Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə49/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   45   46   47   48   49   50   51   52   ...   189

 

140


siyasi təhlükəsizliyi zəruri edir. Məsələn, belə hesab etmək olar 

ki,  cəmiyyətlər  müxtəlif  təbəqələrdən  ibarətdir.  Bütün 

təbəqlərdə  mübarizələr  həyata  keçirilir.  Mübarizələr  inkişafı 

üzə  çıxarır,  inkişaf  nəticəsində  maddi  və  mənəvi  tələblər 

ödənilir  və  cəmiyyətdə  sabitlik  meydana  gəlir.  Mübarizə  edən 

tərəflər  arasında  kompromislik  meydana  gəlir  və  gücün 

birləşdirilməsi prosesləri yaşanır.  

Bununla bərabər,  cəmiyyətdə ayrı-ayrı təbəqənin (məsələn, 



uşaq,  yeniyetmə  və  gənclərin  maraqları,  orta  yaşlı,  ahıl  və 

qoca  yaşlı  insanların  maraqları;  eləcə  də  qadınların  və 

kişilərin 

maraqları) 

də 


maraqları 

siyasətin 

ayrı-ayrı 

istiqamətlər  üzrə  həyata  keçirilməsi  zərurətini  üzə  çıxarır. 

Siyasət  qurumları  öz  fəaliyyət  funksiyalarına  və  fəaliyyət 

məzmununa  görə  təsnif  edilirlər.  Təsnif  olunma  isə  onların 

həm də güclərinə görə aparılır. Məsələn, dövlətin elm və təhsil, 

idman,  səhiyyə  və  mədəniyyət,  sosial  sahələr,  hərbi  və  dövlət 

müdafiəsi,  ictimai  və  siyasi  təhlükəsizlik, iqtisadiyyat-istehsal, 

istehlak və ticarət və s. sahələri; beynəlxalq iqtisadi, humanitar 

və elmi əlaqələr üzrə siyasəti həyata keçirən sahələri vardır. Bu 

sahələr  həm  baza,  həm  də  üst  qat  (burada  həm  də  köməkçi) 

rolunu  oynayırlar.  (Qeyd:  köməkçi  sahələr  və  köməkçi 

qurumların fəaliyyəti baza sahələrin nüfuzunu ortaya çıxarır 

və  onun  təsir  imkanlarını  böyüdür.  Məsələn,  böyük  bir 

transmilli  korporasiyanın  işçilərinin  sayı  çoxalarsa,  maliyyə 

yardımı  göstərdiyi  layihələr  çox  olarsa,  özünün  həyata 

keçirdiyi  ictimai  və  sosial  layihələrin  miqyası  böyük  olarsa, 

bu  anda  həmin  transmilli  korporasiyanın  təsir  məkanları  da 

böyük  olar  və  onların  cəmiyyətlərə  və  siyasi  hakimiyyətlərə 

təsir  imkanları  da  artar).  Baza  sahələr  əslində  üst  sahələrin 

təmin  edilməsinə  əsaslanır.  Hər  bir  sahə,  əslində  digər  sahə 

üçün  şərtləndirici,  təkanverici  rolu  oynayır.  Məsələn,  sosial 

sahələr  üst  sahələr  olduğu  üçün,  bu  sahələrin  təmin  edilməsi 

məqsədilə 

mütləq 


şəkildə 

istehsalat 

baza 

sahələri 



yaradılmalıdır. Elementlərin və proseslərin təsnif olunmasından 


 

141


seçmə  amili  ortaya  çıxır  və  funksiya  yerinə  yetirmək 

baxımından  güclü  tərəf,  mərkəz  rolunu  oynayan  sahə  və 

obyekt, eləcə də subyekt meydana gəlir. Səlahiyyət sahələri, bu 

baxımdan sfera və daxili zənginliyi başlıca olaraq subyektlərin 

mərkəzi  və  ətraf,  əsas  və  köməkçi  məzmununu  müəyyən  edir. 

Subyektlərin  qarşılıqlı  əlaqəsi  isə  nizam  qaydalarını  ortaya 

çıxarır  və  problemlərin  mövcudluğu  nizam  məsələsini  zəruri 

edir.  Sahələrin  təsnif  olunması  əslində  nizam  əsasında 



mexanizm  qaydalarının mövcudluğunu ortaya çıxarır. Nizam 

özü isə maraqların nisbi və şərti əsaslarla bərabər bölünməsini 

təmin edir. Sahələrin təsnif olunması maraq zənginliyini təmin 

edir.  Sahələrin  sayı  çox  olduqda  maraq  elementlərinin  və 

obyektlərinin sayı da çox olur. Çünki elementlərə təsir amili və 

istiqamətləri  çoxalır.  Təsirin  çoxalmasından  da  qüvvələr  artır 

və  elementlərin  birləşməsi,  parçalanması  prosesləri  güclənir. 

Münasib  trayektoriyalar  üzrə  baş  verən bu proseslər sayəsində 

də  ardıcıl  və  dinamik  inkişafa  nail  olunur.  Sahələrin  təsnif 

olunması  təbii  şəkildə  inkişafı  üzə  çıxarır.  Təbii  proseslərin 

tənzim  olunması  isə  elementlər  arasında  ardıcıl  inkişafı  zəruri 

edir.  İnkişaf  bu  baxımdan,  yalnız  eyni  yox,  müxtəlif  məzmun 

və  formaya  malik  olan  subyektlərin  qarşılıqlı  vəhdətindən 

meydana  gələn  mənzərəyə  çevrilir.  (Qeyd:  təqribi  və  şərti 



olaraq  eyni  gücə  malik  olan  elementlər  birləşməklə  yanaşı, 

həm  də,  bunlardan  hər  biri  öz  ətrafına  elementlər  cəlb  edə 

bilir.  Ümumiyyətlə,  rəqabət  daha  çox  bir-birindən  az 

fərqlənən,  oxşar  və  ya  da  eyni  olan  subyektlər  arasında  baş 

verir.  Böyük  dövlətlər  arasında  baş  verən  rəqabət 

mübarizəsini  buna  nümunə  göstərmək  olar).  Sahələrin  təsnif 

olunması  fərqli  səlahiyyət  (sahələr  üzrə  böyükdən  kiçiyə 



doğru)  və  öhdəliyi  (sahələr  üzrə  geniş  və  məhdud  öhdəliyi) 

ortaya çıxarır.  

Sahələr  öz  funksiyaları  baxımından  təsnif  olunurlar. 

Sahələr  arasında  əlaqəlilik  nizamlama  zərurətini  üzərə  çıxarır. 

Nizamlama  zərurəti  də  nizamlama  qaydalarını  yaradır  və  güc 



 

142


tərəfi  anlayışını  meydana  gətirir.  Güc  tərəfi  səlahiyyəti 

müəyyən  edir  və  ətrafına  elementlər  cəlb  etməklə  daha  da 

güclənir.  Eyni  zamanda  güc  tərəfləri  ətraf  elementlər  üçün 

qaydalar müəyyən edirlər və qaydalarla həmin ətraf elementləri 

özlərinə  tərəf  çəkirlər,  öz  orbitlərində  saxlayırlar.  Nizamlama, 

yəni  şərait  və  məkana  görə,  tələbatların  miqyasına  əsasən 

sıralara  düzmə,  təbii  şəkildə  elementlər  arasında  bağlılığı  və 

bundan irəli gələrək vəhdəti təşkil edir. 

  

Siyasət 

qurumlarının 

təsnif 

olunmasının 

və 

nizamlanmanın  aşağıdakı  zəruri  əsaslarını  ümumiləşdirilmiş 

şə

kildə qeyd etmək olar: 

 

-dövlətin 



daxili 

və 

xarici 

siyasətinin 

ayrı-ayrı 

istiqamətlərinin nizamlanması məqsədilə müəyyən funksiya 

yerinə  yetirən  və  əsaslı  gücə  malik  olan  səlahiyyətli 

qurumların  formalaşması  zərurəti.  Bu  anda  vəzifə  və 

səlahiyyət baxımından təsnifetmə meydana gəlir



-dövlətin  daxili  və  xarici  siyasət  istiqamətləri  arasında 

uzlaşmanı təmin etmək və vəhdət yaratmaq zərurəti. Dövlət 

öz  daxili  siyasətini  xarici  siyasəti  ilə  tamamladıqda  dövlətin 

müdafiəsi  güclənir  və  potensialı  artır,  sahələrarası  inteqrasiya 

və  əhali  miqrasiyası,  emiqrasiyası  hesabına  inkişaf  tempi 

sürətlənir; 

-cəmiyyətin 

ayrı-ayrı 

təbəqələrinin 

fəaliyyətini 

normalarla nizamlamaq zərurəti. Fərqlər nizamlamanın fərdi 

və ümumi xüsusiyyətlərini aşkarlayır; 



-cəmiyyətin  fərqli  maraq  nümayiş  etdirən  şəxslərinin 

maraqlarını ödəmək və maraqlar arasında təkmil əlaqələri 

yaratmaq zərurəti; 

-dövlətin  siyasət  həyata  keçirdiyi  sahələr  arasında 

iyerarxik əlaqələri yaratmaq zərurəti. Hesabatların verilməsi 

və qərarların qəbul edilməsində tərəflər müəyyən edilir; 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə