Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə24/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   20   21   22   23   24   25   26   27   ...   145

__________________________________________ 

77

Böyük demokratiya yolu keçmiş ölkələrin bu barədə 



təcrübəsi müxtəlifdir. Məsələn, həm iqtisadi, həm siyasi, 

cəhətdən, həm də demokratiya sahəsində inkişaf etmiş ölkələrin 

-İngiltərədir, Amerika Birləşmiş Ştatlarıdır - hərəsində cəmi iki-

üç partiya vardır.  İngiltərədə  əsasən Mühafizəkarlar və 

Leyboristlər partiyalarıdır. Amerika Birləşmiş  Ştatlarında 

Demokratlar və Respublikaçılar partiyalarıdır. Düzdür, bizə 

qonşu, dost Türkiyədə partiyalar bu ölkələrdəkindən çoxdur, 

amma onlar da Azərbaycanda olan qədər deyildir. Azərbaycan 

bu barədə rekord vurubdur. Nə Fransada, nə  İtaliyada, nə  də 

Avropanın digər ölkələrində bu qədər partiya vardır. Amma 

buna heç kəs etiraz edə bilməz. 

Mən bunu demişəm, bu gün yenə  də demək istəyirəm - bu, 

bizim keçid dövrünün xarakterik cəhətləridir. Bəli, keçid 

dövrünün belə  xəstəlikləri də olur və olmalıdır. Keçid dövrü 

onsuz yaşaya bilməz. 

Məsələn, Azərbaycanda həddindən artıq müxtəlif qəzetlər 

var. Yenə qardaş Türkiyəni götürək. Orada Azərbaycanda çıxan 

qədər qəzet varmı? Yox. Orada çox böyük, sanballı, azad fikirli 

qəzetlər var. Onların adları  nəinki bizdə, bütün dünyada 

məşhurdur. Ancaq bizdə bir də görürsən haradansa bir adam 

çıxır, onun pulu, imkanı var, gedib bir qəzet yaradır, müəyyən 

qədər jurnalistləri  ətrafına toplayır, - onların da pula ehtiyacı 

var, - qəzet çap edir. Eləcə  də partiyalar belədir.  İndi elə 

partiyalar var ki, başçılarından savayı, deyəsən - buraya yüz 

adam düz görək, onlar kimlərdən ibarətdir, - həmin yüz adamı 

düzə bilməzlər. Ancaq adını partiya qoyubdur, özünü 

cəmiyyətdə partiya kimi aparır, fəaliyyət göstərir. Onların 

əksəriyyəti də müxalifət mövqeyindədirlər. Bunların heç birinə 

etiraz etmək mümkün deyildir. Bu, demokratiyanın təbii 

təzahürüdür. Biz bunu tam təbii qəbul etməliyik. 

Ona görə  də  cəmiyyətimizdə fikir mübarizəsi bu gün də, 

sabah da var, gələcəkdə də olacaqdır. Fikir mübarizəsi ona 

  

 



__________________________________________ 

78

 



  

görə var ki, iqtidar var, iqtidara müxalifətdə olan qüvvələr, 

partiyalar var. Əgər müxalifət olmasaydı, Azərbaycanda 

demokratiya olmazdı. Müxalifət olmalıdır və vardır. Ancaq mən 

dəfələrlə demişəm, gərək müxalifət konstruktiv olsun

ümummilli, ümumxalq məsələləri ilə  əlaqədər problemlərdə öz 

yetkinliyini göstərsin və iqtidarın apardığı siyasət Azərbaycanın 

milli mənəfelərinə zidd deyilsə, onu anlaya, dərk edə bilsin, 

qəbul etsin, əməkdaşlıq etsin. 

Ancaq təəssüf ki, müxalifətdə olan xırda partiyalar hələ ki 

yetişməyiblər və yetişmə prosesi uzanır. Ona görə  də fikir 

mübarizəsi gedir və gedəcəkdir. 

Mən bu fürsətdən istifadə edib Azərbaycan cəmiyyətinə, 

bütün vətəndaşlarımıza və siyasi partiyalara, ictimai təşkilatlara 

müraciət edirəm. Müraciət edirəm ki, demokratiyanın tələblərini 

düzgün və olduğu kimi qəbul etsinlər, ölkəmizin demokratik 

yolla getməsi üçün öz fəaliyyətlərini həqiqətən demokratik 

üsullarla həyata keçirsinlər. Müraciət edərək - baxmayaraq ki, 

müxalifət partiyalarının bir çoxunun, bəlkə  də  əksəriyyətinin 

iqtidara demək olar ki, tamamilə  əsassız düşmən münasibəti 

vardır - mən onların hamısını ümummilli birliyə, ümumi 

vətəndaşlıq birliyinə, qlobal, ümummilli, ümumxalq, 

ümumdövlət məsələlərinin həll olunması üçün əməkdaşlığa 

dəvət edirəm. Kim əməkdaşlıq edər, - biz onunla əməkdaşlığın 

yollarını müəyyən edə bilərik. Kim mənim bu müraciətimə  də 

məhəl qoymayacaqsa, onun öz işidir. 

Ancaq bunlara baxmayaraq, təbiidir ki, bizim lap konstruktiv 

əməkdaşlığımız olsa da, yenə  də fikir mübarizəsi daimi bir 

prosesdir. Ona görə  də Yeni Azərbaycan Partiyası üzvlərinin 

əsas vəzifəsi ondan ibarətdir ki, Azərbaycan iqtidarının, 

hakimiyyətinin həm daxili, xarici siyasətini, həm gördüyü işləri, 

həm də onların  əməli nəticələrini, fəaliyyətini daim kütlələrə, 

vətəndaşlara çatdıra, anlada bilsinlər və onu təbliğ edə bilsinlər. 

  



__________________________________________ 

79

Bu lazımdır, ona görə yox ki, Azərbaycan vətəndaşları 



iqtidarın, prezidentin, bütün hakimiyyət orqanlarının fəaliyyətini 

bilmir, yaxud da bunu dəstəkləmir, qəbul etmirlər. Mən 

vəziyyəti yaxşı bilirəm, ümumi rəy də  məlumdur. Bəzən 

qəzetlər reytinqlər dərc edirlər. Bu xəstəlik təkcə bizdə deyil. 

Rusiyada da var. Bu gün kimsə hansı televiziyadasa reytinqin 

siyahısını verir, sabah o birisi deyir ki, bunlar hamısı yalançıdır, 

mən dediklərim düzdür. Digəri də deyir ki, bu yalandır, mən 

dediyim düzdür. İndi eybi yoxdur, ruslar demişkən «qoy 

dəcəllik etsinlər». Əgər bu, onların xoşuna gəlirsə, qoy dəcəllik 

etsinlər. 

Amma yenə  də deyirəm, ümumi rəy məlumdur.  Əgər bunu 

bilməsəm mən prezidentlik fəaliyyətimi həyata keçirə bilmərəm. 

Azərbaycan vətəndaşlarının, cəmiyyətinin 

əksəriyyəti 

Azərbaycan hakimiyyətinin, prezidentin, iqtidarın, hakimiyyətin 

butün budaqlarının fəaliyyətini bəyənir, dəstəkləyir və bizimlə 

birlikdədir. Əgər bu olmasaydı, altı il yarım  ərzində biz uğurla 

irəliyə gedə bilməzdik. 

Ancaq bununla qətiyyən arxayınlaşmaq olmaz. Bizim Yeni 

Azərbaycan Partiyasında belə arxayınçılıq  əhval-ruhiyyəsi var. 

Mən xahiş edirəm və arzu edirəm ki, Yeni Azərbaycan 

Partiyasının hər bir üzvü bu partiyaya üzv olmaq naminə 

gəlməsin, partiyanın fədakar  əsgəri olmaq fikri ilə  gəlsin. 

Partiyanın hər bir üzvü partiyanın həqiqətən fədakar əsgəri olsa 

və partiyanın ideyalarını öz qəlbində daim qəbul edərək başqa 

təbəqələrə çatdıra bilsə, onu təbliğ edə bilsə, təbiidir ki, bizim 

partiya daha da yüksələcək və partiya Azərbaycan iqtidarına 

daha da çox kömək edəcəkdir. 

Çıxış edənlərdən kimsə dedi ki, 8 milyonluq əhalinin indi, ola 

bilər, 7 milyon yarımı heç bir partiyaya daxil deyil. Bəlkə də bu 

rəqəm düzgün deyildir. Çünki ölkəmizdəki bütün partiyaların 

sayını götürsək, onları bir yerə yığsaq, bu, 200-250 mindən artıq 

ola bilməz. Demək, qalanların heç birisi partiyada deyil. 

  

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə