  regional  və  qlobal  güc  mərkəzi  çalışır  ki,  onun 

maraq  sferasında  olan  sərhəd  və  ətraf  məkanlarda  siyasi-

iqtisadi və sosial vəziyyət mərkəzin özü ilə uyğunlaşdırılsın 

ki,  maraqların  təmin  edilməsində  rəvan  vəziyyətlər  ortaya 

çıxsın.  Uyğunlaşdırma  prinsipinin  tətbiqi  məhz  ətrafları 

mərkəzlə  rahat  şəkildə  bağlayır.  Bu  prinsip  sayəsində 

vahidlik,  bütövlük  meydana  gəlir.  Müvafiq  prinsip 

pozulduqda  mərkəz  ətrafa  güc  tətbiq  edir.  SSRİ-nin  XX 

ə

srin  60-cı  illərində  “Çexoslovakiya  baharı”nı  boğması, 

Macarıstanda  və  digər  ətraf  sosialist  ölkələrində  hərbi 

siyasəti buna misal ola bilər. Eləcə də Karib böhranı (Kuba 

raket  böhranı)  zamanı  Kubanın  ABŞ  hərbi  gəmiləri 

tərəfindən  mühasrəsini  və  Kubanın  iqtisadi  blokadaya 

alınmasını nümunə kimi qeyd etmək olar. Eləcə də yumşaq-

liberal  variantlardan  istifadə  edir.  Məsələn,  ABŞ-ın 

müharibədən  sonra  Avropaya  yardımı  nəzərdə  tutan 

“Marşal  planı”  regionda  uyğunlaşdırma siyasətinin tərkibi 

idi.  Regionun  ABŞ-a  uyğunlaşdırılması  əsas  məsələ  idi. 

SSRİ  kommunizm  ideologiyasından  istifadə  edərək  öz 

ə

trafında, 

sərhədlərində 

yerləşən 

dövlətlərdə 

də 

kommunizmin  qurulmasına  çalışırdı.  Çünki  mərkəzin 

özündə kommunizm-sosializm ideyaları mövcud idi. Çində, 

Şə

rqi  Avropada,  Hindistanda,  İran  və  Türkiyədə,  Mərkəzi 

Amerika 

ölkələrində, 

Afrika 

və 

digər 

yerlərdə 

kommunizmin təbliği həm də uyğunlaşdırma prinsipləri ilə 

həyata  keçirilirdi.  Uyğunlaşdırma  dedikdə,  ətraf  ölkələrin 

təsərrüfat  sistemlərinin,  sosial-siyasi,  fəlsəfi  baxışlarının 

SSRİ-yə  uyğunlaşdırılması  kimi  başa  düşülə  bilərdi.  ABŞ-

da  öz  növbəsində  Qərbi  Avropada  və  əksər  ölkələrdə 

kapitalizm  yolu  ilə  sosial  cəmiyyətlərin  qurulmasını  təbliğ 

edirdi. 

Uyğunlaşdırma 

həm 

mərkəzin 

ə

traflarda 

maraqlarını təmin edir, həm də ümumi-vahid ideologiyanın 

geniş 

məkanlarını 

formalaşdırır. 

Uyğunlaşdırma 

məkanlarında  güc  mərkəzləri  arasında  ortaya  çıxan 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə