Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

83 



-

Necə, yəni neynirəm oğlum, xərclə də pul lazımın 

deyil? Cavan deyil

sən? Qorxma, anan bilməyəcək. 

Sabutay  100  manatın  10  manatını  cibinə  qoydu, 

qalanını  atasına  qaytardı.  Atası  pulu  onun  cibinə 

qoymağa çalışdı. Oğlu onu daha da heyrətləndirdi: 

-

Ata, bu pulu mənə vrsən Gəncəyə gələndə anama 



deyəcəm. 

Sədnik  müəllimin  oğlunun  bu sözünə  gülməyi 

tutdu.  Eyni  zamanda  Səfurə  xanımın,  uşağın  tər-

biyəsini  pozma,  söhbəti  yadına  düşdü.  Qadını  ona 

deyirdi: 

-

Səni  başa  düşürəm,  özünün  gəncliyində    pul 



verənin olmayıb,  heyfini uşaqlarından çıxmaq istəyir-

sən.  Ancaq  unutma,  onlar  artıq  pulu xərcləmək  üçün 

lazımsız işlərə  qoşula bilərlər. Nə qədər lazım olsa  o 

qədər pul ver. Sonralar Sabutay bunu danışanda Səfu-

rə  xanım  onun  üzündən-gözündən    öpmüş,  mənim 

ağıllı balamsan, demişdi. 

Sabutay  həftədə,  on  gündə  bir  anasının  istəyi, 

atasının  göstərişiylə  onları  Azərbaycanın  müxtəlif 

rayonlarına, şəhərlərinə gəzməyə aparırdı. 

Müqəddəs yerlərə getmək, pirləri, ocaqları ziyarət 

eləmək,  inanılmış,  sınanılmış  yerlərdə  qurbanlar 

kəsmək,  nəzir,  niyazlar  vermək  ailədə  adət-ənənəyə 

dönmüşdü. 

Səfurə  xanım  Üçbulağın  sərin  suyundan  ləzzətlə 

içirdi. 

Bunu bildiyindən Sabutay onu isti yay axşam-

larında  hər  gün  bulağa  aparır,  sərin  suyla  qablarını 

doldurur, anası isə  doyunca içir, əl-üzünü yuyurdu. 




 

 

84 



Sabutayı  dostugil  qonaq  çağırmışdılar.  Sabutay 

qonaqlığa lazım olan köməkliyi elədi. Evlərinə gəldi. 

Anası soruşdu: 

-

Qonaqlığa niyə qalmadın? 



Oğlu heç bir söz tapmayıb: 

-

Həvəsim  yoxdu,  dedi,  getmək  istəyirəm.  Burda 



sənin  yanında  oturub  danışmaq,  söhbət  eləmək  hər 

şeydən yaxşıdı. 

Anası  onu  qonaqlığa  güclə  göndərdi.    Sabutay ac 

idi.  Fikirləşir  ki,  həm  gedər  yeyər,  həm  də  anasının 

ürəyincə olar. 

Dostugil onu gözləyirdi. Hamı ac olsa da, süfrəyə 

əl  uzadılmamışdı.  Sabutayın  yenidən  gəlişi  onları 

sevindirdi.  Badələr  doldu.  İlk  sağlıq  deyildi.    Hamı 

içdi. 

Sabutay səhərdən dilinə heç nə vrmasa da, elə bil 



birdən-birə yağ içmişə döndü.  Ürəyi böyüdü, özünü 

piss  hiss  elədi.    Bayaqdan  onun  gəlişini  gözləyən 

dostları    məəttəl  qaldılar.  Elə  bildilər  Sabutay  özü 

qəsdlə  belə  eləyir.  Oğlanın  and-amanından  sonra 

inandılar. O yemək istəyirdi, lakin tikəni uda bilmirdi. 

Özü də başa düşmədiyi pis hal keçirirdi. 

Qonaqların  onu  bağışlamasını  xahiş  eləyən 

Sabutay  birdən-birə  halının  dəyişməsinin  səbəbini 

başa düşmürdü. 

Bu vəziyyət azmı-çoxmu çəkdi, qəfil xəbər hamını 

sarsıtdı.  Sabutaya  məlum  oldu ki, anasının  elə  bu 

anlarda  beyninə qan sızıbmış. 



 


 

 

85 



        

Qiymətsiz  itki 

 

Falçıyla,  qaraçıyla  olmayan  Sərvanın  qəfil 

qabağına  çıxan  qadından  keçə  bilmədi.  Qadın  onun 

əlini  əlinə  aldı.  Ovcunu  açdı.  Çox  sözlər    danışdı. 

Keçmişləri  çözələdi,  gələcəyindən  xəbərlər  söylədi. 

Beynin  bir  küncündəcə  ilişib  qalan  belə  bir  cümləni 

“Qiymətsiz  itkin  olacaq”  sözlərini  unuda  bilmədi. 

Falçı onu inandırmağa çalışdı. Qoy düyünləri  eləyim 

xəta-bəladan sovuşdurum səni. 

Oğlan  ona  əhəmiyyət  verməyi  özünə  ayıb  saydı, 

pul v

erib aralandı. 



Qara qorxu dolmuşdu Sərvanın ürəyinə. Bir yerdə 

qərar  tuta  bilmirdi.  Tez-tez,  lazım  oldu,  olmadı 

Gəncəyə gəlir, ata-anasıyla görüşür, geri qayıdırdı. 

Son  vaxtlar  lap  dözümsüz  olmuşdu.  İstəyirdi  elə 

gecəli-gündüzlü  evdə  qalsın,  burdan  uzaqlaşmasın. 

İşlə əlaqəli getməliydi deyə qala bilmirdi. 

Bəzən  bu  gün  evdən  gedir,  sabaha  bilet  alıb 

yenidən qayıdırdı. 

Bu  gün  də  evdə  idi.  Adətinə  xas  olmadığı  halda, 

xeyli  işlədi,  torpaqla  əlləşdi.  Anasının  çox  xoşuna 

gəldi.  Anasının  xoşuna  gəlməyi  ürəyini  sevindirdi. 

Tər tökə-tökə işləyirdi. Birdən bacısı Sərvanə bərkdən 

qışqırdı: 

-

Anaa...., Sərvan, tez bura gəl. 



Sərvan evə qaçdı. Anası başını tutub qışqırdı: 

-

Başım, oy başım... 




 

 

86 



Sərvan  onu  divana  uzandırdı.  Qəfil  hadisədən  elə 

sarsılmışdı  ki,  nə  baş  verdiyini  soruşmağa  gücü 

çatmırdı.  Yuxarı  evə  telefonla  həkim  çağırmağa 

getmək  istəyəndə  anası  əli  ilə  “Yox”  işarəsini  verdi. 

O,  anasının  sözünə  əməl  etmədi.  Lakin  telefon 

işləmədi.  Qonşuya    qaçdı,  həkim  gəldi.  İynə  vurdu, 

dərman  verdi.  Anası  yatdı,  tez  də  oyandı.  Başında 

dəhşətli  ağrı  vardı  qadının.  İkinci  dəfə  həkim 

çağırdılar. O, beyinə qan sızma olduğunu qeyd elədi. 

Yenə iynə dərman verildi, xəstə yatdı. 

Sərvan  bu  ağır  məqamlarda  ancaq  falçı  qadını 

düşünür,  onun  “Qiymətsiz  itkin  olacaq”  sözlərini 

beynində  dolandırır,  özünü  öldürmək  istəyirdi. 

Anasının  başına  iş  gələcəyini  oğlan  ağlına  sığışdır-

mırdı. Küncə, bucağa çəkilib zülüm-zülüm ağlayardı. 

Vətəndən  uzaqlardakı  atasını  arzulayırdı.  Ona  elə 

gəlirdi  ki,  atası  burda  olsa  anasına  heç  nə  olmaz.  O, 

anasını  sağaldar,  lakin  atası  uzaqlarda  idi.  Onların 

vay-

şüvənini  eşitmirdi.  “Qiymətsiz  itki”  məsələsi  də 



lap ağlını çaşdırmışdı. Anası ondan ötrü qiymətsiz idi. 

Qiymətsiz  sözünün  mənasını  indi  dərk  eləmiş,  indi 

başa  düşmüşdü.  Ona  elə  gəlirdi  ki,  qiymətsiz,  yəni 

lazımsız  bir  itkisi  olacaq.  Beyninin  bir  küncündəcə 

özünə yurd salmış bu sözün ağırlığına indi tablamırdı. 

Anası  qiymətsiz  idi,  qiyməti  ölçüsüzdü.  O,  bunu 

duyunca ürəyi parçalanır, necə xilas etmək  barəsində 

düşünürdü. Yalvarırdı: 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə