Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

 

 

29 



parladı,  lalə  rəngli  dodaqları  xəfifcə  titrədi,  şaftalı 

çiçəyi  rəngli  yanaqları  daha  da  allandı.  Bir  andaca 

qəşəng  sir-sifətinə,  gözəl  boyun-boğazına,  abır-həya 

rəngi  çiləndi.  Qız  çaşdı  özünü  itirdi,  cavab  vermədi. 

Gah  yuyulub  sıxılmış  paltarları  suya  tökdü,  gah  sulu 

paltarları ləyənə yığdı. Burdaca dünyanın ən əzizinə, 

ən  böyük  istəyinə  çevrilən  qızın  narahatlığına, 

həyəcanına Sədnikin ürəyi dözmədi, çıxıb getdi. Onu 

azad  buraxdı,  narahatlıqlar  içində  çırpına-çırpına 

qalan  oğlanın  əhvalı  pozulmuş,  nəylə  ovunması 

mümkün  olmayan  eşqə  düşmüşdü.  Sarışın  qızın 

günəşə bənzər xəyalı icazəsiz, təklifsiz onun olmuşdu, 

ürəyinə,  qanına,  iliyinə  hopmuşdu.  Bu  xəyal  onunla 

yatır, onunla oyanırdı. 

Sədnikin dostları, tanışları çox idi. Lakin darıxırdı. 

Hamının  yanında  darıxırdı.  Belə  məqamlarda  ürəyini 

ancaq    sarışın  qıza  açmaq  istəyirdi.  Qəlbində  onunla 

üzbəüz  oturmaq,    yaşadığı  bu  26  illik  həyatı  birər-

birər    ona  söyləməyi  qəlbindən  keçirirdi.  Qazaxyol-

çular kəndində oğlanla qızın baş-başa verib istədikləri 

yerdə pıçıldaşmaları mümkün deyildi. Elə ona görə də 

sarışın  qızın  “hə”  sini  aldı.  Nişanlandı.  Sədnik  qızın 

anasının  yanına  gəldi,    hal-əhval  tutdu.  Söz  arasında 

bildirdi: 

-

Şəhərə gedirəm xala, icazə verin Səfurə xanımı da 



özümlə  aparım.  Yaxşı  olar  paltarı  əyninin  üstündə, 

bəyəndiyini alaq. 

Qız anası razılıq verdi. 



 

 

30 



Gözü  daim  gözəllik  arayan,  dağların,  düzlərin 

mənzərələrinə  heyran  qalan,  nəğmələrini  suyun 

şırıltısına  qatan,  xurmayı  hörükləri  torpaqlarını  ötən 

Səfurə  xanım  Tanrının  hökmünə  tabe  olurmuş  kimi 

yuyundu,  darandı.  Sıxılıb  çəkinə-çəkinə  nişanlısıyla 

Gəncəyə gəldi.  Bu boyda bəxtəvərlik Sədnikin ürəyi-

nə  sığmırdı,    aşıb  daşırdı.  Günəşə  bənzətdiyi  sarı 

gözəlin evində oturmağını yuxu hesab eləyirdi. Bu qız 

onun doğması, istəklisi, əziziydi. Bu qız  yerin, göyün 

ona  bəxş  elədiyi  ən  qiymətli  nemətiydi,  varıydı.  Bu 

zərif  varlığın  könlünü  oxşamaq,  titrəyən  ürəyini 

sevincə  bələmək  oğlanın  həyatının  mənası  oldu.  O, 

qızın  hörüklərini  sığallayır,  üz-gözünü  şəfqətlə 

oxşayır,  kimsənin eşidəcəyindən ehtiyat edirmiş kimi 

xəfifcə pıçıldayırdı: 

-

Sarı gözəlim, sarı mələyim, Səfurəm mənim. 



Qız titrədi, uçundu, yavaşca pıçıldadı. 

-

Qorxuram. Məni evimizə apar.  



Xoşbəxt,  bəxtəvər,  olmuş  əlləri  ilə  oğlan  qızın 

saçlarını  günəşin  şəfəqləri  tək  açıb  tökürdü.  O,  şirin 

əyləncəsindən qalmayıb. 

-

Narahat  olma,  dərdin  alım,  dedi,  evimiz  buradı. 



Daha  burdan  heç  yana  gedəsi  deyilik.  Qız  bərk 

həyəcanlandı, yalvardı: 

-

Apar,  apar  məni  evimizə  nolar?  Axı,  anam  məni 



gözləyir. 

-

Səni heç kəs mənim qədər gözləməz, sarı gözəlim, 



canım,  ciyərim.  Səni  qaytara  bilmərəm,  ömürüm, 


 

 

31 



günüm nə özüm dözmərəm, nə də  eşidən-bilən yaxşı 

deməz. 


Hələ uşaqlıq aləmindən qopub ayrılmayan qızcığaz 

bu evə gəlin gəldiyini anladı, başa düşdü. 

İki  könül,  iki  qəlbin  döyüntüləri,  çırpıntıları  biri-

birinə qarışdı, qovuşdu. Onlar xurmayı hörüklərin sarı 

şəfəqlərinə bələndilər. 

 

 



 

 

                          



Sındırılan oyuncaqlar   

 

İlk  övladın  fərəhi  ev-eşiyə  sığmır,  həyət-bacaya 

tökülür, ordan da küçəyə, şəhərə yayılırdı. Dostların, 

tanışların,  əzizlərin  qəlbinə  səpələnirdi.  Körpənin 

yatmağı,  durmağı,  əl-qolunun  hərəkəti,  zərif  qığıltısı 

belə  Səfurə  xanıma,  Sədnik  müəllimə  heyrət  qarışıq 

ürək dolusu sevinc bəxş eləyirdi. 

Qadın  əyilərkən  üzü,  gözəl  hörükləri  ondan  əvvəl 

uşağının  üz-gözünü  öpdü,  sığallayırdı.  İlk  dəfəydi 

onun  hörüklərinə  acığı  tutdu.  O,  özbaşınalıq  eləyən 

ərköyün  hörükləri  hirslə  arxaya  atır,  üzünü  balasının 

üzünə söykəyir, nəfəs-nəfəsə, göz-gözə dayanmaqdan 

yorulub  bezmirdi.  İnadkar  hörüklər  ana-balanın 

arasına  girməyə  çalışır,  onların  şadlığına  qoşulmaq 

üçün az qala əl-ayaq açırdı. Səfurə xanımın hövsələsi 

lap tükəndi. Bayaqdan qoşa hörükləriylə mübarizəsini 

ləzzətlə seyr edən ərindən xəbərsiz  qadın hörüklərinin 



 

 

32 



əl-qolunu bağlayıb, başının arxa tərəfində sancaqladı. 

Sədnik müəllimin ürəyi yerindən oynadı: 

-

Amandı  Səfurəm,  o  hörüklərini  dustaq  eləmə,  aç 



burax, mən buna dözəmmərəm. 

Səfurənin  gözəl,  gülümsər    çöhrəsi  alındı,  qeyri-

ixtiyarıəlini  saçına  atdı.  Sancaqları  çıxartdı,  hörüklər 

sevinclə qadının kürəyində yırğalandılar. 

-

Bax,  belə  əzizim,  deyib,  kişi  onun  hörüklərini 



sığalladı. 

Qadını nazlandı: 

-

Ay Sədnik, hörüklərim özlərini uşağın üstünə elə 



salırlar  ki,  elə  bil    uşaq-zad  görməyiblər.  Az  qalırlar 

balamı yesinlər. Ana uşağı, ata isə hər ikisini sinəsinə 

sıxdı. 

Evdə  oyuncaq  əlindən  yer  yox  idi.  Növ-növ 



maşınlardan tutmuş it, pişik, ayı, dovşan, gəlinciklər, 

körpəcə Səyyafın toppuş əlləri ilə oynadılan  günlərini 

səbisizliklə gözləyirdilər. Ata-ana gecə-gündüz uşağın 

başına dolanır, gündə min dəfə, milyon dəfə qadasını 

alır,  sözlərini,  söhbətlərini  oğullarıyla  başlayır, 

oğullarıyla bitirirdilər. 

Beşikdən  asılan,  uşaqla  birlikdə  yürgələnən 

gombul, bəzəkli dovşan balasının gecə-gündüz gözləri 

bərəlir,  ona  sarı  uzadılacaq  xırdaca  əllər  yayqın 

hərəkətlər eləyir,  elə bil heç gumbul dovşanı görmür-

dü.  Bu  gombul  dovşanın  xətrinə  dəyirdi.  Ancaq 

inciyib, 

küsüb gedə  bilmirdi.  O    beşiyə  bərk  bağlan-

mışdı.  Bir  gün  xırdaca  əllər  gombul  dovşana  tərəf 

uzandı.  Onu  tutmağa  meylləndi.  Sevincindən  dov-



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə