Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə11/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   7   8   9   10   11   12   13   14   ...   145

__________________________________________ 

37

  



ilə  həmişə dost olacaq, bu dostluğu inkişaf etdirəcək

əməkdaşlığı inkişaf etdirəcəkdir. Zənnimcə, Rusiya Şimali 

Qafqaza sabitliyi təmin edə biləndə, imkanlar daha çox 

olacaqdır. Belə ki, Şimali Qafqazda yaranmış  vəziyyət iqtisadi 

əlaqələrimizi, bir çox digər 

əlaqələrimizi olduqca 

məhdudlaşdırır.  Əminəm ki, Rusiya Şimali Qafqazda sabitliyi 

təmin edə biləcək, öz dövlət suverenliyini, öz ərazi bütövlüyünü 

müdafiə edə biləcəkdir. Buna heç bir şübhə yoxdur. Bundan 

sonra Ölkələrimiz arasında münasibətlər daha çox inkişaf 

edəcəkdir. 

Demək istəyirəm ki, bütün bu dörd ildən artıq müddətdə 

bunların hamısında sizin xidmətləriniz var. Bilirəm ki, bir səfir 

kimi siz öz ölkənizin mənəfelərini müdafiə edərək, Rusiyanın 

mənəfelərini qoruyaraq həmişə Rusiya ilə Azərbaycan arasında 

münasibətlərin  daha da inkişaf etməsi ruhunda fəaliyyət 

göstərmisiniz. Mən bunu bilirəm, bunu görmüşəm və bu gün 

bunu açıq bəyan edirəm. 

Bilirəm ki, siz Rusiya Federasiyasının müxtəlif dairələrində 

aranmış yalan məlumatın və ya yalan fikirlərin dağılması üçün 

çox işlər görmüsünüz. Mən bunu bilirm. Bilirəm ki, siz 

alışmısınız. Biz həmişə Rusiya ilə münasibətləri 

möhkəmlətməyə  və inkişaf etdirməyə çalışmışıq və çalışırıq. 

Rusiyanın səfiri olaraq siz də bu inkişafın hər iki tərəfdən fəal 

olması üçün çalışmısınız və mümkün olan hər  şeyi  etmisiniz, 

əlinizdən gələni əsirgəməmisiniz. 

Buna görə  də Rusiyanın Azərbaycanda səfiri kimi sizin 

fəaliyyətinizi yüksək qiymətləndirirəm. Siz ölkənizi layiqincə 

təmsil etmisiniz. Bu, çox vacibdir, bu, başlıca cəhətdir. Öz 

dövlətinin layiqli təmsilçisi olmaq, eyni zamanda olduğun ölkə 

ilə münasibətləri inkişaf etdirməyi bacarmaq səfir üçün başlıca 

vəzifədir. Amma bu vəzifəni yerinə yetirməyə heç də hamı 

müvəffəq olmur. Hesab edirəm ki, siz bu vəzifənin öhdəsindən 

müvəffəqiyyətlə  gəlmisiniz. Bax buna görə  də siz 

cəmiyyətimizdə böyük nüfuz qazandınız, sizə çox səmimi 



__________________________________________ 

38

  



münasibət var. Hesab edirəm ki, siz öz işinizlə burada yaxşı bir 

iz qoyursunuz. 

Əgər Rusiya Federasiyası üçün nə kimi işlər gördüyünüzdən 

danışmalı olsaq, onda deməliyik ki, siz gözəl səfirlik kompleksi 

- həm bina, həm də yaşayış evi yaratdınız, özü da Bakı şəhərinin 

ən yaxşı hissəsində. Bu, məni sevindirir, çünki istəyirəm ki, 

burada hər bir xarici səfirliyin səmərəli fəaliyyəti üçün müvafiq 

şəraiti olsun, eyni zamanda, hər bir səfirlik binası  şəhərimizə, 

respublikamızı gözəllik versin. Sizin yaratdıqlarınız  şəhərimizi 

bəzəyir, işiniz üçün çox yaxşı  şərait yaradır. Digər MDB 

ölkələrindəki səfirlərin sizin burada gördüyünüz işləri görüb-

görə bilmədiyini deyə bilmərəm,  əgər kimsə belə  işlər görübsə 

də, fərqi yoxdur, sizin nümunəniz ən yaxşı nümunədir. 

Şadam ki, siz bu vəzifədən Rusiya hökumətində daha yüksək 

vəzifəyə gedirsiniz. Kiminsə səfir vəzifəsindən hökumətdə daha 

yüksək vəzifəyə irəli çəkilməsi nadir hadisədir. Mən buna çox 

şadam. Sizi bu münasibətlə təbrik edirəm. Ümidvaram ki, siz öz 

yeni vəzifənizə başladıqdan sonra da Azərbaycanla  əvvəlkitək 

əlaqə saxlayacaqsınız və ölkəmizdə həqiqi vəziyyətə başqalarına 

nisbətən daha yaxşı bələd olduğunuza görə, yeni vəzifənizdə də 

çalışacaqsınız ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər 

inkişaf etsin, Rusiya-Azərbaycan münasibətlərinə düşmənçilik 

əhval-ruhiyyəsində olan ayrı-ayrı qüvvələrin süni surətdə 

yaratdıqları  mənfi hallar tədricən aradan qaldırılsın. Çünki 

Azərbaycanda həqiqi vəziyyəti siz hamıdan yaxşı bilirsiniz. Ona 

görə də mən buna şadam. 

Digər tərəfdən isə, biz deyə bilərik ki, görünür, Azərbaycanda 

işləmək elədir ki, səfir buradan yüksək vəzifəyə irəli çəkilir. 

Mən buna şadam. Sizə  gələcək işinizdə  uğurlar, can-sağlığı 

arzulayıram. Ümidvaram ki, siz bizimlə dostluq əlaqələrini 

kəsməyəcəksiniz - mən hökumətlə, dövlətlə, burada 

  



__________________________________________ 

39

tapdığınız dostlarla əlaqələri nəzərdə tuturam. Sizi istənilən vaxt 



Azərbaycana qonaq kimi dəvət edirəm. Sizinlə bizim aramızda 

rəsmi münasibətlərlə yanaşı, yaxşı  şəxsi münasibətlər da 

yaranmışdır. Mən bunu da qiymətləndirirəm.  İstədiyiniz vaxt 

Azərbaycana qonaq gəlin. Biz sizinlə  əlaqə saxlayacağıq, 

ümidvaram, siz də belə edəcəksiniz. 

Aleksandr Bloxin: Sizin sözləriniz adamın canına məlhəm 

kimi yayılır. Çünki öz dövlətini təmsil etdiyin ölkənin 

prezidentindən öz işinə yüksək qiymət verildiyini eşitmək səfir 

üçün bəlkə də ən xoş haldır. 

Siz Rusiyanın Azərbaycana münasibətindən danışdıqda, bu 

sahədəki problemlərdən, mənfi və yaxşı  məqamlardan 

danışdıqda diqqət yetirdim ki, yaxşı  cəhətlər qat-qat çoxdur. 

Mənə elə  gəlir ki, əgər Rusiya ilə Azərbaycan öz 

münasibətlərini qurarkən ötən 200 ildə aramızda olmuş bütün 

yaxşı  cəhətləri həmişə qoruyub inkişaf etdirsələr, bu, gələcək 

yaxşı qarşılıqlı münasibətlərin rəhni olacaqdır. 

Əlbəttə, bütün problemləri həll etmək mümkün olmadı, lakin 

belə duşunürəm ki, indi Rusiya ilə Azərbaycan arasında 

münasibətlərin səviyyəsi kifayət qədər yüksəkdir.Sizin Vladimir 

Vladimiroviçlə; Putinlə görüşünüz məni xüsusilə ruhlandırır, 

mən onun bu görüşə müsbət münasibət bəslədiyini bilirəm. 

Deməliyəm ki, bu, ölkələrimiz arasında münasibətləri daha 

yüksək səviyyəyə qaldırmaq üçün çox yaxşı  əlavə  zəmin ola 

bilər. 

Əgər indi varisim məni dinləsəydi, mən ona bütün müsbət 



cəhətləri, hətta kiçik cəhətləri də qoruyub saxlamağı arzu 

edərdim, çünki böyük münasibətlər, boyük dostluq bunlardan 

yaranır. 

Aleksandr Bloxin: Xoş, səmimi sözlərə görə Sizə bir daha 

təşəkkürümü bildirirəm. Söz verirəm ki, mənim üçün sevimli 

şəhərə çevrilmiş Bakıya elə ilk imkan düşən kimi yenidən 

gələcəyəm. 

  

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə