Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

 

 

45 



Bir  büküm  halva 

 

İnanılmış  pirləri,  müqəddəs  ocaqları  Səfurə 

xanım  daim  ziyarət  eləyər,  nəzir-niyazlar  verərdi. 

Qurbanlar kəsdirərdi. Onun ürəyi Allaha, Tanrıya inam, 

bəndələrə sevgiylə dolu idi. 

Qonşu  gəlinin  uşağı  olmurdu.  Dərdi  böyükdü. 

Səfurə  xanım  ona  ürək-dirək  verir,  ana-bacı  kimi 

qayğısına qalır, min bir dillə ovutmağa çalışırdı. 

-

Narahat  olma,  ay  qızım,  vallah  o  qədər  uşağın 



olacaq ki, yığıb yığışdıra bilməyəcəksən. 

İnamla  deyilmiş  bu  sözlərə  gəlin  elə  aludə 

olurdu,  elə  bil  yan-yörəsinə  əl  uzatsa,  illərlə  gözlədiyi 

uşaqlarına çatardı. 

Halva  bişirib  qohum-qonşuya  payladırdı  Səfurə 

xanım.    Sədafət  yuxaya  bükülmüş  dolu  sinini  götürüb 

çıxmaq  istəyəndə  gəlinlə  qabaqlaşdı.  Səfurə  xanım 

sevinc


lə dedi: 

-

Halva götür, qızım, nəzirdi, ye. Ürəyimə damıb 



bu ay uşağın olacaq. 

Gəlin körpə qundağına həsrət əlini siniyə uzadıb 

bir büküm halva götürdü. 

-

Allah qəbul eləsin- dedi. 



Səfurə xanım gəlinin halvanı yeməyib saxladığını 

gördü. 


-A bala, bunu ye, ded

im,  evinizin  payını  qızım 

aparıb, o sənin qismətindi. Oğuldan, qızdan nəyin olsa 

nəzir  elə  ki,  sən  də  belə  halva  bişirib  paylayacaqsan. 

Böyük ümidlə lap nağıllardakı kimi halvanı yeyən gəlin 

utana-


utana dilləndi: 


 

 

46 



-

Niyə bişirmirəm Səfurə bacı, təki evimdən körpə 

səsi gəlsin, mən də beləcə qohum-qonşuya paylayaram. 

Nə  bilim,  sənin  dilin  də,  ayağın  da  yüngüldü,  bəlkə 

mənə də düşəcək. 

Səfurə xanım fərəhləndi: 

-

Bunu  ki  bilirsən  ay  gəlin,  deməli  Allah  qoysa, 



nəzirin  qəbul  olarsa  mənim  sözlərimi  yaddan 

çıxarmazsan. 

Səfurə xanım dünyasını dəyişmişdi. Sədafət atası 

evinə  gəlmişdi.  Həmin  qonşu  gəlin  onlara  gəlmişdi. 

Onlar  baş-başa  verib  xeyli  ağlaşdılar.  Gəlin  bir  balaca 

sarışın qız uşağını çağırdı. 

-

Gəl bura qızım, gəl xalanın yanına. 



Sədafət  uşağa  diqqətlə  baxdı.  Gəlin gözünün 

yaşını sel kimi axıtdı: 

-

Sədafət, bax gör bu uşaq kimə oxşayır? 



Sədafət uşağı öpdü. Baxıb-baxıb bir də öpdü. 

-

Bu ki, mənim gözəl anama oxşayır. 



 

Gəlinin də üzü güldü: 

-

Hə, Sədafət, elə bilirəm bu uşağın göydə Allah, 



yerdə də Səfurə bacı verib mənə, həmişə ona baxanda 

anan yadıma düşür. O, məndən getdi. Mənim dar, ağır 

günlərimdə dərdimə şərik olub, rəhmətlik. Dediyi kimi 

də o vaxt, o halvadan sonra bu qız dünyaya gəldi. Elə 

bil ananı ağzı fal imiş. 

Hər ikisi yenidən ağlaşdılar. Qız hıçqırırdı. Gəlin 

göz yaşlarını saxlaya bilmirdi. 

-

Sədafət,  anan  təkcə  sizin  ananız  deyildi.  O 



küçədə hamımızın anası idi. 


 

 

47 



                  Yevlaxdan  bura 

   

Səfurə xanımdan fərqli Sədnik müəllim uşaqları-

na məhəbbətini diliynən, öpüşləriylə, sığal-tumarıynan, 

onla


rın  hər  bir  arzusunun  mümkün  qədər  yerinə 

yetirilməsi ilə bildirirdi. Hara getsə, hansı şəhərə, hansı 

rayona  səyahətə  çıxsa,  ata  əli  boş  gəlmir,  uşaqlara, 

qadınına  pay-püş  alırdı.  O,  qapısından  içəri  girəndə 

uşaqları çağırırdı: 

-

Tez  olun,  soyunun,  təzə  paltarlarınızı  geyinin 



görün sizə necə yaraşır deyib, pal-paltarları töküşdürü, 

hərəni bir hədiyyə ilə sevindirirdi. Uşaqlar bunu o qədər 

adət  eləmişdilər,  hər  dəfə  ataları  uzaq  yerdən  gələndə 

soyunub əynindəkiləri tökürdülər. 

Səfurə xanım buna hirslənirdi: 

-

Ay  qoca,  bir  içəri  gəl  dincəl,  arxayın,  rahat 



olandan sonra, aç göstər görək, kimə nə almısan, kimə 

nə gətirmisən ki? 

Kişi zarafata salır, qılığa keçirdi: 

-

Baş  üstə  hökmdarım,  əmriniz  qəbul  olundu. 



Hələ  b  koftanı  gey  görüm,  sənə  necə  yaraşır.  Qadının 

hirsi soyuyur, gülməyi tuturdu: 

-

Ayrı qocasan, ha...... dedi. 



Təzə  koftanı  geyən  Səfurə  xanım  güzgünün 

qabağına keçdi. 

Sədnik müəllim dilləndi: 

-

Sən  lap  dünya  gözəlisən,  canım  mənim.  Səfurə 



xanım nazlandı:-Yalnız sənə görə! 


 

 

48 



Sədnik müəllim xaricdən gəlmişdi. Evdə hamıya 

pay  almışdı.  Səfurə  xanım  yox  idi.  Çamadanlar  açıldı, 

paylar paylanıldı. Sevinənlər sevindi. Bir azdan anaları 

gəldi,  yoldaşının  gəlişinə  sevindi,  öpüşdülər,  görüş-

dülər,  hal-əhval  tutdular.  Bir-birlərindən  illər  ayrısı 

kimi  xəbərdar    oldular.  Sədnik  müəllim  qadını  üçün 

ayırdığı çamadanı göstərdi: 

-

Bunlar sənindi, özün necə istəyirsən, elə elə. 



Səfurə  xanım  bərkdən  qəh-qəh  çəkdi,  uğundu. 

Hamı ona baxıb gülür, ancaq nəyə güldüklərini aydın-

laşdıra  bilmirdilər.  Beləcə  xoş  gülüşdən  sonra  anaları 

dedi: 


-

Ay Sədnik, doğrusu mən sənin hövsələnə heyran 

qalmışam. Ə, bu qədər hövsələni hardan almısan belə? 

Səbr yiyəsisən, vallah. Sədnik müəllim başa düşmədi. 

-

Ay  uşaqlar,  ananızda  iş  var,  görək  nəyi  necə 



deyəcək. 

Qadın yenidən gözü yaşarına qədər güldü. 

-

Ay  evi  tikilmişin  oğlu,  mən  məəttəl  qalmışam 



ki,  Yevlaxdan  bəri  necə  gəlib  çıxa  bilibsən?  Bu  qədər 

yolu  ki,  çamadanları  açmayıbsan,  evə  salamat  gətirib-

sən,  deməli  böyük  hövsələ  sahibisən  də....  Düz 

demirəm? 

Ataları  və  uşaqlar  məsələnin  nə  yerdə  olduğunu 

anladılar. 

Onlar  evin  qadınını  gözləməyib  çamadanları 

açmışdılar. Səfurə xanım təklikdə əri ilə danışırdı. 

-

Qoca,  Allah  səni  bizə  çox  görməsin.  Sən  həm 



yaxşı  ata,  həm  yaxşı  yoldaşsan,  ancaq,  hövsələsizsən. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə