Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə21/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   17   18   19   20   21   22   23   24   ...   145

__________________________________________ 

68

 



malıdırlar, gənclərə öz istedadlarını göstərmək üçün imkanlar 

verməlidirlər. Beləliklə, biz həm partiyanın yaşlı  nəslinə, 

veteranlarına daha da çox imkanlar yaradacağıq, eyni zamanda 

partiyanın gəncləşməsini təmin edəcəyik. Mən bunu partiyanın 

qarşısında əsas vəzifə kimi qoyuram. 

Partiyanın proqramı və nizamnaməsi dərc edilibdir, siz tanış 

olmusunuz.  İndi yəqin müzakirə olunacaqdır. Mən məmnunam 

ki, 1992-ci ildə çox ağır şəraitdə Naxçıvanda bizim yazdığımız 

və  qəbul etdiyimiz proqram bu gün də öz aktuallığını 

saxlayıbdır. Demək, biz o vaxt nə  qədər uzaqgörənlik etmişik, 

ölkəmizdə olan vəziyyəti nə qədər düzgün qiymətləndirmişik və 

partiyamızın gələcək yolunu, istiqamətini nə  qədər düzgün 

müəyyən etmişik. 

Təbiidir ki, yeddi ildən sonra bu proqram təkmilləşməlidir

genişlənməlidir. Ancaq onun əsasını, özəyini təşkil edən bizim 

1992-ci ildə  qəbul etdiyimiz proqramdır. Mən bununla fəxr 

edirəm və o proqramın qəbul olunmasında iştirak etmiş 

insanların hamısı fəxr etməyə qadirdirlər, layiqdirlər. 

Əziz dostlar! 

Bizim qurultayımız çox vaxt aldı. Ancaq mən düşünürəm ki, 

yeddi ildən bir qurultay keçirərkən, təbiidir ki, biz gərək vaxta 

qənaət etməyək. Bu zalda, bu salonda şübhəsiz, çox adamlar var 

ki, ürəklərində olan səmimi sözlərini, hissiyyatlarını qurultayda 

bildirmək istəyirdilər. Təbiidir ki, bu, mümkün deyildir. Amma 

mən salonda olan əhval-ruhiyyəni, qurultayın gedişini və sizin 

nitqlərinizi, sizin hərənizin öz yerində qurultaya olan 

münasibətini müşahidə edərək görürəm ki, həqiqətən, bizim 

Yeni Azərbaycan Partiyası çox yüksək səviyyəli partiyadır və 

həqiqətən, bizim belə möhtəşəm qurultay keçirməyə  əsasımız 

vardır. 


Biz 1992-ci ilin şaxtalı bir günündə, elektrik enerjisinin 

olmadığı bir halda, Naxçıvan Dövlət Teatrının binasında paltoda 

və çoxları papaqda oturaraq ilk konfransımızı keçirdik. 

  



__________________________________________ 

69

Doğrudur, mən papaqda deyildim. Təbiətim belədir ki, mən hər 



bir soyuq havada papaqdan istifadə etmirəm. Amma burada 

oturanların  əksəriyyəti papaqda idilər. Üşüyürdük,  əlimizi-

əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü 

idi və  gələcəyə çox nikbinliklə baxırdıq. Budur, yeddi ildən 

sonra Yeni Azərbaycan Partiyası Azərbaycanın  ən möhtəşəm 

sarayında öz qurultayını keçirir. 

Siz bilirsiniz ki, 1970 - 1972-ci illərdə, cəmisi iki il 

müddətində Azərbaycanın bu Respublika sarayı  mənim 

təşəbbüsüm,  şəxsi himayəm və bilavasitə  iştirakım nəticəsində 

tikilibdir. O vaxt mən hər gün bu tikintiyə  gəlirdim və bunun 

məhz 1972-ci ildə qurtarmasına çalışırdım. Məmnunam ki, 

Azərbaycanda gördüyüm çox işlərlə  bərabər, ucaltdığım böyük 

binalar, zavodlar, fabriklərlə  bərabər Azərbaycanın bu günü 

üçün və  gələcəyi üçün belə bir möhtəşəm saray da yarada 

bildim. Bu sarayda çox qurultaylar keçib, konfranslar keçib, 

mərasimlər keçib, yubileylər,  şənliklər keçibdir. Mən bunların 

bir çoxunun iştirakçısı olmuşam. Doğrudur, mən Azərbaycandan 

təcrid olanda bu sarayın yanından keçməyə  də  mənə imkan 

vermirdilər. Ancaq ədalət öz yerini gəldi tutdu. 

Məni sevindirən budur ki, dediyim o ağır  şəraitdə 

Naxçıvanda bizim keçirdiyimiz konfrans partiyanın bu qədər 

böyük inkişaf yolunu təmin etdi və partiya bu gün belə gözəl, 

möhtəşəm sarayda iki gündür öz qurultayını keçirir. 

Mən sizinlə  bərabər fəxr edirəm ki, Yeni Azərbaycan 

Partiyasının üzvüyəm və Yeni Azərbaycan Partiyasının 

sədriyəm. Sirus Təbrizli bu gün dedi ki, Heydər Əliyev vaxtilə 

sovet dövlətinin başında duran adamlardan biri idi və bir zaman 

Sovet  İttifaqının başçısı  vəfat edəndən sonra Heydər  Əliyev 

Sovet  İttifaqının başçısı ola bilərdi. Bəli, Sirus Təbrizlinin bu 

sözləri həqiqətdir. O, bunu havadan götürməyibdir. O vaxt bir 

dəfə yox, iki dəfə - çünki o vaxt dalbadal hər il Sovet İttifaqının 

başçıları vəfat etdilər: 1982-ci ildə Brejnev, 1983-cü 

  

 



__________________________________________ 

70

ildə Andropov, 1984-cü ildə Çernenko. Həmin o zamanlar 



həqiqətən mənim - Heydər  Əliyevin də belə bir vəzifə tutmaq 

ehtimah var idi və bunu istəyənlər də çox idi. Ancaq hörmətli 

Sirus Təbrizli, heç heyfsilənmə ki, bu olmayıbdır. Mən heç vaxt 

heyfsilənməmişəm. Amma onunla fəxr edirəm ki, tarixdə  mən 

Azərbaycanın adını bir təbəqə yüksəklərə qaldırmışam. 

Rusiya imperiyası böyük tarixə malik olan bir imperiyadır. O 

devriləndən sonra sovet hökuməti - onu biz sovet İmperiyası da 

adlandıra bilərik - yarandı. Bu, dünyanın XX əsrdə super 

dövlətlərindən biri idi. Tarixdə heç vaxt azərbaycanlı, müsəlman 

nə rus imperiyasında, nə  də sovet imperiyasında yüksək vəzifə 

tutmağa layiq görülməmişdi. Çünki azərbaycanlılara, 

müsəlmanlara o ölkədə dördüncü, beşinci təbəqəli kimi 

baxırdılar. 

Xatirimdədir, vaxtilə Azərbaycana 22 il rəhbərlik etmiş 

Mircəfər Bağırovun Stalinlə  də çox yaxın  əlaqələri var idi və 

vaxtilə Siyasi Büronun bir çox üzvləri ilə  sıx  əməkdaşlıq 

etmişdi. Müharibə vaxtı da Azərbaycan nefti şübhəsiz ki, İkinci 

dünya müharibəsində Sovet İttifaqının qələbəsində həlledici rol 

oynamışdı. O illərdə  də bu adam, sonra cinayətkar kimi 

günahlandırılsa da, Azərbaycanın başında olmuşdu. 1952-ci ildə 

19-cu partiya qurultayında - mənim xatirimdədir, hamısı 

gözümün qabağındadır - Azərbaycan çox gözləyirdi ki, o heç 

olmasa Siyasi Büronun üzvlüyünə namizəd seçiləcəkdir. Ancaq 

qurultay qurtardı, bu olmadı  və Azərbaycanda da böyük 

narahatlıq oldu ki, niyə bizim xalqımıza qiymət vermirlər. 

Partiyanın ideologiyasından asılı olmayaraq, dövlətin 

quruluşundan, ideologiyasından asılı olmayaraq sovet hökuməti 

dünyada yaranmış hakimiyyətlərdən, super dövlətlərdən biri 

kimi tarixdə qalacaqdır. Mən azərbaycanlı olaraq, müsəlman 

olaraq o hökumətin başında olmağa layiq görüldüyümə görə və 

Azərbaycan xalqını Kremldə  təmsil etdiyimə görə  həmişə  fəxr 

etmişəm, bu gün də fəxr edirəm. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə