Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə27/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   23   24   25   26   27   28   29   30   ...   145

__________________________________________ 

86

 



  

Heydər  Əliyev: Başa düşürəm danışacağam. Deməyə 

sözünüz varmı? 



Gennadi Roqov  («Sportivnaya Moskva» qəzetinin baş 

redaktoru): Heydər Əliyeviç, Aleksey dedi ki, biz qurultaydakı 

çıxışınızı televiziya ilə dinlədik.  İdman redaktoru olaraq məni 

Sizin idman formanız vəleh etdi. Mənə elə gəlir ki, Siz MDB-də 

bir çox prezidentlərə nümunə ola bilərsiniz. 

Zənnimcə, Sizin nümunəniz - çıxış etməyiniz də, özünüzü 

şax tutmağınız da respublikanızın bütün idman rəhbərlərinə 

nümunədir. Deməliyəm ki, biz keçmiş sovet respublikaları 

haqqında, onların idmançıları haqqında, idmanda uğurları 

haqqında kifayət qədər çox şey bilirik, amma mənə elə göründü 

ki, Azərbaycan idmanı mövzusu bizdən bir qədər uzaqlaşmışdır. 

Bu gün idmana cavabdeh olan adamlarla görüşəcəyik, onlar 

respublikada nə kimi işlər görüldüyü barədə danışa bilərlər. 

Düşünürəm ki, bu görüş yaranmış boşluğu dolduracaqdır. 

Aleksandr Protsenko  («Trud» qəzetinin iqtisadi icmalçısı): 

Heydər  Əliyeviç, mən Azərbaycanda ilk dəfəyəm. Çox 

məmnunam ki, mənə buraya gəlmək nəsib olmuşdur. Mən Bakı 

haqqında çox eşitmişdim və burada gördüklərim eşitdiyim  ən 

yaxşı sözlərin hamısının doğru olduğunu göstərdi. 

Mən buraya gəlməyə hazırlaşanda, vaxtilə Moskvada oxumuş 

azərbaycanlı  tələbələrin söylədikləri bu sözləri xatırladım ki, 

Heydər  Əliyev onları müntəzəm olaraq bir yerə toplayır, 

təhsillərinin gedişi ilə daim maraqlanır, deyirdi ki, onlar yaxşı 

oxumalıdır, çünki öz vətəninə - Azərbaycana çox gərəkdirlər. 

Heydər Əliyeviç onlara böyük ümidlər bəsləyirdi. 

Budur, görürəm ki, Sizin yetirmələriniz artıq həqiqətən 

burada yaşayır və işləyirlər, nəticə çox yaxşıdır. Hərçənd bütün   

MDB   ölkələrində   böhrandır,   amma,   mən   bilən, 

  



__________________________________________ 

87

Azərbaycan postsovet məkanında bu baxımdan  ən firavan 



ölkələrdən biridir. 

Sizin rəyinizi eşitmək istərdim, belə deyək,  əgər hamıda 

Sizdəki kimi bu qədər xoş məram və bu qədər müdriklik olsaydı, 

MDB sistemi indi necə inkişaf edə bilərdi? 



H e y d ə r Ə 1 i y e v: İlk öncə, məni xatırlayan və mənə 

salam göndərən jurnalistlər barədə dediklərinizə görə  təşəkkür 

edirəm. Mən Aleksandr Bovini çoxdan tanıyıram - o, həm 

jurnalist, həm də diplomat idi, başqa işlərlə  də  məşğul olurdu. 

İndi o, nə ilə məşğuldur? 

Gennadi Maltsev: İndi o, «İsvestiya»da siyasi icmalçıdır. 

Heydər  Əliyev:  Yəni,  İsraildən qayıdıbdır. Bilirəm ki, çox 

yaxşı jurnalistdir. Onun yaxşı üslubu var, xatirimdədir, 70-80-ci 

illərdə onu müxtəlif, çox mühüm sənədlərin hazırlanması üçün 

Sov. İKP MK-ya fəal cəlb edirdilər. Bir sözlə, o, çox istedadlı, 

bacarıqlı adamdır. 

Mirzəyevi də xatırlayıram. 



Gennadi M a 1t s e v: O, bizdə bütün vəkillərə başçılıq edir. 

Heydər Əliyev: Çox xoşdur. Buna görə də mənim salamımı 

və xoş arzularımı onlara yetirin. 

«Jurnalist» çoxdan çıxan jurnaldır. Xatirimdədir, bir vaxtlar 

mən bu jurnalda çıxış etmişəm. Bu, mən burada, Azarbaycanda, 

respublikanın rəhbəri işlədiyim dövrlərdə olmuşdur. Mən bu 

jurnalda çıxış etmişəm. Bilmirəm məqalə idi, yoxsa, müsahibə. 

Hər halda, xatirimdədir, o vaxtlar bu jurnal mənə böyük maraq 

göstərirdi. 

Yeri gəlmişkən, «Jurnalist» digər jurnallarla müqayisədə 

azadfikirliliyi ilə səciyyələnirdi. 



Gennadi Maltsev:O, indi də belədir. 

Heydər Əliyev: Bəli, elədir, amma indi belələri çoxdur, indi 

hamısı belədir, hətta həddindən artıq belədir. 

  



__________________________________________ 

88

Gennadi Maltsev:  Əksinə, indi biz tarazlığı gözləyirik, 

onları da, başqalarını da tənqid edirik. 

Heydər  Əliyev: Azərbaycanda MK-nın birinci katibi kimi 

mən də azadfikirliliyimlə müəyyən dərəcədə, o vaxtın çərçivəsi 

daxilində  fərqlənirdim. O vaxtlar korrupsiyaya, əxlaqa zidd 

hallara, cəmiyyətdəki bütün mənfi hallara qarşı mübarizə barədə 

qaldırdığım məsələlər onda partiya dairələrində heç də hər yerdə 

yaxşı qarşılanmırdı. Çünki o vaxtlar belə bir müddəa mövcud 

idi: cəmiyyətimizdə mənfi nə varsa, hamısı keçmişin qalıqlarıdır 

və biz onları qabartmamalıyıq, çünki sosialist və kapitalist 

ideologiyaları arasında mübarizə gedir və aramızda qarşıdurma, 

«soyuq müharibə» olan ölkələrdəki düşmən qüvvələr bundan 

istifadə edirlər. Ona görə  də  mənim açıq çıxışlarım, 

maruzələrim, məqalələrim cəmiyyətdə çox böyük maraq 

doğururdu, ancaq eyni zamanda, bunlar partiya rəhbərliyimizdə 

heç də həmişə bəyənilmirdi. 

«Jurnalist»i məhz bununla əlaqədər xatırlayıram. Yeri 

gəlmişkən, «Literaturnaya qazeta»da təxminən belə idi. Təəssüf 

ki, indi o, öz simasını itirmişdir. 

Buna görə də jürnalistlərə, jurnala, Sizə sağ olun deyirəm. 

İndi də sabiq sumqayıtlının Bakının dağlıq məhəlləsi barədə, 

şəhərdəki dəyişikliklər barədə xatirələri haqqında. Bilirsiniz 

Bakının dağlıq məhəlləsi  şəhərin  ən köhnə hissəsidir. Axı, 

Bakının tikilməsinin bir neçə  mərhələsi var. Orta əsrlər Bakısı 

var - bu, onun qala hissəsindədir və  İçərişəhər adlanır, yuxarı 

hissədə, salınmış Bakı var. Bir də  mərkəzdə Avropa üslublu 

evlər olan Bakı var, bu evlər XIX əsrin ikinci yarısında -XX 

əsrin  əvvəllərində, burada neft sahəsində böyük canlanmanın 

mövcud olduğu dövrdə tikilmişdir. Lakin sovet hakimiyyəti 

illərində, xüsusən də, - qoy, bu, qeyri-təvəzökarlıq kimi 

səslənməsin, - respublikanın rəhbəri kimi 14 il ərzində burada 

işlədiyim dövrdə geniş vüsətli tikinti işləri getmiş Bakı da var. 

  

 

  




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə