Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

 

 

53 



sakitləşdirdi. Hələ canı ağrılardan azad olmamış gəlin 

ha  fikirləşdi,  onun  hansı  baldızı  xəstəxanada  olub, 

yadına sala bilmədi, dedi: 

-

Lətifə  xanım,  mənim  baldızım  burada  olmayıb, 



siz kimi deyirsiniz? Həkim Lətifə təəccübləndi: 

-

Yoldaşınla  içəri  keçmişdi.  Bir  gözəl,  qəşəng, 



sarıyanız  gəlin  idi.  Saçları  arxasına  tökülmüşdü,  ala 

gözləri  var  idi.  Gültəkin  bütün  ağrılarını  unutdu. 

Fərəhlə həkimə bildirdi: 

-

O  mənim  qaynanamdı,  Lətifə  xanım,  baldızım 



deyil. Həkim heyrətləndi: 

-

Belə  də  cavan  qaynana  olar?  Mən  heç 



inanmazdım. 

Həmişə qaynanası ilə fəxr eyləyən, onu özünün ən 

əzizi,  doğması  sayan  Gültəkin  burda  da  Səfurə 

xanımdan ürək dolusu danışdı. 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

54 



      

Sədnik müəllim tələsir 

 

Dar  hövsələ  Sədnik  müəllim  tələsik  içəri  girdi. 

Gəlin-  qaynana  mətbəxdə  uşaqlara  yemək  verirdilər. 

Kişi oturmamış dedi: 

-

Ayka,  tələsirəm,  bircə  dəqiqə  vaxtım  yoxdu.  Tez 



mənə çörək ver, gedirəm. 

Qadın ərini sakitləşdirdi: 

-

Bir  ayağını  soyun,  əyləş.  İndi  xörəyi  çəkirəm. 



Sədnik lap ciddiləşdi: 

-Yox-


yox,  qətiyyən  vaxtım  yoxdu,  getməliyəm,  elə 

ayaq üstü yeyib çıxıram. 

Gültəkin qaynatasının hövsələsini yatırtmaq istədi: 

-

Sədnik müəllim, uşaqlar yeyib  qurtarır, bu dəqiqə 



də  sən  arxayın  oturub  yeyərsən.  Qaynata  onun  da 

sözünü eşitmədi: 

-

Əşi, bir tikə nə verirsən ver, ayaüstü yeyib çıxıram, 



yoxsa heç yeməyəcəm. 

Səfurə  xanım  ərinin  xasiyyətini  bildiyindən  tez 

xörək  çəkdi.  Kişi  yeməyə  yenicə  əlini  uzadırdı  ki, 

nəvələrdən biri içəri girdi: 

-

Ay nənə, qapıda arvadlar var səni çağırırlar, elçiyə 



oxşayır dedi. Gültəkin qaynanasından cəld tərpəndi: 

-

Siz  gözləyin,  mən  onları  yuxarı  evə  aparım.  Gəlin 



çıxdı. Gələnləri şirin dillə, gülərüzlə qarşıladı. Mətbəxə 

keçdi. 


Qayınata,  qaynana  sual  dolu  nəzərlərini  gəlinin 

üzünə dikdilər. Gəlin qaynanasına baxdı: 

-

Bacı,  sən  qonaqların  yanına  çıx,  mən  buraları 



rahatlayaram. Sədnik müəllim soruşdu: 


 

 

55 



-

Gələnlər kimdi, a bala? Gəlin işindən ayrılmadı. 

-

Tanımadım Sədnik müəllim. O, işinin dalınca oldu. 



Sədnik  müəllim  ayaqqabılarını  soyundu.  Rahatca 

divanda  əyləşib  aşağı-yuxarı  şütüyən  qonaqlara  çay, 

mürəbbə  daşıyan  gəlininin    ona  nə  vaxt  əsaslı  söz 

deməsini  gözlədi.  Gizlincə  qayınatasının    hərəkətlərini 

izləyən  gəlin  gördü  ki,  bayaqdan  tələsən.  Ayaqüstə 

çörəyini  yeyən,  indi  arxayın-arxayın  oturub  söz 

gözləyir. Gəlin öz-özünə gülümsünüb fikirləşdi: 

-

Mən də sənə gələnlərin kim olduğunu deməyəcəm. 



Görüm bayaqdan niyə tələsirdin. 

Gələnlər  getdilər.  Onlar  Sərvanəyə  elçi  düş-

müşdülər. Səfurə xanım tanıyıb bildiyindən cavablarını 

qısaca  vermiş  yola  salmışdı.  Gəlin  qaynanasına  xəbər 

verdi: 

-

Bacı,  ərindən  xəbərin  var?  Bayaqdan  tələsən  kişin 



divanda  əyləşib  məndən  söz  gözləyir.  Sən  Allah,  bu 

qadınların  nəyə  gəldiyini  hələlik  ona  bildirmə. 

Gültəkinin sözünə qaynanası bərkdən güldü, and içdi: 

-

Demərəm  a  .....  Sərvanın  canı  demərəm.  Bəs 



bayaqdan tələsən, ayaqüstü çörək yeyən doğrudan niyə 

yolundan qaldı? 

Gəlin: 



Get, özündən soruş, dedi. 



Aşağıda  hövsələsi  daralan  Sədnik  müəllim  yuxarı 

çıxdı: 


-Ayka, 

qonaqlar kim idi, nəyə gəlmişdilər? 

Qadın ciddiləşdi: 



 

 

56 



-

Heç elə-belə. Mənimlə işləri varıydı. Sənə aid deyil, 

a qoca, bayaqdan tələsirdin, bu qədər ləngidin. Gəlinin 

xısın-xısın  gülməyindən  qayınata  başa  düşdü  ki,  şətəl 

ondan keçib: 

-

Ayka,  canım,  gözüm,  axı  məni  başa  salmadın 



bunlar nəyə gəlmişdi? Səfurə xanım özünü işlə məşğul 

kimi göstərir, gülməyini güclə saxlayırdı. 

-

A  kişi  dur  işinin  dalınca  get.  Arvadların  işinə 



qarışma. Sədnikmüəllim əl çəkmədi. 

-

İşim-zadım  yoxdu,  sən  Allah,  de  bilim,  o  qadınlar 



nəyə  gəlmişdi. Gəlin bayıra çıxdı qayınatasının sözləri 

qulaqlarına çatdı. 

-

Qadan  alım  Ayka  bu  gəlin  evimizi  dağıdacaq  sən 



ona qoşulma. Bilirəm o səni  öyrədib mənə deməyəsən. 

Sən mənim ağıllı gözəlimsən. De, çıxım işimin dalınca 

gedim. 

Qadın  ərini,  daha  çox  həvəsləndiyini  görür, 



şakqanaq çəkib gülür. Sözünün üstündə bərk dayanır. 

-

Sən ki, tələsirdin yeməyə vaxtın  yoxuydu. Niyə bu 



qədər ləngidin? Gedərdin. Qayıdanda hər şeyi bilərdin 

də. 


Kişi  gəlinəhirslənir,  bütün  bu  işlərin  başında  onun 

olduğunu deyirdi. 

Gəlin,  qaynana  ilə  birləşib  ona  sirr  verməyəcəyinə 

arxayın  olan,  qonaqların  hansı  məqsədlə  gəldiyinə 

marağı birə-beş artan Sədnik müəllim gedir. 

Bir  həftə  evdən  heç  nə  öyrənə  bilmir.  Sonra  başqa 

adamlardan  eşidir  ki,  flankəslər  kiçik  qızına  elçi 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə