Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

71 



Səyyaf  pulu  götürmürdü.  Pul  sıxılır,  əzizilirdi. 

Atanın  pula  yazığı  gəldi.  Əlini  cibinə  saldı  ki,  tək 

qalan  onluğa  bir  neçə  əlavə  pul  qoşsun,  onu 

qüvvətləndirsin,  ürəkləndirsin.  Ərinin  qırılmasını 

sezən  Səfurə  yenicə  sevinmək  istəyən  tək  qalan 

onluğun ürəyini üzdü. 

-

Üşağı pis öyrətmə. Bəsidi. Əlavəsini mən də verə 



bilərəm.  Lazım  deyil.  Artıq  xərcdi.  Gözünə  qaranlıq 

çökmüş onluğu Səyyaf hirsli-hirsli cəld qapıb cibində 

əzişdirdi.  Pulun  az  qala  nəfəsi  kəsiləcəkdi.  Acıqlı 

barmaqlardan  canını  güclə  qurtarmış  onluq  cibin 

qaranlıq bir küncündəcə büzüşüb durdu. 

Səyyaf çəngələ yaxınlaşdı. Papağını başına  qoydu, 

paltosunu  götürəndə  bir  qırmızı  onluğun  çəngəldən 

asılıb  sevinclə,  yellənə-yellənə  ona  baxdığını  gördü. 

Anası  uzaqdaydı.  Oğlunun  və  pulun  şadlığını  duya 

bilməzdi. Bu onluq da Səyyafın cibində o biri onluğun 

yanında  özünə  yer  elədi.  Bayaqki  büzüşüb  qalan 

onluğun  ürəyinə  təpər,  canına  qüvvət,  gözünə  işıq 

gəldi. 

Onluqların və oğlunun sevincindən atanın ürəyinə 



böyük  p

ay düşdü. Bu payı bütün övladlarından qəbul 

eləmək fikrinə gəldi. 

Səfurə  xanım  tərəfindən  yan-yana  düzülən 

manatlıqların,  onluqların  kefi  kök  idi.  Elə  əvvəllər 

dəmanatlıqlar sahiblərindən utanıb çəkinmirdilər, indi 

də  çəngəldən  asılan  pullar  şərflərin,  papaqların  dal 

tərəfində gizlənir, bic-bic biri-birlərinə göz vura-vura 

soxulur,  oxumağa  yollanır,  üçüncü,  dördüncü 



 

 

72 



tənəffüsdə  şirniyə,  qoğala,  dəyişdirilir,  özlərindən 

başqa neçə-neçə uşağın  qarnını doyuzdurur, ağızlarını 

şirin  eləyirdilər.  Çəngəldən  asılan  onluqlar  Səfurə 

xanımın səsini eşidəndə qorxudan əsim-əsim əsirdilər. 

Onlar  papağın,  paltonun  altında  təşvişlə,  həyəcanla 

sahiblərini  gözləyir,  rahat,  arxayın  ciblərdə  əyləşən 

onluqlara qovuşmağı böyük səadət sayırdılar. 

Bir  dəfə  Səyyafın  çəngəldə  asılan    onluğu 

yadından  çıxdı.  Paltosunu  geydi,  pulun  necə  həşir-

qiyamət qoparmağının, çığır-bağır salmağını eşitmədi. 

Fikri  özündə  idi.    Təzəcə  sevdiyi  qızın  yanına 

uçmuşdu. Pul çəngəldə üstü açıq qalmışdı.Gizlənməyə 

yeri  yoxdu.  İndi  onu  elə  bil  həmişəki  kimi  sevinclə 

çəngəldən  yox,  qəzəblə  dar  ağacından  asmışdılar. 

Dhşətlə  boğulub  öləcəyi  günü  gözləyirdi.  Bütün 

varlığıyla  Allaha  yalavarırdı  ki,  Səyyaf  bu  tərəfə 

dönsün, onu görsün  götürsün.... Oğlanın isə baxmağa, 

pulu  götürməyə  nə  vaxtı,  nə  həvəsi  vardı. 

Xudaha

filəşib evdən çıxdı. 



Onluğun  ümidi  kəsildi.  Yazıq-yazıq  arxasınca 

boylandı. 

Səfurə xanım çəngəlin yanında hərlənirdi. Qəfildən 

gözü  çəngəldən  asılan  onluğa  sataşdı.  Neçə  vaxtda 

bəri onun yan-yana düzdüyü pulları, uşaqların gülüşə-

gülüşə  götürdüklərini,  Səyyafın  öz  onluğunu  daha 

təhqir etmədiyini beynindən keçirdi. 

Bayaqdan qadınını diqqətindən kənarda qoymayan 

Sədnik müəllimin elə bil danışmağa sözü qurtarmışdı. 

Gah  Səfurə  xanıma,  gah  da  canını  tapşırmağa  hazır 




 

 

73 



olan  çəngəldəki  onluğa  baxırdı.  Qadın  şkafın 

s

üyürmələrindən  birini  irəli  doğru  çəkdi.  Özündən 



getmiş  çəngəldəki  pulu  dünyanın  dərdini,  qəmini 

vecinə  almayan  süyürmədəki  bir  qalaq  pulun  başına 

çırpdı: 

-

Vəzir,  pulu  çəngəldən  ötürürsən?  Niyə  uşaqların 



tərbiyəsini  pozursan?  Məgər  mən  onları  səndən  az 

ist


əyirəm?  Bu  sözü  bir  dəfə  də  demişəm.  Uşaqlara  

mən də istədikləri qədər pul verə bilərəm. Axı bu nəyə 

lazımdı? 

Sədnik  müəllimin  yuxa  ürəyi  kövrəldi,  razılaşdı. 

Qadınını öpdü oxşadı, çəngəldən qoparılan onluq isə, 

qorxusuz,  ürküsüz  sürmədəki  bir  qalaq  pulun 

qucağında özünə gəldi, rahat,  arxayın dərindən nəfəs 

aldı.


 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 


 

 

74 



                      

Mən gözəlləşirəm 

 

Nazlı,  ərköyün  Sərvanə  evin  balacası,  körpəsidi. 



Yerinə  yetirilməsi  mümkün  olan-olmayan  istəkləri 

bitib tükənməzdi. Tez-tez güzgünün qabağında daya-

nır, gah özünə, gah anasına baxardı. Özünün üzü-gözü 

xoşuna gəlmir, düşürdü anasının üstünə: 

-

Ana,  mən  sənə  oxşamaq  istəyirəm,  ancaq  sən 



gözəlsən. 

O,  anasını  qucaqlayıb  sığallayır,  öpür,  dil  boğaza 

qoymurdu: 

-

Hələ bir özünə bax, gör necə də ağsan. Saçın da, 



gözün  də,  ağzın  da,  burnun  da  hamısı  qəşəngdi.  Axı 

mən sənin kimi gözəl deyiləm, çox çirkinəm. 

Qızının sözlərinə ürəkdən gülən  Səfurə xanım onu 

inandırmağa çalışırdı: 

-

Ay  qızım,  sən  hamıdan  gözəlsən,  hamıdan 



qəşəngsən.  Sən  mənim  ağıllı  balamsan.  Nə  olub ey 

sənə?  Boy-buxunun, gözün-qaşın,ağzın-burnun  zərif-

dir, 

incədi. Bax, qızım, mən sənə deyirəm özünə  lağ 



eləmə,  sonra  doğrudan  çirkin  olarsan  ha, onda biz 

neyl


əyərik? 

Sərvanə  bu  sözdən  qorxuya  düşür,  daha  anasına 

mən niyə gözəl deyiləm demirdi. 

Çox 


keçmir  yenə  yadından  çıxır,  başlayır  anasını 

tərifləməyə: 

-

Ay  ana,  mən  evi  sənin  kimi  süpürürəm,  paltarı 



sənin kimi yuyuram, xörəyi sənin kimi bişirirəm, hamı 

deyir,  Sərvanənin  işi  anasının  işinə  oxşayır,  ancaq 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə