Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə37/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   33   34   35   36   37   38   39   40   ...   145

__________________________________________ 

123


QARADAĞ RAYONUNDA QAÇQINLAR VƏ  

MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN TİKİLMİŞ  

FƏRDİ YAŞAYIŞ EVLƏRİ KOMPLEKSİNİN – 

"ÜMİD" QƏSƏBƏSİNİN İSTİFADƏYƏ  

VERİLMƏSİ MƏRASİMİNDƏ NİTQ 

 

29 dekabr 1999-cu il 

 

Əziz bacılar, qardaşlar, dostlar, Qaradağ rayonunun sakinləri! 



Köçkün və qaçqın həyatı keçirən  əziz və möhtərəm 

soydaşlarımız - bacılarımız, qardaşlarımız, övladlarımız! 

Mən sizin hamınızı  səmimi-qəlbdən salamlayıram və sizə 

ürəyimin  ən dərin guşəsindən gələn hörmət və ehtiramımı 

bildirirəm. 

Bu gün burada, bu rayonun ərazisində yaşayan  şəhid 

ailələrinə, Qarabağ  əlillərinə, köçkün və qaçqın vəziyyətində 

yaşayan qardaş-bacılarımıza göstərilən qayğı nəticəsində binalar 

istifadəyə verilir. Bəllidir, bunlarsız da mən Azərbaycanın hər 

bir yerində olmaq, vətəndaşlarımızın hamısı ilə  həmişə 

görüşmək arzusundayam. Sizə  məlumdur, işlər o qədərdir ki, 

mən bu istək və arzularımı istədiyim qədər yerinə yetirə 

bilmirəm. Amma belə hallar olanda başqa işlər kənara qoyulur, 

mən bu şad günü, şad dəqiqələri burada sizinlə birlikdə 

keçirməyi özümə borc bilirəm. 

1999-cu il sona çatır. Biz əsrimizin son ili olan 2000-ci ili 

qarşılayırıq. Arxamızda on illər, bir yüzillik qalır. O, 

Azərbaycan xalqının tarixinin böyük bir hissəsidir. Bu tarixin 

hər mərhələsinin öz yeri var. Ancaq XX əsrin sonuncu onilliyi 

Azərbaycan tarixində xüsusi yer tutur. Bu dövrdə Azərbay- 

  



__________________________________________ 

124


 

can xalqının həyatında faciələr baş vermiş, xalqımız böyük 

itkilərə  məruz qalmış, torpaqlarımızın bir hissəsi Ermənistan 

silahlı qüvvələri tərəfindən işğal olunmuş, işğal edilən 

torpaqlardan soydaşlarımız zorla çıxarılmış və bir neçə ildir ki

ağır vəziyyətdə yaşayırlar. 

Bununla yanaşı, bu dövrdə xalqımız  ən böyük arzusuna, ən 

böyük istəyinə nail olmuşdur: Azərbaycan öz dövlət 

müsləqilliyini  əldə etmişdir, xalqımız azad olmuşdur və azad 

yaşamaq hüququ əldə etmişdir. 

Əlbəttə ki, xalqımıza vurulan yaralar çox ağır yaralardır. Bu 

yaralar bəlkə  də  hələ uzun müddət bizi ağrıdacaq, incidəcək. 

Ancaq bununla yanaşı,  əldə etdiyimiz müstəqillik, azadlıq və 

xalqımızın öz müqəddaratını özü həll etməsi bu yaraların 

üzərinə böyük bir məlhəm çəkir. Çünki hər bir xalq, millət üçün 

milii azadlıqdan, müstəqillikdən qiymətli heç bir şey yoxdur. 

Onun yolunda qurbanlar da, itkilər də vermək, böyük 

məhrumiyyətlərə də dözmək olar, - təki xalq azad, ölkə müstəqil 

olsun. Biz buna nail olmuşuq. 

Ola bilərdi ki, xalqımız müstəqtlliyini əldə edərdi, amma bu 

faciələrlə rastlaşmazdı. Çünki Sovetlər  İttifaqı dağılarkən 

Sovetlər  İttifaqına daxil olmuş bir çox başqa müttəfiq 

respublikalar öz müstəqilliyini sadəcə, qansız-qadasız  əldə 

eldilər. Amma 1988-ci ildən Ermənistanın Azərbaycan 

torpaqlarına iddia etməsi ilə əlaqədər xalqımızınm başına bəlalar 

gəlibdir. Buna səbəb həm Azərbaycana olan ədalətsizlik, həm də 

Azərbaycanın özünün, onun rəhbərlərinin bu ədalətsizliyin 

qarşısını ala bilməməsidir. Hər halda bu barədə çox danışmaq 

olar. Ancaq bu həqiqətdir ki, biz ağır faciələr içərisində öz 

dövlət müstəqilliyimizi əldə etmişik. 

Təbiidir ki, bu faciələr içərisində  ən böyüyü Ermənistan-

Azərbaycan münaqişəsi dövründə Qarabağ torpağında 

verdiyimiz itkilərlə yanaşı, 1990-cı il yanvarın 20-də 

Azərbaycan xalqına qarşı edilən hərbi təcavüz, terrordur. Bunlar 

da bir- 



__________________________________________ 

125


  

biri ilə bağlıdır. Vaxtilə bir tərəfdən Azərbaycan xalqına qarşı 

edilən  ədalətsizlik Dağlıq Qarabağ münaqişəsini meydana 

çıxardı, sonra isə  həm Azərbaycana qarşı edilən  ədalətsizlik, 

həm də o vaxtkı  rəhbərlərin xalqın milli mənəfelərini müdafiə 

edə bilməməsi bu münaqişəni böyük bir müharibəyə çevirdi. 

Xalqımız üçün bu ağır dövr bəlkə  də  bəs idi. Ancaq 

Azərbaycanın düşmənləri bununla qane olmadılar və 1990-cı il 

yanvarın 20-də Azərbaycan xalqına qarşı  hərbi təcavüz etdilər. 

Günahsız insanlar həlak,  şəhid oldular və 20 yanvar 

Azərbaycanın XX əsr tarixinə  ən faciəli bir gün kimi həkk 

edildi. 


Biz bütün bu çətinlikləri yaşamışıq. Ancaq şükürlər olsun ki

bu çətinliklərin içərisindən də  çıxmışıq və xalqımız bu 

çətinliklərdən çıxmağa qadirdir. 

Bilirsiniz ki, 1993-cü ildə Azərbaycanın həyatı  ən təhlükəli 

bir vəziyyətə gətirilib çıxarılmışdı. Ermənistan silahlı qüvvələri 

Azərbaycana qarşı hücumlarını davam etdirirdi, torpaqlarımız 

işğal olunurdu. 

Ölkəmizin daxilində xalqı birləşdirib torpaqlarımızı müdafiə 

etmək əvəzinə, Azərbaycana vurulmuş yaraların əvəzini çıxmaq 

əvəzinə,  əksinə, xalqımızın içərisində olan nadürüst adamlar, 

xəyanətkarlar, xalqın demək olar ki, düşmənləri bu fürsətdən 

istifadə edib hakimiyyət mübarizəsi aparırdılar. Burada hərə öz 

məqsədini güdürdü. Həm daxildə olan müxtəlif qanunsuz, 

cinayətkar silahlı dəstələr, həm də Azərbaycanın xaricində olan 

düşmənlər ölkəmizi tamamilə məhv etmək üçün, demək olar ki, 

birgə  hərəkat edirdilər. Azərbaycan vətəndaş muharibəsi ilə 

üzləşdi, tam dağılmaq təhlükəsi qarşısında oldu. 

Artıq biz o dövrü yaşadıq, indi o dövrdən altı ildən çox keçir. 

Ötən hər il xalqımızın gözü qarşısındadır. Biz ardıcıl surətdə 

apardığımız dövlət siyasəti ilə bu çətinliklərdən çıxmağa, 

Azərbaycanda ictimai-siyasi sabitliyin yaranmasına, Ermənistan 

silahlı qüvvələrinin hücumunu dayandırmağa və 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə