Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə2/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   2   3   4   5   6   7   8   9   ...   145

__________________________________________ 

7

bölgəyə  gəlməyiniz çox sevindirici haldır. Məni daha da məmnun 



edən odur ki, indi Minsk qrupunun nümayəndələrinin tərkibinə 

Amerika Birləşmiş  Ştatlarının, Rusiyanın, Fransanın, beynəlxalq 

təşkilatların, dünyanın maliyyə qurumlarının, Birləşmiş Millətlər 

Təşkilatının, Dünya Bankının və s. nümayəndələri də daxildir. 

Bu, yaxşı bir əlamətdir və onu göstərir ki, biz irəli gedə bilərik. Siz 

Ermənistanda, Dağlıq Qarabağda olmusunuz. Məlumat aldıq ki, siz 

hətta Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş  Ağdam 

şəhərində olmusunuz. Azərbaycanın bir-iki bölgəsində məskunlaşmış, 

çadırlarda yaşayan qaçqınlarımızla dekabrın 14-də  səhər tezdən 

görüşmüsünüz. Düşünürəm ki, indi sizin çox böyük təəssüratlarınız 

var. Azərbaycanın xarici işlər naziri və Baş naziri ilə  də sizin 

görüşünüz olubdur. Arzu edərdim ki, bütün bu təəssüratlarınız 

haqqında mənə də danışasınız. Buyurun. 

Keri Kavano: Səmimi qəbula görə Sizə minnətdarlığımı 

bildirirəm. Hər  şeydən öncə, icazə verin, Sizin fikirlərinizə  şərik 

olduğumu bildirim ki, 1999-cu il Minsk qrupu üçün yaddaqalan il 

olmayacaqdır. Lakin icazə verin, onu da deyim, - biz hesab edirik ki, 

1999-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

aradan qaldırılması üçün çox mühüm və əhəmiyyətli bir il kimi yadda 

qalacaqdır. Məhz bu il Sizinlə Ermənistan prezidenti Koçaryan 

arasında bir sıra danışıqlar olubdur. Bu danışıqlar bütün sülh prosesinə 

böyük təkan verib, dəyişikliklər əmələ gətiribdir. 

Şübhəsiz ki, Sizin bu görüşlərinizə xarici işlər nazirlərinin və 

müdafiə nazirlərinin görüşlərini də əlavə etmək mümkündür. Bütün bu 

görüşlər bir daha onu göstərir ki, münaqişənin dinc vəsitələrlə aradan 

qaldırılması mümkündür. Mənə belə gəlir ki, keçən ay İstanbulda bu, 

özünü bir daha göstərdi.  İstanbul sammiti çərçivəsində gedən böyük 

iclasların, ayrı-ayrı dəhlizlərdə olan söhbətlərin əsas mövzusu Dağlıq 

Qarabağ münaqişəsi  ətrafında idi. Bu danışıqların, söhbətlərin  əsas 

məğzi münaqişənin aradan qaldırılması üçün mövcud olan 

problemlərdən, çətinliklərdən, məsələnin həlli üçün imkanlardan, 

vədlərdən və mümkün yolların axtarılmasından ibarət idi. 

Bizim ölkənin - ABŞ-ın prezidenti Bill Klinton, Fransa prezidenti 

Jak  Şirak, Rusiya prezidenti Boris Yeltsin, Türkiyə prezidenti 

Süleyman Dəmirəl arasında olan görüşlərdə də əsas mövzulardan biri 

məhz Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması məsələsi idi. 

Bütün bu görüşlərin  ən  əsas nəticəsi ondan ibarət olubdur ki, 

sadaladığım ölkələr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə 



__________________________________________ 

8

aradan qaldırılmasına axıradək sadiq olacaqlarını bəyan ediblər və bu 



barədə öz öhdəliklərini bir daha təsdiqləyiblər. Cənab prezident, 

şübhəsiz ki, bütün bu proseslər Sizin başladığınız dialoqdan sonra 

yaranıbdır. 

Prezident Heydər Əliyevin və prezident Robert Koçaryanın iştirakı 

ilə  İstanbulda Minsk qrupunun üzvü olan ölkələrin xarici işlər 

nazirlərinin görüşü keçirildi. Bu görüşdə  ən  əsas ideya Minsk 

qrupunun yenidən regiona qaytarılması, sülh prosesinə yeni qüvvə 

vermək məsələsi oldu. 

Minsk qrupunun həmsədrləri regiona axırıncı  dəfə 13 ay 

bundan 


öncə  gəlmişdilər. Məhz o zaman «ümumi dövlət» layihəsi irəli 

sürülmüşdü. Mən onu da qeyd etmək istəyirəm ki, indi Sizinlə 

üzbəüz  əyləşmiş bu üç həmsədrdən heç biri həmsədr deyildi. 

Bilmirəm, bu məsələnin bizimlə bağlılığı var, yoxsa yoxdur. 



Heydər Əliyev: Yox, bu çox yaxşı haldır. Çünki üçünüz də 

yeni adamlarsınız.Ona görə  də köhnə fikirlərin, necə deyərlər, 

quyruğundan yapışmayacaqsınız. Bu, xüsusi əhəmiyyət kəsb 

edir. Siz də, cənab Qribkov da, cənab Qayard da - üçünüz da 

yenisiniz. 

Keri Kavano: Cənab prezident, mən hesab edirəm ki, Siz 

bizim bu ziyarətimizi Minsk qrupu həmsədrlərinin 13 ay bundan 

əvvəlki ziyarəti ilə müqayisə eldikdə daha da məmnun 

qalacaqsınız. Bizim budəfəki missiyamızın iki əsas məqsədi 

vardır. Bunlardan birincisi yeni təklif üzərində işə başlamaqdır. 

Şübhəsiz ki, yeni təklif üzərində  işimiz Sizinlə prezident 

Koçaryan arasındakı danışıqlar nəticəsində əldə edilmiş müsbət 

ab-havaya  əsaslanacaqdır.  İkinci məqsədimiz isə  işğaldan azad 

ediləcək torpaqlarda bərpa və yenidənqurma işləri aparılması 

imkanlarına daha yaxından nəzər salmaqdır. Bu, bizim üçün çox 

mühüm məsələdir. Nəzərə alsaq ki, münaqişənin həllinin çox 

uzaqda olmadığı imkanı göründükdə bu məsələnin  əhəmiyyəti 

diqqətimizi xüsusi cəlb edəcəkdir. Məhz buna görə da biz 

əvvəllər elmədiyimiz işi bu səfər zamanı etdik və bir çox 

tədbirlər gördük. Biz üç gün bundan əvvəl Ermənistan ilə 

Naxçıvan və Türkiyə 

sərhədinə getdik və orada 

infrastrukturların bərpası imkanlarını araşdırdıq. 




__________________________________________ 

9

Heydər Əliyev: Harada olmusunuz? 



Keri Kavano: Sədərəklə Ermənistanın sərhədinə getmişdik. Çünki 

orada həm dəmir yolları, həm də elektrik təchizatı qurğuları  sıradan 

çıxıbdır. 

Heydər  Əliyev: Siz yəqin Ermənistan  ərazisində olmusunuz, 

Naxçıvana keçməmisiniz. 



Keri Kavano: Bəli, biz bu müşahidələri Ermənistan tərəfində 

apardıq. Sonra biz Ermənistandan Xankəndiyə  qədər  ərazidəki 

ehtiyaclara nəzər saldıq. Siz doğru qeyd etdiniz, biz həmçinin 

Ağdamda olduq. Məqsədimiz də ondan ibarət idi ki, işğal altında olan 

torpaqlarda nələrin baş verdiyini öz gözlərimizlə görək və  həmin 

torpaqlara insanların qaytarılması üçün hansı  işlər aparılmasına 

ehtiyac olduğunu bilavəsitə  nəzardən keçirək. Bir daha qeyd edirəm 

ki, bu işlər əvvəllər heç kim tərəfindən görülməmişdi və heç bir xarici 

nümayəndə heyəti qrup halında bu cür missiyanı yerinə yetirməmişdi. 

Mən qeyd etmək isiəyirəm ki, şəxsən bizim, yəni həmsədrlərin 

ixtisası heç də iqtisadi sahəyə aid deyildir. Biz siyasətlə, bir də sülhün 

əldə olunması ilə məşğuluq. Lakin biz bu yerlərə baxdıq və o yerlərdə 

ehtiyacların nədən ibarət olduğunu digər  şəxslərin müşayiəti ilə bir 

daha gördük. Biz Birləşmiş Millətlər Təşkilatının, Dünya Bankının 

nümayəndələri ilə bu ehtiyaclar barədə xeyli danışıqlar aparmışıq. 

Biz bu gün Bərdə və Biləsuvar rayonlarında olduq. Onu da demək 

istəyirəm ki, orada gördüklərimiz bizdə dərin iz buraxdı. Bu insanlar 

həddən çox - uzun illərdir ki, belə ağır, dözülməz şəraitdə yaşayıblar. 

Biz hətta Biləsuvarda elə  oğlan uşaqları gördük ki, qaçqın 

şəhərciyində, düşərgəsində doğulublar, indi həmin düşərgədə məktəbə 

gedirlər. Onlar düşərgədən kənarda heç bir yerdə olmayıblar. Bu 

uşaqlar palçıqdan hazırlanmış və palçıq üzərində qurulmuş komalarda 

yaşayırlar. Həmin ailələrin bəziləri də  məhz elə  Ağdam  şəhərindən 

idilər. Ağdamda isə biz hər  şeyin dağıdıldığını  və yerlə yeksan 

olduğunu gördük. Bütün bunları görmək bizim qəlbimizi ağrıtdı. Bu 

hisslər bizi bir daha ona yönəldir, ona sövq edir ki, biz Ermənistan -

Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılmasında mütləq 

irəliləyiş əldə etməliyik. 

  

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə