Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 



onunla.  Hündür  ağacların  uca  budaqlarıyla  dostluq 

eləyirdi. Sıldırım qayaların zülləsinin sükutunu pozur-

du. Dərin dərələrin qorxunc vahiməsiylə oynayırdı bu 

uşaq.  Özündən  kiçiklərin  dostu,  yaşıdlarının  böyüyü, 

məsləhət  verəniydi  bu  uşaq.  Nənəsi  bacarmırdı 

onunla. Söz daşa divara deyilirdi. Əlacsızlıqdan dayısı 

onu  nənəsindən  ayırdı.  Gətirib  Hacıkənddə  sahibsiz 

uşaq evinə verdi. Ta müharibə başlayana kimi, dayısı 

əsgər  gedənə  kimi.  Dayısı  Sədniklə  maraqlanırdı, 

yanına gediş-gəliş kəsilmirdi. 

Balaca  Sədnik  uşaq  evinin  oğlu  oldu.  Dayısından 

sonra  onu  heç  kim  itirib  axtarmadı,  onunla  heç  kim 

maraqlanmadı.  Atasının  da,  anasının  da  başları  öz 

yeni uşaqlarına qarışmışdı. 



29 dekabr, 1995-ci il. 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

10 



                         

Seli çiyinlərdə keçənlər 

 

Uşaq evinin müdiri Kərəm müəllim meylini saza-

sözə  bağlamışdı.  Arvadı  Zilxumarla  birlikdə  övlad 

qığıltısının  fərəhini  duymaqdan  əllərini  üzmüşdülər. 

Sədniki onun işlədiyi uşaq evinə qoyana kimi. Balaca, 

arıq,  qarayanız,  gözləri  qaynayan  Sədnik  Kərəmin 

ürəyinə,  özünə  də  məlum  olmayan  ilıq,  gözəl,  heç 

vaxt  duymadığı  xoş  hisslər  gətirmişdi.  Bu  hisslər 

gecə-gündüz ondan  əl  çəkmir,  rahatlığını  pozurdu. 

Qadını  kişisindəki  bu  narahatlığının,  qərarsızlığının 

səbəbini özündə axtarırdı. Hər dəfə də “axı, mən buna 

neyləyirəm”  sualına  cavab  tapmırdı.  Axşam-sabah 

ərinin  qılığına  girir,  ondan  bu  dəyişikliyin  səbəbini 

öyrənməyə çalışırdı. 

Bu  ailədə  övladla  bağlı  söz-söhbətlər  çox-çox 

əvvəlki  günlərdə  qalmışdı.  Belə  söhbətlərin  ancaq 

qan

qaraçılıq,  baş  ağrısı  olmasından  başqa  heç  nəylə 



nəticələnmədiyini  görən  ərlə  arvad  ümidlərini  gözə 

görünməzə bağlayıb həyatlarını yaşayırdılar. 

Kərəm  müəllim  evdə  olduğu  müddətdə  sazı  yerə 

qoymur, gözləri yol çəkir, hərdən gülümsəyir, hərdən 

qaşlarını  düyünləyirdi.  Bəzən  öz-özünə  nə  isə  götür-

qoy  eləyirdi.  Maraq  Zilxumarı  əldən  salanda  axırda 

dözməyib ərini cırnatmaq qərarına gəldi: 

-A 


kişi, belə görürəm sən təzə eşqə düşübsən, daha 

onu niyə gizləyirsən, aç de, utanma. 

Kərəmin  özünə  də,  arvadına  da  yazığı  gəldi. 

Onların  eşqi  də,  məhəbbəti  də  övladsızlıq  alovunda 

alışıb yanırdı. Hər ikisi möcüzə baş verəcəyi, haçansa, 



 

 

11 



onların  murazlarının  hasil  olacağı  günü  gözləyirdi. 

Onların  qəlbinə  inamsız  hisslər  hələ  yol  tapmamışdı. 

Onlara elə gəlirdi ki, nə vaxtsa evə girəndə küncdən-

bucaqdan, stolun-

stulun  altından,  ya  da  xalı-xalçanın 

dalından  gözəl-göyçək  toppuş  bir  uşaq  üstlərinə 

cumacaq,  sevinclə  ata-ana-deyə  qışqırıb  qollarını 

boyunlarına  dolayacaqdı.  Buna  özlərini  o  dərəcədə 

inandırmışdılar  ki,  özgə  xəyala  düşməyirdilər.  Arva-

dının “təzə eşq”  kəlməsi onu çox xəyallara aparacaq, 

çox  xatirələri  yadına  salacaqdı.  Xəyalı  “təzə  eşqi” 

olan könlündən, gözündən bircə an da uzaqlaşmayan, 

ona  əziz,  doğma  gələn  kiçik  Sədnikin  kədərli 

çöh


rəsində cəmləşdi. Uşağın üzündə, gözündə yaşına, 

boyuna  uyğun  gəlməyən  dərdin,  qəmin  dərin  izləri 

hökmranlıq edirdi. Bu uşağın dərdini, qəmini ürəyinə, 

sinəsinə  çəkmək,  öz  canına  hopdurmaq  Kərəm 

müəllimin ən böyük istəyinə çevrilmişdi. Bu Allahının 

ona  göndərdiyi    yaxşı  və  ya  pis  əməllərinin  xoş 

nəticəsiydi. Budur, gözlədiyi, illərlə həsrətində qaldığı 

övlad  onun  qarşısına  çıxmışdı,  taleyini  yenidən 

oyatmışdı.  Onun  daim  arzuladığı  möcüzə  bundan 

artıq, bundan böyük, bundan qiymətli olmazdı. 

Kərəm müəllim sazı ehtiyatla köynəyinə saldı, irəli 

yeriyib  qadınının    kəlağayısını  başına  çəkdi,  sürüşüb 

irəliçıxan  tellərini  barmaqları  ilə  arxaya  daradı, 

gözlərini sevinclə qırpdı və dedi: 

-

Əzizim, mənim iş yerimə gedək, təzə eşqimi gör. 



Sevincim  yaman  ağırdır.  Hünərim  çatmaz  onu  gətir-

məyə, bu gün  mənə  köməyin daha vacibdir. Qadını 




 

 

12 



kişisinin fikrindən heç nə anlamadı. Kəlağayısını açdı, 

yenidən  örtdü.  Sualla  dolu  heyrətli  nəzərlərini  ərinə 

dikdi.  K

ərəm çəkmələrinin bağını bərkitdi. Qadınının 

suallarını cavabsız qoydu, şirin-şirin ona pıçıldadı: 

-

Ay qız, qadan alım, gəl gedək, özün gör hər şeyi. 



Mən sənə heç nəyi başa sala bilmərəm. Gəl gedək. 

Hər ikisi sahibsiz uşaq evinə çatana kimi dinmədi. 

Qapıdan  içəri  girəndə  tərbiyəçilərdən  biri  Zilxumarı 

öpdü, buraya nə əcəb gəldiyini soruşdu. Xumar əli ilə 

ərini göstərdi: 

-

Vallah bilmirəm, bu kişi çəkib gətirib. 



Tərbiyəçi  Kərəm  müəllimin  bir  neçə  gün  bundan 

əvvəl təzə uşaq qəbul elədiyini və bu uşağa onun çox 

meyilli olduğunu xəyalından keçirdi. Ona aydın oldu 

ki,  yəqin təzə uşağı bunlar övladlığa götürmək fikrinə 

düşüblər. Təzə gələn uşağın gözündəki qəm tərbiyəçi-

nin diqqətindən yayınmamış, onun da könlündə özünə 

yer  eləmişdi.  İstədi  bu  sözü  müdirin  arvadına  xəbər 

versin,  onun  da  bu    uşağa  meyilli  olub  olmadığını 

dəqiqləşdirsin,  nə  qərara  gəldisə  sözü  başqa  səmtə 

yönəltdi. Evdə-eşikdə nə var, nə yox deyib hal-əhval 

tutdu. 

Zilxumar 



Kərəm  müəllimin  otağına  keçdi.  Kişisi 

ona  yer  göstərdi,  oturdu.  Yoldaşının  otağının  səliqə 

sahibinin  işi  olduğunu  görürdü.  Bu  səliqə-səhmanı 

xoşuna  gəldi.  Hər  dəfə  buraların  yır-yığışının  xüsusi 

səliqə-səhman  ən  çox  ərinin  xasiyyətindən  irəli 

gəlirdi. Evdə də beləydi, təmiz, səliqəli. Kərəm müəl-

lim əlini arvadının çiyninə qoyub tapşırdı: 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə