Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

87 



Həkim, çox xahiş edirəm, mənim qanımı anama 

vurun.  Həkimin  xəstəyə  qan  vurmaq  çəkimi    fikri 

olmasa da Sərvanın ciddi təkidindən keçə bilmədi. 

Sərvan  eşitmişdi,  qan  təzyiqi  yüksək  olanda 

xəstənin  burnunun  qanaması  yaxşıdı.  O  istəyirdi  ki, 

anasının  burnu  qanasın,  ona  nə  qədər  qan  lazımdı 

verər. Lakin onun burnunun  qanı kəsmişdi. Bu yaxşı 

deyildi.  Anasının  burnunu  qanatmaq  üçün    nə 

edəcəyini bilmirdi. Əli gəlmirdi ki, onu vurub qanat-

sın. Bir də qorxurdu anası görər, elə bilər onu qəsdlə 

vurur.  Bunu  özünə  bağışlamazdı,  ölərdi.  Təkcə  onun 

q

an damarından çəkib anasına vurdular.  



Axşam  anası  ayıldı.  Sərvanın  gözləri  qıp-qırmızı 

idi. Səfurə xanım güman elədi ki, oğlu spirtli içki içib. 

Yavaşca dedi: 

İçmə, qurban olum, içmə, içki bir şey deyil. 

Oğlu  başını  aşağı  saldı  ki,  ağladığını  anası 

görməsin, dedi: 

-

İçmərəm, ana, daha heç vaxt içmərəm. 



Anası gözlərini yenidən yumdu. 

Onu xəstəxanaya aparmışdılar. Vəziyyəti get-gedə 

ağırlaşırdı.  Sərvan  Bakıya  həkim  gətirməyə  gedirdi. 

Yolda əvvəl bir qoyun qurban dedi. Az  keçmədi anası 

üçün bir qurbanlıq qoyun kiçik gəldi ona. Ürəyindən 

keçirdi, təki anam sağalsın, bütün qiymətli əşyalarını 

yetim-

yesirə  paylayaram.  Ürəyi  bununla  da  sakit-



ləşmədi.  Elə  bilirdi  ki,  qurbanları  daha  qiymətli  olsa 

anasına gələn qada-bala azalar, həmin əşyalara gələr. 




 

 

88 



Axı  onun  anası  qiymətsizdi,  əvəzsizdi.  O,  ailənin 

icazəsi olmadan evlərini də qurban dedi. Düşündü: 

-

Hamımız  çadırda  yatarıq,  incimərik.  Bircə  anam 



sağalsın.   

Bununla  da  ürəyi  aram  olmadı.  Qurban  deməyə 

başqa bir şey tapmayanda özünü yadına saldı, üzünü 

Allaha tutdu, ya

lvardı: 

-

Allah məni anama qurban elə, özümü ona qurban 



deyirəm. O, sağalsın, mən ölüm. 

Bu  fikirlə  Bakıya  çatdı.  Həkimlə  geri  Gəncəyə 

qayıdanda qurbanları qəbul olunmamışdı. Anası işıqlı 

dünyaya  həmişəlik  göz  yummuşdu.  Bu  Sərvanın 

həyatında  falçı  qadının  dediyi kimi,  “Qiymətsiz  itki” 

idi. 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

89 



          

Biz hörmətimizi eləyirik  

 

Ələsgər  Əlioğlu  ilə  mən,  yəni    kitabın  müəllifi  bir 

gün getmişdik Sədnik müəllimgilə. Sədnik müəllim çay 

hazırladı.  Mən  ortalığa  iki  stəkan-nəlbəki  qoydum. 

Sədnik müəllim  təəccübləndi: 

-

Bəs öünüzə niyə stəkan gətirmədiniz? Mən:  



-

Çay içmirəm-dedim. 

-

Ələsgər  Əlioğlu  və  Sədnik  müəllim  təkid  elədilər 



ki, stəkan-nəlbəki gətirim. Yenə etiraz elədim: 

-

Siz  narahat  olmayın,  mən  heç  ömrümdə  çay 



içməmişəm  və  heç  içən  də  deyiləm.  Ona  görə  nəyə 

lazımdır, boş-boşuna  stəkan-nəlbəki. 

Sədnik    müəllim  çox  ciddi  təkidlə  stəkan-nəlbəkini 

gətizdirdi və dedi: 

-

Siz  stəkan-nəlbəkini  gətirin,  qoy  görsünlər  ki,  biz 



hörmətimizi  eləyirik.Mənə  də  çay  süzüldü.  Sədnik 

müəllimin bu sözü xoşuma gəlsə də, çay soyudu. 

 

  

          

Bizi qırırlar 

 

1990-


ci  ilin  20  yanvar  günü  bütün  Azərbaycan 

xalqının  ürəyində  çox  dərin  sağalmayan  dərd,  kədər 

şırımı açdı. Rusların və ermənilərin tanklarla, toplarla 

əliyalın, dinc xalqımızın üzərinə vəhşicəsinə hücumu 

yüzlərlə insanların fəlakətinə, bədbəxtliyinə bais oldu. 



 

 

90 



Ölüm  haqdı,  yaranan  öləcək,  daha  belə  yox.  Bu 

ölüm, bu can zülmüydü, i

şgəncə  idi,  təhqiriydi 

bizimçün. 

Gəncə  Pedogoji  İnstitutunun  müəllimi  Nəzmiyyə 

xanımın da kədəri aşıb-daşırdı. Dərdini bölüşdürməyə 

adam a

xtarırdı. İş yoldaşı, professor Sədnik Paşayevə 



üzünü tutdu, imdad diləyirmiş kimi sual verdi: 

-

Niyə  belə  oldu,  Sədnik  müəllim,  bu  işlərin  axırı 



necə  olacaq?  Həmişə  ağır  kədəri  belə  özünəməxsus 

yumorla  yüngülləşdirməyə  çalışan,  çox    ölümlərə, 

itimlərə  adi,  təbii  baxan,  fələyin    işi  hesab  eliyən 

görkəmli  folklorçu  alim  cibindən  dəsmal  çıxarıb 

hönkürdü: 

-

Bizi  qırırlar  ay  qızım,  bizim  kökümüzü  kəsmək 



istəyirlər.  Xalqın  müsibətinə,  faciəsinə  professorun 

belə  ağlamasını  təsəvvürə  gətirməyən  Nəzmiyyə 

Axundovanın  əli  yerdən-göydən  üzüldü.  Dərdli 

ürəyinin  dərdi  daha  da  artdı.  Göz  yaşları  yanaqlarını 

yandırdı, Sədnik müəllimin beləcə uşaq kimi ağlaması 

onu varından yox elədi. 



                                            

20 may, 1996-

cı il.  

 

                         

 

 

 

 

 


 

 

91 



                         

Anamın  xəyalı 

 

Metro  qatarında  gedirdi  Sədnik  müəllim.  Fikri, 

xəyalı  özündən  çox-çox  uzaqda  olan  Səfurə  xanımlı 

günlərinə  qayıtdı.  Yan-yörəsində,  başının  üstündə 

dayanan  müxtəlif  görkəmli,  müxtəlif  yaşlı  insanların 

ona  dəxli  yox  idi.  Adamların  iki-bir, üç-bir    nə 

danışdıqlarını da eşitmirdi.  

Qəfildən onunla üzbəüz əyləşən qadına nəzər saldı, 

bir  anlğa  dünya-aləm  gözündə  qaraldı,  zənn  elədi 

yuxu görür. Üzünü-

gözünü  dönə-dönə  oxaladı,  dil-

dodağını ağrıyanadək dişlədi. 

Bir    neçə  ay  əvvəl  sanki  ürəyini  çıxarıb    torpağa 

tapşırmış  sevimli  Səfurəsindən  fələyin  əliylə 

ayrılmışdı. Gördüyü isə yuxu deyildi. Onun qarşısında 

əyləşən,  ala  gözləri  yol  çəkən,  Sədnik  müəllimi 

varlığından  yox  eyləyən,  ayrılıq  həsrətinə  cəhənnəm 

əzabına  dözürmüş  kimi dözdürən  Səfurə  xanım  idi. 

Kişi  çaşmış  özünü  itirmişdi.  Məlul-məlul  dərindən 

baxır, nəfəs almağa belə qorxurdu ki, qadın gözünün 

qabağından itər. 

Düşməyinə  yarım  dayanacaq  qalmışdı,  qadın 

yerindən  tərpənmədi.  Sədnik  müəllim  də  sanki 

oturacağa yapışmışdı. İndi elə bir qüvvə tapılmazdı ki, 

onu o

rdan  aralasın.  Bir  neçə  dayanacaq  da  beləcə 



getdilər. Qadın hazırlaşıb düşdü. Qeyri-ixtiyari Sədnik 

müəllim də onun arxasınca düşdü. Bu anlarda irəlidə 

gedən  qadını  itirəcəyindən  qorxurdu.  O,  sanki 

həyatını,  ömrünü,  gününü  Səfurə  xanımla  itirmişdi. 




 

 

92 



Bəs  orada    gördüyü  qadın  kimiydi?  Beynində  bir-

birindən ağır suallar dolaşdı: 

-

Bəlkə  könlünə  dəymişəm,  küsüb  başqa  yerə 



gedib, indi qarşıma çıxdı? 

-

Bəlkə onun ruhudu, mənə söz deməyə gəlib? 



-

Bəlkə məni də yanına çağırır? 

-

Bəs  niyə  dillənmir,  niyə  məni  dindirmir?  Of, 



aman Allah 

deyəsən dəli oluram axı? 

Sədnik  müəllim  qadnı  danışdırmaq,  ona  söz 

demək,  onun  hansı  soydan,  hansı  kökdən  olduğunu 

bilmək  marağını  boğammırdı.  Lakin  hansısa  qüvvə 

onun  nitqini,  bütün  cəsarətini  əlindən  almışdı.  Bircə 

kəlmə danışmağa iqtidarı yoxuydu.  Eləcə qarabaqara 

qadının arxasınca qeyri-ixtiyari irəliləyirdi. 

Xəyaldımı,  ruhdumu,  Səfurə  xanımdımı  daha 

burasını Sədnik müəllim araşdıra bilmirdi. Təkcə onu 

bilirdi ki, qadının ardınca dünyanın o başınadək gedə 

bilər.  Səfurə  xanımın  da  ardınca  gedərdi,  onun 

xanımı  onunla  axıradək  getməyib  yolunu  yarımçıq 

eləmişdi. Sədnik müəllim ölümün haqq olduğunu bilib 

təskinlik  tapırdı,  yəni  onun  da  ölümü  gələcək,  o 

qadınına qovuşacaqdı. Bu qadın isə Sədnik müəllimin 

ağlını  başından  eləmişdi.  Bu  qadın  Səfurə  xanımın 

özü idi, başqası ola bilməzdi. 

Belə  fikirlərə  məşğul  ikən  qadın  yoxa  çıxdı? 

Sədnik  müəllim  burasını  görmədi,  onu  gördü  ki 

kimsəsiz  küçə  ilə  gedir.  Hara  gedir,  niyə  gedir- 

soruşsalar  uşaqtək  gözünü  döyər,  deməyə  söz 

tapmazdı. 



 

 

93 



Gəldiyi  yolun  əksinə,  yenidən  metro  qatarıına 

mindi.  Öz  dayanacağında  düşdü.  Böyük  qızı  Bakıda 

yaşayırdı. Onun evinə çox pərişan qayıtdı. Qızı təşvişə 

düşdü.  Atasının  halı  onu  qorxutdu.  Lakin  o,  heç  nə 

öyrənə bilmədi. Atasının ona deyəsi sözü yox idi. 

           

 

 



    

          

Hərənin öz qisməti var 

 

Sədnik  müəllim  ömrünün  ahıl  çağında  Gəncə 

Pedoqoji U

niversitetinin  həyətində  bir  iş  otağı 

kirayələmişdi. İşçilərə əmək haqqını günəmuzd verir-

di. Onların günorta yeməyi üçün ya pulunu ödəyir, ya 

yemək  sifariş  edir,  ya  da  gedib  kafedə,  restoranda 

yeyir


dilər.  İş  müddətində  sular  və  şirələr  əskik  ol-

murdu. Mer-

meyvə də həmçinin. 

Bir dəfə işçilərdən biri işə gəlməmişdi. İşdə olan 

qız dedi: 

-

Sədnik  müəllim,  filankəs  işə  gəlməyib,  bəlkə 



günor

tadan sonra gələcək. O biri işçi də sözə qarışdı:-

Yox, daha 

gecdi, yəqin gəlməz. Sonra sözünün dalını 

gətirdi: 

-

Bəlkə də işin axırında gələcək, işləməyib müftəcə 



pulunu  alıb  gedəcək.  Professor  işçilərini  səbr  və 

hövsələ ilə dinləyib onlara belə cavab verdi: 

-

Siz  narahat  olmayın,  a  bala,  lap  işin  axırında 



gəlmiş  olsa  belə  onu  boş  qaytarmaram,  pulunu  verib 

yola  salacağam,  təki  işə  gəlsin.  Hərənin  öz  qisməti 

var. Ona verəcəyim pulun sizə dəxli yoxdu. 



 

 

94 



                 

Müəllif  haqqında 

 

Aləmzər  Əlizadə

  1950-

ci  ildə  Gəncə  şəhərində 

anadan olub. 1974-

cü  ildə  Azərbaycan  Kənd 

Təsərrüfatı  İnstitutunu  bitirib.  İlk  yazısı  1967-ci  ildə 

“Pioner”  qəzetində  dərc  olunub.  Aşağıdakı  kitabların 

müəllifidir: 

 

1. “

Sarı eynək”. 1973-cü il. Bakı 

2. “

Küsən güllər”.1978-ci il.Bakı 



3. “

Şəfəqin sırğaları”. 1983-cü il. Bakı 



4. “

Ətirli kəpənək”.1986-cı il.Bakı 



5. “

Ülviyyənin kitabı”. 1989-cu il. Bakı 



6. “

Göyün işığı”.1993-cü il. Bakı 



7. “

Adımdan danışıram”. 1994-cü il. Bakı 



8. “

Gözdən çıxan qara tikan”. 1997-ci il. Bakı 



9. “

Pyeslər”. 1998-cı il. Bakı 



10.“

Fələk və mən”. 2008-ci il. Gəncə.  



11.“

Son çiçək”. 2010-cu il 



Əsərləri  almanaxlarda,  toplularda,  dərsliklərdə 

çap olunub. Aşağıdakıları göstərmək olar: 

1

. “

Göyərçinin hədiyyəsi”.1978-ci il. Bakı 



2. “

Mənim bağım, baharım”. 1980-ci il. Bakı 



3. “

Alleqoriya və təmsillər”. 1988-ci il. Bakı 



4. “Aprelskiy dojd”. 1986-

cı il. Moskva 



5. “

Nad vışki morom”.1987-ci il. Minsk 



6. “

Dost, əlini uzat”.1988-ci il. Özbəkistan 



7. “Rodnik bratstva”.1980-ci il. Ukrayna 

8. “

Odlar yurdu Azərbaycan”. 1990-cı il. Bakı 



9. “

Ulu Qoşqar”. 2000-ci il. Bakı 



10. “Ovqat”.2000-

ci il. Bakı 



11

. “

Uşaq ədəbiyyatı”.2002-ci il. Bakı. 




 

 

95 



Çap olunduğu jurnalların bəzilərinin adları: 

“Göyərçin”,  “Azərbaycan  qadını”,  “Pioner”, 

“Azərbaycan”, “Herbo və Flora”, “Ulduz”, “Literaturnıy 

Azərbaycan”,  “Yol”  (İran),  “Murzilka”  və  “Kolobok” 

(Moskva) 

Çap olunduğu qəzetlərin bəzilərinin adları: 

“Ədəbiyyat”,  “Azərbaycan  gəncləri”,  “Sovet  kəndi”, 

“Azərbaycan  müəllimi”,  “Azərbaycan  pione-ri”,  “Gəncənin 

səsi”, “Sovet Gürcüstanı” (Gürcüs-tan), “Can kaya” (Türkiyə), 

“Qoca Təpə”, Türkiyə”, “Yol” (İran). 

1993-

cü  il  Moskvada  çıxan  təqvimdə  şeirləri  dərc 

olunub. 1986-

cı  ildən  Azərbaycan  Yazıçılar  Birliyinin 

üzvüdür. 

1987-

ci ildə “İlin ən yaxşı uşaq kitabı” müsabiqəsində 

mükafata  layiq  görülüb,  kitabı  növbədənkənar  buraxılıb. 

Hazırda  Azərbayca  Yazıçılar  Birliyinin  Gəncəbasar 

bölməsində məsləhətci işləyir. 

Gəncə  Dövlət  Kukla  teatrında  aşağıdakı  pyesləri 

tamaşaya qoyulub: 

1



Günah torbası” 1989-cu il. 

2. “

Nəğmə qapısı” 1991-ci il. 

3. “

Şeytanın dostu” 2003-cü il. 

4. “

Toya gecikən tülkü”. 2011-ci il. 

5. Ayının oyanması 

“Günah torbası” və “Nəğmə qapısı” pyesləri mərkəzi 

televiziya ilə nümayiş etdirilib, birinci tamaşa televiziyanın 

“Qızıl fondu”nda saxlanılır. 

2009-

cu  ildə  Azərbaycan  Tele  film  Yaradıcılıq  birliyi 

Aləmzər  Əlizadənin  həyat  və  yaradıcılığından  bəhs  edən 

“Yaxşı  bax  kitabıma”  adlı  sənədli  film  çəkib  və  nümayiş 

olunub. 

Yeni kitabları nəşrə hazırlanır. 


 

 

96 



                    

M Ü N D Ə R İ C A T 

 

Müəllifdən.......................................................................3 

Tanrının sevdiyi gözəl.............................................6 

Seli  çiyinlərdə keçənlər................................................10 

İştahı pozan uşaq...................................................19 

Oğurluq.........................................................................22 

Bu mənim oğlumdur...............................................23 

Şəffaf hörüklərin rəfiqələri............................................28 

Sındırılan oyuncaqlar.............................................31 

Düzəlməyən iş...............................................................36 

İki ördək..................................................................37 

Bir şüşə zəhər.................................................................41 

Bir büküm halva.....................................................45 

Yevlaxdan bura..............................................................47 

Makinaçı.................................................................50 

Baldız............................................................................51 

Sədnik müəllim tələsir.............................................54 

Mən bir ağac.................................................................58 

Daşla döyülən qapı..................................................60 

Ölü yerində qəhqəhə.....................................................63 

Beş dənə qoca..........................................................65 


 

 

97 



Calaq..............................................................................65 

Uzaqlardan gələn səs..............................................66 

Onun Sədnik kimi dədəsi yoxdur....................................68 

Çəngəldən asılan pullar..........................................70 

Mən gözəlləşirəm...........................................................74 

Məni də aranızda gizlədin.......................................78 

Ananın mühavizəçisi......................................................82 

Qiymətsiz itki...........................................................85 

Biz hör

mətimizi eləyirik.................................................89 

Bizi qırırlar.............................................................89 

Anamın xəyalı.................................................................91 

Hərənin öz qisməti var.............................................93 

Müəllif haqqında ..........................................................94 

 

 

 

 

 

 

 

 


 

 

98 



        

A L Ə M Z Ə R    Ə L İ Z A D Ə 

 

  

 

 

 

 

      

Ş Ə F F A F    H Ö R Ü K L Ə R İ N 

     

R Ə F İ Q Ə L Ə R İ 

 

 

 

 

 

 

Yığılmağa verilmişdir:   05.12.2012 

Çapa imzalanmışdır:      10.01.2013 

Qiyməti müqavilə yolu ilə 

Tiraj:100 

 



 

 

99 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə