Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

67 



bayatıya  cavab  vermək  istəyi,    bütün  arzularını 

üstələdi.  Ürəyi  az  qala  partlayırdı  Sədnik  müəllimin. 

Tez  aşağı  düşüb  evini  sifariş  verdi.  Eşqi,  məhəbbəti 

yenicə  dil  açan  cavan  kişi  kimi  ürəyi  çırpına-çırpına 

gözlədi. Könül, qəlb dostunun uzaqdan eşidilən “bəli” 

kəlməsinə    professor  sevincdən  axan  göz  yaşlarını 

köksündən qopan “can” kəlməsinə hopdurdu və bayaq 

qeybdən    eşitdiyi  xanımının  bayatısına  bayatıyla 

cavab  verdi.  Səfurə  xanım  da  çaşdı.  Allahın 

möcüzəsiylə üzləşirmiş kimi dilləndi: 

-

Sən  necə  eşitdin  mənim  bayatımı?  Sən  hardan 



eşitdin  mənim  səsimi?  Bu  bayatı  necə  çatdı  sənə? 

Sədnik müəllim özünü ələ almışdı: 

-

Məgər  mən  ölmüşəm  sənin  səsini  eşitməyim? 



Yaxşısanmı,  ömrüm-günüm,  uşaqlar  necədi?  Hələdə 

bu sevincdən özünə gələ bilməyən qadının mehriban, 

isti  sözləri  telefon  boy  axıb    Sədnik  müəllimin 

köksünə doldu: 

-

Ay  qoca,  bizdən  arxayın  ol,  hamımız  yaxşıyıq, 



sən özünə bax, yeməyinə, içməyinə, istirahətinə fikir 

ver,  qadan  alım.  Bir-birindən  çox  uzaqlarda  olan  iki 

qəlb, iki könül qovuşdu, şadlandı, rahatlandı. 

                                           20 may, 1996-

cı il. 

 

 

 

 

 



 

 

68 



Onun Sədnik kimi 

dədəsi yoxdur 

 

Sədnik  müəllimin  istəkli  həyat  yoldaşı,  dostu, 

sirdaşı  Səfurə  xanım  çox  əliaçıq,  səxavətli,  ürəyi, 

qəlbi  təmiz,  saf  bir  xanım  idi.  O,  öz  ağlı,  dərrakəsi, 

qabiliyyəti  ilə  tanıyanları  heyran  edirdi.  Məqamında 

olduqca  hazırcavab,  sözü  üzə  deyən,  yalandan, 

riyandan uzaq olan bu xanım şeirə, sənətə, sənətkara 

böyük qiymət verirdi.  

Saz-

söz  vurğunu,  folklorşünas  alim,  istedadlı 



pedeqoq,  şair  və  jurnalist  Sədnik  Paşanın  evindən 

qonaq-


qara  əskin  olmazdı.  Səfurə  xanım  gələnləri 

layiqincə yola salmağı yaxşı bilirdi. 

Gözəl  səsli  cavan  müğənni  Lütfiyyə  xanım  bu 

mehriban ailənin qonağı olanda, Sədnik müəllim uzaq 

səfərdən  yenicə  qayıtmışdı.  Professor  hansı  şəhərə, 

rayona  gedirdisə  oğul  və  qızlarına,  həyat  yoldaşına 

pal-

paltar  alır,  onları  sevindirməyi  özünə  borc  hesab 



edirdi.  Lütfiyyə  o  qədər  gözəl  mahnılar  oxudu ki, 

Səfurə  xanım  atasının  qızına  təzəcə  aldığı  bahalı  və 

yaraşıqlı  donunu  ona  bağışladı.  Kasıb  və  yetim  qız 

Lütfiyyənin  sevinci  aşıb  daşdı,  hədiyyənin  çox 

qiymətli  olması  onu  çaşdırdı,  özünü  itirəndə  Səfurə 

xanım gülə-gülə dedi: 

-

Mübarək  olsun,  ay  qızım,  sağlıqla  geyin,  görək 



sənə necə yaraşır? 

Qız sevincək o biri otağa keçib donu əyninə taxdı. 

Don  qıza  elə  qəşəng  durdu  ki,  hamı  ona  heyranlıqla 



 

 

69 



baxıb,  çox  gözəldir,  söylədilər.  Qız  ev  sahiblərinə 

dönə-dönə minnətdarlıq edib getdi. 

Pəncərədən  baxan  Səfurə  xanım  Lütfiyyə  ilə  bir 

oğlanın  sevinə-sevinə  uzaqlaşdıqlarını  nəzərindən 

yayındırmadı.  Sədnik  müəllim  qızın  nişanlısı 

olduğunu söyləyib dedi: 

-

Ayka, (o, Səfurə xanımı belə əzizləyirdi) hələ bir 



mənə  de  görüm,  qızıma  aldığım  o  bahalı  donu  niyə 

Lütfiyyəyə bağışladın. Axı o mənim qızıma da beləcə 

gözəl  yaraşardı.  Biz  ona  başqa  hədiyyə  verərdik. 

Səfurə  xanım  ərini  mehriban  və  şəfqətli  nəzərlərlə 

süzüb:  o  qızın  Sədnik  kimi  dədəsi  yoxdur,  ay  vəzir, 

(qadın ərini belə əzizləyirdi) dedi. Ona belə donu kim 

alacaq, ha

nsı  pulla  alacaq?  O  yetim  qızdır,  qoy 

geyinib  sevinsin,  xoşbəxt  olsun,  sən  qızına  başqasını 

alarsan.  Sədnik  müəllim  arvadının  ağıllı  və 

alicənablığını bir daha yəqinləşdirdi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

70 



         

Çəngəldən asılan pullar 

 

Səhərin  gözü  açılar-açılmaz  evdə  hamı  yuxudan 

oyanır.  Pətəkdə  arı  ailəsi  kimi  qaynaşırdı.  Böyükdən 

kiçiyədək hər kəsin işi özünə dəqiq məlum idi. Sədnik 

müəllimlə  Səfurə  xanım  günün  ilk  xeyir  duasını 

balalarının dilindən eşitməyə alışmışdılar. Altı uşağın 

hər  biri  ayrılıqda  gah  Səfurə  xanımı  öpür:-Sabahın 

xeyir, 


Ayka, Sədnik müəllimə baş əyir:- Sabahın xeyir  

Qoca, 


deyir,  kimi  süfrə  hazırlayır,  kimi  əyin-başını 

nizama  salır,  kimi  də  dərslərini  təkrarlayırdı.  Stolun 

üstünə səhər yeməyi eyni vaxtda başladığı kimi  eyni 

vaxtda da sona çatırdı. 

B

u gün yenə düzülmüş üç dənə manatlıq, üç dənə 



onluq  sahiblərini  gözləyirdi.  Kiçiklərin  hərəsi 

manatlığı çantasına atdı. Manatlıqlar  Sevincin , kitab-

dəftərlərinin arasına yer elədilər. Onluqlar uşaqların əl 

havasına  tərpəndilər,  tez  də  yerlərində  rhatlandılar. 

İnstituta gedənlər evdən orta məktəbə gedənlərdən bir 

az  sonra  çıxacaqdılar.  Onların  geyinib    bəzənmələri 

kiçiklərə  nisbətən  daha  uzun  çəkirdi.  Üst-başlarını 

nizama  salıb  hazır  olan  uşaqlardan  ikisi  onluqlarını 

dinməzcə  ciblərində  xışıldadırdı.  Səyyaf stolun 

üstündəki tək qalan onluğa hirslə baxdı: 

-

Buna nə düşür ey...On manat da puldu? 



Bu sözləri eşidən onluğun qulağı gicildədi, utandı. 

Əlacı olsaydı qalxıb tavana yapışardı, qalın döşəməni 

deşib yerə girərdi ki, oğlanın gözünə görünməsin. Pul 

öz aciz


liyindən, gücsüzlüyündən çox xəcalət çəkdi. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə