Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə4/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   2   3   4   5   6   7   8   9   ...   145

__________________________________________ 

13

 



Mən Sizi sadəcə olaraq əmin etmək istərdim ki, Sizin işdən 

xəbərdar olmağıınz və lazım gəldikdə öz arzularınızı 

bildirməyiniz və bizə  məsləhətlər verməyiniz üçün Sizinlə  və 

əməkdaşlarınızla daim əlaqə saxlayacaq, nə kimi işlər 

gordüyümüz barədə Sizə məlumat verəcəyik. Çox sağ olun. 

Heydər Əliyev: Təşəkkür edirəm, sağ olun. 

Jan Jak Qayard: Bakıya ilk səfərim zamanı Siz belə bir 

arzuda olduğunuzu bildirdiniz ki, Minsk qrupunun bütün üç 

həmsədri yaxın vaxtlarda Bakıya gəlsin. Zənnimcə, bu gün 

demək olar ki, Sizin bu arzunuz həyata keçirildi. 

İndi, bölgəyə  səfərimizi Bakıda başa çatdırdığımız vaxtda 

belə demək olar ki, problemin həlli üçün nə kimi imkanlarımız 

olduğunu aydınlaşdırmalıyıq. Həmin problemin əhəmiyyətini nə 

dərəcədə başa düşdüyümüzü demək üçün, bu gün səhər 

qaçqınların iki düşərgəsinə gedib çox bədbəxt vəziyyətdə olan 

insanları görərkən keçirdiyimiz həyəcan hissini qeyd etmək 

istərdim. 

İndi, yeni əsrin astanasında çox vəcibdir ki, Avropanın bütün 

əhalisi avropalıya layiq həyat tərzinə malik olsun. Bu 

rüsvəyçılıqdır ki, yeni əsrin astanasında avropalılar 

müharibələrin ağır nəticələrindən hələ  də  əzab-əziyyət çəkirlər. 

Beləliklə, biz bu problemlərin miqyasını qiymətləndirdik, bu 

problemlərin nə dərəcədə dərin olduğunu anladıq. 

Bundan əlavə, bu üçgünlük səfər zamanı biz belə bir qənaətə 

gəldik ki, sülh istəyi  əvvəlkinə nisbətən indi daha güclü 

olmuşdur. Mən belə düşünürəm ki, bu istək bu üç gündə 

görüşdüyümüz xalqların hamısında çox güclüdür. 

Əlbəttə, bu istək yalnız onunla izah edilmir ki, həmin adamlar 

müharibənin zərbələrini almış, müsibətlərini görmüşlər, həm də 

bununla izah olunur ki, yeni, normal həyat istəyi artmışdır. Bu 

istəyə, bu ümidin döğrulmasına ancaq sabit şəraitdə nail olmaq 

mümkündür. 

Görüşdüyümüz rəhbərlərin də hamısında biz münaqişənin 

  



__________________________________________ 

14

 



nizama salınması, hərbi münaqişənin bütün nəticələrinin dinc 

yolla aradan qaldırılması üçün boyük arzu olduğunu, habelə bu 

nəticəni əldə etmək naminə onların lazımi kompromisə getməyə 

hazır olduqlarını gördük. Əlbəttə, bütün bunlar o demək deyil ki, 

nizamasalma asan olacaqdır. Həm xalq arasında, həm də xalqın 

rəhbərləri arasında belə bir istəyin olduğunu  əsas tutaraq, biz 

hesab edirik ki, danışıqların irəliləməsi və yaxşı nəticə verməsi 

üçün bütün şərtlər gözlənilmişdir. 

Odur ki, bu baxımdan Sizin Ermənistan prezidenti ilə birbaşa 

danışıqlarınız çox mühüm cəhətdir. Biz öz təşəbbüslərimizi 

məhz bunun əsasında qurmaq istəyirik. Beləliklə, bir nəticə əldə 

olunmasına  ən səmərəli yolla kömək etmək üçün biz Sizin 

sərəncamınızdayıq. 

Öz hökumətimin adından, habelə, zənnimcə, burada təmsil 

olunmuş bütün dövlətlərin hökumətləri adından bir daha 

təsdiqləmək istərdim ki, biz yenidənqurma proqramının həyata 

keçirilməsi üçün bütün imkanları səfərbər etməyə hazırıq. 

Belə düşünürəm ki, bu problemin yaxın vaxtlarda həll 

edilməsi üçün indi istər beynəlxalq aləmdə, istərsə  də regional 

baxımdan çox əlverişli  şərait var. Cənab prezident, biz Sizinlə 

məhz bu ruhda işləmək istəyirik. Biz bu bölgəyə  nə  qədər 

lazımdırsa, bir o qədər gələcəyik. Siz nə  qədər istəsəniz, bir o 

qədər tez-tez gələcəyik. 

Heydər  Əliyev:  Cənab Kavano, cənab Qayard, cənab 

Qribkov, verdiyiniz məlumatlara və izah etdiyiniz fikirlərə görə 

təşəkkür edirəm. 

Mən bu gün onu deyə bilərəm ki, Minsk qrupunun 

nümayəndələri yeni adamlar olmaqla bərabər, eyni zamanda bu 

məsələyə tamamilə yeni fikirlərlə yanaşırlar. Bu, çox sevindirici 

haldır. Yəni yeni fikirlər deyəndə mən onu nəzərdə tuturam ki, 

artıq məsələnin sülh yolu ilə  həll olunması haqqında konkret 

söhbət gedir. 

 

 




__________________________________________ 

15

 



 

Mən 1993-cü ildən Minsk qrupunun nümayəndələri ilə daim 

görüşmüşəm. Təbiidir, o vaxt da çox işlər görülüb və müxtəlif 

təkliflər verilibdir. Ancaq o görüşlərdə  məsələnin sülh yolu ilə 

həll olunması horizontları heç vaxt görünməmişdir.  İndi bu 

horizontlar görünür. Bir halda ki, siz, Minsk qrupunun 

nümayəndələri, ümumiyyətlə Minsk qrupunun həmsədrləri işğal 

edilmiş ərazilərdə dağıntıların nə vəziyyətdə olduğunu, yolların 

nə vəziyyətdə olduğunu bilmək istəmisinizsə, - bəyan etdiniz ki, 

bu barədə Dünya Bankında geniş söhbət aparmısınız, - bu gün 

Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Birləşmiş 

Millətlər Təşkilatının nümayəndələri ilə birlikdəsinizsə, demək, 

siz həqiqətən nəticə  əldə etmək istəyirsiniz.  Əgər Minsk 

qrupunun nümayəndələri kimi siz ilk dəfə olaraq, Azərbaycanın 

işğal edilmiş rayonlarından biri olan Ağdama getmisinizsə, onu 

öz gözünüzlə görmüsünüzsə  və oranın tamamilə dağıldığını 

bəyan edirsinizsə, bunun özü göstərir ki, siz artıq məsələyə real 

yanaşırsınız. 

Ağdam rayonu Azərbaycanın böyük və mən deyə bilərəm ki, 

kənd təsərrüfatı sahəsində  zəngin bir rayonudıır. Ağdam 

şəhərinin çox qədim və çox zəngin tarixi var. Yaranandan bəri 

Ağdam  şəhərinin və onun kəndlərinin, qəsəbəbrinin yüksək 

səviyyəyə qaldırılması  və gözəlləşməsi bir çox nəsillərin 

zəhməti nəticəsində olmuşdur. Amma siz indi gözünüzlə 

gördünüz. Oranın sakinlərini zorla oradan çıxarıblar, indi onlar 

çadırlarda yaşayırlar, siz o çadırlarıda gördünüz. Ağdamda bir 

dənə də salamat obyekt görmədiniz. Siz demişdiniz ki, orada bir 

məscid, bir də  qəbiristan salamat qalıbdır. Ancaq siz təsəvvür 

edin ki, o biri rayonların vəziyyəti ya bunun kimidir, yaxud 

bundan da pisdir. 

Siz Bərdə  və Biləsuvar rayonlarında çadır duşərgələrinə 

getmisiniz. Oradakı insanlar evlərini-eşikiərini itiriblər, var-

dövlətini itiriblər və altı ildən artıqdır, bəziləri yeddi ildir ki

  

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə