Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə121/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   117   118   119   120   121   122   123   124   ...   145

__________________________________________ 

419


AZƏRBAYCAN GƏNCLƏRİ GÜNÜNƏ  

HƏSR OLUNMUŞ BAYRAM GECƏSİ  

BAŞA ÇATDIQDAN SONRA  

İŞTİRAKÇILARA TƏBRİK 

 

Respublika sarayı  

 

1 fevral 2000-ci il 

 

Siz bu səhnədən bütün Azərbaycan xalqını  Gənclər Günü 



münasibətilə  təbrik etdiniz. Mən də bu ümumxalq bayramı, 

Gənclər Günü münasibətilə sizi təbrik edirəm. Sizə, bütün 

Azərbaycan gənclərinə  səadət, xoşbəxtlik, təhsildə, həyatda 

uğurlar arzulayıram. 

Siz çox maraqlı bir gecə  təşkil etdiniz. Birincisi, məni çox 

sevindirən odur ki, mədəniyyətimizin bütün sahələrində ilbəil 

gənc istedadlar meydana gəlir və biz bu gün onların bir qrupunu 

gördük.  İkincisi, ona görə ki, siz bu gecəni çox gözəl, ruh 

yüksəkliyi ilə keçirdiniz. Görürəm ki, hamınız xoşbəxtsiniz, 

hamınız yaxşı  əhval-ruhiyyədəsiniz, hamınız gözəlsiniz, 

Azərbaycan xalqının gözəl balalarısınız. 

Bu gözəl gecəni təşkil etdiyinizə  və keçirdiyinizə görə sizə 

təşəkkür edirəm. Təhsilinizdə, həyatınızda sizə yeni-yeni uğurlar 

arzulayıram. Sağ olun. 

  

 



__________________________________________ 

420


AZƏRBAYCANIN BİR QRUP TANINMIŞ  

İDMANÇILARI VƏ YIĞMA KOMANDANIN  

BAŞ MƏŞQÇİLƏRİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  

 

2 fevral 2000-ci il 

 

Heydər  Əliyev:  Mənə  məlumat verdilər ki, idmançılar 

mənimlə görüşmək istəyirlər. Mən də həmişə belə təkliflərə çox 

müsbət münasibət göstərirəm. Ona görə  də sizinlə görüşə 

gəlmişəm. Əgər görüşmək istəmisinizsə, onda sizi dinləyirəm. 

Çingiz Hüseynzadə (Azərbaycan Milli Olimpiya Komitəsinin 

vitse-prezidenti, Yüngül Atletika Federasiyasının prezidenti): 

Möhtərəm cənab prezident! 

Bu gün Azərbaycan idman ictimaiyyətinin görkəmli 

nümayəndələrinin zati-alilərinizin hüzuruna toplaşmasının bir 

səbəbi vardır. 

Beynəlxalq Olimpiya Komitəsi bəşəriyyət tarixinin yeni 

əsrinin, yeni minilliyinin başlanması münasibətilə, öz 

ölkələrində olimpiya hərəkatının inkişafına, olimpiya 

ideallarının yayılmasına rəvac verən, onu dəstəkləyən dövlət 

başçılarını  təbrik etmək üçün xüsusi orijinal hədiyyə 

hazırlamışdır. 

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Xuan 

Antonio Samarançın Azərbaycan Milli Olimpiya Komitəsinin 

prezidenti cənab İlham Əliyevə ünvanladığı məktubda göstərilir 

ki, Beynəlxalq Olimpiya Komitəsi 2000-ci il münasibətilə 

dövlət başçılarına təqdim etmək üçün İncəsənət  əsəri yaratmaq 

qərarına gəlmiş və nəticədə məşhur heykəltəraş 

  

 



 

 



__________________________________________ 

421


Naq Arnoldi bürüncdən «2000-ci ilin olimpiya qapıları» adlı 

əsər yaratmışdır. Cənab Samaranç Milli Olimpiya Komitəmizin 

prezidenti cənab  İlham  Əliyevdən xahiş etmişdir ki, bu nadir 

incəsənət  əsəri Azərbaycanın prezidenti möhtərəm Heydər 

Əliyevə çox təntənəli şəkildə təqdim olunsun. Bu gün biz məhz 

bu təntənəli mərasimin iştirakçılarıyıq. 

Cənab prezident, icazənizlə, «2000-ci ilin olimpiya qapıları» 

əsəri və onun müəllifi Naq Arnoldi haqqında qısa məlumatı 

Sizin diqqətinizə çatdırmaq istəyirəm. 

1928-ci ildə  İtaliyanın Tisiano şəhərində anadan olmuş 

heykəltəraş Naq Arnoldi öz bədii təxəyyülünü 1950-ci illərdə 

Pablo Pikassonun və alman ekspressionist rəssamlarının 

Milanda təşkil edilmiş 

sərgilərinin təsiri altında 

formalaşdırmışdır. 1954-cü ildə  təşkil olunmuş ilk fərdi sərgisi 

istər vətənində, istərsə  də  kənarda onu incəsənət aləmində 

cərəyan edən böyük hadisələrin baş qəhrəmanına çevirir. 

Dünyanın məşhur sənətkarları David Alfaro Siqeyros və 

Rufino Tamoyo ilə bilavəsitə  və canlı  təmasda olan, onların 

yaradıcılığından bəhrələnən Naq Arnoldi 70-ci illərdən 

başlayaraq heykəltəraşlıq sənətinə üstünlük verir. O, 80-ci 

illərdə Frankfurt, Florensiya, Roma, Verona, Orvisto və digər 

şəhərlərdə böyük fərdi sərgilərini təşkil etmişdir. Onun yaratdığı 

heykəllər İsveçrədə və digər ölkələrdə ucaldılmışdır. 

Bu gün Sizə təqdim olunacaq «2000-ci ilin olimpiya qapıları» 

əsəri Lozannada Beynəlxalq Olimpiya Komitəsinin qərargahı 

önündə ucaldılacaq «böyük qapılar»ın kiçik surətidir. Rəmzi 

olsa da eyni zamanda gerçək reallığı  əks etdirən, yeni 

nailiyyətlərə və qələbələrə doğru geniş açılmış bu qapılar bütün 

dünya xalqlarını yeni minilliyin olimpiya oyunlarına dəvət edir

onları 2000-ci ilin astanasından keçməyə çağırır. Gələcəyə 

açılan bu qapılar Azərbaycan idmançıları, olimpiyaçılar üçün 

xüsusilə əziz və əlamətdardır. Biz bu astanadan üzüağ, alnıaçıq 

keçirik. 

  

 

 




__________________________________________ 

422


Son illərdə Milli Olimpiya Komitəsinin prezidenti cənab 

İlham  Əliyevin rəhbərliyi altında, bilavasitə onun əməyi və 

səyləri nəticəsində Azərbaycanda olimpiya hərəkatı geniş 

inkişaf tapmış, idmançılarımızın gələcgyinə böyük ümidlər 

yaranmışdır. 

Azərbaycan idmançılarının, idmansevərlərinin  ən böyük 

sevinci, ən böyük qüruru ondan ibarətdir ki, biz hamımız üçüncü 

minilliyə açılan «2000-ci ilin qapıları»ndan möhtərəm prezident, 

cənab Heydər  Əliyev, Sizinlə birlikdə keçirik. İcazə verin, 

Azərbaycanın  ən görkəmli idmançıları, olimpiya çempionları 

Rəfiqə  Şabanova və Nazim Hüseynov Beynəlxalq Olimpiya 

Komitəsinin hədiyyəsini Sizə təqdim etsinlər. 



Əbülfəs Qarayev  (Gənclər və  İdman naziri): Möhtərəm 

cənab prezident, icazənizlə, Sizə respublikanın yığma 

komandasının olimpiya oyunlarına hazırlığı haqqında qısa 

məlumat vermək istəyirəm. 

Respublikamızın həyatında mühüm və yaddaqalan tədbirlərin 

keçirilməsi ilə  zəngin olan 1999-cu il idman nailiyyətlərimizin 

də yüksəlməsini, ümumiyyətlə, idmanımızın inkişafını, idman 

sahəsində digər ölkələrlə əlaqələrin möhkəmlənməsini təcəssüm 

etdirən dövr kimi də  fərqlənmişdir. Məhz ötən il 

respublikamızda bir sıra çox əhəmiyyətli idman tədbirləri 

keçirilmiş, bu tədbirlər öz kütləviliyi ilə, eləcə  də 

idmansevərlərin və idman ictimaiyyətinin xüsusi diqqətini və 

rəğbətini qazanması ilə seçilmişdir. 

İstər olimpiya oyunları proqramına daxil olan boks üzrə 

respublıkamızda ilk dəfə keçirilən yeniyetmələrin dördüncü 

Avropa birinciliyi, 18 yaşlılar arasında futbol üzrə Avropa 

çempionatının seçmə yarışları, master-ralli üzrə dünya 

kubokunun bir mərhələsi, istərsə da müxtəlif idman növləri üzrə 

milli yığma komandalarımızın beynəlxalq yarışlardakı  çıxışları 

və qazandıqları uğurlar, möhtərəm prezidentimiz, 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə