Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

79 



-

Qaqaş,  anam  bizim  oynumuzu  yarımçıq  saxladı. 

Əgər  oynumuz  yarımçıq  qalmasaydı,  mən  səni 

udardım,  heyif.    Eybi  yoxdu  sonra  udaram,  ancaq 

Sərvan,  atam gələndə bunu deyək. Qoy anamıza de-

sin.  O  bizim  oyunumuzu  bir  də  pozmasın.  Sərvan 

bacısına təəccüblə baxdı: 

-

Sən  nə  danışırsan,  Sərvanə?  Deyirsən  atamıza 



şikayət eləyək? 

Qız yenə yavaşca dilləndi: 

-

Hə  Sərvan,  qoy  ana  qorxub  bir  də  bizi  bu  otağa 



salmasın. 

Sərvanın bacısına bərk acığı tutdu: 

-

Mən  heç  vaxt  anamdan  şikayət  etmərəm.  Qoy  o 



məni hər gün döysün, danlasın. Mənim anam hamıdan 

yaxşıdı. Sən heç utanmırsan, belə söz danışırsan? 

Sərvanə inadından dönmədi: 

-

Qaqaş, mən də bilirəm, ana yaxşıdı. Neynim ey, o 



bizim oynumuzu pozdu. Sənə də qışqırdı də... Təkcə 

mənə qışqırmadı ki...Yox, mən atama deyəcəm. Qoy o 

da ona qışqırsın. Uşaqlar bir tərəfdə oturub gözlədilər. 

Bu vax


t ata otağa girdi. Uşaqların üz-gözündən öpdü. 

Sərvanə dil boğaza qoymadı: 

-

Ata,  bilirsən  nə  olub?  Sənin  o  gözəlin  mənə  də, 



qaqaşa da qışqırdı. Özümüzü də oynamağa qoymadı. 

Qızın dodaqları büzüldü, ağladı, üzünü atasının üzünə 

söyk

ədi. Sərvan gülümsədi. Atasına göz vurdu: 



-

Mənə  yox,  ata,  təkcə  Sərvanəyə  qışqırdı  anam. 

Sərvanə atasını inandırmağa çalışdı: 



 

 

80 



-

Yalan  deyir  ata,  ikimizə  də  çığırdı.  Özümüzü  də 

oynamağa  qoymadı.  Ona  de,  ata,  Sərvan,  sənə  qış-

qırmadı? Niyə düzünü demirsən? Qorxursan anadan? 

Sədnik  müəllim  guya  hirsləndi.  O  da  oğluna  göz 

vurub uşaqları sakitləşdirdi: 

-

Yaxşı,  qızım,  qoy  anan  gəlsin,  gör  onu  necə 



danlayacağam.  Onun  mənim  belə  ağıllı,  qəşəng 

balalarıma  qışqırmağını  göstərərəm.  Hələ  bir  az 

dayanın, qoy bir gəlsin? Qoy bir gəlsin? Sən ağlama, 

qadan alım, kiri... 

Qız  sakitləşdi,  sevindi.  Səbirsizliklə  analarının 

gəlişini gözlədilər. 

Küçə  qapısı  açıldı.  Səfurə  xanım  dikdaban  ayaq-

qabılarını  taqqıldada-taqqıldada  əzəmətlə  evə  sarı 

gəlirdi. O pilləkənləri sürətlə qalxırdı. Uşaqlar yerlə-

rindən  tərpənmirdi.  Sədnik  müəllim  qadınının  bu 

yerişini  çox  xoşlayırdı.  O  evə  yaxınlaşanda  Sərvanə 

pəncərənin  önünə  gəldi  ki,  atasının  anasını  necə 

danladığını  eşitsin.  Bu  zaman  atası  uşaqların  yanına 

keçdi.  Özünü  ciddi  saxlayıb  guya  qorxurmuş  kimi 

yavaşca pıçıldadı: 

Uşaqlar, ananız bərk gəlir, ondan qorxuram, məni 



də aranızda gizlədin. 

Bayaqdan b

əri atasının anasını necə danlayacağını 

gözləyən  Sərvanə  bərkdən  qəh-qəhə  çəkdi.  Səfurə 

xanım  qızı  tərəfindən  ona  qarşı  hazırlanan  “sui- 

qəsdin”  nəticəsini  bir  azdan  eşitdi.  Əlini  əlinə  vurub 

ləzzətlə güldü: 



 

 

81 



-

Gəlin,  çıxın,  uşaqlar,  sizi  bağışladım,  rahat 

oynayın, dalaşmayın. Sonra yavaşca qızının saçından 

çəkdi: 


-

Sən Vəzirlə mənim aramı vura bilməzsən. Bundan 

arxayın ol, düzdürmü, Vəzir? 

Sədnik müəllim qürurla qadınını süzdü: 

-

Buyurduğun  düzdür,  hökmdarım-dedi.  Onların 



bir-

birlərinə  baxıb  ləzzətlə  gülümsəməsini  Sərvanə  

görüb  elə  fərəhləndi,  elə  sevindi  ki,  nə  yaxşı    atası  

onun  üstündə  anasına  çığırmadı,  danlamadı.  Çünki 

qızın  ata-anasına,  oyun  vaxtı  cığallayıb  dalaşdığı 

qardaşına məhəbbəti ürəyinin tutduğu boyda idi. 

 

 

                 



 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

82 



                         

Ananın “mühafizəçisi” 

 

Sədnik  müəllimin  oğul  övladlarının  ikincisi 

Sabutaydı.  Anası  kimi  zəhmətkeş,  işgüzar  oğlanın 

özünəməxsus  qəribəlikləri  çoxdu.  Hələ  körpəliyində 

atası  bir  dəfə  onu  üzütüklü  öpmüşdü.  Zərif  üzünü 

atasının  cod  tükləri  dalamışdı.  Uşaq:  -  Ata  qocadı 

deyə hirslənmişdi. O vaxtdan “Qoca” evin əziz, şirin 

kəlməsinə dönmüş, ata sözünün əvəzedicisi olmuşdu. 

Ağlı  kəsəndən  Sabutay  ata-anasının  qulluğunda 

durmağı özünə fərəh bilmişdi. Anasının dilindən çıxan 

hər bir kəlmə, söz ondan ötrü qiymətli, hər bir arzusu 

müqəddəs  idi.  Səfurə  xanım  uzq-yaxın  səfərlərə  bu 

oğlu ilə gedir, bu oğlu ilə gəzmək ürəyinə yatırdı. 

Çünki bu oğlu onu qoyub işinin dalınca getmirdi. 

Onu axıradək gözləyir, nazıyla oynayır, bircə istəyini 

boş buraxmırdı. Sabutayın nəzərində anasından gözəl, 

atasından böyük, bacı-qardaşlarından mehriban kimsə 

ola bilməzdi. 

Ail

ənin  qayda-qanununu  daim  yüksək  səviyyədə 



saxlayan  Səfurə  xanım  Sabutay  üçün  dost,  yoldaş, 

qardaş  idi.  O,  hər  sirrini,  sözünü  anasıyla  bölüşür, 

anasıyla məsləhətləşir, onun xeyir-duasını alırdı. 

Sabutay  Bakıda  institutda  oxuyurdu.  Atası  yanına 

gəlmişdi.  Gəzdilər,  dolandılar,  axşam  ayrılanda 

Sədnik  müəllim  onun  uzaqda  olduğunu  nəzərə  alıb 

100 manat pul verdi. Oğlu təəccübləndi: 

-

Bu qədər pulu neynirəm, ata? 



Atası ondan da bərk təəccübləndi: 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə