Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə26/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   22   23   24   25   26   27   28   29   ...   145

__________________________________________ 

83

 



  

Akademiyasının müxbir üzvü, Rusiyanın  əməkdar mədəniyyət 

işçisi): Biz həqiqətən Sizinlə görüşmək və fikrimizcə, 

zəmanəmizin və  həyatımızın görkəmli siyasi xadimini 

salamlamaq istəyirdik.  Şadıq ki, bizə Sizin kimi insanla bir 

zəmanədə yaşamaq nəsib olmuşdur. Rusiyada Sizə çox hörmət 

edir və Sizi xatırlayırlar. 

Aramızda elə adamlar var ki, onlar Azərbaycanda 

doğulmuşlar, elələri var ki, burada olmuşlar, bəziləri də buraya 

ilk dəfə  gəlmişlər. Deməliyəm ki, Bakıda olduğumuz elə ilk 

anlardan biz burada baş vermiş  dəyişikliklərə heyran qaldıq -

yeni HAVA limanını gördük, bu münasibətlə Sizi təbrik edirik, 

biz  şəhərdə yeni tikintiləri, adamların yeni, mənzillərə 

köçdüyünü və gözümüz önündə baş verən bir çox digər şeyləri 

gördük. Digər Qafqaz öikələrində biz, təəssüflər olsun, hələlik 

belə şeylər görmədik. 

Deməliyəm ki, mən öz səfərim barədə xüsusi olaraq car 

çəkməmişdim. Lakin səfərimiz  ərəfəsində  mən Moskvada, 

Mərkəzi jurnalistlər evində keçirilən jurnalist görüşlərindən 

birində oldum və orada jurnalistikamızın veteranı, «izvestiya» 

qəzetinin veteranı Aleksandr Bovinlə, habelə Rusiya Vəkillər 

Kollegiyasının prezidenti Həsən Mirzəyevlə rastlaşdım. Onlar 

məndən xahiş etdilər ki, imkan daxilində Sizə çoxlu salam 

yetirim. Çünki Sizi tanıyır, xatırlayır və Sizə böyük məhəbbət 

bəsləyirlər. 

Biz Sizi müxtəlif siyasi məsələlər barəsində sorğu-suala 

tutmaq məqsədi güdmürük. Sadəcə olaraq, Sizi görmək və Yeni 

Azərbaycan Partiyası qurultayının uğurla keçməsindən heyran 

qaldığımızı bildirmək istəyirdik. Biz qurultaya televiziya ilə 

baxdıq və düzü, çıxışınız dərc edilmiş  qəzeti çətinliklə ala 

bildik. 

Heydər Əliyev: Axı, çıxış Azərbaycan dilində idi.  

Gennadi Maltsev: Biz onu rusca tapdıq. 

 



__________________________________________ 

84

 



    Heydər  Əliyev: Onu rus dilinə  tərcümə etmişlər? Birinci 

çıxışı da, ikincini - yekun çıxışını da? 



Dilarə Seyidzadə:  O, «Bakinski raboçi» qəzetində  dərc 

edilmişdir. 



Gennadi Maltsev: Heydər  Əliyeviç, deməliyəm ki, biz bu 

çıxışda özümüz üçün bir çox gözlənilməz jurnalistika 

baxımından faydalı  cəhətlər tapdıq və onlardan öz işimizdə 

istifadə edə bilərik. Sizin bəzi bəyanatlarınız tamamilə yeni idi 

və zənnimizcə, müəyyən dərəcədə sensasiya xarakteri daşıyırdı. 

Biz respublikanın neft sənayesinin inkişafı ilə də tanış olmaq 

istəyirdik - bu, səfələrimizin məqsədlərindən biridir. Aramızda 

Rusiyada çox tanınan və iqtisadiyyat problemlərindən yazan üç 

jurnalist var. Biz bədən tərbiyəsi və İdmanın inkişaf problemləri 

ilə də tanış olmaq istəyirdik - «Sportivnaya Moskva» qəzetinin 

baş redaktoru bizim aramızdadır. Biz XXI əsrdə Sizə kömək 

edəcək adamları, yəni yetişdirdiyiniz və  gələcəkdə  işləyəcək 

adamları da görmək istəyirdik. Biz belə adamları tapırıq və 

hesab edirik ki, onlar tamamilə layiqli və maraqlı insanlardır. 

Aldığımız ilk təəssüratlar barədə bu qədər. Qalanlarını 

həmkarlarım danışarlar. Biz jurnalistlər arasında demokratiya 

var və  hərə öz sözünü özü deyir. Dediklərim  əsasən mənim 

təəssüratımdır, amma mənə elə  gəlir ki, həmkarlarını da 

təxminən bu cür düşünürlər. 

Vladimir Sanko («Nezavisimaya qəzeta»nın şöbə müdirinin 

müavini): Mən Azərbaycanda doğulüb boya-başa çatmışam. 

Vəlideynlərim burada 60 il yaşayıblar. Düzünü deyəcəyəm, 

Bakının köhnə dağlıq məhəlləsini uşaqlıqdan xatırlayıram. 

Heydər Əliyev: Siz orada yaşamısınız? 

Vladimir Sanko: Xeyr, mən Sumqayıtda yaşamışam, lakin 

Bakıya gəlib-gedirdim və Bakının dağlıq məhəlləsinə kifayət 

qədər yaxşı bələdəm. Mən burada 1990-cı ildən 

  



__________________________________________ 

85

olmamışam və deməliyəm ki, bu müddət  ərzində baş vermiş 



dəyişikliklərə heyran oldum. İnqilabdan sonra bütün sovet dövrü 

ərzində mövcud olmuş köhnə evlərdən əsər-əlamət qalmayıbdır. 

Bu, çox heyrətamiz və xoş idi. 

Gennadi Maltsev: Vladimirin təmsil etdiyi «Nezavisimaya 

qəzeta» Azərbaycanın neft sənayesinin inkişafı haqqında böyük 

material hazırlamaq istəyir. Bu, qrupumuzun tərkibində onun 

buraya səfərinin məqsədlərindən biridir. 



Heydər Əliyev: Çox yaxşı. 

Aleksey Makurin  («Komsomolskaya pravda»nın xüsusi 

müxbiri): Mən əvvəllər Uzaq Şərqdə, Amur vilayətində - BAM-

ın çəkildiyi  əsas vilayətində  işləməli olmuşam. Orada vilayat 

qəzetinin redaktoru idim. Təxminən iki il bundan əvvəl biz 

BAM-ın tikintisində Sizin iştirakınız haqqında material dərc 

etdik. Bunu danışmaqda məqsədim yaşlı  həmkarlarımın dediyi 

bu sözləri təsdiq etməkdir ki, Rusiyanın uzaq bölgələrində  də 

Sizi böyük səmimiyyətlə xatırlayırlar. Yadımdadır, məqalədə 

Sizin BAM-a gəlişiniz barəda fotoşəkil vardı. Orada yaşayan 

azərbaycanlılardan, - axı, Rusiyada çoxlu azərbaycanlı yaşayır, - 

kimsə BAM-da keçirilmiş görüşlərdən söhbət açmışdı, bunu 

köhnə BAM-çılar da xatırlayırdılar.  İndi Sizi burada, 

Azərbaycanda gümrah və güclü prezident kimi görmək çox 

xoşdur. 

Heydər  Əliyeviç, Siz bununla əlaqədər necə  işlədiyinizdən 

danışa bilərsinizmi? Hiss olunur ki, Siz çox fəal prezidentsiniz. 

Qurultaydakı  çıxışınız da misilsizdi. Zənnimcə, təkcə Fidel 

Kastro hazırlıqsız üç-dörd saat danışa bilər. Siz buna necə 

müvəffəq olursunuz? Axı, bilirik ki, Siz ağır xəstələnmişdiniz, 

üzərinizdə cərrahiyyə əməliyyatı aparılmışdı, buna baxmayaraq, 

Siz gecədən keçənədək işləyirsiniz. Yoxsa, səhv edirəm? Siz öz 

iş gününüzü necə qurursunuz? Bu barədə danışa bilərsinizmi? 

Bunu maraqlandığımıza görə soruşuruq. 

  

 

  




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə