Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə40/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   36   37   38   39   40   41   42   43   ...   145

__________________________________________ 

132


 

  

 



  

KOSOVODA SÜLHMƏRAMLI QÜVVƏLƏRİN  

TƏRKİBİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN  

AZƏRBAYCAN ƏSGƏR VƏ ZABİTLƏRİNƏ 

 

Əziz əsgərlər və zabitlər! 

Sizi 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü 

və qarşıdan gələn yeni - 2000-ci il bayramı münasibətlə səmimi-

qəlbdən təbrik edir, hər birinizə xoş arzularımı yetirirəm. 

Sizin vətəndən uzaqda - Kosovoda, müharibənin gətirdiyi 

faciəyə,  əzab-əziyyətə  məruz qalan insanlara sülh və  əmin-

amanlıq gətirən missiyanız bütün Azərbaycan xalqı  tərəfindən 

diqqətlə izlənir və çox yüksək qiymətləndirilir. Xalqımız 

müharibənin nə olduğunu, insan həyatı üçün hansı fəlakətlər və 

faciələr gətirdiyini neçə illərdir ki, öz gözü ilə görür, öz 

həyatında hiss edir. 

Bu gün Kosovədakı beynəlxalq sülhməramlı qüvvələrin 

tərkibində Azərbaycan  əsgər və zabitlərinin təmsil olunması 

həm də müstəqil dövlətimizin beynəlxalq münasibətlər 

sistemində özünəməxsus yer tutmasının, getdikcə dünyada baş 

verən taleyüklü proseslərdə yaxından iştirakının, xalqımızın 

demokratik ənənələrə, beynəlxalq prinsiplərə sadiqliyinin, bütün 

dünyada sülhə çalışmasının bariz nümunəsidir. 

Azərbaycan xalqı dünya xalqları arasında daim öz dəst-xətti 

ilə seçilmiş, azadlıq, sülh, xoşməramlı əməkdaşlıq üçün çalışmış 

və  hər bir dövlətin təhlükəsizliyinin təmin olunmasını  həmişə 

arzu etmişdir. Sizin simanızda bütün dünya bilməlidir ki, 

Azərbaycan xalqı  ədalətli və sülhsevar xalqdır və  nəinki təkcə 

öz ölkəsində, Qafqazda, hətta bütün dünyada dincliyin, əmin-

amanlığın keşiyində durmağa hər zaman hazırdır. 

  



__________________________________________ 

133


Ümidvaram ki, Ermənistan-Azərbaycan münaqişəsinin və 

Dağlıq Qarabağ probleminin sülh yolu ilə  həlli istiqamətindəki 

fəaliyyətimizin reallaşmasında, ölkəmizdə 

və Qafqaz 

regionunda sülhün, əmin-amanlığın yaranmasında sizlərin 

beynəlxalq səviyyədə topladığınız təcrübənin də müstəsna 

əhəmiyyəti olacaqdır. 

Əminəm ki, hər biriniz qəlbinizdə  vətən həsrəti, işğal 

olunmuş torpaqlarımızın azad edilməsi, doğma ocaqlarından 

didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qaytarılması ilə 

əlaqədər hisslər keçirirsiniz. Buna görə də inanıram ki, müstəqil 

və azad Azərbaycan ideyalarını  tərənnüm edərək, ləyaqətlə öz 

vətəndaş  və  əsgəri borcunuzu yerinə yetirəcək, müstəqil 

Azərbaycanın dövlət rəmzi olan üçrəngli bayrağımızın əzəmətlə 

yüksəkliklərdə dalğalanması üçün bundan sonra da mətanət və 

əzm nümayiş etdirəcəksiniz. 

Sizi bir daha təbrik edir, hamınızın tezliklə sağ-salamat 

vətənə dönməyinizi, böyük təcrübə keçmiş peşəkar  əsgərlər 

kimi, Azərbaycanın təhlükəsizliyinin qorunması  və xalqımızın 

firavan gələcəyinin təmin edilməsi naminə, respublikamızda 

həyata keçirilən işlərdə yaxından iştirakınızı arzulayıram. 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 30 dekabr 1999-cu il  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

  




__________________________________________ 

134


 

VALİDEYN HİMAYƏSİNDƏN  

MƏHRUM OLMUŞ UŞAQLAR ÜÇÜN  

TƏŞKİL EDİLMİŞ YENİ İL ŞƏNLİYİNDƏ  

NİTQ 

 

Respublika İdman Oyunları Sarayı  



 

31 dekabr 1999-cu il 

 

Əziz uşaqlar,  şirin balalar, övladlar, müstəqil Azərbaycanın 



övladları! 

Mən sizi və sizin simanızda Azərbaycanın bütün uşaqlarını, 

bütün balalarını, bütün gənclərini qarşıdan gələn 2000-ci il 

münasibətilə, Yeni il bayramı münasibətilə ürəkdən təbrik 

edirəm. Sizin hər birinizə cansağlığı, xoşbəxt həyat, sağlamlıq 

və gözəl-gözəl gələcəklər arzulayıram. 

Sizi Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə 

də  təbrik edirəm və  əmin olduğumu bildirmək istəyirəm ki, 

Dünya azərbaycanlılarının həmrəyliyi günü-gündən artacaq, 

möhkəmlənəcək və Azərbaycan xalqı yüksələcəkdir. 

Əziz balalar! 

Siz mənə burada «baba» deyərək müraciət edirsiniz. Sizə çox 

təşəkkür edirəm. Mən sizi və bütün Azərbaycanın uşaqlarını öz 

uşaqlarını hesab edirəm, övladlarını hesab edirəm, nəvələrim 

hesab edirəm. 

Mən sizinlə birlikdə burada olmağımdan özümü çox xoşbəxt 

hiss edirəm. Sizi dinləyərək düşünürəm ki, mən dünyanın  ən 

zəngin adamıyam, ən xoşbəxt adamıyam. Ona görə ki, müstəqil 

Azərbaycanın uşaqları, balaları kimi mənim övladlarım var, 

balalarım var. Əmin ola bilərsiniz ki, mən sizi 

  

 

 



 

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə