Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə32/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   28   29   30   31   32   33   34   35   ...   145

__________________________________________ 

101


  

ləsini gözləməyə çalışmır və sadəcə desək, tez-tez yalan danışır, 

hətta kiminsə sifarişini yerinə yetirirlər. Təəssüf ki, belə hallar 

var. Biz bunu öz aramızda da, jurnallar vasitəsilə  də, xüsusi 

təşkilatlar vasitəsilə də tənzimləməyə çalışırıq. Amma cəhdimiz 

heç də həmişə baş tutmur, çünki iqtisadi inkişaf, sadəcə desək

yoxsulluq bəzən pul almağa və başqa işlərə vadar edir. Belə bir 

lətifə var, bizim qurultayda sədrimiz Boqdanov demişdir ki, 

Rusiya jurnalisti pul da alar, həqiqəti də yazar. Zənnimcə, bu, 

həmişə belə olmur. 

Biz, indi Sizin gördüyünüz adamlar, Azərbaycanın 

dostlarıyıq. Öyrəndiklərimiz də gördüklərimizi obyektiv şəkildə 

çatdırmağa çalışacağıq. Biz isə yeni çox şey öyrəndik. Sizi 

dövlət işlərinizdən çox ayırmaq istəmirik. Amma, sırtıqlıq kimi 

qəbul etməyin, bizə lütfkarlıqla bağışlanmış «Aforizmlər və 

müdrik kəlamlar» kitabınıza avtoqraf yazardınızmı? 



Heydər  Əliyev:  Bu kitab sizdə haradandır? Mən onu 

görməmişəm. 



Gennadi Maltsev: Bizdəki bu kitab rus və ingilis 

dillərindədir. Çox maraqlı kitabdır. Bəzi fikirlər biz jurnalistlərin 

unvanınadır. 

Heydər Əliyev: Mən bu kitabı görməmişəm. 

Gennadi Maltsev: Heydər 

Əliyeviç, axı, Sizin 

aforizmlərinizdir, Siz sadəcə olaraq, bu nəşri görməmisiniz. 

Heydər Əliyev: Yox, mən bu kitabı görməmişəm. 

Gennadi Maltsev: Belə bir lətifə yadınızdadırmı, Leonid İliç 

Suslovdan soruşur: «Kiçik torpağ»ı oxumusamı?». Suslov isə 

deyir: «Xeyr. Amma Pelşe oxuyub, deyir, maraqlı kitabdır». 

Heydər  Əliyev: Yox, düzgün müqayisə deyil. Burada 

yazılanların hamısı  mənim sözlərimdir. Sadəcə olaraq, indi bu 

səpgidə çoxlu kitab nəşr edilir və onlar mənə gəlib çatmır. Şəkli 

də yaxşı seçmisiniz. 

 

  



__________________________________________ 

102


Gennadi Maltsev: Şəkil çox yaxşıdır. Rəsmilikdən uzaqdır. 

Mən belə  şəkilləri nadir hallarda görürəm. Bu şəkli ilk dəfə 

görürəm. 

Heydər  Əliyev:  Öz aramızdır, bu cür şəkillər adamların 

xoşuna gəlir. Deyirlər ki, mənim fotoşəkillərimi satırlar və 

adamlar belə şəkillərə daha çox maraq göstərirlər. 

Gennadi Maltsev: Heydər Əliyeviç, Siz gözəl görünürsünüz, 

az dəyişiləsiniz. Bu, mənim şəxsi müşahidəmdir. 



Heydər  Əliyev:  Zənnimcə, mənim bu şəklimi üç il bundan 

əvvəl çəkiblər. Mən bu üç ildə dəyişməmişəm? 



Gennadi Maltsev: Qətiyyən dəyişməmisiniz. Elə bu üç ildə 

də dəyişməmisiniz. 



Heydər  Əliyev: Haraya imza edim? Bax, buraya qol 

çəkəcəyəm. 



Gennadi Maltsev: Bu, Sizdən bizə Yeni il hədiyyəsidir. 

Heydər Əliyev: Kitab hər birinizdə varmı? 

Aleksey Makurin: Yaxşı ki, biz ancaq beş nəfərik. 

Heydər Əliyev (imza edərək): İndi bizdə hər şey Azərbaycan 

dilindədir, amma imza keçmişdəki kimi, rus dilində qalmışdır. 



Gennadi Roqov: Bu axşam Puşkin küçəsindəki «Arbat» 

kafesində dostlarımı bu avtoqrafla sevindirəcəyəm, 



Gennadi Maltsev: «Tənqid həmişə kömək edir» - Heydər 

Əliyeviç, Sizin bu aforizminiz bizim peşə haqqındadır. Çox sağ 

olun. 

Heydər  Əliyev:  Bəs «Arbat»a necə gedib çıxacaqsınız, bu 

gün çatacaqsınızmı? 



Dilarə Seyidzadə: Bu kafe burada, bizdədir. 

Əli Həsənov  (Azərbaycan Prezidentinin İcra Aparatının 

ictimai-siyasi  şöbəsinin müdiri): Bizdə, Bakının Puşkin 

küçəsində «Arbat» kafesi var. 

 

  



__________________________________________ 

103


Heydər  Əliyev: Belə de? Mənsə düşünürdüm ki, siz 

Moskvada olacaqsınız. Bilirəm ki, bizdə Puşkin küçəsi var

amma «Arbat» kafesi olduğun eşitməmişdim. 

Gennadi Roqov: Heydər  Əliyeviç, icazə verin, söhbətimizi 

Sizin bir aforizminizlə tamamlayaq: «Görkəmli  şəxsiyyətlər 

xalqın zəkasını, elmini, mədəniyyətini və  mənəviyyatını 

dünyaya nümayiş etdirirlər». Zənnimcə, bu aforizm tamamilə 

Sizə aiddir. 

Heydər Əliyev: Sağ olun. Gəlin, sizinlə xatirə şəkli çəkdirək. 

Yeri gəlmişkən, deyim ki, mən jurnalistlərə  həmişə böyük 

hörmətlə yanaşmışam. 

  

 



  

 

  




__________________________________________ 

104


XALQ ARTİSTİ ƏMİNƏ XANIM DİLBAZİYƏ 

 

Hörmətli Əminə xanım! 



Sizi - Azərbaycan xoreoqrafiya məktəbinin görkəmli 

nümayəndəsini 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən 

təbrik edirəm. 

Siz milli rəqs sənətimizin inkişafında, təbliğində  və dünya 

şöhrəti qazanmasında  əvəzsiz xidmətlər göstərməklə xalqın 

rəğbət və  məhəbbətini qazanmış böyük sənətkarlardansınız. 

Çoxşaxəli istedadınız həm lirik, həm də  qəhrəmanlıq rəqslərini 

daim böyük ustalıqla ifa etməyinizə imkan vermişdir. 

Azərbaycan xalq rəqsini qoruyub saxlamaqla yanaşı, yüksək 

ifaçılıq məharəti ilə yeni həyat verdiyiniz sənət inciləri milli 

incəsənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur. 

Siz ölkəmizdə  təkcə gözəl ifaçı deyil, həm də bir çox 

rəqslərin quruluşçusu kimi yaxşı tanınırsınız. Xalq rəqslərimizin 

sizin quruluşunuzda ifası Azərbaycan xalqına xas olan həyat 

eşqi,  əməksevarlik və coşğunluqla səciyyələnir. Bunu 

yaratdığınız və rəhbərlik etdiyiniz rəqs kollektivlərinin, xüsusilə 

«Çinar» qızlar ansamblının fəaliyyətində görmək olar. Bununla 

yanaşı, müxtəlif kütləvi tədbirlərdə xalq rəqslərinə verdiyiniz 

quruluşlar da diqqətə layiqdir. 

Şərəflə keçdiyiniz mənalı  həyat yolu sənət adamlarının hələ 

neçə-neçə  nəsli üçün gözəl bir örnək, böyük bir məktəb hesab 

olunur. Zəngin təcrübəyə, mahir pedaqoq qabiliyyətinə malik 

böyük rəqs ustadı kimi siz xalq rəqslərimizin incəliklərini gənc 

nəslə öyrətməklə milli xoreoqrafiyamızın inkişafı üçün bu gün 

də  əlinizdən gələni  əsirgəmirsiniz.  Əminəm ki, qaynar 

yaradıcılıq həyatı yaşamış 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə