Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə43/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   39   40   41   42   43   44   45   46   ...   145

__________________________________________ 

142


 

han neft kəməri layihəsi haqqında müqavilələr, sənədlər 

imzalandı. Deyə bilərəm ki, bəlkə  də son onilliklərdə bu 

səviyyədə, bu tərkibdə, buna bənzər müqavilələr 

imzalanmamışdı. Həm bu boru kəmərinin tikintisində  iştirak 

edən dövlətlərin, həm də Amerika Birləşmiş  Ştatlarının dövlət 

başçılarının hamısının birlikdə bu qərarları imzalaması bir 

tərəfdən, Bakı  -  Ceyhan  neft  kəmərinin nə  qədər böyük 

beynəlxalq əhəmiyyətə malik olduğunu göstərir, ikinci tərəfdən, 

onun etibarlı həyata keçirilməsi üçün zəmanət verir. 

Beləliklə, biz 1999-cu ildən məmnuniyyət hissi ilə ayrılırıq. 

Mən deyə bilərəm ki, biz 1999-cu illə vidalaşarkən bu ilə 

minnətdarlığımızı bildirməliyik. 

2000-ci il bütün dünya xalqları üçün xüsusi əhəmiyyət kəsb 

edir. Çünki 2000-ci il XX əsrin, ikinci minilliyin son ilidir. Biz 

tarixi dəyişmənin qovuşağındayıq. Hər bir insan üçün belə dövrü 

yaşamaq çox fərəhlidir. Azərbaycanın bugünkü vətəndaşları 

məhz bu dövrü yaşayırlar və böyük ümidlərlə yaşayırlar. Ümid 

ediram ki, 2000-ci il Azərbaycan üçün daha da uğurlu olacaqdır. 

Biz tutduğumuz yolla 2000-ci ildə  də gedəcəyik, ardıcıl 

surətdə gedəcəyik. Bizim siyasətimiz dəyişməyəcəkdir. Yəni 

Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu 

prosesi davam edəcək, demokratiya inkişaf edacək, insan haqları 

qorunacaq, mətbuat, fikir azadlığı 

təmin ediləcək, 

demokratiyanın bütün tələbləri və prinsipləri Azərbaycanda 

həyata keçiriləcəkdir. Bu yol bizim tutduğumuz yoldur və biz bu 

yoldan heç bir yana dönməyəcəyik. 

Azərbaycanın dövlət müstəqilliyinin daha da 

möhkəmlənməsi, inkişaf etdirilməsi bizim qarşımızda duran əsas 

vəzifədir. Güman edirəm ki, biz artıq buna qadirik. 

2000-ci ildə iqtisadiyyatımız daha da sürətlə inkişaf 

edəcəkdir. Biz artıq son illər buna əsas yaratmışıq. Vaxtında 

uğurla qəbul etdiyimiz dövlət büdcəsi və hayata keçirdiyimiz 

  



__________________________________________ 

143


islahatlar, xarici şirkətlərlə görülən işlər və onların əməli surətdə 

həyata keçirilməsi 2000-ci ildə Azərbaycanın iqtisadiyyatının 

daha da sürətlə inkişaf etməsini təmin edəcəkdir. Təbiidir ki, 

bunlar hamısı  vətəndaşlarımız üçündür, onların rifah halının 

yaxşılaşdırılması, onlara daha da yaxşı  həyat tərzi yaratmaq 

üçündür. Bu, bütün işlərimizin məğzidir, yəni bizim əsas 

məqsədimizdir, həyatımızın mənasıdır. Biz bunu edəcəyik. Biz 

buna nail olacağıq. 

2000-ci ildə Azərbaycanın həyatında qarşıda duran ən 

mühüm vəzifələrdən biri parlament seçkilərinin, yəni Milli 

Məclisə növbəti seçkilərin keçirilməsidir. Bildiyiniz kimi, 1995-

ci ildə seçilmiş Milli Məclisin səlahiyyətləri 2000-ci ilin 

payızında bitir. Məmnuniyyət hissi ilə qeyd edə bilərəm ki

1995-ci ildə ümumxalq səsverməsi ilə  qəbul olunmuş ilk milli 

konstitusiyamız bu beş il müddətində Azərbaycanın həyatında 

baş vermiş müsbət dəyişikliklərin  əsasını  təşkil etmişdir. Biz 

bundan sonra da işlərimizi konstitusiyanın tələblərinə uyğun 

olaraq görəcəyik, konstitusiyanın müddəalarını  həyata 

keçirəcəyik. Vətəndaşlarımızın konstitusiyada verilmiş 

hüquqlarının təmin olunması üçün daha da əzmlə çalışacağıq. 

Bu baxımdan Azərbaycanda demokratiyanı daha da irəliyə 

aparmaq, inkişaf etdirmək üçün yeni parlament seçkiləri, Milli 

Məclis seçkiləri xüsusi yer tutur. Biz buna yaxşı hazırlaşmalıyıq. 

Yəni seçki qanunu hazırlanmalı  və  qəbul olunmalıdır, başqa 

lazımi tədbirlər vaxtında həyata keçirilməlidir. Bunlar hamısı 

seçkilərin keçən seçkilərə nisbətən daha da uğurla, demokratik 

şəraitdə, azadlıq, sərbəstlik şəraitində keçirilməsini təmin etmək 

üçündür. Mən hesab edirəm, bizim dövlətimiz, cəmiyyətimiz 

artıq elə bir səviyyədədir ki, biz bu vəzifəni yerinə yetirə 

biləcəyik. 

İslahatlar davam edəcəkdir. Biz hüquq islahatları haqqında 

bir neçə qanun qəbul etmişik. Onların həyata keçirilməsi  qədər 

gecikibdir. 2000-ci il hüquq islahatlarının, 

  



__________________________________________ 

144


yəni məhkəmə islahatlarının həyata keçirilməsində çox böyük 

əhəmiyyət kəsb edir. Qəbul edilmiş qanunların hamısı  tətbiq 

olunmalı, həyata keçirilməlidir. Bunlar hamısı  həm 

demokratiyanı inkişaf etdirəcək, həm dövləti 

möhkəmləndiracək, həm də vətəndaşların hüquq və azadlıqlarını 

təmin edəcəkdir. Biz bunların hamısını etməliyik və edəcəyik. 

Biz 2000-ci ildə nöqsanların, qüsurların aradan götürülməsi 

ilə  gərək ciddi məşğul olaq. Təəssüf ki, bu nöqsanların 

içərisində dövlət məmurlarının, yüksək vəzifəli  şəxslərin 

vəzifələrindən sui-istifadə etməsi, qanun pozuntularına yol 

verməsi bizim hamımıza böyük zərər gətirir. Cəmiyyətdə, 

ölkədə apardığımız mübarizəyə baxmayaraq, korrupsiya, 

rüşvətxorluq hələ mövcuddur. Bu, həm dövlət işinin uğurla 

aparılmasına böyük əngəllər yaradır, həm Azərbaycanın sərbəst 

iqtisadiyyatının inkişaf etdirilməsinə maneçilik törədir, həm də 

insanlara, vətəndaşlara  əziyyət verir, onların hüquqlarına 

toxunur. Ona görə  də  həm dövlət, hökumət tərəfindən, həm də 

vətəndaşlar tərəfindən qanun-qaydalara riayət etmək, 

nöqsanların aradan götürülməsi uğrunda ciddi mübarizə 

aparmaq, korrupsiyanın aradan qaldırılması üçün yeni ciddi 

tədbirlər görmək həm dövlətin, hökumətin, həm də  cəmiyyətin 

əsas vəzifələrindən biridir. Ümid edirəm ki, biz bu vəzifənin 

hayata keçirilməsində də irəliləməyə nail olacağıq. 

İctimai-siyasi sabitlik qorunub saxlanılmalıdır. Bu, əsas 

şərtdir. Çünki ölkəmizin apardığı daxili və xarici siyasət heç də 

hər yerdə birmənalı, yaxud da müsbət qəbul olunmur. Bizim 

xarici siyasətimiz birinci növbədə Azərbaycanın milli 

mənəfelərini müdafiə etmək, qoruyub saxlamaq məqsədi daşıyır. 

Biz öz dövlətimizin siyasətini aparırıq. Təbiidir ki, dünyada 

gedən prosesləri də nəzərə alırıq, ətrafımızda gedən prosesləri də 

nəzərə alırıq. Ancaq belə müstəqil siyasəti həyata keçirmək heç 

də asan deyildir. Buna baxmayaraq, Azərbaycanın müstəqil, 

ardıcıl xarici siyasəti 2000-ci ildə davam 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə