Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

 

 

57 



gəlibmiş.  O,  flankəslər  ki,  ona  bu  evdə  qız 

verilməyəcəkmiş. Kişi arvadına deyir. 

-

Məndən gizlətməyinizə baxmayın, öyrəndim gələn-



lər  kimdi,  nəyə  gəlmişdi.  Bunu    niyə  məndən  giz-

lədirdiniz? Elə əvvəldən deyərdiniz bilərdim də. Səfurə 

xanım ərinin könlünü almağa çalışır: 

Lazımsız  adamlar  olduğu  üçün  demədim.  Bildim 



ki,  mənasız  qonaqlardı.  Bunu  heç  bilməsən  yaxşıdı. 

Yoxsa, özün uşaq ha deyilsən. Səndən gizli nə sirrimiz 

olardı. 

Sən nə olsa mənimlə danış. Gəlinə o qədər də fikir 



vermə. Biz bir olmalıyıq. Ailəcə hamımız bir olmalıyıq. 

Səfurə xanım onu arxayınlaşdırdı. 

-

Əlbəttə, mən səninləyəm, sən mənimləsən, hamımız 



birlikdəyik. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 


 

 

58 



         

Mən bir ağac 

    

Evin kiçiyi Sərvanənin elçiləri çox olurdu. Hələlik 

birini  seçib  qızını  nişanlamaq  qərarına  gəlmişdilər. 

Gələn  elçilərin  hərəsini  bir  dilnən,  biryolnan  dala 

qaytardılar. 

Sədnik  müəllimin  yaxşı  dostlarından  biri  də  qıza 

elçi  gəldi,  oğluna  istəyirdi  qızı.  Yaxşı  söhbətdən, 

çaydan  sonra  söhbət  açıldı  “yox”  sözünü  eşidən  kişi 

şikayətləndi: 

-

Ə... a Sədnik, bir neçə illərin dostuyuq, məgər bir-



birimizi    indimi  tanıyırıq?  “Yox”  nədi  ə...  Mən  bura 

qohum olmağa gəlmişəm,  də evin kişisinindi, hər şeyi 

ailədə  kişi  həl  edər.  Sənin  sözünün  qabağında  heç 

kəsin sözü olmaz. “Hə”ni  ver. Allaha mübarək eləsin 

deyək, çıxaq gedək. 

Sədnik  müəllim  arvadına  göz  vurub  əməlli-başdı  

rola girdi. Yazıq bir görkəm aldı: 

-

A başına dönüm, nə kişi-kişi salıbsan ey... Bax, o 



məhlədəki  ağacları  görürsən,  elə  təsəvvür  et  ki,  mən 

də  onlardan  biriyəm.  Mən  kiməmki  öz  başıma  qız 

verim? 

Elçi eşitdiklərinə inanmaq istəmədi: 



-

Necə  yəni  kimsən,  Sədnik  müəllim.  Sən  qız 

atasısan, qızının da ixtiyarı səndədir. 

Sədnik müəllim daha da fağırlaşdı: 

-

A  qardaş,  mənim  payıma  düşənləri  ərə  verib, 



evləndirib  qurtarmışam,  yerdə  qalanlar  Səfurə 

xanımındır. Onunla dil tap danış, mənim sizə veriləsi 




 

 

59 



qızım  yoxdu,  cavabını  qəti  alan  elçinin  əli,  gəlini 

olmasını arzuladığı qızdan tamam üzüldü. Onlar çıxıb 

gedəndən  sonra  Səfurə  xanım  ərini  gülə-gülə 

məzəmmətlədi: 

-

A kişi, bir məni başa sal görüm, nə vaxtdan ağac 



olubsan? 

Heç səndən də ağac olar? Ay, hay ağaca bax, 

bunun cavabına bax. 

Sədnik müəllim fağırlıqdan çıxmışdı. Gülürdü: 

-

Arvad, belə eləməsəm onlar əl çəkəsi  deyildilər. 



O,  kişi  mənimlə  çörək  kəsib,  yoldaş  olub,  mən  necə 

deyim  ki,  səndən  xoşum  gəlmir,  qızımı  vermirəm. 

Hazır belə adamların yanında “ağac olaram” . Sözümü 

sən  desən    dost,  yoldaş  arasında  inciklik  olmaz. 

Sədnik müəllimin bu sözü evdəkilərin xoşuna gəldi. 

 

 



     

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

60 



           

Daşla döyülən qapı 

 

Səfərə  gedəndə  Sədnik  müəllim  cəhd  eləyirdi  ki, 

evə  tez  qayıtsın.  Gecənin  hansı  vədəsi  olur,  olsun 

adəti  idi  qapını  döysün.  İçəri  keçəndə  Səfurə  xanım-

dan bu sözləri eşitsin: 

-

Ürəyimə  dammışdı  bu  gecə  evə  gələcəksən.  Ona 



görə yatmayıb səni gözlədim. 

Kişi  bu  sözdən  fərəhlənir,  gec  də  olsa  gəlməyinə 

sevinirdi. 

Dünya  aləm  yatmış,  qonum-qonşularda  səs-səmir 

eşidilmirdi. Gecə saat üç idi. Sədnik müəllim qapıya 

çatanda  əlinə  daş  götürüb  tarak-tarak  qapını  döyür. 

Zəngi  basmağı  yadına  da  salmır.  Elə  tələsir,  elə 

tələsirdi ki, elə bil ocağın üstdə yağ daşırdı. O, qapını 

daşla  döyür.  Bərkdən  də  “Sərvanə,  Sərvanə”  deyə 

çağırırdı. 

Sərvanə  səsə  oyandı.  Cəld  xalatını  çiyninə  salıb 

“gəlirəm ata” dedi atasının səbri tükənmişdi:  

-

A  qızım,  bayaqdan  qapını  qırmırammı,  bu  nə 



vaxtın yatmağıdı, bə anan hanı? O da yatır? Pilləkənin 

başında  gözləyən  Səfurə  xanım  yoldaşının  hay-

küyünə,  qəribə  suallarına  gülməkdən    özünü  saxlaya 

bilmir, o da qızını danlayır: 

-

Ay qızım, gecə saat üçdə yatmaq olar? Bu harda 



görünüb axı. 

Sədnik  müəllim,  qadının  səsini  eşidəndə  hirsi 

soyuyur, gözləri gülür, hay-həşirini bundan ötrü, yəni 



 

 

61 



xanımının onu qarşılamadığı üçün olduğunu duyurdu. 

Tez onunla görüşür, əhvallaşırdı: 

-

Necəsən....,  yatmamışdın,  eləmi?  Bilirdim  ki, 



yatmamısan. 

-

Səfurə  xanım  onun  çayını,  çörəyini  rahatlaya-



rahatlaya danışırdı: 

-

A Sədnik, sən mənim canım, xəbərin var ki, indi 



saat  neçədi?  Ə  qapının  zəngi  yoxdu  ki,  tak-tarak 

salırsan? Qonum-qonşu eşidib narahat olur axı? 

Sədnik  müəllim  gecənin  hansı  vədəsi  olduğunu 

unudubmuş. Aradan bir az keçmədən o qızını çağırdı: 

-

Ay Sərvanə, harda qaldın, cəld dəftər gətir, yaz bu 



şeiri,  bu  dəqiqə  yadımdan  çıxacaq.  Sərvanə  qaçıb 

yerinə  giribmiş.  O,  elə    bilibmiş  ki,  anası  atasının 

qulluğunda duracaq, daha ona ehtiyac olmayacaq. 

Atası yenidən hirslənir: 

-

Bu qız, elə gərək indimi yataydı? 



Anası qızını müdafiə eləyir: 

-

Bəs nə vaxt yatsın, yatmaq vaxtıdı də... 



Kişi qızını yenə çağırır: 

-

Ay  qızım,  Sərvanə,  gəl    bu  şeiricə  köçür,  sonra 



yatarsan.  

Anası  qızına  qıymasa  da  o,  yuxulu  əlində  dəftər-

qələm gəldi. Atası dedi: 

-

Hə başla yaz. Qız bir misra yazdı yenə soruşdu: 



-

Ata bir də de, nə dedin? 

Atası yenə təkrarladı. Qız əsnədi: 

-

Nə, necə?... Səfurə xanım gördü qızı yaza bilmir. 



Dedi: 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə