Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

75 



özümü  demirlər.  Ana,  bəlkə  sənə  oxşayıram,  camaat 

qəsdən demir. İşləri sənin kimi görürəm, deməli özüm 

də sənə oxşayıram da, düzdür, ana? 

Anası  əlindəki  ütünü  qızına  verir,  qar  kimi 

yuyulmuş,  karton  kimi  qurumuş,  ütülənmiş  paltarları 

yerbəyer eyləyir: 

-

Gözəlim,  nazlı  qızım,  yerdə  qalan  paltarları  sən 



ütülə.  Hər  dəfə  yaxşı  bir  iş  görəndə  bir  az  gözəl-

ləşirsən,  lap  yaxşı  işlər  görəndə  olacaqsan,  dünya 

gözəli. 

Qızın  gözləri  sevincdən  parlayır,  ütünü  həvəslə 

paltarın üstündə o yan-bu yana sürütləyir, bircə xırda 

qırışın  qalmasına  imkan  vermədən  anasının  işini 

davam  etdirir.  Paltarların  üstündəki  bircə  gülün  də 

ləçəyini bükülü qoymur, hamısını açırdı. 

Bir  dəfə  Səfurə  xanımla  Sərvanə  qonaqlığa 

hazırlaşırdı.  Onlar  ən  yaxşı  paltarlarını  geyindilər. 

Ana bala güzgünün  qabağına keçdilər. Ananın hazır-

laşmağı  tezcə  başa  çatdı.  Sərvanə  isə  bəzənir,  saçını 

gah  o  yana,  gah  bu  yana  ayırır,  üzünü  gözünü 

sığallayırdı. Səfurə  xanımın səbri tükəndi. Dedi: 

-

Ay  gözümün  işığı,  bir  az  tez  hazırlaş,  gedib 



qonaqlığın axırına çatacağıq. 

Qəşəngcə bəzənmiş Sərvanə bir özünə, bir anasına 

baxdı, qaş-qabağını salladı: 

-

Ana,  mən  bayaqdan  bəzənirəm,  yenə  gözəl 



deyiləm. Elə kifirəm ki, kifirəm. Deyəsən, sən lap çox 

bəzənibsən elə, ana? Mən az bəzəndim axı? 

Anası qızını inandırmağa çalışdı: 



 

 

76 



-

Başına dönüm, bəri gəl, gedək, vallah, üzümə bir 

ovuc  sudan  başqa  heç  nə  vurmamışam.  Sənin  işin 

qiyamətdi  ey...  Növ-növ  bəzək  düzəyi  üz-gözünə 

yaxırsan, məni də özünə tay eyləyirsən? Yox, a bala, 

mənim  üzüm  heç  elə  şeyləri  götürməz.  Sən  bunları 

bilə-bilə yenə məni söylədirsən, ay dəli qızım. 

Qız bərkdən gülüb uğundu: 

-

Dəli  yox,  ay  ana,  kifir  qızın.  Gözəl  ananın  kifir 



qızı.    Hələ  bir  baxım,  görüm,  yanağına  nə  çəkmisən 

belə qızarıb, özün də deyirsən üzümə heç nə vurma-

mışam. 

O,  dəsmalını  götürüb  anasının  yanağını  silməyə 



başladı.  Dümağ  dəsmalın  rəngi  dəyişmədi.  Səfurə 

xanım əlini əlinə vurub qəh-qəhə çəkdi: 

-

Ağlını özgəsinə vermə, a qızım, sənin ananın nəyi 



var özündəndir. 

Sərvanə ciddiləşdi, elə bil birdən-birə böyüdü. Elə 

bil  səhərdən  ərköyünlük  eləyən  bu  qız  deyildi.  Tez 

qaçıb  evdən  bir  çimdik  duz  və  üzərlik  gətirdi.  Anası 

donub qalmışdı, qızının nə eləmək fikrində olduğunu 

dəqiq  bilmirdi.  Qız  duzu  üzərliyi  kağıza  bükdü,  bir 

qaba qoyub 

odladı. Tüstüsünü anasının üzünə üfürən-

də  qadın  sonbeşiyinin  fikrini  duydu,  sevindi,  fərəh-

ləndi. Bütün günü baş-beynini aparan, onunla gözəllik 

davası  eləyən  balasının  nəzərində  necə  gözəl,  necə 

qəşəng imiş. 

Qadın  əlini  yelləyib:  -Yaxşı,  qadan  alım,  mənə 

dəyən  göz  partlasın,  bala,  mənim  nəyimə  göz  dəyə-

cək? 



 

 

77 



Sərvanə gülümsünüb: 

-

Elə  demə,  ay  gözəl  anam,  sən  lap  məleykəsən. 



Qorxuram sənə göz dəyər, qurban olum sənə, ay ana. 

Onlar deyə-gülə qonaqlığa getdilər. Hələ Sərvanə-

nin 

nəzərində  anasından  gözəl  başqa  kimsə  yox  idi. 



Çox vaxt ana-

bala geyinir, bəzənir, cüt gəzirdilər. 

Bir  dəfə  yolda  tanışlardan  biriylə  rastlaşdılar. 

Görüşüb öpüşəndən sonra qadın dedi: 

     -

Ay  Səfurə,  xanım,  qızındı,  qaşı,  gözü  qəşəngdi, 



bir az sənə oxşayır, Allah saxlasın. 

Üzdə  bildirməsə  də  ürəyində  sevincindən  qəşş 

eyləyən  Sərvanə  az  qaldı,  qadını  yenidən  öpsün.  İlk 

dəfə  idi  Sərvanəni    anasına  oxşadırdılar.  Qızın  ürəyi 

sevinclə  döyündü.  Qadınla  anasının  nədən  söhbət 

etdik


lərinə qulaq asmadı, fikri, xəyalı anasına oxşayır, 

sözündə  idi,  bunu  dönə-dönə  eşitmək  istəyirdi.  Ona 

elə  gəlirdi  ki,  yəqin  gözəlləşir,  yoxsa  tanışları  onu 

anasına  oxşatmazdı,  Axı,  o,  anasını  hamıdan  gözəl 

hesab  eləyirdi.  Sərvanə  böyüsə  də  “anasına  oxşayır” 

sözündən həmişə fərəhlənirdi. 

 

 

 



 

 

 



 

 

 




 

 

78 



                 

Məni də aranızda gizlədin 

 

 

Şaqqataraq  nartaxta  oynayan  Sərvanla  Sərvanənin 

səs-küyü evi bürümüşdü. 

Mətbəxdə  biş-düşlə  məşğul  olan  Səfurə  xanım 

arada b

ir  əlindəki  işini  yarımçıq  qoyub,  uşaqlarına 



təpinirdi: 

-

Çığır-bağırınız  evi  uçurur,  ay  uşaqlar,  asta 



oynayın. 

Sərvanə  həmişə  zər  atanda  istədiyi  gəlməyəndə  

min cür cığallıq salır, Sərvanı mütləq yenirdi. Qardaşı 

bacısına  dəfələrlə  güzəştə  gedirdisə  yenə  qız  çığırır, 

dediyindən  dönmürdü.  Sərvanə  uduzmaq  istəmirdi, 

Sərvan isə ona məğlub olmurdu. 

Səfurə  xanım  ikinci  dəfə  təpindi.  Bu  qadın 

sözünün  divara,  çılçırağa,  şkafa,  stola  nəyəsə  dəyib 

qayıtmağına  adət  etməyibdir.  Onun  sözü  həmişə 

sahibinə  çatıb.  Nəticəsiz  qalmayıbdır.  Bu  gün  oyuna 

başları  qarışan  uşaqlar  analarının  sözünə  o  qədər  də 

əhəmiyyət vermirdilər. 

-

Sözü mən kimə deyirəm? Durun, tez keçin yataq 



otağına.  Mən  icazə  verməyincə  yerinizdən  tərpən-

məyin. Oldu Sərvan, eşitdin Sərvanə-dedi. Elə mehr-

məhəbbətlə elə ciddi, elə tərzdə dedi ki, uşaqlar cəld 

yataq otağına keçib  kirişdilər. 

Ana  hazırlaşıb  harasa  getdi.  Bayaqdan  bir-biriləri 

ilə  dalaşan,  dilləşən  oğlu  ilə  qızı  fağırlaşıb,  quzuya 

döndülər. Sərvanə qardaşına pıçıldadı: 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə