Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

 

 

62 



-

Əşi,  uşağı incitmə, nə qaça-qaçdı. 

Sədnik müəllim uşaq kimi sevincək dilləndi: 

-

Ayka,  bu  şeiri  sənə  yolda  yazmışam.  Bu  qədər 



tələsməyim  ondan  ötrüdür  ki,  yadımdan    çıxmasın. 

Qadın  bu  şeiri  ona  yazıldığını  bildi,  oda  ərinə  tərəf 

durdu: 

-

Ay qızım, yaz də nə olub, yatmaq qaçmır ki? 



Sərvanə heç nə yaza bilmədi. Anası qələm-dəftəri 

aldı, qızını yatmağa göndərdi, fərəhlə dedi: 

-

De  gəlsin  a  kişi,  özüm  yazaram  deyib  şeiri 



köçürdü. Bu şeir onun yaman xoşuna gəldi. Bu qədər 

haray-


həşirin  boş  olmadığını,  ərinin  onu  necə 

istədiyini bir daha hiss elədi, qürrələndi. 

 

 

          



 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

63 



               

Ölü yerində qəh-qəhə 

 

Səfurə  xanım  bircə  dəfə  gördüyü  adamın  hərə-

kətlərini, danışığını olduğu kimi yamsılamağı bacarırdı. 

O, elə yamsılayırdı, elə bil bunun məktəbini bitirmişdi. 

Onu  tanıyanlar  həmişə  ehtiyatlı  danışır,  ehtiyatlı 

gülürdülər. Qorxurdular ki, burdan gedən kimi Səffurə 

xanım onları yamsılayıb evdəkiləri güldürəcək. 

Gəlini gülmək üçün hərdən deyirdi: 

-

Ay  bacı,  sən  Allah,  düzünü  de,  məni  necə 



yamsılayırsan, bir göstər, baxım. 

Qaynanası zarafata salırdı: 

-

Səni yox, qoy başqasını yamsılayım. 



O  dili  şirin    bir  arvadı  xeyli  yamsıladı.  Evdəkiləri  

gözləri yaşaranadək güldürdü. 

Gültəkin o qadını tanımırdı. Ancaq o da gülməkdən 

özünü saxlaya bilmirdi. 

Bir  dəfə  onlara  qonaq  gəlmişdi.  O  gedən  kimi 

Sədnik  müəllim  də  istədi  onu  yamsılasın.  Ancaq 

bacarmadı.  Evdəkilərin  qonağa  yox,  atalarına  gülməyi 

t

utdu. O, elə qəribə, elə gülməli vəziyyətə düşürdü ki, 



axırda Səfurə xanım onu sakitləşdirirdi: 

-

Qoca,  bu  iş  hər  adamın  hünəri  deyil.  Sən  o  kişini 



yamsılayıb  bizi  güldürmək  istəyirsən,  ancaq  biz,  o 

kişiyə  yox,  sənə  gülürük.  Adamı  belə  yamsılayarlar 

deyib, 

bircə  dəfə  gördüyü  qonağı  olduğu  kimi 



yamsıladı. 

Evdəkilər bu dəfə qonağın danışığına “uğundular”. 

Gültəkin ölü yerinə getmişdi.  



 

 

64 



 

Birdən  qadınların  içində  birini  gözü  aldı.  Qadın 

ağzını  açıb  danışanda  gəlin  özünü  unudub    bərkdən 

qəh-qəhə  çəkdi.  Ölü  yerində  qəfil  qəh-qəhəyə  təəc-

cübləndilər.  Gəlin  ağzına  yaylıq  tutub  başını  gizlətdi. 

Onun, səsini eşitdiyi qaynanasının yamsıladığı dili şirin 

qadındı.  Özünü  birtəhər  toxdayıb  yanındakılardan 

soruşdu: 

-

O, qadının adı filankəsdir mi? 



Yanındakı dedi: 

-

Hə, nə olub, gülməyin tutdu, ay Gültəkin, deyəsən, 



yadına nə isə düşdü, qaynanan kimi kefindən qalmırsan 

ha..... 


Gültəkin xəlvətcə qaynanasının o qadını olduğu kimi 

yamsıladığını,  onu  da  indi  burda  gördüyünü  danışdı. 

Yanındakı  da  Səfurə  xanıma  yaxşı  bələd  olduğundan 

gəlinin  gülməyinin  yersiz  olmadığı  bildi,    onun  da 

gülməyi tutdu. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

65 



       

Beş dənə qoca  

 

 

Sədnik  müəllim  tez-tez  səfərə  çıxır,  qayıdanda 

adətən əli dolu gəlirdi. Sərvan da o qədər öyrənmişdi ki, 

atası içəri girən kimi, çamadanları eşir özünə lazım olan 

pal-

paltarları çıxarıb geyirdi. Atası bir dəfə yenə çoxlu 



pal-

paltar aldı. Sərvan özünü başdan-ayağa bəzədi. Heç 

bilmədi ki, atasına necə təşəkkür eləsin, belə dedi: 

-

Ana,  kaş  qocadan  beş  dənə  olaydı.  Anasının 



gülməyi tutdu: 

-

A bala, beş dənə qocanın sənə nə xeyri, onların da 



özlərinin  başqa  Sərvanları  olacaq,  pal-paltarları  da 

onlara alacaqdı. Sərvan burasını düşünməmişdi. 

 

 

        Calaq 



 

Sədnik  müəllimgilin  həyətinə  girəndə  sağ 

tərəfdə-  qonşuda  armud  ağacı  vardı.  Yazbaşı  ağac 

çiçəkləyəndə  onların  məhləsini  gözəl  ətir  bürüyürdü. 

Səfurə  xanım  da  bu  armud  ağacını  çox  xoşlayırdı. 

Armud  ağacının  sahibi  siqaret  çəkən,  ağızdan  avara 

bir  qadın  idi.  Bu  qadından  Səfurə  xanımın  xoşu 

gəlmirdi. 

Bir  dəfə  Sədnik  müəllim  həmin  armuddan  çilik 

gətirib öz məhləsində calatdırmaq fikrinə düşdü. Bunu 

bilən Səfurə xanım üz-gözünü turşutdu: 

-

Sən  Allah,  ay  qoca,  onu  rədd  elə,  o  üzə.  O, 



qadının  məhləsindən  gələn  armud  qızıl  olsa  belə 


 

 

66 



istəmirəm. Mən onu yeyəndə arvadın siqareti duracaq 

gözümün qabağında, söyüşləri yadıma düşəcək. Daha 

onu yeyə bilməyəcəmki.... Beləliklə o gözəl armuddan 

calaq gətirilmədi. 

 

 

             

Uzaqlardan gələn səs 

  

Sədnik  müəllim  Almaata  səfərində  çox  gərgin 

işləyirdi.  Onun  boş  vaxtı  heç  olmurdu.  Bir-birinin 

ardınca gələn mühazirələr, çıxışlar, görüşlər başını elə 

qatmışdı, istəkli Səfurəsi belə yadına düşmürdü. Dan 

yeri ağaranadək dincəlmək istəyirdi. Bir dəfə yuxulu-

yuxulu  ürəyi  atdandı  sanki.  Səfurə  xanımın  səsindən 

diksindi. Qadın astaca bayatı çəkdi: 

 

Mən aşıqəm, göynədi? 



Mən aşiqəm göy nədi? 

Yaşıl nədi, göy nədi 

Çəkdim yarın həsrətin, 

Duydum yarın səsini, 

Allah, qəlbimgöynədi. 

Allah qəlbim göynədi. 

 

Sədnik müəllim qulaqlarına inanmırdı. O, bu  səsi, 



bu  bayatını  eşitmişdi,  yaddaşına  həkk  olunmuşdu. 

Varlığını titrədən bu həzin səsin sahibi ondan çox-çox 

uzaqlarda,  Gəncədə  idi.  O,  Tanrıdan  qanad  arzuladı, 

bu  andaca  Səfurə  xanıma  çatmaq,  onun    çəkdiyi 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə