Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə20/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   16   17   18   19   20   21   22   23   ...   145

__________________________________________ 

65

XXI  əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır. Yeni 



Azərbaycan Partiyası qurultayının bu qədər məzmunlu, mənalı, 

mütəşəkkil və nikbin əhval-ruhiyyədə keçməsi partiyanın 

cəmiyyətimizdə hörmətini daha da yüksəklərə qaldırır və 

qaldıracaqdır, Yeni Azərbaycan Partiyasının  ətrafında 

Azərbaycanın daha da çox vətəndaşları toplaşacaqdır. 

Bu gün nailiyyətlərdən çox danışıldı, ancaq işimizdə olan 

qüsurlardan, nöqsanlardan çox az danışıldı. Mən dünən də,bu 

gün də bunu müşahidə edərkən ziddiyyətli fikirdə idim.Bəlkə də 

belə olmamalı idi. Ancaq eyni zamanda sonra hamısını ölçüb-

biçib bu fikrə gəldim ki, partiyanın birinci qurultayıdır. Yeddi il 

ötüb, partiya böyük bir həyat yolu keçibdir və  ağır dövr 

yaşayıbdır. Ona görə də partiyanın qurultayının məhz bu əhval-

ruhiyyədə, bu məzmunda, mənəda ceçməsi məqsədə uyğundur. 

Hesab edirəm ki, eyni zamanda partiya öz işində olan 

nöqsanları, çatışmazlıqları, qüsurları da yaxşı  dərk edir. O 

barədə məruzədə və çıxışlarda deyildi. 

Ən təhlükəlisi odur ki, Yeni Azərbaycan Paıtiyasına  əqidəsi 

olmayan adamlar qatılmasın. Ötən dövr bu barədə bir çox 

nümunələr verdi. Ancaq bunu da dramatikləşdirmək lazım 

deyildir. Bu, təbii prosesdir. Cəmiyyətdə konyunktur məqsədlər 

güdən insanlar həmişə olubdur. Hər bir partiyada, hər bir yerdə 

olubdur - bundan xilas olmaq mümkün deyildir.Buna görə  də 

kim Yeni Azərbaycan Partiyasına hansısa  şəxsi məqsəd, 

təmənna, hansısa konyunktur məqsədlər üçün gəlmişdisə, onlar 

partiyadan kənarlaşdılar. Əgər bu gün belələri varsa, mən güman 

edirəm, dərk etməlidirlər ki, onların yolu partiyanın yolu ilə düz 

gəlmir.  Partiyada əqidə adamları olmalıdır.  Partiyaya xidmət 

etmək Vətənə xidmət etmək,millətə xidmət etmək, müstəqil 

Azərbaycan dövlətinə xidmət etmək deməkdir. Ona görə  də 

partiyamız məhz bu cür əqidəli insanlarla böyüməli, inkişaf 

etməli və genişlənməlidir. 

Partiyamız indi iqtidar partiyası olduğuna görə, təbiidir ki, 

  



__________________________________________ 

66

partiya üzvlərinin imtiyazları da olmalıdır. Bu imtiyazlar nədən 



ibarət olmalıdır? Dövlətimizi, hökumətimizi, iqtisadiyyatımızı, 

həyatımızın bütün sahələrini istədiyimiz kimi inkişaf etdirmək 

üçün bizə müasir tələblərə cavab verən kadrlar lazımdır. Bu 

kadrlar Yeni Azərbaycan Partiyasının içərisində var, çoxdur. 

Amma eyni zamanda, Yeni Azərbaycan Partiyasından kənarda 

da çoxdur. Ona görə siz gərək məni düzgün başa düşəsiniz. Mən 

Yeni Azərbaycan Partiyasının sədri olaraq Azərbaycanın 

prezidentiyəm. Azərbaycanın həyatının, iqtisadiyyatının, siyasi 

qurumların və başqa sahələrinin- yəni mən icra orqanlarını 

deyirəm - işini daha da yaxşı təşkil etmək üçün mən yalnız Yeni 

Azərbaycan Partiyasından kadrları götürə bilmərəm. Mən 

Azərbaycan xalqının prezidentiyəm, Azərbaycan vətəndaşlarının 

prezidentiyəm. Ona görə  də  mənim üçün hər bir Azərbaycan 

vətəndaşı eyni qiymət kəsb edir. Mən Azərbaycanın hər bir 

vətəndaşının təminatçısıyam və Azərbaycan xalqına, hər bir 

vətəndaşa xidmət edən prezidentəm. 

Bunu deyərək bildirmək istəyirəm ki, Yeni Azərbaycan 

Partiyasının üzvləri içərisindən dəyərli kadrlar yetişdirilməlidir, 

inkişaf etdirilməlidir, hakimiyyətin müxtəlif sahələrində, 

iqtisadiyyatda və başqa orqanlarda özlərinə yer tapmalıdır və 

fəaliyyət göstərməlidir. Ancaq onlar keyfiyyətcə buna cavab 

verən adamlar olmalıdırlar, peşəkar adamlar olmalıdırlar, yaxud 

da bu işi tezliklə qavraya bilən adamlar olmalıdırlar. Amma 

bunlarla bərabər, Azərbaycan vətəndaşlarının bütün təbəqələri 

Azərbaycanın həyatının bütün sahələrində  iştirak edirlər və 

iştirak edəcəklər və  mən Azərbaycan prezidenti kimi 

Azərbaycan vətəndaşlarının hər birinə eyni gözlə baxıram və 

bundan sonra da eyni gözlə baxacağam. 

Yeni Azərbaycan Partiyasının üzvlərindən kadrların 

yetişməsi və  məsul vəzifələrə irəli çəkilməsi həm Yeni 

Azərbaycan Partiyasının təşkilatlarının üzərinə düşən vəzifədir, 

həm idarə 

  



__________________________________________ 

67

heyəti üzərinə düşən vəzifədir, həm də  mənim üzərimə düşən 



vəzifədir. Gəlin danışaq ki, biz hamımız bundan sonra bu 

vəzifəmizi yerinə yetirməyə daha da diqqətli olacağıq. 

Burada çıxışlarda, məruzələrdə qeyd edildi ki, Yeni 

Azərbaycan Partiyasında gənclərə daha da çox imkan vermək 

lazımdır. Bu fikri mən keçən görüşlərimizdə  də demişəm, bu 

gün də deyirəm. Bu, təbii prosesdir. Mən artıq bəyan etdim ki, 

Yeni Azərbaycan Partiyası XXI əsrin və üçüncü minilliyin 

partiyasıdır. Buna görə  də bizim gərək gənc kadrlarımız üzə 

çıxsın, özlərini müxtəlif sahələrdə  sınaqdan keçirsin, təcrübə 

toplasın və XXI əsrdə onlar bizim bu gördüyümüz işlərin

yaratdığımız bu bünövrənin, təməlin üzərində qalxan, ucalan və 

böyük bir dövlətə çevrilən Azərbaycanı irəliyə aparsınlar. 

Partiya üzvlərinin 29 faizi gənclərdir. Hesab edirəm, bu azdır. 

Bu rəqəm belədir ona görə yox ki, gənclər Yeni Azərbaycan 

Partiyasına az maraq göstərirlər. Gənclərin içərisində Yeni 

Azərbaycan Partiyasına sədaqətli insanlar çoxdur. Bu rəqəmin 

29 faiz olması yəqin ki, yerli partiya təşkilatlarının işlərində olan 

nöqsanların, qüsurların, O cümlədən idarə heyətinin işində olan 

nöqsanların, qüsurların nəticəsidir. Ona görə  də bizim bu 

qurultayımızın gələcək üçün proqramında əsas məsələlərdən biri 

Yeni Azərbaycan Partiyasında gənclərin sayını artırmaq, Yeni 

Azərbaycan Partiyasında gənclərə daha da çox imkanlar vermək, 

onlara özlərini göstərmək, öz istedadlarını nümayiş etdirmək 

üçün şərait yaratmaq və Yeni Azərbaycan Partiyasının tərkibini 

gəncləşdirməkdən ibarətdir. 

Bu, heç də Yeni Azərbaycan Partiyasının veteranlarına, necə 

deyərlər, biganəlik, yaxud da ki, ayrı-seçkilik deyildir. Yeni 

Azərbaycan Partiyasının veteranları, bizim alimlərimiz, çox 

yüksək səviyyəli ziyalılarımız Yeni Azərbaycan Partiyasının 

qızıl fondudur. Amma onlar öz biliklərini, öz təcrübələrini, 

partiyaya olan sədaqətlərini gənclərə daha da tezliklə 

çatdırmalıdırlar. Gəncləri öz arxaları ilə daha da sürətlə apar- 

 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə