Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə34/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   30   31   32   33   34   35   36   37   ...   145

__________________________________________ 

110


İSRAİL DÖVLƏTİNİN MÜDAFİƏ NAZİRİNİN  

MÜAVİNİ CƏNAB EFRAİM SNEHƏ 

 

Hörmətli cənab Sneh! 



Yeni Azərbaycan Partiyasının birinci qurultayı münasibətilə 

göndərdiyiniz təbrik məktubuna görə sizə təşəkkür edirəm. 

Sizinlə bu yaxınlarda Bakıda keçirdiyim görüşü 

məmnuniyyətlə xatırlayıram. 

Biz  İsrail ilə  əlaqələrimizə xüsusi əhəmiyyət veririk. Biz 

ölkələrimiz arasında mövcud olan əməkdaşlığın və dostluq 

münasibətlərinin xalqlarımızın mənəfeyi naminə daha da inkişaf 

etdirilməsinin və genişləndirilməsinin tərəfdarıyıq. 

Sizi Yeni il bayramı münasibətilə  təbrik edir, uzun ömür, 

cansağlığı, gələcək işlərinizdə yeni-yeni müvəffəqiyyətlər 

arzulayıram. 

 

Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 25 dekabr 1999-cu il 



 

  



__________________________________________ 

111


SSRİ XALQ ARTİSTİ BƏSTƏKAR  

ALEKSANDRA PAXMUTOVOYA 

 

Hörmətli Aleksandra Nikolayevna!  



Sizi - Rusiyanın musiqi mədəniyyətinin görkəmli xadimini 70 

illik yubileyiniz münasibətilə  təbrik edir, sizə cansağlığı, 

xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram. 

Siz bənzərsiz yaradıcılığınızla müasir musiqi sənəti tarixinə 

sovet mahnı janrının tanınmış ustadı kimi daxil olmusunuz. Bir 

çox illərdir ki, sizin adınız bütöv bir dövrün musiqi simvolunun 

təcəssümüdür. Bu gün müxtəlif siyasətçilər tarixin həmin 

dövrünü necə səciyyələndirsələr də, bütün bunlar bizim ümumi 

keçmişimizdir. Həmin günlərlə bağlı ən parlaq xatirələr isə sizin 

adınızla bağlıdır. 

Əsərlərinizin hər birində sizin qeyri-adi şəxsiyyətinizin 

cizgiləri vardır. Siz musiqinin bir çox janrlarında müxtəlif 

nəsillərə  mənsub insanlara ünvanlanmış, mövzu və forma 

rəngarəngliyi ilə seçilən  əsərlər yaratmısınız. Lakin sizin fitri 

istedadınız məhz mahnı janrında novatorluqla varisliyi 

birləşdirərək, zaman və  məkan hüdudları  aşaraq milyonlarla 

insanın qəlbini fəth edə bilmişdir. 

Siz kök salmış basmaqəlibləri və stereotipləri dəf edərək, rus 

mahnısına müasir inkişaf mərhələsində yeni yaradıcılıq ruhu 

vermiş və onun çox böyük cəzbedici gücünü dünyaya nümayiş 

etdirə bilmisiniz. Rus musiqi folklorunun, şəhər romansının, 

tələbə mahnısının bütün zəngin potensialı sizin yaradıcılığınız 

süzgəcindən keçərək Paxmutova mahnısı kimi nadir bir fenomen 

yaratmışdır. 

Son dərəcə  zəngin musiqi ənənələrinə malik ölkə olan 

Azrbaycanda həmişə sizin istedadınızın çoxlu pərəstişkarları 

  

 

 




__________________________________________ 

112


olmuşdur. Sizin mahnılarınız milli və ümumbəşəri dəyərləri 

özündə ahəngdar şəkildə birləşdirərək, bu gün də Azərbaycan - 

Rusiya mədəni  əlaqələrinin inkişafına və möhkəmlənməsinə 

xidmət edir. Əminəm ki, siz həmişə xeyirxahlıq və humanizm 

ideyallarına xidmət edən yeni əsərlərinizlə qarşıdakı  əsrdə  də 

hamımızı sevindirəcəksiniz. 

Bu  əlamətdar gündə  mənim səmimi təbriklərimi və  ən xoş 

arzularımı  həyat yoldaşınız Nikolay Nikolayeviçə çatdırmağı 

sizdən xahiş edirəm.     

Sizə uzun ömür arzulayıram. 

 

Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Baki şəhəri, 26 dekabr 1999-cu il 



  


__________________________________________ 

113


 

XALQ RƏSSAMI KAMİL ƏLİYEVƏ 

 

Sizi - Azərbaycanın görkəmli rəssamını, milli dekorativ-



tətbiqi sənətimizin tanınmış nümayəndəsini yaradıcılığmızın 60 

illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 

Siz respublikada bütün ömrünü xalqımızın mədəniyyət 

tarixində mühüm yer tutan xalçaçılıq sənətinin qədim zəngin 

ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə 

həsr etmiş böyük rəssam kimi tanınırsınız. Xalqımızın Nizami, 

Füzuli, Nəsimi, Mirzə  Fətəli Axundov kimi dühalarına həsr 

etdiyiniz xalçalar Azərbaycanın milli sərvəti kimi 

incəsənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur. 

Çeşidləriniz  əsasında toxunmuş xalçalar süjet, ornament və 

kompozisiya rəngarəngliyi ilə  səciyyələnir. Onlarda xalqımızın 

mənəvi aləmi - xarakteri, estetikası  və  həyat fəlsəfəsi, 

Azərbaycan təbiətinin füsunkar gözəllikləri öz parlaq 

təcəssümünü tapır. 

Xalq sənətinin mürəkkəb bədii ifadə  vəsitələrindən böyük 

ustalıqla istifadə edərək hazırladığınız portretlər öz orijinallığı, 

monumentallığı  və yüksək texniki üslubu ilə seçilir. Milli 

ornament və xalçaçılıq sənətinin özünəməxsus səhifəsini təşkil 

edən  əsərbriniz dünyanın bir çox ölkələrində  uğurla nümayiş 

etdirilərək Azərbaycan xalçasının şöhrətini daha da artırmışdır. 

Mahir xalça rəssamı olmaqla yanaşı, sizin bacarıqlı təşkilatçı 

kimi fəaliyyətiniz də  təqdirəlayiqdir. Rəhbərlik etdiyiniz 

«Azərxalça» Dövlət Birliyinin kollektivi qədim kökləri olan bu 

xalq sənətinə yeniliklər gətirən bənzərsiz xalça nümunələri ilə 

fəxr edə bilər. 

 

  




__________________________________________ 

114


 

 

Əminəm ki, yaradıcılığınızın bu müdrik dövründə  qədim 



xalçaçılıq sənətimizin sirlərini gənclərə öyrətmək üçün əlinizdən 

gələni bundan sonra da əsirgəməyəcək, sənətsevarlərin zövqünü 

oxşayan yeni əsərlər yaratmaqla tətbiqi incəsənətimizin daha da 

inkişaf etməsinə xidmətlərinizi davam etdirəcəksiniz. 

Sizə cansağlığı, xoşbəxtlik və böyük yaradıcılıq uğurları 

arzulayıram. 

 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 27 dekabr 1999-cu il 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə