Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.

səhifə1/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   22


 

 



 

 

  

A L Ə M Z A R     Ə L İ Z A D Ə 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ş Ə F F A F     H Ö R Ü K L Ə R İ N  

 

R Ə F İ Q Ə L Ə R İ  

 

 



 

 

 



 

 

 

 

 

                            G

ƏNCƏ -  2013 


 

 



 

  

 

  Redaktor:    

RAMİZ  TƏMKİN,  

 

                                     

Aləmzər     Əlizadə 

  

 

“Şəffaf hörüklərin rəfiqələri”. 

 

 

 

 

İstedadlı  şair-  publisist  Aləmzər  Əlizadənin 

“Şəffaf hörüklərin rəfiqələri” kitabı dünyaşöhrətli alim, 

tanınmış  şair  Sədnik  Paşa  Pirsultanın  və  onun  ailə 

üzvlərinin    həyat  yollarından  bəhs  edən  ən  qiymətli 

xatirədir.  Burada  Sədnik  Paşa  Pirsultanlı,  onun  həyat 

yoldaşı,  istedadlı  şairə  Səfurə  xanım  Pirsultanlı,  oğlu 

tanınmış etnoqraf-şair Səyyaf Sədnikoğlu Pirsultanlının 

və  digər  ailə  üzvlərinin  ömür  yollarından  bəhs  edən 

maraqlı hekayələr öz əksini tapmışdır.   

 

 



 

   

 

     P       4700000000          

qrifli  nəşr  

            M-651(07)2013 

 

           DQ0302 Aj-013 

 


 

 



                                

Müəllifdən 

 

     

Bu  yazıya  başlamazdan  əvvəl  elə  bil  ucu-

bucağı  görünməyən,  məlum  olmayan  bir  səhrada 

idim.  İrəli  getmək  üçün  səhranın    hansı  tərəfinə 

dönməyi  dəqiqləşdirə  bilmirdim.  Bu  böyük,  geniş 

səhranın  hansı  səmtinə  yönəlib,  hardan  başlasaydım 

dəxli  yox  idi.  Bu  yol  məni  mənzilə  çatdıracaqdı. 

Mənimki  yola  başlamaqdı.  Bu  yolu  başlamaq  üçün 

bədii  güc,  mənəvi  həvəs,  fikir,  beyin  azadlığı,  ürək 

sərbəstliyi əsas şərtləndəndi. 

Adətən  mən  şeirlərimi,  hekayələrimi  yazanda 

kimsə  bilməz,  kimsə  duymaz,  kiməsə  mane  olmaz, 

heç  bir  işimə  qarışmazdı.  Elə  indi  də.  Ürəyimin 

döyünməsinin  heç  bir  işə,  heç  kimə,  heç  nəyə 

qarışmadığı  kimi,  bədii  yazılarımın  yaranması    da 

beləcədir.  Elə  güman  edirəm  ki,  əvvəlcədən  nə 

yazdığımı  kimsə  bilsə  həvəsim  ölər,  onu  sona 

çatdırammaram. Gülməli olsa da, olmasa da belə izah 

edim:-

Koroğlu  Qıratla  Düratını  qırx  gün,  qırx  gecə 



insan  nəzərindən  kənar  saxladığı  kimi,  mənim  bədii 

yazılarımın    dünyaya  gəlməsi  də  beləcədir.  Yazılan-

dan bir müddət keçəndən sonra  kim oxuyur oxusun,  

kim görür görsün,  daha qorxum o

lmur.  Bu  əsərin 

yazılmasının  başlıca  səbəbləri var.  Ən  birincisi, 

Sədnik müəllim haqqında maraqlı hadisələrin varlığı, 

onun  


qadınının ruhunu şad eləmək istəyi, bu  istəyin 

uğrunda varından-yoxundan keçməyə  hazır olmasının 

məlumluğu... 



 

 



Mən  bu  əsəri  aşkarda  yazıram.  Sədnik  müəllimə 

telefonda  hissə-hissə  oxuyuram.  O  yazılan  parçaları 

bəyəndiyini bildirir. Bəs niyə başdan yazmıram? Niyə 

bu  əsəri  gah  ordan,  gah  burdan  başlayıram.    Bu 

mənim  bədii  xasiyyətimdə    özümü  narahat  etməyən 

adətim,  pərakəndəliyimdi.  Mən  bilərəkdən  də  belə 

işləmirəm,  bunu  düzəltməyə  də  cəhd  göstərmirəm. 

Necə  gəldi,  hardan  gəldi  orda  başlayıram,  orda  da 

nöqtəni  qoyuram.  Mən  təkəm.  Tərəfim  Sədnikli, 

Səfurəli böyük bir dünya, böyük bir nəsil,  böyük bir 

ailə,  böyük  bir  həyatdır.  Bu  həyatın  bəzi  məqamları 

ayı,  günü,  saatı,  dəqiqəsi  kimlər  üçünsə  ibrətli 

görünər. Mən bu həyatı bacardığım qədər, bacardığım 

kimi  yazmaq  eşqinə  düşmüşəm.  Eşqimin    uğrunda 

hələlik  ancaq  əziyyət  çəkirəm.  Gecəli-gündüzlü 

işləyirəm.  Evimiz  soyuqdur,  çox  vaxt  işıqlarımız 

yanmır,  başqa  çatışmazlıqları  danışmağa  dəyməz. 

Barmaqlarım  üşüyür  deyə  əynimdəki  jaketin  qolunu 

əlimə keçirib yazıram. Bir dəfə hekayətlərin hansınısa 

yazırdım.  Yuxum  gəldi.  Ancaq  yatmaq  yox  yazmaq 

istəyirdim.  Bir  anlığa  yuxum  qələmi  əlimdən  yerə 

s

aldı.  Bərk  diksindim,  ayıldım.  Yamanca    qorxdum,  



qələmin  yerə  düşüb  cingildəməsindən  sonra  yaz-

madım. 


Hər  gecə  çətin,  dəhşətli  yuxular  görürəm. Sabah 

1995-ci ilin sonudur. 

1996-

cı ilin yanvar ayının yeddinci günüdür. Gecə 



işıqlarımız  olmayıb.  Sədnik  müəllimlə  axşam  xeyli 

söhbətləşmişik.  Bu  gün  yazmağa  nəsə  var.  Tamam 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə