Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə45/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   41   42   43   44   45   46   47   48   ...   189

 

128


bölgüsü  və  maraq  paylaşması  prosesləri  baş  verir.  Əlaqəli 

fəaliyyət  strukturları  bir-birinə  bağlayır  və  onların  arasında 

şaxəli  trayektoriyalar  meydana  gəlir.  Strukturlar  həm  eyni 

trayektoriyalar  (istehsalat  strukturları  şəbəkələri,  xidmət 



strukturları  şəbəkələri  və  s.  kimi  ixtisaslaşmış  sahələr  üzrə 

strukturların  təşkili),  həm  də  paralel  trayektoriyalar  üzrə 

(iqtisadiyyatın ayrı-ayrı qolları üzrə strukturların təşkili, dövlət 

hakimiyyətinin  ayrı-ayrı  qolları  üzrə  paralel trayektoriyalarda 

strukturların təşkili) təşkil edilir. Siyasi strukturların piramidal 

əsası  onlar  arasında  əlaqəli  və  tabeli  fəaliyyəti  təşkil  edir. 

Bununla  da  “güclülərin  seçim”i  prosesi  baş  verir.  Güclü 

subyektlərin 

nisbətən 

zəif 


subyektlər 

üzərində 

hakimiyyətindən,  bu  baxımdan  da  nəzarətindən  məzmun 

tərkibi  baxımından  və  forma  etibarilə  siyasi  düzən  meydana 

gəlir.  Subyektlər  əllərində  olan  resursların  azlığından  və 

səlahiyyətlərinin  azlığından  zəif  ola  bilirlər.  Lakin  onu  da 

nəzərə almaq lazımdır ki, hüquq norması baxımından yuxarı 

təşkilata  nisbətən  az  səlahiyyəti  olan,  lakin  kifayət  qədər 

resurslara  malik  olan  qurumlar  da,  məsələn,  banklar  da, 

dövlətin  yuxarı  təşkilatı  üçün  kiçik  bir  qurum  funksiyasını 

yerinə  yetirir.  Güclülərin  formalaşması  da  öz  növbəsində 

vəzifə və səlahiyyətlərin gücləri və miqyası ilə müəyyən edilir. 

Maraqların  pay  bölgüsü,  eləcə  də  hakim  elitanın-qrupun 

mövcudluğu bu qrupu daha səlahiyyətli edir və piramidanın baş 

hissəsinə  qaldırır.  Piramidanın  baş  hissəsi  onun  aşağıları 

tərəfindən  formalaşdırılır.  Yəni  bütövlükdə müəyyən  məkanda 

və müvafiq sərhədlər daxilində cəmiyyət olmasa, maraqları əks 

etdirən  təbəqə  olmasa,  piramidanın  baş  hissəsi  də  (yəni  dövlət 



və hakimiyyət rəhbərləri) də ola bilməz. Bu baş hissə daha çox 

siyasəti  müəyyən  edən,  icra  istiqamətlərini  müəyyən  edən 

subyektə  çevrilir.  Şaxələnmə  prinsipi  həm  də  bu  baş  subyekti 

daha  böyük  bir  quruma  çevirir.  Böyük  qurumun  qəbul  etdiyi 

qərar da siyasi və bu baxımdan da əhatəli forma və əhəmiyyət 

kəsb  edir  və  onun  icrası  üçün  inzibati  idarəçilik  həyata 




 

129


keçirilir.  Piramidanın  yuxarısında  dayananlar  digər  strukturlar 

üçün həm universal nəzarəti və müşahidəni, lazımi anlarda isə 

xüsusi  nəzarəti  və  müşahidəni  yerinə  yetirirlər.  Bu  da  həmin 

strukturların  (subyektlərin  və  rəhbərlərinin)  səlahiyyətini  və 

statusunu  böyüdür  və  zəngin  imicini  formalaşdırır.  Piramidal 

struktur  əsas  etibarilə  strukturlar  arasında  zəruri  əlaqəni  və  bu 

baxımdan  da  tənzimləmə  funksiyasını  yerinə  yetirir.  Nəzərə 

almaq  lazımdır  ki,  sahələr  arasında  əlaqələrin  mövcudluğu 

müvafiq  normalarla  təmin  edilir,  eyni  zamanda  zərurət  ortaya 

çıxdıqda  bu  zərurəti  tənzim  etmək  üçün  normalar  yaradılır. 

Strukturlar  arasında  mövcud  olan  bağlılıq  bir  tərəfdən  ictimai 

və  siyasi  həyatı  vahidləşdirir,  kompleksləşdirir,  digər  tərəfdən 

də strukturların təsnifatını meydana gətirir. Struktur özü sistem 

və mexanizmə malik olan bir qurum kimi başa düşüldüyündən, 

canlı  strukturlar  (fəaliyyətdə  olan  strukturlar)  başlıca  olaraq 

müvafiq  qaydalarla  fəaliyyət  göstərirlər.  Strukturlar  bir 

tərəfdən,  bir  vahid  olaraq  tənzim  edilirlər,  digər  tərəfdən  də 

strukturların  özləri  də  müvafiq  sahələri  tənzimləyirlər.  Bütün 

bu 

proseslərdə 



idarəçilik 

prinsipləri 

formalaşır 

və 

strukturlararası  proseslər  idarəetmə  şərtlərini  meydana  gətirir. 



İdarəetmə  şərtləri  də  güc  nümayiş  etdirən,  nüvə  rolunu 

oynayan  qurumları,  subyektləri  ortaya  çıxarır.  Təbii  şəkildə 

nizam  yaranır  və  hərəkətlər  sistemə  tabe  edilir.  İdarəçilik-  elə 

müvafiq elementlərin sıra qaydası ilə düzülüş əsasında nizam 

prinsiplərinə  müvafiq  olaraq  hərəkətdə  olmasıdır.  Mərkəzə 

doğru cəmləşən və mərkəzdən kənarlara yayılan proseslər təsir 

elementlərini  üzə  çıxarır  və  güc  amilini  gerçəkləşdirir. 

Srtrukturlar  arasında  əlaqələrdə  tənzimləmə  məsələləri  təbii 

şəkildə 

hadisələri 

yönəldən, 

vəzifə 


səlahiyyətlərini 

müəyyənləşdirən  əsas  güc  strukturlarını  (güc  subyektlərini) 

meydana gətirir. 

Siyasət  qurumları  arasındakı  əlaqələrin  nizamlı  şəkildə 

tənzimlənməsinin vacibliyi, zəruriliyi ilə bağlı olaraq aşağıdakı 

ümumiləşdirilmiş fikirləri bildirmək olar:  




 

130


-maraq  müxtəlifliyi  və  sahələrin  müxtəlif  forma  və 

məzmuna malik olması. Bunun uçün onlar arasında real əsaslı, 

təkmil əlaqələrin mövcudluğu zərurəti;  

-siyasət  qurumları  arasında  vahidliyin,  bütövlüyün  təşkil 

edilməsi zərurəti; 

-siyasət  qurumlarının  fərqli  fəaliyyətləri  və  bu  fəaliyyəti 

insanların  həyatı  və  xoşbəxtlikləri  üçün  vacib  struktura 

çevirmək  zərurəti.  Qurumlar  fərqli  fəaliyyət  göstərirlər  və 

fərqli  maraqları  təmin  edirlər.  İnsanlar  isə  fərqli  maraq 

nümayiş  etdirən  canlı  varlıqlar  olduğundan,  bu  maraqları 

vahidə  çevirmək  üçün  mütləq  şəkildə  ayrı-ayrı  maraq 

sahələrini 

birləşdirmək 

və 


trayektoriyalar 

şəbəkələrini 

yaratmaq  vacibdir.  Bu  zaman  enerji  birliyi  və  böyük  güc 

yaranır ki, bundan da hamı istifadə edə bilir; 

-siyasət  qurumları  arasında  nizamlama  yolu  ilə  balanslı 

mühitin  yaradılması  zərurəti.  Belə  vəziyyətlərdə  həm 

rəngarənglik  meydana  gəlir,  həm  də  hamı  tərəfindən 

faydalanma prinsipləri formalaşır və s.  

Tənzimləmə  bir  tərəfdən  elementlər  arasında  əlaqələrin 

vəhdətini  yaradırsa,  digər  tərəfdən  də  güclü  elementlərin 

mövcudluğu  faktlarını  üzə  çıxarır.  Gücün  ətrafında  cəmləşmə 

prinsipləri  də  güclü  elementi  daha  da  gücləndirir  və  onun 

təsirlərini  həm  daxilən  (tərkib  baxımından  böyütmə),  həm  də 

məkanlar üzrə artırır, ətraflara doğru böyüdür.  



 

Münasibətlərin 

tənzimləməsinin 

ə

sasları 

(nizamlı 

münasibətlər) 

 

Uzun  müddətli  tarixin  məhsulu  olan  və  indiki  formanı  almış 



cəmiyyətlərdə münasibətlər zəncirvari xarakter kəsb edir. Zənciri 

isə  müəyyən  həlqələr  bir-birinə  bağlı  vəziyyətlərdə  saxlayır. 

Münasibətlər  rəsmi  baxımdan  həm  də  ixtisaslaşmaya  məruz 

qalıbdır.  Məsələn,  iqtisadi  münasibətlər,  əmək  münasibətləri, 

siyasi  münasibətlər,  peşə  ilə  bağlı  münasibətlər,  sosial 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə