Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə22/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   18   19   20   21   22   23   24   25   ...   145

__________________________________________ 

71

Ancaq yenə də Sirus Təbrizliyə müraciət edirəm. Mən o vaxt 



bunu, yəni o hökumətin başında olmağımı arzu etmirdim. Arzu 

edənlər çox idi. Mənim arzum ancaq və ancaq öz xalqıma 

xidmət etməkdən ibarət olmuşdur və  qəlbim həmişə bununla 

yaşamışdır. Ona görə  də  əgər indi Sirus Təbrizli hirslənirsə ki, 

bu olsaydı yaxşı olardı, ya bu yaxşıdır, - mən deyirəm ki,mən 

müstəqil Azərbaycana rəhbərlik etməyi, prezident olmağı 

dünyada heç bir şeylə dəyişə bilmərəm. 

Siz bilirsiniz ki, mən 1970 - 80-ci illərdə  də Azarbaycana 

rəhbərlik etmişəm, xalqa sədaqətlə xidmət etmişəm. O vaxt ağır 

problemlər yox idi. O vaxt insanlar rahat yaşayırdı. O vaxt 

indiki problemlər yox idi. Ancaq mən bu gün Azərbaycan 

xalqının etimadını qazanaraq prezident seçilməyimi və müstəqil 

Azərbaycana bu ağır dövrdə prezidentlik etməyimi bütün o 

dövrlərin hamısından şərəfli, hamısından qiymətli hesab edirəm. 

Ona görə ki, mənim xalqım - Azərbaycan xalqı indi azaddır. 

İndi müstəqil Azərbaycan var, heç kəsdən asılı olmayan, 

müstəqil yaşayan dövlət vardır.  İndi biz xalqımızın tarixi 

ənənələrini, tarixi köklərini heç kəsdən qorxmayaraq, heç 

kəsdən çəkinməyərək qaldırırıq, göstəririk və xalqımızın böyük 

sərvəti kimi dünyaya nümayiş etdiririk. 

Xalqımız bu müstəqillik yolunda daha da böyük nailiyyətlər 

əldə edəcəkdir. Çünki azad xalq həmişə öz imkanlarının 

hamısından səmərəli istifadə edə bilir. Xalqımız azaddır. Bütün 

bu çətinliklərin hamısı keçib gedəcəkdir. Azərbaycan bir 

müstəqil dövlət kimi möhkəmlənəcəkdir. Azərbaycanın böyük 

iqtisadi gələcəyi artıq göz qabağındadır.Azərbaycanda 

demokratiya qələbə çalacaqdır. Azərbaycan demokratik, hüquqi 

dövlət kimi Dünya Birliyində  həmişə yaşayacaqdır. Belə bir 

zamanda, belə bir dövrdə Azərbaycanın gələcəyi üçün imkanlar 

yaratmaqdan ötrü Azərbaycanın dövlətinə başçılıq etmək, 

Azərbaycanın prezidenti olmaq mənim üçün ən böyük şərəfdir. 

Əmin ola bilərsiniz ki, mən bunu yüksək 

 

 



__________________________________________ 

72

  



qiymətləndirirəm. Təkcə sizə yox, bütün Azərbaycan xalqına 

bəyan edirəm ki, mən bundan sonra da bütün enerjimi, bütün 

gücümü, biliyimi, zəkamı Azərbaycan xalqına sədaqətlə xidmət 

etmək üçün istifadə edəcəyəm və  əlimdən gələni edəcəyəm ki, 

Azərbaycan daim müstəqil olsun, Azərbaycan xalqı azad olsun, 

Azərbaycan xalqı inkişaf etsin. 

Yaşasın müsləqil Azərbaycan! 

Yaşasın Yeni Azərbaycan Partiyası! 

 

YEKUN NİTQİ 

 

Hörmətli qurultay nümayəndələri!  



Xanımlar və cənablar!  

Hörmətli qonaqlar! 

Bizim qurultayın işi sona çatır və son mərhələdə qurultay öz 

təşkilati məsələlərini həll edibdir. 

Ən  əvvəl, istəyirəm qurultayın yenidən etimad göstərərək 

məni Yeni Azərbaycan Partiyasının sədri seçməsi münasibətilə 

sizə təşəkkürümü və minnətdarlığımı bildirim. 

Əgər biz Yeni Azərbaycan Partiyasını  ağır vəziyyətdə 

yaratdığımız zaman mən bu vəzifəni üzərimə götürmüşəmsə, 

indi, yeddi il ötəndən, partiyamız böyüyəndən, güclənəndən 

sonra, təbiidir ki, mən bu vəzifəni bundan sonra da daşımalıyam. 

Əmin ola bilərsiniz ki, mən Azərbaycan xalqına, müstəqil 

Azərbaycana, ölkəmizə indiyə  qədər sadaqətlə xidmət etdiyim 

kimi, Yeni Azərbaycan Partiyasının yarandığı gündən indiyə 

qədər Yeni Azərbaycan Partiyasını  qəlbimdə saxladığım kimi, 

Yeni Azərbaycan Partiyasına bundan sonra da sədaqətlə 

rəhbərlik edəcəyəm. 

Qurultay nümayəndələri siyasi şuranın üzvlərini seçdilər. 

Onlar sizə  məlumdur, siz seçdiniz. Sonra isə Siyasi Şura 

üzvlərinin iclası keçirildi. Həmin iclası  mən aparırdım. Biz 

orada 

  



__________________________________________ 

73

idarə heyətini, partiyanın sədr müavinlərini və başqa vəzifələrə 



adamlar seçdik. Ona görə  də sizi birinci növbədə, idarə 

heyətinin seçilmiş tərkibi ilə tanış etmək, yəni sizə təqdim etmək 

istəyirəm. 

Bu, Siyasi Şuranın seçdiyi idarə heyətidir. Mən hesab edirəm 

ki, bu tərkibdə idarə heyəti üzərinə düşən vəzifələri bundan 

sonra uğurla həyata keçirə biləcəkdir. 

Partiyanın sədr müavinlərini Siyasi Şuraya təqdim etdik və 

seçdik, ona görə  mən elan etmək istəyirəm. Partiyanın sədr 

müavinləri Murtuz Ələsgərov, 

Əli Nağıyev, Rəfael 

Allahverdiyev, Sirus Təbrizli, İlham Əliyev seçildilər. 

Mən partiyada varislik prinsipinin saxlanmasının 

tərəfdarıyam. Görürsünüz, ona görə idarə heyətində 1992-ci ildə 

seçilmiş adamların tam əksəriyyəti var və 1992-ci ildə seçilmiş 

sədr və  sədrin müavinlərinin hamısı bu gün mənim təklifimlə 

seçiliblər, gənclərin rəhbərlikdə  təmsil olunması üçün İlham 

Əliyev də seçilibdir. 

Qurultaydan sonra partiyanın işinin yeni mərhələsi başlayır. 

Düz iki gün keçən qurultayda hamımız aydınca gördük ki, Yeni 

Azarbaycan Partiyası boyüyüb, inkişaf edib, genişlənib, sayca 

artıb, tərkibcə, keyfiyyətcə yüksəlib. Yeni Azərbaycan 

Partiyasının üzərinə artıq daha da çox vəzifələr düşübdür. Ona 

görə  də Yeni Azərbaycan Partiyasının işini, təbiidir ki, Siyasi 

Şura, idarə heyəti təşkil etməlidir, aparmalıdır. Həm Siyasi Şura, 

həm də idarə heyəti qəbul etdiyimiz nizamnamə  əsasında 

fəaliyyət göstərməlidir. Çalışmaq lazımdır ki, nizamnaməyə 

riayət edilsin və nizamnamə heç vaxt pozulmasın. 

Ancaq eyni zamanda yeni mərhələdə partiya həm 

böyüdüyünə, həm də genişləndiyinə, sayının artdığına, yerli 

təşkilatlar gücləndiyinə görə partiyanın  əməli işini daha da 

gücləndirmək lazımdır. Ona görə  də  mənim təklifim 

nizamnamədə öz əksini tapıbdır, qəbul edilibdir ki, partiyada 

icraçı katib və icraçı katibin müavinləri olsun. 

  

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə