Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

 

 

37 



                             

İki  ördək 

 

Evləndikləri  gündən  Sədnik  müəllimlə  Səfurə 

xanım biri-birilərinə dedikləri sözün, verdikləri vərdin 

oyanı-bu  yanı  olmazdı.  Hər  birinin  istəyi,  arzusu  o 

birinə  yazılmamış  qanun  idi.  İnam,  güvənc,  etibar, 

sədaqət,  dözüm  və  qarşılıqlı  sevgi  bu  ailənin 

təməlindən yaranmışdı. 

Ona  görə  də,  bütün  çətinlikləri,  xoşbəxtlikləri 

birgə  yaşayıb  birgə  keçirdilər.Səfurə  xanımın  kiçicik 

bir  istəyinin  dalınca  keçilməz  sədləri  aşmaq 

iqtidarında olan Sədnik müəllim duydu ki, qadını təzə 

balıq istəyir. Qış olmasına baxmayaraq Gəncədə balıq 

tapılmadı. 

Sədnik  müəllim  oğlu  Səyyafa  tapşırıq  verdi  ki, 

maşını  çıxart,  gedirik.  Kiçik  oğlu  Sərvan  da  onlara 

qoşuldu. Qadın nə qədər dil tökdüsə, vallah, elə belə 

istədim,  balıq  zad  lazım  deyil.  Getməyin.  Nə  vaxt 

olar,  onda da alarsan, Sədnik müəllimin ürəyi durar-

dımı  ki,  sevgili  xanımının  arzusu  ürəyində  qalsın. 

Əsla! 


Onlar yola düşdülər, Səyyaf maşın sürürdü. Atası 

qabaqda  onun  yanında,  Sərvanda  arxa  oturacaqda 

rahatlanmışdılar.  Tərslikdən  Yevlağa  çatdılar,  balıq 

tapmadılar. Soyuq, şaxtalı hava hökm sürürdü. 

 

Zaqatalanı  yolunda  Xanabad  qəsəbəsində  tanış 



balıqçılar yaşayırdı. Maşın ora çatıb dayandı. 

Sədnik  müəllim  xanımının  ürəyi  istədiyi  balıq-

lardan  alıb  yola  düzələn  məqamda  gözünə  bir  ala-

b

urun    ördək  sataşdı  ördəyi  9-10  yaşlarında  oğlan 




 

 

38 



satırdı,  ördəyin    çox  qəribə  və  qeyri-adi  gözləri  par-

par parıldayır, sanki, ətrafa işıq saçırdı. 

Professor  əlini  cibinə  salıb  bir  xışma  pul  çıxarıb 

uşağa  uzatdı:-Ördəyi  mənə  ver,  dedi.  Uşaq  pulların 

içindən  ördəyinin  qiyməti  qədərini  götürmək  istə-

yəndə,  Sədnik  müəllim  əlindəkilərin  hamısını  ona 

verib, halal-

xoşun  olsun,  elədi.  Uşaq  sevinib 

götürüldü. 

Atası  ördəyi  karton  qutuya  yerləşdirib  Sərvanın 

börünə  qoydu  ki,  onun  başı  qarışsın,  yolda  darıx-

masın. Yolçular deyə-gülə uzaq yolu yaxın eləyib evə 

çatdılar. 

Ördəyi  hinə  salıb  qapısını  bağladılar  ki,  uçub-

qaçmasın. 

Hər  bir  xörəyi  özünəməxsus  ləzzətlə  bişirib 

süfrəyə  gətirən  Səfurə  xanımın  balıq  qızartması 

ailənin sevincinə sevinc qatdı. 

Səhər  ördəyədən  və  su  verib  yeniden  hinə  salıb 

qapısını bağladılar. 

Qar  yağıb  bağ-bağçanı  ağartmışdı.  Sədnik 

müəllim  hər  səhər  olduğu  kimi  bu  gündə  saat  6

00

  da 


yuxudan  oyanıb  təmiz  havaya  çıxmışdı.  Hinin  qapısı 

ağzında srağagün alıb gətirdiyi ördəyin ölü kimi qarın 

üstünə  sərələndiyini  görüb  cəld  onu  götürdü.  Ördək 

ölməmişdi. O, hinin qapısına baxdı. Qapı bağlı idi, tez 

Səfurə  xanımı  səslədi.  Qadın  yuxulu-yuxulu  bayıra 

boylanıb ördəyi kişinin əlində tutduğunu anlayıb cəld 

xalatını çiyninə saldı. Həyətə düşdü. Maraqla soruşdu: 



 

 

39 



-

Nə olub, qoca (o ərini bəzən də belə əzizləyirdi). 

Ördəyi niyə əlində tutmusan? 

Kişi  işarə  ilə  hinin  qapısını  göstərib-Ayka, dedi, 

hinin  arxası  açıq  qalan  yeri  var.  Bir  bax,  yazığ 

quşcuğaz çıxıb qarın üstündə az qala soyuqdan donub 

öləcəkdi. Yaxşı ki, tez bilib götürdüm. 

Səfurə  xanım  hinin  böyür-başını  tamamilə  bağlı 

olduğunu yoxlayıb qapısını açdı. Hindəki ördək təkcə 

bayıra cıxdı. İki ördək-eyni rəngdə, eyni boyda idi. İki 

quşcığaz  yanaşı  durub  başlarını,  dimdiklərini  bir-

birinə  sürtür,  ər-arvadı  heyrətdə  qoydular.  Onların 

nitqi  kəsilmişdi.  Burda  onların  həyətində  Tanrının 

möcüzəsi  baş  vermişdi.  Hindəki  ördəyi  uzaq  sərhəd 

rayonundan  alıb  gətirmişdilər.  Bəs  bu  biri  ördək  bu 

ünvanı necə tapmışdı. Bu qarda, çovğun da bura necə 

gəlib çıxmışdı. Onu bu həyətə kim salmışdı? Cavabsız 

suallar  kişiylə  qadının  beynini  yorub  onları  dərin 

düşüncələrə qərq edirdi. 

Handan-


hana Səfurə dilləndi: 

Onları gətirən məhəbbətdir-dedi. 



Nə  səhər,  nə  o  biri  gün  ördəyin  bura  necə 

gəldiyini heç kim, heç nə öyrənə bilmədi. 

S

ədnik  müəllim  fikirləşdi  ki,  bu  ördəkləri 



kənddəki qohumlarıgilə aparsın. Sonra onları ekspertə 

göndərər. Ördək uzaq məsafəni necə uçub gələr? Lap 

uçmağı  bacarsalar  da  bəs  onun  ünvanı  hansı  instiqlə 

tapabilər?  Bu  çox  maraqlı,  çox  da  sirli  hadisəni 

öyrənmək doğrudan pis olmazdı. 



 

 

40 



Ördəklər  kənddə  qalırdı.  Bir  gün  ev  yiyesigilə 

hörmətli  qonaqlar  gəlibmiş.  Onlar  ördək  yemək 

istəyiblər. Ev yiyesi belə düşünübmüş ki, ördəkdi də, 

bunları  kəsim  qonaqlar  yesin,  başqasını  alıb  yerinə 

qoyaram. Belə də edib. 

Sədnik  müəllim  alimlərlə  danışıb,  məsləhətləşib 

onları  ekspert  etmək  üçün  laboratoriyaya  gətirmək 

qərarına gəlir. 

Ördəklərin  yerində  başqalarını  görəndə  gözlərinə 

inanmır. Soruşur ki, öz ördəklərim hanı? 

Ev  yiyəsi  hadisəni  danışır.  Ördəkləri  kəsib 

qonaqlara yedirtdi

yini deyəndə, Sədnik müəllim necə 

mütəssir  olursa  bir  kəlmə  də  dillənə  bilmir.  Kor-

peşiman  geri  qayıdanda  öz-özünə  danışırmış  kimi 

söylənir: 

 

Ay  namərdlər,  bu  cür  ağıllı  ördəkləri  də  kəsib 



yeyərdilərmi?  

         



       

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə