Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə46/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   42   43   44   45   46   47   48   49   ...   189

 

131


münasibətlər və s. kimi istiqamətlər əsas ixtisaslaşmış sahələrdir. 

Bu  da  tarixən  baş  vermiş  zəncirvari  və  şərtləndirici  inkişaf 

prosesləri ilə əlaqəlidir. Cəmiyyətlərdə olan münasibətlər bağlılığı 

və  fərqliliyi  baxımından  sistem  xarakteri  kəsb  edir  və  müvafiq 

məkanlarda  bir-birindən  irəli  gələn,  şərtləndirici  əsaslarla  ortaya 

çıxan  qaydalar  mövcuddur  və  münasibətlərin formalaşması üçün 



mexanizmlər  tətbiq  edilir.  İnsanların  sayı  artdıqca  münasibət 

subyektlərinin  (şəxslərin  və  şəxslər  qruplarının)  da  sayı  artır. 

Cəmiyyətin stratifikasiyalarının genişlənməsi prosesləri baş verir. 

Sayın  artması  da  öz  növbəsində  maraqları  həm  tərkib,  həm  də 

sfera baxımından genişləndirir. Münasibətlərin yaranması tarixinə 

nəzər  saldıqda  görərik  ki,  münasibətlərdə  daima  güclü  tərəflər 

ortaya  çıxıb  və  onlar  digərlərini  idarə  etmək  üçün  müxtəlif 

yollarla özlərinə haqq qazandırıblar. Güclü tərəfin özü də hərəkət 

fəaliyyətində, şəxslərin qabiliyyətində və istedadında seçim olaraq 

ortaya  çıxıb.  Güclü  tərəf  cəmiyyətdə  özünə  mövqe  qazanıb.  Bu 

mövqe məsələsi yenə də mövcuddur və güclü tərəfin statusunu və 

yerini  müəyyən  edir.  Bu  yerdə,  postda  güclü  subyektin  biri 

digərini  əvəzləyir.  Məsələn,  dövlət  hakimiyyətinin  özü  güclü 

tərəf  və  vəzifələr  qrupu  olaraq  birdəfəlik  qaydada  tarixin 



(dövlətlərin  təşəkkül  tapdıqları  tarixdə-bu  tarix  b.e.ə.  IV-III 

minillikllər hesab edilir) hansısa bir mərhələsində yaranıb. Tunc 

dövründə ticarətin meydana gəlməsi dövlətlərin inkişafında böyük 

rol  oynayıb.  Bu  yer  (hakim  olmaq  yeri)  tarixin  trayektorik 

gedişində  (davamında)  daima  güclü  tərəflərə  qismət  olur.  Güclü 

şəxslər  hakimiyyəti  leqal  (demokratik  quruluşlarda  siyasi 

sistemlərə seçkilərin keçirilməsi yolu ilə, ənənəvi quruluşlarda isə 

ənənələr  yolu  ilə)  və  ya  da  qeyri-leqal  üsullarla  (hakimiyyətin 

çevriliş  və  sui-qəsdlər  törədilməsi  yolu  ilə  ələ  keçirilməsi)  ələ 

keçirirlər. Hakmiyyət trayektoriyasında bir qrup şəxsi digər güclü 

qrup  əvəz  edir  və  bu,  bir  qayda  olaraq  ənənəyə  və  vərdişə 

çevrilibdir.  

Hakimiyyət  uğrunda  daima  tərəflər  arasında  mübarizə 

gedib.  Hakimiyyət  uğrunda  qədim  dövrün  mübarizələrində 




 

132


insanların  inanclarından  da  istifadə  ediblər.  Hakimiyyətin 

onlara  allahlar  tərəfindən  hədiyyə  olunması  prinsiplərini  də 

ortaya  atıblar.  Dövlət  rəhbərləri  (məsələn,  Yaxın  Şərqin  qədim 

dövlətlərinin  rəhbərləri)  özlərini  Allahın  elçisi,  evladı 

adlandırıblar. 

Onlar 

özlərini 



hətta 

yerdəki 


allah 

da 


adlandırırdılar.  (Məsələn,  Misirdə).  Öz  simalarında  allahı 

insanlara təqdim edirdilər.  

Güclü 

tərəflər 



gücsüzlər 

üzərində 

hakimiyyətə 

yiyələnməklə  gücsüzlərin  əməyindən  də  istifadə  ediblər. 

Gücsüzlərin  əməyinin  məhsulunun  bölüşdürülməsi  üçün 

hakimiyyət  qrupu  yaranıb.  Hakimiyyət  həm  də  istismardan 



ortaya  çıxan  bir  forma  olubdur.  Hakimiyyətdə  təmsil 

olunanlar  gücsüzlərin  əməyinin  mühafizəsi  və  yaşayış 

məskənlərinin  qorunması  üçün  hərbi  quruplar  yaradıblar  və 

hərbi  vasitələrin,  həm  də  şəxsi  heyyətin,  saxlanılması 

məqsədilə  gücsüzlərdən  vergilər  tələb  ediblər.  Bu  yolla  onlar 

münasibətləri tənzim edən, bu baxımdan da idarə edən tərəfə 

çevriliblər.  Hakimiyyətlər  ta  qədimdən  insanlar  arasında 

münasibətləri  tənzimləmək  üçün  qayda-qanunlar  yaradıblar. 

Qədim 


Misirdə, 

Ön 


Asiyada, 

İkiçayarası 

ölkələrdə, 

Yunanıstanda,  Romada  və  digər  ölkələrdə  qanunlar  qəbul 

ediblər,  islahatlar  həyata  keçiriblər.  Bütün  bunlarda  məqsəd 

cəmiyyətləri  formalaşdırmaq  və  əks  tərəf  kimi  öz  əllərində 

saxlamaq  olub.  Hakimiyyət,  əks  tərəfin  mövcud  olduğu 

anda,  eləcə  də  öz  iradəsinin  tətbiqində  sübut  kimi  ortaya 

çıxan  qrup  olub.  Hakmiyyətin  olması  və  fəaliyyəti  üçün 

mütləq  təsir  edilən  tərəf  (bu  tərəf  obyekt  və  ya  da  subyekt 

adlandırıla  bilər)  olmalıdır.  Dövlət  rəhbərləri  tənzimləmə 

siyasəti həyata keçirməklə, hakimiyyətlərini əllərində saxlamaq 

və hakim nüfuzlarını cəmiyyət üzərlərində saxlamaq məqsədini 

güdüblər.  Hakimiyyət  cəmiyyətə  mənbə  və  obyekt  kimi 

baxıbdır  və  insanlardan  faydalanmağa  çalışıbdır.  Dövlət 

rəhbərləri  həm  də  öz  firavan  həyatlarının  mənbəyini  öz 

hakimiyyətləri  yolu  ilə  cəmiyyətlərə  göstərdikləri  təsirlərdən 



 

133


əld  etdikləri  vasitələrdə  axtarıblar  və  tapıblar.  Mühafizəkar  və 

adət-ənənələrə  bağlı  olan  cəmiyyətlərdə  və  dövlətlərdə 

hakimiyyətin  cəmiyyət  üzərində  nəzarəti,  siyasəti  radikallığa 

əsaslanıb. Radikallıq sərt qaydada qüvvə tətbiqi ilə (edamların 



həyata  keçirilməsi,  bədən  üzvünün  kəsilməsi,  məhkəməsiz 

həbsxanalara atılma, mülklərin müsadirəsi, can vergilərinin və 

digər  vergilərin  qoyulması  və  s.)  ortaya  çıxıb.  Dövlətlər 

cəmiyyətlərinə  qarşı  silahdan  geniş  istifadə  ediblər,  öz 

növbəsində  dövlətlər  arasında  tez-tez  müharibələr  törədilib. 

Dövlət rəhbəri (burada hakim şəxs) özünün nüfuzunu müxtəlif 

tənzimləmə  metodlarından  istifadə  etməklə  müəyyən  müddətə 

qoruya  bilib.  Dövlət  rəhbərinin  və  idarəetmə  aparatının 

avtoritetliyi  dövlətin  keyfiyyət  məsələsini  meydana  gətirib. 

Yalnız  nizamlı  idarəetmə  zamanı  dövlət  səmərəli  və  bütöv 

şəkildə fəaliyyət göstərə bilər.  

Müasir və post müasir dövlət idarəetmə rejimlərində köklü 

dəyişikliklər  həyata  keçib.  Bir  və  ya  bir  neçə  şəxsin  yox, 

çoxluğun  müəyyən  etdiyi  və  hamının  mənafeyinə cavab verən 

və hamının əməl etdiyi normaların yaradılması ümumi prinsipə 

çevrilib.  Bu  prinsiplər  demokratiya  rejiminin  əsası  olaraq 

hakim  tərəfin  əks  tərəf  üzərində  yumşaq  rejimlərini  meydana 

gətirir. Eyni zamanda sakinlərin tərəfi ilə hakim tərəf arasında 

kompromisli  (razılığın  əks  olunduğu  variantlar)  variantları 

ortaya  çıxarır.  Müasir  və  postmüasir  tələblər  cəmiyyətlərin 

özündə təbəqlər arasında, eləcə də cəmiyyətlə dövlət arasındakı 

münasibətlərin  tarazlı  əsaslarla  inkişafını  meydana  gətirir. 

Vahid  normalar  insan  huquqları  üzrə  humanist  prinsiplərlə 

siyasətin 

yayılmasını, 

əhatələnməsini 

təmin 

edir. 


Tənzimlənmədə sadələşdirmə, asanlaşdırma prinsipləri tətbiq 

edilir  və  bürokratik  aparat  hüquqları  təmin  edən  vasitəyə 

çevrilir. Təbii ki, bu proseslərin yuxarı səviyyəsi (müqayisədə) 

yüksək  maariflənmiş  və  inkişaf  etmiş  cəmiyyətlərdə  ortaya 

çıxmış olur. Yüksək tənzimləmə tərəflərdə  yüksək dərketməyə 

və 


maddi 

maraqların 

təmin 

edilməsinə 



əsaslanır. 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə