Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə19/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   15   16   17   18   19   20   21   22   ...   145

__________________________________________ 

62

bölgəsində nə qədər ağır münaqişələr baş veribdir. Buna görə də 



Qafqaz həm dünyanın diqqət mərkəzindədir, dünyanın böyük 

ölkələrinin diqqətini cəlb edir, həm də Qafqazda əmin-amanlıq, 

sülh yaratmaq üçün böyük dövlətlərin və Qafqazı  əhatə edən 

dövlətlərin hamısı öz səylərini göstərməlidir. 

Mən sizə  bəyan edirəm ki, Azərbaycan dövləti bu sahədə 

bundan sonra da öz təşəbbüslərini irəli sürəcək, nəinki Cənubi 

Qafqazda, bütün Qafqaz regionunda sülhün, əmin-amanlığın 

əldə olunmasına öz töhfələrimizi verəcəyik. 

Bilirsiniz ki, Ermənistan-Azərbaycan münaqişəsini həll 

etmək üçün mən bu il də bir çox tədbirlər görmüşəm, bir çox 

görüşlər keçirmişəm. Bunların içərisində Ermənistan prezidenti 

ilə  mənim təkbətək, birbaşa görüşlərim olubdur. Onu deyə 

bilərəm ki, bu görüşlər nəticəsində biz sülhə yaxınlaşa, sülhə 

gedə bilərik. Ancaq biz reallığı  dərk etməliyik və reallığı  dərk 

edərək hər iki tərəf müəyyən kompromislərə getməlidir. Əgər bu 

mümkün olmasa, məsələni həll etmək çox çətin, ağır olacaqdır. 

Ancaq təəssüflər olsun ki, bu problemləri dərindən bilməyən, 

bəlkə heç problemlərin həll olunmasını istəməyən adamlar, 

barışmaz müxalifətdə duran ayrı-ayrı siyasi qüvvələr, partiyalar 

məsələnin həll olunmasına yox, indi məsələnin həlli prosesində 

atılan addımlardan öz məqsədləri üçün istifadə etməyə çalışırlar: 

«Dağlıq Qarabağa yürüş», «Dağlıq Qarabağ  hərəkatı». Bunun 

üçün bütün müxalifət partiyaları  yığışdılar, toplaşdılar, 

Motodromda bir mitinq keçirdilər, onunla da özlərinin sosial 

dayaqlarının nəyə qadir olduğunu göstərdilər. 

Atəşkəs rejimi yaranandan indiyə  qədər heç bir müxalifət 

partiyası, heç bir müxalifət hərəkatı, qüvvəsi bu problemin həll 

olunması üçün ağıllı, konkret, real bir təklif verməyibdir.  Əgər 

həmin o Motodromda keçirilən mitinqdə çox bəsit  şəkildə 

yazılmış qətnamədə göstərilirsə ki, Dağlıq Qarabağa an- 

  



__________________________________________ 

63

caq mədəni muxtariyyət verilə bilər - bu, gülüşdən savəyı başqa 



bir  şey doğura bilməz.  İnsanları bununla aldatmaq mümkün 

deyildir. Əgər 1988-ci ildə Dağlıq Qarabağda yaşayan ermənilər 

və onların havadarları olan Ermənistan millətçiləri, dünyanın 

başqa yerlərində olan millətçilər Moskvanın dəstəyi ilə, öz 

əllərində olan vilayət muxtariyyəti ilə qane olmurdularsa, ona 

görə Azərbaycan hakimiyyətindən imtina etdilərsə  və  qısa bir 

zamanda Azərbaycanın tərkibindən faktiki olaraq çıxdılarsa, 

1989-cu ilin yanvar ayında Dağlıq Qarabağın idarə edilməsi 

haqqında Moskvanın yaratdığı xüsusi idarənin təşkili ilə 

alaqədər Dağlıq Qarabağ Azərbaycanın tərkibindən faktiki 

olaraq çıxdısa, indi hansı mədəni mxtariyyətdən danışmaq olar? 

Xatırlayıram, 1991-ci ilin əvvəlində - fevral ayında mən ilk 

dəfə gəlib Ali Sovetin sessiyasında çıxış edərkən ürəyim yanırdı. 

Ancaq təəssüf ki, o vaxt mənim çıxışımı anlamaq əvəzinə, mənə 

qarşı cürbəcür təzyiqlər, böhtanlar, təhqirlər gördüm. Mən o 

vaxt nə dedim? Mən dedim ki, Dağlıq Qarabağ tamamilə əldən 

gedib. Dağlıq Qarabağ artıq Azərbaycanın deyil və Dağlıq 

Qarabağ haqqında Azərbaycan dövlətinin konsepsiyası, siyasəti 

yoxdur. Bütün işlər pərakandə görülür. Kim haradasa bir tüfəng 

ata bilirsə, atır, kim haradasa nə edə bilirsə, edir. Siyasət yoxdur. 

Belə  də oldu. 1988-ci ildən başlayaraq konkret, real bir 

konsepsiya olmadığına görə, konkret siyasət olmadığına görə, 

hamı birləşib bu məsələni həll etmək yollarını birlikdə axtarıb 

tapa bilmədiklərinə görə Azərbaycan belə ağır vəziyyətə düşdü. 

Nəinki Dağlıq Qarabağ  əldən getdi, Azərbaycanın Dağlıq 

Qarabağ  ətrafında olan yeddi rayonu, sırf azərbaycanlılar 

yaşayan rayonları da işğal edildi. Bax, nəticə bundan ibarətdir. 

Bunda günahkar çoxdur. Həm o hakimiyyət - 1988-ci ildə 

Azərbaycanda olan hakimiyyət, həm ondan sonrakı hakimiyyət - 

1990-cı ilin yanvar faciəsində tökülən qanlar üzərində 

  

 

 



  


__________________________________________ 

64

Azərbaycanda hakimiyyətə  gəlmiş qüvvələr, həm də ondan 



sonra hakimiyyəti əlinə keçirmiş Xalq cəbhəsi, müsavat - hamısı 

günahkardır. Hamısı günahkardır! 

Bütün bu günahlar nəticəsində  əldən verilmiş mövqeləri bir 

gündə, bir ayda, bir ildə bərpa etmək mümkün deyildir. Bəziləri 

deyirlər: 1993-cü ildə Heydər  Əliyev gəldi, bəs niyə bir şey 

etmədi? Heydər  Əliyev sehrli çubuq deyil, Heydər  Əliyev 

insandır. Bəli, böyük siyasətçidir, onun böyük siyasəti var. 

Ancaq bu cür ağır vəziyyətə düşmüş  məsələni bir gündə  həll 

etmək mümkün idimi? Mümkün deyildir. 

Biz bu məsələni həll etməyə doğru gedirik. Bunun üçün 

müəyyən kompromislər olmalıdır. Nə olacaq, nə olmayacaq -

mən bunu indidən deyə bilmərəm. Çünki bu, hər iki tərəfdan 

asılıdır - həm Azərbaycan tərəfindən, həm də Ermənistan 

tərəfindən. Ancaq mən inanıram ki, biz bu məsələni sülh yolu ilə 

həll edəcəyik.  İnanıram ki, işğal edilmiş torpaqlar azad 

olunacaq, çadırlarda ağır  şəraitdə yaşayan soydaşlarımız öz 

yerina-yurduna, obasına, evinə qayıdacaqlar. 

Siz həm məruzədə, həm də  çıxışlarda dövlətin, hökumətin, 

iqtidarın işləri haqqında çox danışdığınıza görə  mən də 

çıxışımın çox hissəsini buna həsr etdim. Təbiidir ki, Yeni 

Azərbaycan Partiyasının  əməli işi, siyasəti - mən bunu əvvəl 

dedim, bir də deyirəm - bugünkü Azərbaycan iqtidarının işi ilə 

birbaşa bağlıdır, vəhdət təşkil edir. Ona görə də təbiidir ki, biz 

bu barədə çox danışırıq. 

Ancaq partiyanın konkret işlərinə gəldikdə, hesab edirəm ki, 

Yeni Azərbaycan Partiyası ötən yeddi ildə böyüyüb. İnkişaf 

edib, genişlənibdir. Dünən, bu gün burada səslənən fikirlərin 

hamısına  şərik çıxaraq deyirəm ki, Yeni Azərbaycan Partiyası 

Azərbaycanın həyatında  ən güclü, ən böyük intellektual 

səviyyəyə malik, ən böyük hörmətə malik olan siyasi partiyadır. 

Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün 

 

 



partiyasıdır,   Azərbaycanın   sabahının   partiyasıdır, 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə