Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə14/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   10   11   12   13   14   15   16   17   ...   145

__________________________________________ 

47

Bir o deyildi, başqaları da var idi. O vaxt Baş nazir vəzifəsini 



icra edən Feyruz Mustafayev keçmişdə  mənim yanımda çox 

yüksək vəzifələrdə işləmiş adam idi. Başqaları da var idi. Mən 

onların hamısından imtina etdim və Azərbaycanın qarışıq 

vaxtında Bakıya gəlməyi özümə rəva bilmədim. Baxmayaraq ki, 

ürəyim Vətənim, ölkəm, xalqım üçün yanırdı. 

Sonra - 1992-ci ilin may hadisələri zamanı Azərbaycanda Ali 

Sovetin sədri seçilirdi. Xatirinizdədir, bir neçə deputat -Arif 

Rəhimzadə, Eldar İbrahimov və bir çox başqaları  təklif 

etmişdilər ki, Heydər  Əliyev Ali Sovetə  sədr seçilsin. Hətta o 

vaxt sessiyanın işini saxlamışdılar və müraciət etmişdilər ki, 

mən Bakıya gəlim. 

Doğrudur, o vaxt hakimiyyətə can atan Xalq Cəbhəsi bunun 

əleyhinə idi. Ancaq onların  əleyhinə olub-olmaması  mənim 

üçün  əhəmiyyətli deyildi. Mən sadacə, yenə  də elə bir şəraitdə 

Azərbaycana, yəni Bakıya gəlməyi özümə  rəvə bilmədim. 

Amma onlar təhlükə altında idilər. Bir tərəfdən məni dəvət edən 

adamlar, ikinci tərəfdən hakimiyyəti ələ keçirmək istəyən Xalq 

Cəbhəsi və Müsavət - onlar çox qorxu altında idilər ki, Heydər 

Əliyev birdən Bakıda zühur edə bilər. 

Bir fakt da mənim yadımdadır. May ayının 14-də 

Mütəllibovu yenidən hakimiyyətə  gətirdilər və ayın 15-də onu 

hakimiyyətdən qovdular, qaçdı. O zaman mənə çoxlu zənglər 

oldu. Bir də gördüm, Etibar Məmmədov Rəsul Quliyevlə 

birlikdə Türkiyədən mənə telefon edirlər ki, bəs, Bakıda olan 

hadisələrdən məlumatınız varmı? Dedim ki, var. Soruşdular ki, 

buna necə baxırsınız? Dedim ki, bilmirəm, mən burada, 

Naxçıvandayam. Dedilər ki, sizin Bakıya getmək fikriniz 

yoxdur? Dedim ki, yox. Bildirdilər ki, burada təyyara tapa 

bilmirik, amma təcili Bakıya getməliyik. Siz bizə kömək edə 

bilərsinizmi gələk, - o vaxt Araz çayı üzərində tikilən körpü hələ 

tamam istifadəyə verilməmişdi, - oradan keçib Bakıya gedək? 

Dedim ki, gələ bilərsiniz. Onlar gəldilər. Mən nüma- 

  

 



__________________________________________ 

48

 



  

yəndəmi göndərdim, gedib onları  sərhəddə qarşıladı. Onlar 

gəldilər, mənimlə bir-iki saat danışıq apardılar. Gördüm, 

bunların da məqsədi ondan ibarətdir ki, indi, Azərbaycanda 

hakimiyyət məsələsi müzakirə edilən zaman mən Bakıya getmək 

fikrindəyəm, yoxsa yox? Doğrudur, bir-iki dəfə dedilər ki, gəlin 

bizimlə gedək. Dedim ki, yox, mən sizinlə getmirəm və 

ümumiyyətlə də getmirəm. 

Sonra Rəsul Quliyev mənə belə söyləmişdi ki, - mən burada 

onunla bərabər işləyəndə - o vaxt biz Naxçıvandan uçub Bakıya 

gələndən sonra Pənah Hüseynov mənə dedi ki, biz bilirdik siz 

gedib orada Heydər Əliyevlə gorüşmüsünüz və çox narahat idik 

ki, Heydər Əliyevlə bir yerdə Bakıya gələcəksiniz. Çox diqqətlə 

nəzarət edirdik, əgər Heydər  Əliyev təyyarədə olsaydı, biz o 

təyyarənin Bakıya enməsinə icazə verməyəcəkdik, həmin 

təyyarə ya Naxçıvana qayıtmalı, ya Gəncədə enməli idi və s. 

Mən bu faktları heç vaxt deməmişəm. Amma bu gün bu 

barədə öz xatirələrimi sizə ona görə çatdırıram ki, mən heç bir 

iddiada deyildim. Mən sadəca, Naxçıvan Muxtar 

Respublikasının həyatını təmin etməyə çalışırdım və ondan artıq 

heç bir iddiam yox idi. 

Belə bir şəraitdə, 1992-ci ildə ziyalılar mənə müraciət edən 

zaman mən çox tərəddüd edirdim. Xatirimdədir, burada 

əyləşənlərin çoxu bir neçə  dəfə  mənim yanıma gəlmişdilər, 

danışmışdılar. Ancaq nəhayət, 1992-ci ilin oktyabrında 

mətbuatda mənə müraciət olunandan sonra düşündüm və bu 

təklifə -yəni onlarla birləşməyə  və partiya yaratmağa müsbət 

cavab verdim. 

Burada çıxışlarda deyildi. O vaxt, oktyabrın 16-da mənə 

müraciət ediləndə, yəni bu müraciət mətbuatda dərc olunan 

kimi, oktyabrın 23-də Xalq Cəbhəsi hakimiyyəti Naxçıvanda 

dövlət çevrilişinə cəhd göstərdi və orada mənim hakimiyyətimi 

devirmək, hakimiyyəti tamamilə ələ almaq istədi. 

  



__________________________________________ 

49

 



Baxmayaraq ki, mən onlara qarşı  həmişə loyal münasibətdə 

olmuşdum, amma onlar bunu anlaya bilmirdilər. Mən vaxtilə 

onlara kömək etmişdim, dəstək vermişdim. Bunların da hamısı 

həqiqətdir. Soruşarsınız ki, niyə? Uzun illər xidmət etdiyim 

Kommunist Partiyasının və sovet hökumətinin Azərbaycan 

xalqına qarşı  ədalətsizliyini görəndən sonra mən artıq hesab 

edirdim ki, bəlkə  həqiqətən yeni insanlar Azərbaycana daha 

sədaqətli xidmət edə bilərlər. Doğrudur, mən onların içərisində 

bu iş üçün o qədər də yararlı adam görmürdüm, amma eyni 

zamanda, mən onlara dəstək vermişdim, kömək etmişdim. 

Yəqin onlar unutmayıblar ki, 1992-ci il mayın 14-də 

Mütəllibov yenidən hakimiyyətə qayıdanda onu Ali Sovetə 

gətirdilər,  əl çaldılar və o da orada böyük bir nitq söylədi. O, 

həmin nitqində - baxmayaraq ki, ondan əvvəl o, Naxçıvanda 

məni əzib, necə deyərlər, puç etmək istəyirdi - məcbur oldu ki

Naxçıvana, mənə müraciət etsin. Mən bu nitqi Naxçıvanda 

televiziya vasitəsilə  eşitdim. O deyirdi, - bəli, mən Naxçıvana 

müraciət edirəm, Heydər  Əliyevə müraciət edirəm, gəlin 

birləşək, bir yerdə olaq. Baxmayaraq ki, bundan əvvəl o, mənim 

Bakıda yaşamağımı qadağan etmişdi. 

Bundan sonra Bakıdan, Xalq Cəbhəsinin qərargahından 

dərhal mənə müraciət etdilər. Mən onlara cavab verdim. Onlar 

bu cavabımı  səsyazan cihaza yazdılar və keçmiş 26 Bakı 

komissarı adına bağda toplaşmış adamlara mənim bəyanatımı 

dəfələrlə çatdırdılar, 

Mən onda nə dedim? Mən dedim ki, Mütəllibovun yenidən 

hakimiyyətə  gəlməsi qanunsuzdur. Mən bunu qəbul etmirəm, 

buna ctiraz edirəm. Mən xalqın ona qarşı etdiyi etirazı 

dəstəkləyirəm. 

Hesab edirəm ki, bu da onlara insanları səfərbər etmək üçün 

müəyyən qədər kömək etmişdi. Bu mövzuya sonra yenidən 

qayıtmamaq üçün onu da demək istəyirəm ki, o vaxt 

  

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə