Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə41/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   37   38   39   40   41   42   43   44   ...   145

__________________________________________ 

135


öz övladlarım, balalarım, nəvələrim hesab edərək sizin üçün 

daim istəkli baba olacağam, ata olacağam. 

Sizi öz övladlarım, uşaqlarım hesab edərək öz borcumu onda 

görürəm ki, mən bu şərəfli adı daim daşıya bilim və sizin 

arzularınızı, istəklərinizi həyata keçirə bilim. 

Mən oz övladlarıma, nəvələrimə  həmişə qayğıkeş olmuşam. 

Mənim yanımda nəvələrim oturubdur. Əmin ola bilərsiniz ki, 

sizə  də, bütün Azərbaycanın uşaqlarına da öz doğma 

övladlarıma, nəvələrimə göstərdiyim qayğıkeşliyi, diqqəti, 

sevgini, məhəbbəti daim göstərəcəyəm. Siz bu gün, bu bayram 

axşamı salona toplaşanların hamısı, məni həddindən artıq 

sevindirdiniz və sizinlə keçirdiyim bu dəqiqələr, bu saatlar 

demək olar ki, ən xoşbəxt dəqiqələrdir və yeni ili sizinlə birlikdə 

qarşılamaq mənim üçün ən böyük xoşbəxtlikdir. 

Siz uşaq olmağınıza baxmayaraq, gənc olmağınıza 

baxmayaraq bu gün çox dəyərli, ağıllı fikirlər ifadə etdiniz, 

sözlər dediniz. Bunlar hamısı onu göstərir ki, müstəqil 

Azərbaycanın bugünkü uşaqları, bugünkü gəncləri əvvəlkilərdən 

də istedadlıdırlar, ağıllıdırlar, şüurludurlar. 

Siz Azərbaycanın gələcəyisiniz. Siz XXI əsrin 

qurucularısınız. Siz XXI əsrdə müstəqil Azərbaycanı inkişaf 

etdirib, yüksəldib daha da böyük bir dövlət etməyə qadir 

gənclərsiniz. Sizin bu qədər istedadlı olmağınız, bu qədər zəkalı 

olmağınız, 2000-ci ili bu qədər xoş  əhval-ruhiyyədə 

qarşılamağınız onu göstərir ki, biz, yaşlı  nəsil tam arxayın ola 

bilərik ki, Azərbaycanın gözəl gəncləri var, Azərbaycanı 

gələcəkdə daha da yüksəldəcək insanlar böyüyür, Azərbaycan 

xalqı daha da xoşbəxt yaşayacaqdır. 

Azərbaycan keçid dövrünü yaşayan bir ölkədir. Bir çox 

problemlər vardır, o cümlədən sosial-iqtisadi problemlər, maddi 

problemlər. Bunlar, təbii ki, müvəqqətidir. Ancaq bunlar 

Azərbaycan  əhalisinin, vətəndaşlarının bir çox təbəqələrinin 

həyatında istənilən səviyyəyə nail olmağa imkan vermir. Bun- 

  

 




__________________________________________ 

136


  

lara baxmayaraq hər ailədə, hər evdə, hər  şəhərdə, hər kənddə

hər qəsəbədə ailə başçıları - atalar, analar, yaşlı  nəsil bütün 

imkanları  uşaqların yaxşı yaşamasına sərf edir. Bu, bizim 

dövlətimizin siyasətidir. Bu, mənim  əməli fəaliyyətimdir.  Əziz 

balalar! 

Biz unutmamalıyıq ki, Azərbaycan uşaqlarının bir qismi 

Ermənistanın Azərbaycan torpaqlarını  işğal etməsi ilə  əlaqədar 

öz yerlərindən, doğma yurdlarından didərgin düşüblər, köçkün 

vəziyyətində yaşayırlar, çadırlarda yaşayırlar. Mən o çadırlarda 

olmuşam, o uşaqlarla görüşmüşəm. Çox çətin vəziyyətdə 

yaşayırlar, çox ağır bir şəraitdə yaşayırlar. Ancaq məni 

sevindirən odur ki, o uşaqlar da sizin kimi şəndirlər, sizin kimi 

sevinc içərisindədirlər, sizin kimi oxuyurlar, rəqs edirlər, gözəl 

mahnılar ifa edirlər və Azərbaycanın balaları kimi yetişirlər. 

Əminəm ki, onlar çadır  şəhərçiklərində yaşayış dövrünü başa 

çatdıracaqlar, öz evlərinə, doğma torpaqlarına qayıdacaqlar və 

biz sizinlə birlikdə, hamımız birlikdə - bütün Azərbaycan   xalqı,   

bütün   Azərbaycan   vətəndaşları      əl-ələ verib, işğaldan azad 

olunmuş torpaqlarda yeni-yeni evlər tikəcəyik, yeni-yeni 

şəhərlər salacağıq, yeni-yeni binalar ucaldacağıq.  İndi o ağır 

vəziyyətdə yaşayan uşaqlar da öz yerlərində  şən, firavan 

yaşayacaqlar. Mən çadırlarda ağır vəziyyətdə yaşayan 

Azərbaycan uşaqlarını, övladlarını  və onların vəlideynlərini 

sizinlə birlikdə yeni il bayramı münasibətilə ürəkdən təbrik 

edirəm. Onlara xoş  əhval-ruhiyyə arzulayıram və istədikləri 

gələcəyə nail olmağı arzulayıram. 

Mən bilirəm ki, bu gün bu salonda, sizin içərinizdə Bakının 

uşaq evlərində yaşayan, tərbiyə alan, təhsil alan, böyüyən 

uşaqlar vardır. Bu uşaqlar nə  qədər istedadlıdır, nə  qədər 

gözəldir, göyçəkdirlər. 

Mən bu fürsətdən istifadə edib, uşaq evlərində  vəlideynsiz 

uşaqlara qayğı göstərənlərə, onları  tərbiyələndirib böyüdənlərə, 

onlara təhsil verənlərə xüsusi minnətdarlığımı bildirirəm və 

  



__________________________________________ 

137


bəyan edirəm ki, bu, təkcə müəllimlərin, tərbiyəçilərin yox, 

Azərbaycan dövlətinin, bizim hamımızın müqəddəs borcudur. 

Əziz balalar! 

2000-ci ildə  mən sizə  şən həyat arzulayıram. Mən sizə can-

sağlığı arzulayıram. Mən sizə yaxşı böyümək, oxumaq, təhsil 

almaq, təhsilinizi yaxşı qiymətlərlə bitirməyi arzulayıram. Mən 

arzulayıram ki, siz gələcəyin qurucuları olduğunuza görə 

indidən özünüzü gələcək üçün yaxşı hazırlayasınız. Mən sizi bu 

gün görərək, sizin istedadlarınıza sevinərək inanıram ki, 

Azərbaycanın gələcəyi sizin əllərinizlə qurulacaq, sizin 

zəkanızla qurulacaq və daha da gözəl olacaqdır. 

Əziz balalar! 

Bu gün, bu axşam mənə və burada olan insanların hamısına 

bəxş etdiyiniz gözəl mahnılara görə, rəqslərə görə  və öz 

gözəlliyinizə görə, bizə bəxş etdiyiniz sevincə, məhəbbətə görə 

sizə  təşəkkür edirəm. Sizin hamınızı Yeni il bayramı 

münasibətilə bir daha təbrik edirəm, cansağlığı, xoşbəxtlik 

arzulayıram. Sağ olun. 

  



__________________________________________ 

138


AZƏRBAYCAN XALQINA YENİ İL TƏBRİKİ 

 

31 dekabr 1999-cu il 



 

Əziz həmvətənlər!  

Bacılar, qardaşlar!  

Azərbaycanın vətəndaşları! 

Sizi qarşıdan gələn Yeni il - 2000-ci il münasibətilə ürəkdən 

təbrik edirəm. Hamınıza cansağlığı, səadət, yeni-yeni uğurlar 

arzulayıram. 

Ayrıldığımız 1999-cu il Azərbaycan xalqı üçün uğurlu və 

əlamətdar il olmuşdur. Biz dövlət müstəqilliyimizin səkkizinci 

ilini başa vurduq. Azərbaycan dövləti, hökuməti, Azərbaycan 

xalqı, milləti bu ildə bir çox nailiyyətlər  əldə ediblər. 

Azərbaycan dövlətinin xarici və daxili siyasəti və onların həyata 

keçirilməsi üçün görülən  əməli işlər, tədbirlər öz müsbət 

nəticələrini vermişdir. Azərbaycanın dövlət müstəqilliyi, milli 

azadlığı qorunub saxlanıb, daha da möhkəmlənibdir. 

Məlumdur ki, Azərbaycanın müstəqilliyinə qarşı xarici 

təcavüzlər və Azərbaycanın daxilində müxtəlif təxribat, terror 

cəhdləri hələ də tükənməyibdir. Ancaq bunlara baxmayaraq, biz 

öz iradəmizlə, öz düzgün, doğru, müstəqil siyasətimizlə 

Azərbaycanın dövlət müstəqilliyini qorumuşuq, inkişaf 

etdirmişik. 

Azərbaycan dünya miqyasında öz mövqelərini 

möhkəmləndiribdir. Dünyanın bütün beynəlxalq təşkilatları, bir 

çox dövlətləri ilə Azərbaycanın  əlaqələri və  əməkdaşlığı 

genişlənib və inkişaf edibdir. 

Azərbaycan daxili siyasətində tutduğu yolla ardıcıl olaraq 

gedir. Bu yol müstəqillik, demokratiya, bazar iqtisadiyyatı 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə