__________________________________________
419
AZƏRBAYCAN GƏNCLƏRİ GÜNÜNƏ
HƏSR OLUNMUŞ BAYRAM GECƏSİ
BAŞA ÇATDIQDAN SONRA
İŞTİRAKÇILARA TƏBRİK
Respublika sarayı
1 fevral 2000-ci il
Siz bu səhnədən bütün Azərbaycan xalqını Gənclər Günü
münasibətilə təbrik etdiniz. Mən də bu ümumxalq bayramı,
Gənclər Günü münasibətilə sizi təbrik edirəm. Sizə, bütün
Azərbaycan gənclərinə səadət, xoşbəxtlik, təhsildə, həyatda
uğurlar arzulayıram.
Siz çox maraqlı bir gecə təşkil etdiniz. Birincisi, məni çox
sevindirən odur ki, mədəniyyətimizin bütün sahələrində ilbəil
gənc istedadlar meydana gəlir və biz bu gün onların bir qrupunu
gördük. İkincisi, ona görə ki, siz bu gecəni çox gözəl, ruh
yüksəkliyi ilə keçirdiniz. Görürəm ki, hamınız xoşbəxtsiniz,
hamınız yaxşı əhval-ruhiyyədəsiniz, hamınız gözəlsiniz,
Azərbaycan xalqının gözəl balalarısınız.
Bu gözəl gecəni təşkil etdiyinizə və keçirdiyinizə görə sizə
təşəkkür edirəm. Təhsilinizdə, həyatınızda sizə yeni-yeni uğurlar
arzulayıram. Sağ olun.
__________________________________________
420
AZƏRBAYCANIN BİR QRUP TANINMIŞ
İDMANÇILARI VƏ YIĞMA KOMANDANIN
BAŞ MƏŞQÇİLƏRİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
2 fevral 2000-ci il
Heydər Əliyev: Mənə məlumat verdilər ki, idmançılar
mənimlə görüşmək istəyirlər. Mən də həmişə belə təkliflərə çox
müsbət münasibət göstərirəm. Ona görə də sizinlə görüşə
gəlmişəm. Əgər görüşmək istəmisinizsə, onda sizi dinləyirəm.
Çingiz Hüseynzadə (Azərbaycan Milli Olimpiya Komitəsinin
vitse-prezidenti, Yüngül Atletika Federasiyasının prezidenti):
Möhtərəm cənab prezident!
Bu gün Azərbaycan idman ictimaiyyətinin görkəmli
nümayəndələrinin zati-alilərinizin hüzuruna toplaşmasının bir
səbəbi vardır.
Beynəlxalq Olimpiya Komitəsi bəşəriyyət tarixinin yeni
əsrinin, yeni minilliyinin başlanması münasibətilə, öz
ölkələrində olimpiya hərəkatının inkişafına, olimpiya
ideallarının yayılmasına rəvac verən, onu dəstəkləyən dövlət
başçılarını təbrik etmək üçün xüsusi orijinal hədiyyə
hazırlamışdır.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Xuan
Antonio Samarançın Azərbaycan Milli Olimpiya Komitəsinin
prezidenti cənab İlham Əliyevə ünvanladığı məktubda göstərilir
ki, Beynəlxalq Olimpiya Komitəsi 2000-ci il münasibətilə
dövlət başçılarına təqdim etmək üçün İncəsənət əsəri yaratmaq
qərarına gəlmiş və nəticədə məşhur heykəltəraş
__________________________________________
421
Naq Arnoldi bürüncdən «2000-ci ilin olimpiya qapıları» adlı
əsər yaratmışdır. Cənab Samaranç Milli Olimpiya Komitəmizin
prezidenti cənab İlham Əliyevdən xahiş etmişdir ki, bu nadir
incəsənət əsəri Azərbaycanın prezidenti möhtərəm Heydər
Əliyevə çox təntənəli şəkildə təqdim olunsun. Bu gün biz məhz
bu təntənəli mərasimin iştirakçılarıyıq.
Cənab prezident, icazənizlə, «2000-ci ilin olimpiya qapıları»
əsəri və onun müəllifi Naq Arnoldi haqqında qısa məlumatı
Sizin diqqətinizə çatdırmaq istəyirəm.
1928-ci ildə İtaliyanın Tisiano şəhərində anadan olmuş
heykəltəraş Naq Arnoldi öz bədii təxəyyülünü 1950-ci illərdə
Pablo Pikassonun və alman ekspressionist rəssamlarının
Milanda təşkil edilmiş
sərgilərinin təsiri altında
formalaşdırmışdır. 1954-cü ildə təşkil olunmuş ilk fərdi sərgisi
istər vətənində, istərsə də kənarda onu incəsənət aləmində
cərəyan edən böyük hadisələrin baş qəhrəmanına çevirir.
Dünyanın məşhur sənətkarları David Alfaro Siqeyros və
Rufino Tamoyo ilə bilavəsitə və canlı təmasda olan, onların
yaradıcılığından bəhrələnən Naq Arnoldi 70-ci illərdən
başlayaraq heykəltəraşlıq sənətinə üstünlük verir. O, 80-ci
illərdə Frankfurt, Florensiya, Roma, Verona, Orvisto və digər
şəhərlərdə böyük fərdi sərgilərini təşkil etmişdir. Onun yaratdığı
heykəllər İsveçrədə və digər ölkələrdə ucaldılmışdır.
Bu gün Sizə təqdim olunacaq «2000-ci ilin olimpiya qapıları»
əsəri Lozannada Beynəlxalq Olimpiya Komitəsinin qərargahı
önündə ucaldılacaq «böyük qapılar»ın kiçik surətidir. Rəmzi
olsa da eyni zamanda gerçək reallığı əks etdirən, yeni
nailiyyətlərə və qələbələrə doğru geniş açılmış bu qapılar bütün
dünya xalqlarını yeni minilliyin olimpiya oyunlarına dəvət edir,
onları 2000-ci ilin astanasından keçməyə çağırır. Gələcəyə
açılan bu qapılar Azərbaycan idmançıları, olimpiyaçılar üçün
xüsusilə əziz və əlamətdardır. Biz bu astanadan üzüağ, alnıaçıq
keçirik.
__________________________________________
422
Son illərdə Milli Olimpiya Komitəsinin prezidenti cənab
İlham Əliyevin rəhbərliyi altında, bilavasitə onun əməyi və
səyləri nəticəsində Azərbaycanda olimpiya hərəkatı geniş
inkişaf tapmış, idmançılarımızın gələcgyinə böyük ümidlər
yaranmışdır.
Azərbaycan idmançılarının, idmansevərlərinin ən böyük
sevinci, ən böyük qüruru ondan ibarətdir ki, biz hamımız üçüncü
minilliyə açılan «2000-ci ilin qapıları»ndan möhtərəm prezident,
cənab Heydər Əliyev, Sizinlə birlikdə keçirik. İcazə verin,
Azərbaycanın ən görkəmli idmançıları, olimpiya çempionları
Rəfiqə Şabanova və Nazim Hüseynov Beynəlxalq Olimpiya
Komitəsinin hədiyyəsini Sizə təqdim etsinlər.
Əbülfəs Qarayev ( Gənclər və İdman naziri): Möhtərəm
cənab prezident, icazənizlə, Sizə respublikanın yığma
komandasının olimpiya oyunlarına hazırlığı haqqında qısa
məlumat vermək istəyirəm.
Respublikamızın həyatında mühüm və yaddaqalan tədbirlərin
keçirilməsi ilə zəngin olan 1999-cu il idman nailiyyətlərimizin
də yüksəlməsini, ümumiyyətlə, idmanımızın inkişafını, idman
sahəsində digər ölkələrlə əlaqələrin möhkəmlənməsini təcəssüm
etdirən dövr kimi də fərqlənmişdir. Məhz ötən il
respublikamızda bir sıra çox əhəmiyyətli idman tədbirləri
keçirilmiş, bu tədbirlər öz kütləviliyi ilə, eləcə də
idmansevərlərin və idman ictimaiyyətinin xüsusi diqqətini və
rəğbətini qazanması ilə seçilmişdir.
İstər olimpiya oyunları proqramına daxil olan boks üzrə
respublıkamızda ilk dəfə keçirilən yeniyetmələrin dördüncü
Avropa birinciliyi, 18 yaşlılar arasında futbol üzrə Avropa
çempionatının seçmə yarışları, master-ralli üzrə dünya
kubokunun bir mərhələsi, istərsə da müxtəlif idman növləri üzrə
milli yığma komandalarımızın beynəlxalq yarışlardakı çıxışları
və qazandıqları uğurlar, möhtərəm prezidentimiz,
Dostları ilə paylaş: |