Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə48/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   44   45   46   47   48   49   50   51   ...   189

 

137


Sahələr üzərində maraqlar formalaşır. Seçim həm müxtəlifliyi, 

həm  də  rəngarəngliyi  meydana  gətirir.  Eləcə  də  məkan 

üzərində  elementlərin  fərq  amili  baxımından  fərqli  məkanları 

formalaşdırır.  Seçim  sayəsində  hər  bir  vəzifənin  funksiyası, 

bundan  irəli  gələrək  vəzifə  təlimatları  müəyyən  edilir.  Seçim 

əsasən  insanların  istək  və  iradələrinə  müvafiq  olaraq  həyata 

keçirilir.  Təbii  olaraq  da,  insanların  gözləmədiyi  hallarda  və 

şəraitlərdə  və  gerçəkliklər,  reallıqlar  ortaya  çıxa  bilir.  Seçim 

həyatın  gedişatında  fərqli  prosesə  çevrilir.  Fərqli  proseslər  də 

fərqli maraq nümayiş etdirən subyektin, elementin fərqli iştirak 

xüsusiyyətlərindən  irəli  gəlir.  Seçim  sayəsində  güclü  və  zəif 

tərəflər müəyyən  edilir və iki tərəf  arasında baş verən əlaqələr 

və bağlılıq da öz növbəsində pilləli tabeçiliyi meydana gətirir. 

Seçim  fərqləri,  rəngarəngliyi  formalaşdırmaqla  onlar  arasında 

vəhdəti  və  kompleksi  meydana  gətirir.  Məhz  seçim 

proseslərinin  özləri  də  nizamlama  prosesidir  və  nizamlama 

sayəsində  fərqli  xüsusiyyətləri  özündə  əks  etdirən  tərəflər 

meydana  gəlir.  Tərəflərin  məsuliyyət məsələləri  və öhdəlikləri 

də  eləcə  də  seçim  sayəsində  formalaşır.  Onlar  arasında 

münasibətlərin 

və 

əlaqələrin 



tərzindən, 

kəmiyyət 

və 

keyfiyyətindən  də  idarə  edən  və  idarə  olunan  tərəflər 



formalaşır.  Nizamlama  da  seçilənləri  və  fərqli  keyfiyyətlərə 

malik olanları ortaya çıxarır.  

Əvvəlcə  qeyd  edildiyi  kimi,  cəmiyyətin  üzvləri  olan 

insanlar,  ölkə  anlayışında  və  beynəlxalq  səviyyədə  xalqlar 



(xalqları  beynəlxalq  ictimaiyyətin,  beynəlxalq  cəmiyyətlər 

birliyinin  tərkib  elementi,  element  birləşməsi  adlandırmaq 

olar)  özünəməxsus  qaydada  maraq  nümayiş  etdirirlər. 

Maraqların  müxtəlif  məkanlarda  və  məqamlarda  fərdi  və 

kollektiv  şəkildə  təmin  edilməsi  əsas  məqsədə  çevrilir. 

Subyektlər  öz  maraqlarını  təmin  etmək  üçün  vasitələrə, 

əşyalara  təsirlər  edirlər.  Təsirlər  edərkən  onları  forma  və 

məzmun  dəyişmələrinə,  eləcə  də  kəmiyyət  dəyişmələrinə 

məruz qoyurlar, öz iradə və istəklərinə tabe edirlər. İnsanlar öz 



 

138


maraqları  üçün  əşyaları  özlərinin  maraqlarına  müvafiq  forma 

və  məzmuna  salırlar.  Təsir  fərqlərindən  də  proses  fərqləri 

aşkara  çıxır.  Bu  addımla,  hərəkətlərlə  elementləri  təsirə  və 

qarşılıqlı  əlaqələr  vəziyyətlərinə  məruz  qoyurlar.  Həmin 

elementləri  müvafiq  məkanlara  cəlb etmiş  olurlar  və məkanlar 

arasında 

fərqli 

fəaliyyət 



xüsusiyyətləri 

də 


təsnifatı 

formalaşıdırır  və  piramidal  struktura  tabe  olan  siyasi  sistemin 

tərkib  elementlərinə,  element  birləşmələri  olan  yarım 

strukturlara  və  strukturlara  çevrilirlər.  (Qeyd:  yarımstruktur 



dedikdə, əslində, bu anlayışın əks olunduğu varlığa da bütöv 

şə

klində  baxmaq  lazımdır.  Əslində,  struktur  elə  bütöv  bir 

sistemdir,  fəaliyyət  nəticələri  vardır.  Bu,  elə  bir  sistemdir  ki, 

fəaliyyətində  digər  strukturla  sıx  əlaqə  mövcuddur  və  onsuz 

böyük  struktur  ola  bilməz.  Bu  baxımdan  da  yarımstruktur 

dedikdə,  struktur  birləşmələrindən  ibarət  olan  böyük  bir 

strukturun  tərkib  hissəsi  kimi  qəbul  etmək  lazımdır. 

Yarımstruktur  böyük  strukturların  ümumi  fəaliyyətində 

müəyyən 

bir 

yetkin-bütöv 

fəaliyyəti 

həyata 

keçirir. 

Yarımstrukturun  fəaliyyətində  sistemli  nəticələr  əldə  edilir. 

Qeyd  olunduğu  kimi,  yarımstruktur  da  bütöv  olur  və  böyük 

strukturun ümumi fəaliyyətinin müəyyən bir lokal və regional 

funksiyasını  yerinə  yetirir.  Məsələn,  hər  hansısa  bir  nazirlik 

və  komitənin  idarəsi,  nisbətən  müstəqil  fəaliyyət  göstərən 

qurumu  olur.  Lakin  bu  idarənin  fəaliyyəti  ümumi  nazirlik 

fəaliyyətinin  tərkib  hissəsidir.  Eləcə  də  regional  idarəetmə 

qurumları  da  tam  fəaliyyətin  tərkibində  olan  yerli  tamdır 

(bütövdür). Bu baxımdan da yarımstrukturu əslində bütöv və 

böyük 

olan 

struktur 

tərkibində 

axtarmaq 

məqsədəmüvafiqdir).  Cəmiyyətdə  insanların  ümumi  maraqları 

(bütün  insanlar  bioloji  varlıqlar  olaraq  ümumi  maraq 

göstərirlər.  Burada  universal  məzmun  kəsb  edən  ehtiyac  və 

tələbat  var.  Bu  tələbat  hər  kəsi  vahid  maraq  mərkəzində 

birləşdirir) və hər bir şəxsin fərdi marağı mövcud olur. (Qeyd: 

əslində  universal  maraq  fərdi  maraqların  zənginləşməsinə 




 

139


xidmət  edir).  Maraq  müxtəlifliyində  bir  tərəfdən  bioloji  fərq 

amili  əsas  rol  oynayır,  digər  tərəfdən  də  əmək  sahələri  (peşə 



maraqları) əhəmiyyət kəsb edir. Əmək sahələrinin müxtəlifliyi 

və  fərqliliyi,  həmçinin  vəhdəti  insanların ümumi maraqlarının, 

onun daxilində də fərdi maraqlarının təmin edilməsinə yönəlir. 

Əmək  sahələri  üzrə  maraqlar  insanların  bioloji  və  sosial, 

ictimai  və  siyasi  maraqlarını  böyüdən  vasitəyə  və  sahəyə 

çevrilir.  Məsələn,  yüksək  dövlət  postu  tutan  şəxsin  marağına 

həm də siyasi maraq aid ola bilir. Bu onun fəaliyyəti ilə, əmək 

peşəsi  ilə  bağlıdır.  Dövlət  rəhbəri  öz  fəaliyyətinin  məzmunu 

baxımından siyasi maraq nümayiş etdirən tərəfə çevrilir. Əmək 

peşəsi  bu  baxımdan  insanları  sosial  varlığa  çevirən  əsas 

vasitələrdən  biri  hesab  edilməlidir.  Cəmiyyətdə  öz  düşüncə 

potensialına  görə  fərqlənən-seçilən  və  bu  qabiliyyətinə  görə 

cəmiyyətə  təsir  göstərən  və  bununla  da  şəxsiyyətə  çevrilən 

fərdin,  məsələn,  tanınmış  elm  və  ictimaiyyət  xadiminin, 

incəsənəti  təmsil  edən  şəxsin  və  s.  ictimai  məsuliyyəti  və 

öhdəliyi  onun  ictimai  mövqeyinə  görə  daha  böyük  olur  və 

geniş  məna  kəsb  edir.  (Qeyd:  insanların  özlərini  sosial  varlıq 

kimi 

təsdiq 

etmələrinə 

həmçinin 

onların 

ailə-məişət 

münasibətləri  də  təsir  göstərir.  Təhsil  və  elm  müəssisələri, 

ümumilikdə  insanların  toplaşdığı  və  ictimai məqsəd kəsb edən 

toplumların, birliklərin hamısı insanları sosial varlığa, həm də 

fərdləri  şəxslərə  və  şəxsiyyətlərə  çevirən  vasitələrdir, 

mərkəzlərdir).  Maraq  müxtəlifliyi  cəmiyyətdə  və  beynəlxalq 

aləmdə  təbii  olaraq  qruplaşmanı,  ixtisaslaşmanı  və  sahələrə 

bölünməni zəruri edir. Bununla yanaşı, qeyd etmək olar ki, bir 

və ya bir neçə sahənin əlaqəli olaraq inkişafı məqsədilə mütləq 

şəkildə başqa, təkanverici sahələrin də təşkil edilməsi zərurətə 

çevrilir.  Baza  mərkəzlərdən  köməkçi,  alt  mərkəzlərdən  üst 

mərkəzlər  ortaya  çıxır.  Bunlar  müxtəlif  və  eyni  zaman  və 

şəraitlərdə  bir-birilərinə  xidmət  edir.  Sahələr  çoxluğu  və 

vəhdəti  bir  tərəfdən  ziddiyyət  və  fərqlilik  əsasında  inkişafı  və 

rəqabəti  meydana  gətirir, digər tərəfdən  də sabitlik və ictimai-




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə