Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə30/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   26   27   28   29   30   31   32   33   ...   145

__________________________________________ 

95

bütün MDB ölkələri prezidentlərindən yaşca böyüyəm. Özü də, 



onların bir çoxundan mənim yaş  fərqim böyükdür. Təkcə 

Eduard Şevardnadzedən başqa. O, məndən bir az cavandır -onun 

yaşı yetmişi keçibdir, qalanları isə  təxminən 50 yaşla 60 yaş 

arasındadır. Sizin prezidentin gərək ki 65, yox 68 yaşı var. O, 

məndən xeyli cavandır. 

Gennadi Roqov: Siz səhərlər idman edirsinizmi? 

Heydər Əliyev:  Mən ömrüm boyu səhərlər idman etmişəm. 

Gəncliyimdə daha çox gimnastika ilə  məşğul olurdum. Sonra, 

burada işləməyə başladıqda dənizdə çox üzürdüm. Mən həmişə 

səhərlər idman etmişəm. Bu, artıq vardişdir. Ona görə yox ki, 

belə istəyirəm, sadəcə, çoxdan, ən gənc yaşlarımdan belə 

olmuşdur. Bizdə deyildiyi kimi, bu, sağlam həyat tərzidir.  Ən 

başlıcası budur. 

Bəli, 1978-ci ildə Moskvada məndə ürək tutması oldu, infarkt 

keçirdim. Bundan sonra təqiblərə  məruz qaldım. 1987-88-ci 

illərdə hər şeyə qara yaxmış bəzi jurnalistlər haqqında danışdım. 

Ancaq bu işdə  hər  şey məqsədyönlü idi - bəzilərini qaralayır, 

onların barəsində hər cür uydurmalar söyləyirdilər, digərləri isə 

bir növ kənarda qalırdı. Bunların hamısını Qorbaçov 

tənzimləyirdi. O illərdə mənə də çox iftiralar, özü də tamamilə 

əsassız iftiralar yağdırırdılar.  Əgər bu yazıların, heç olmasa, 

bircə faizi həqiqətə uyğün olsaydı, onda deyərdim ki, bu, 

doğrudur, o birisi isə yalandır. Ömrüm boyu, - o illərdə də, bu 

gün də, - işləmişəm, özü də, sədaqətlə mən gizlətmirəm, Sovet 

İttifaqına da, Kommunist Partiyasına da çox sədaqətlə xidmət 

etmişəm. Çox sədaqətlə. Bəziləri indi deyirlər ki, hələ o vaxt bu 

quruluşu sevmirdilər, onunla daxilən razı deyildilər. Belə 

adamlar var. 

Mən  əqidəli kommunist və erkən, çox gənc yaşlarımdan  

dövlət işçisi olmuş adamam. Bilirsiniz ki, mən Azərbaycanın 

rəhbəri seçilməzdən  əvvəl bir çox illər dövlət təhlükəsizliyi 

orqanlarında işləmişəm. Moskvada işləmişəm. 

  

 



__________________________________________ 

96

Lakin sonra ədalətsizliklə qarşılanmışam.  İlk dəfə bunu 



xəstələndikdə hiss etdim. Niyə  xəstələnməyim isə ayrı 

məsələdir. Xəstəxanaya düşdüm və gördüm ki, heç kim, yəni iş 

yoldaşlarım, yəni Siyasi Büronun üzvləri, Nazirlər 

Sovetindəkilər, -mən orada birinci müavin idim, cəmisi isə 12 

müavin vardı, -rəhbərliyim altında işləmiş nazirlər 

maraqlanmırlar ki, sağam, ya yox. Axı, biz birlikdə, çiyin-çiyinə 

işləmişdik, çalışmışdıq. Mən tamamilə təcrid olunmuş vəziyyətə 

düşmüşdüm. Bu, məndən ötrü heyrətli idi. Amma sonra görəndə 

ki, burada çox şey  ədalətsizdir və sair, onda baxışlarım 

dəyişməyə başladı. 

Məndə  kəskin dönüş 1990-cı ilin yanvarında, Azərbaycan 

xalqına qarşı  təcavüz, terror törədilən vaxtı baş verdi. Mən 

xalqına qarşı bu cür ədalətsizliyə daha dözə bilmədim və 

Kommunist Partiyasından çıxdığımı  bəyan etdim, bu təcavüzə, 

Qorbaçovun, bütün Siyasi Büronun siyasətinə qarşı açıq çıxış 

etdim. Əlbəttə, bu, qəzəb, hiddət doğurdu - necə yəni, axı, mən 

Siyasi Büronun dünənki üzvü idim. 

Sonra mənim yeni həyat tərzim başlandı. Məni təqib etməyə 

başladılar. Qəzetlərdə yazır, xəlvəti nəsə edirdilər. Sonra isə 

açıqca təqib etməyə başladılar və  mən Moskvadan getməyə 

məcbur oldum. 

Bakı da Moskvanın təsiri altında idi və  mənə burada 

yaşamağa imkan vermədilər. Mən Naxçıvana getdim. Siz yəqin 

bilirsiniz ki, Naxçıvan Azərbaycanın Ermənistan  ərazisi 

tərəfindən  əhatə edilmiş kiçik bir muxtar respublikasıdır və 

blokadada idi. Mən orada üç il yaşadım. Sonra xalq məni dəvət 

etdi və mən 1993-cü ildən buradayam. 

Bir sözlə, mən həmişə  işləmişəm. Hətta Naxçıvanda o üç 

ildə, çox ağır şəraitdə də. Doğrudur, bir ildən sonra xalq məndən 

xahiş eldi və Naxçıvan Respublikasının rəhbəri vəzifəsini öz 

üzərimə götürdüm. Yenə  də gecə-gündüz işlədim. Amma, 

görünür, bu iş insanı  mətinləşdirir, ona görə  də  mən 

mətinləşmişəm. 

  



__________________________________________ 

97

Cərrahiyyə  əməliyyatı da təsadüfən oldu. 1990-cı ildə 



Moskvadan çıxıb getdikdən sonra mən həkimlərin xidmətindən 

istifadə etmirdim. Mənim həkimim yox idi, hakimlərə müraciət 

etmirdim. Buraya gəldikdən sonra prezident kimi imkanım var 

idi ki, öz həkimim olsun. Ancaq mənim həkimim yox idi. 

Düşünürdüm ki, belə yaşamaq daha yaxşıdır. Lakin Vaşinqtonda 

NATO-nun 50 illyində olarkən, axırıncı gün özümü nasaz hiss 

etdim. Xəstəxanaya getdim, orada baxıb dedilər ki, müayinə 

aparmaq lazımdır. 

Mən bunu istəmirdim. Düşünürdüm ki, keçib gedər. Ancaq 

Amerika həkimləri müayinə aparılmasında təkid etdilər. 

Müayinə edib dedilər ki, cərrahiyyə  əməliyyatı aparmaq 

lazımdır. Doğrudur, mən istəmirdim, bu, mənim üçün tamamilə 

gözlənilməz idi. Lakin onlar məni inandırandan sonra 

razılaşdım. Cərrahiyyə əməliyyatı apardılar. 

Cərrahiyyə  əməliyyatından təxminən bir ay sonra mən artıq 

işdə idim. Xəstəxanada təqribən 18 gün qaldım, sonra, mənə 

məsləhət gördükləri kimi, iki həftə Antalyada dəniz sahilində 

oldum, sonra buraya gəldim və elə ertəsi gün də  işə  çıxdım. 

Həmin vaxtdan bəri də işləyirəm. 

Gennadi Maltsev: Siz gündə neçə saat işləyirsiniz? 

Heydər Əliyev: Bu gün həftənin neçəni günüdür? 

Gennadi Maltsev: Şənbə günüdür. 

Heydər Əliyev: Əgər şənbə günü də işləyərəmsə... sabah da 

yanıma gələ bilərsiniz, mən burada olacağam. 

Neçə saat işləyirəm? Mənim üçün saat yoxdur, başa 

düşürsünüzmü? Mənim həyatımda şənbə günü də yoxdur, bazar 

günü də. Bax, belə. Mən bütün günləri işləyirəm. Özü də, çox. 

Nəyə görə işləyirəm? Ona görə ki, görürəm, edilməli işlər hələ 

edilməyibdir. Ona görə şənbə günləri də işə gəlməyə məcburam. 

Şənbə günü evə gedib görəndə ki, bazar ertəsinədək 

təxirəsalınmaz məsələlər var, onda bazar günü də  işə  gəlirəm. 

Bax, daim beləcə olur. 

  

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə