Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə42/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   38   39   40   41   42   43   44   45   ...   145

__________________________________________ 

139


yoludur. Bu yol Azərbaycan vətəndaşlarının rifah halının, 

güzəranının günü-gündən yaxşılaşdırılması yoludur. 

Ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu 

sahəsində bir çox işlər görülüb və bu proses özünün yeni bir 

mərhələsini yaşamışdır. Siyasi, sosial-iqtisadi, hüquqi islahatlar 

ardıcıl surətdə  həyata keçirilibdir. Milli Məclisin qəbul etdiyi 

çox dəyərli bir sıra qanunlar bu işlərin görülməsini təmin edibdir 

və gələcək üçün yaxşı perspektivlər açıbdır. 

Azərbaycanda aparılan islahatlar öz müsbət nəticələrini 

vermişdir.  İqtisadiyyat sahəsində özəlləşdirmə prosesi, özəl 

sektorun yaranması, sahibkarlığın inkişaf etdirilməsi, insanlara 

daha da çox sərbəstlik verilməsi, xarici ticarətin 

liberallaşdırılması  və  sərbəstləşdirilməsi, Azərbaycana xarici 

investisiyanın cəlb olunması üçün lazımi şəraitlərin yaranması -

bunlar hamısı Azərbaycanın sosial-iqtisadi inkişafını  təmin 

etmişdir. Bunların nəticəsində vətəndaşlarımızın rifah halı günü-

gündən yaxşılaşır. 

Təbiidir ki, bu gün biz etiraf etməliyik ki, vətəndaşlarımızın 

istənilən səviyyədə yaşamasını  təmin edə bilməmişik. Ancaq 

eyni zamanda, son illər görülən işlər, o cümlədən 1999-cu ildə 

həyata keçirilən tədbirlər bu sahədə böyük addımlar olmuşdur 

və bizim ardıcıl surətdə irəliləməyimizi nümayiş etdirmişdir. 

Azərbaycana xarici investisiyanın cəlb edilməsi prosesi 1999-

cu ildə  də böyük vüsət almışdır. Biz 1999-cu ildə  «Əsrin 

müqaviləsi»nin 5-ci ildönümünü qeyd etdik, əldə etdiyimiz 

nailiyyətləri dünyaya nümayiş etdirdik. Biz Azərbaycanın dövlət 

neft strategiyasının uğurlu olduğunu sübut etdik. Bunların 

hamısının müsbət nəticələri göz qabağındadır. Amma özəl 

sektorun inkişaf etdirilməsi və özəl sektora xarici investisiyanın 

cəlb edilməsi prosesi də 1999-cu ildə çox uğurlu olmuşdur. 

Ötən 4 ildə Azərbaycana 5 milyard Amerika dolları dəyə- 

  

 



  

 



__________________________________________ 

140


  

rində investisiya gəlmişdir. 1999-cu ildə bu investisiyanın 60 

faizi qeyri-neft sektoruna, 40 faizi isə neft sektoruna gəlmişdir. 

Bu, bir tərəfdən, bizim keçirdiyimiz islahatların və xarici 

investorlar tərəfindən Azərbaycana göstərilən etibarın  əyani 

nəticəsidir.  İkinci tərəfdən isə, neft sektorunun inkişafı ilə 

bərabər, iqtisadiyyatın başqa sektorlarına da ciddi diqqət 

yetirilməsi və onların inkişafı üçün imkanlar yaradılması 1999-

cu ildə xarici investisiyanın özəl sektora daha da çox cəlb 

olunmasını təmin etmişdir. 

Bütün bunlar və maliyyəkredit sahəsində bizim apardığımız 

siyasət Azərbaycanda iqtisadi sabitliyi təmin etmişdir. Son illər 

Azərbaycanda inflyasiya yoxdur. İstehlak mallarının qiyməti 

aşağı düşüb və əhalinin gəliri, maaşları artır. Bir tərəfdən birbaşa 

dövlət büdcəsindən maliyyələşən sahələrdə 

işləyən 


vətəndaşlarımızın maaşının artması, ikinci tərəfdən isə iqtisadi 

proseslər, yəni inflyasiyanın olmaması, istehlak mallarının 

qiymətinin aşağı düşməsi, xarici investisiyanın Azərbaycana 

gəlməsi münasibətilə yeni iş yerlərinin açılması - bunlar hamısı 

birlikdə  vətəndaşlarımızın rifah halının yaxşılaşmasını  təmin 

etmişdir. 

Ötən il Azərbaycanda ictimai-siyasi sabitlik daha da 

möhkəmlənmiş, insanların azad, sərbəst, demokratiya şəraitində 

rahat yaşaması üçün imkanlar yaradılmışdır. 

Dünyada gedən proseslərə  nəzər salsaq, xüsusən, bizi əhatə 

edən dövlətlərin, ölkələrin yaşadığı günlərə  və orada gedən 

proseslərə diqqət yetirsək, Azərbaycan uçün daxili ictimai-siyasi 

sabitliyin nə qədər vacib olması bir daha öz qiymətini göstərir. 

Məhz bunun nəticəsində biz son illər ardıcıl olaraq həm 

iqtisadiyyatımızı inkişaf etdirə bilirik, həm uğurlu xarici siyasət 

apara bilirik, həm islahatları  həyata keçirə bilirik, həm də 

insanların güzəranını yaxşılaşdıra bilirik. 

Bu baxmıdan, neft strategiyasının əməli nəticələri və nəhayət

xam neftin ixrac üçün əsas neft kəməri - Bakı-Ceyhan 

  



__________________________________________ 

141


neft kəmərinin inşası haqqında sazişlərin imzalanması 1999-cu 

ilin ən alamətdar hadisələrindəndir. 

Hüquqi islahatlar, demokratiyanın inkişafı, insan haqlarının 

qorunması - bunlar hamısı  həm dövlətin, həm hökumətin, həm 

də cəmiyyətin diqqət mərkəzində olubdur. Bu baxımdan, hesab 

edirəm ki, keçirilmiş  bələdiyyə seçkiləri və bunların nəticələri 

1999-cu ilin ən  əlamətdar hadisəsidir. Azərbaycanda ilk dəfə 

olaraq yerli özünüidarəetmə orqanları yaranır. Onların 

yaranması üçün seçkilər keçirildi. Artıq bu orqanlar yaranıb, 

fəaliyyət göstərəcəklər. Bu da Azərbaycanın hüquqi, demokratik 

dövlət quruculuğu prosesinin böyük bir hissəsidir və bizim bu 

yola sadiq olduğumuza daha bir nümunədir. 

Təbiidir ki, bütün bu nailiyyətlərlə yanaşı, bizim həyatımızda 

problemlər də, çətinliklər də mövcuddur. Vətəndaşlarımızın 

böyük bir hissəsi çətin maddi şəraitdə yaşayır, işsizlik, bir çox 

başqa problemlər vardır. Dövlət, hökumət orqanlarının işində 

qüsurlar, çatışmazlıqlar, nöqsanlar mövcuddur. Bunlar hamısı 

birlikdə - həm dövlət orqanlarında, həm də  cəmiyyətdə  mənfi 

halların mövcud olması, təbiidir ki, bizi narahat edir və  əldə 

etdiyimiz nailiyyətlərə müəyyən kölgə salır. 

Azərbaycanın  ən böyük problemi olan Ermənistan-

Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi sahəsində 

də 1999-cu ildə dəyərli işlər görülübdür. ATƏT-in İstanbul zirvə 

görüşü bütün Avropa üçün, bəlkə  də dünya üçün, o cümlədən 

Azərbaycan üçün 1999-cu ilin ən tarixi hadisəsidir. Zirvə 

görüşündə Avropada sülhün, təhlükəsizliyin,  əməkdaşlığın 

təmin edilməsi üçün çox əhəmiyyətli qərarlar qəbul olundu. 

Azərbaycan bu qərarların qəbul olunmasında fəal iştirak edibdir, 

Azərbaycan öz xidmətlərini göstəribdir. Ancaq İstanbul zirvə 

görüşü Azərbaycan üçün daha da çox əlamətdar olubdur. Ona 

görə ki, məhz İstanbulda, noyabrın 18-də, «Çırağan» sarayında 

beş il ərzində hazırladığımız Bakı-Cey- 

  

 

  




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə